Problem əsaslı öyrənmə – tədris proqramı və təlim prosesinə elə yanaşmadır ki, o, termin və informasiyaların yadda saxlanılmasından ibarət ənənəvi təlimi deyil, şagirdlərin real-həyati problemləri həll etməyə yönəlmiş fəaliyyətlərini nəzərdə tutur.
Professor – yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifədir.
Problem – qazanılmış biliyin sistemləşdirilməsinin rüşeym halında olan strukturudur. O, obyektin mövcudluğu haqqında sistemləşdirilməmiş biliklə onun mövcudluğu haqqında artıq sistemləşdirilmiş bilik arasında aralıq bir həlqədir.
Rubrika – verilmiş tapşırığın icrasının müxtəlif keyfiyyət göstəricilərinə görə xüsusi təsviridir. Müəllimlər tapşırıqların yerinə yetirilməsi zamanı şagirdlərin icra səviyyəsini qiymətləndirmək üçün rubrikalardan istifadə edirlər. Şagirdlərə tez-tez rubrikalar verilir, hətta onlar özləri də bəzən rubrikalar hazırlayırlar və beləliklə, şagirdlər onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər.