Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə420/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   416   417   418   419   420   421   422   423   ...   443
Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.

Kontent analiz – müxtəlif mətnlərin öyrənilməsi metodu olub, onların özünəməxsus xüsusiyyətlərini (məlumatın janrını, adamların qar­şılıqlı təsirinin növlərinin və s.) açıqlamaq və qiymət­lən­dirmək imkanı verir.

Koqnitiv – (latınca koqnito) – bilik, idrak deməkdir.

Kəmiyyət araşdırması – ənənəvi elmi yanaşma olub, klassik eks­periment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini mü­qa­yisə etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə ye­tirilən tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiy­yət­yö­nümlü araşdırmalardan daha çox istifadə edirlər.

Konstruktivizm – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlle­di­ci prin­sipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsa­sın­da yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əl­də edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insan­la­rın necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaş­ma­sı­dır.

Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir ki, on­lar­dan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində mü­vəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəa­liyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası qeyri-müm­kün olan fəaliyyətdə aşkar olu­nur. Qabiliyyətlər şəx­siy­yətin fərdi-psi­xoloji xüsusiy­yətləri olub, müəyyən fəaliyyətin müvəffəqiyyətlə ic­rasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, ba­carıq və vərdişlərə yiyələnmə dina­mi­ka­sındakı fərqləri mey­dana çı­xa­rır. Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Ta­lant insana hər hansı mürəkkəb əmək fəaliy­yətini müstəqil, mü­vəf­fə­qiyyətlə və orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər komp­l­eksidir.

Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrən­mə­si­nin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymət­lən­dirmə va­si­tələ­rinə – minimum səriştə testləri, inkişafın iz­lən­məsi testləri, qa­bi­liy­yət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiy­mət­lən­dirmə daxildir. Qiymət­lən­dir­mədə hər hansı yanaş­manın sə­mə­rəliliyi onun nə də­rə­cə­də nəzərdə tutulan məqsədlərə uyğun ol­ma­sından asılıdır.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin