Standart əsaslı təhsil – şagirdlərin müəyyən edilmiş standartlara yiyələnməsinə yönəldilmiş təlim prosesidir.
Taksonomiya – yunan sözü olub, taxus – qayda ilə yerləşmə+romos – qanun deməkdir:
təlim məqsədlərinin şəbəkəli (iyerarxik) və ya “sistemli” təsnifatına taksonomiya deyilir.
şəbəkələr düzülüşünə malik olan mürəkkəb fəaliyyət sahələrinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir.
təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanı verir.
Takson – taksonomik təsnifatın üzvləridir.
Tətbiq – problem üzrə müəyyən nəticələr qazanmaq üçün informasiyanı konkret hadisələrə tətbiq etməkdir.
Təhsil krediti – fənin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Tədris planı– müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.
Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi anlaşıla bilər.