Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə416/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   412   413   414   415   416   417   418   419   ...   443
İnikas nəzəriyyəsi – psixi hadisələrə canlı orqanizmin xarici mad­di gerçəkliyi əksetdirmə formalarından biri kimi baxan elmi psi­xologiyanın materialist – fəlsəfi əsasıdır.

İnduksiya – təfəkkür prosesində xüsusidən ümumiyə doğru çıxarılan məntiqi nəticə. Antonimi – “deduksiya”dır

İnteriorizasiya – cisimlərlə aparılan xarici və real əməliyyat­la­rın da­xili, ideal əməliyyatlara çevrilməsi, başqa şəklə düş­mə­sidir.

İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin for­m­a­sıdır.

İnnovasiya müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında for­mala­şan mü­tərəqqi xarakterli yeniliklərdir. İnnovasiyanı ge­niş mə­nada təlim, təhsil-tərbiyə prosesinin gedişini və nəticələrini yax­şı­laşdırmaq məq­sədilə pedaqoji sistemdə həyata keçirilən yenilik ki­mi başa düşmək olar. İnnovasiya, yəni yenilik pedaqoji sistemin da­xili ehtiyatları hesabına baş verir. Kənardan gətirilən hər nə varsa, on­lara inno­va­siya demək olmaz. İnnovasiya key­fiy­yətcə təkmil­ləş­miş pedaqoji sistemdə vəhdət halında gö­türülmüş ideyalar, pro­ses­lər, vasitələr və nəticələrdir.

İnkişaf – insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişik­lik­ləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv alə­min mürəkkəb pro­sesidir. Müasir elm bu prosesi də­rindən öyrən­mək üçün şəxsiyyətin in­kişa­fının fiziki, psixi, mənəvi, sosial və di­gər komponentlərini (tərəf­lərini) gös­tər­mişdir. Ona görə də elmdə in­sanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiy­yətin inkişafının həmin kom­ponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf prob­lem­lə­rini də öyrənir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin