Məfhum və ya anlayış – cisim və hadisələr haqqında onların bir sıra mühüm və birlikdə spesifik əlamətlərini ayırd edən ümumiləşdirilmiş biliklərə deyilir.
Nəticələr – təhsilin gözlənilən nəticələri dedikdə, şagirdlərin bilməli olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil işçiləri nəticə terminini məqsəd, vəzifə və ya standartlar mənalarında işlətsələr də “nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır.
Nəticə əsaslı təhsil– təhsil təcrübəsinin yaradılması və planlaşdırılmasında təlim nəticələrini əsas amil hesab edən yanaşmadır. Nəticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmışdır ki, şagirdlər orta məktəbi cəmiyyətin həyatında iştirak etmək üçün zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər.
Nəzarət – adətən daha çox ixtiyari olan insanın başqasının inkişafına kömək etməsi prosesidir. Təhsil sistemində nəzarət ideal halda hədələyici deyil, dəstəkləyici qarşılıqlı münasibətdir, müəllimin qiymətləndirilməsi isə formal inzibati məsuliyyətdir. Təcrübədə nəzarətin çox hissəsi məktəb direktoru tərəfindən müəllimlərin dərslərinin müşahidə edilməsi, sonra həmin dərslərin müəllimlə birgə müzakirəsi formasında həyata keçirilir. Müşahidə və müzakirə prosesi bəzən klinik müşahidə adlandırılır ki, o, hər bir təşkilatda işçilərin vaxtında işə gəlməsinə nəzarət etmək üçün istifadə edilən nəzarətdən fərqləndirilsin.
Nostrifikasiya– təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur.