Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Con Lokkun tərbiyə haqqında fikirləri. Con Lokk



Yüklə 3,59 Mb.
səhifə75/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   443
Con Lokkun tərbiyə haqqında fikirləri. Con Lokk (1632-1704) şəxsiyyətin tərbiyəsi sahəsində dolğun nəzəriyyə yaradan ingilis maarifçilərindən biridir. O, öz ideyalarını “Tərbiyə haqqında fikirlər” (1693) əsərində vermişdir. C.Lokkun fikrincə, bütün millə­tin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doq­qu­zu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud faydasız olur.

Görkəmli mütəfəkkirin fikrincə, tərbiyənin əsas məqsədi və vəzifəsi ağıllı və planlı, ardıcıl iş aparmağı bacaran centlmen yetiş- dirməkdir. C.Lokk qeyd edirdi ki, “Əsl centlmen fiziki, əqli və mənəvi cəhətdən təkmilləşdirilmiş bir insan olmalıdır”. “İnsanın tərbiyəsi necədirsə, özü də elədir”.

Onun fikrincə, “hər cür tərbiyənin məhsulu olan müxtəlif ailələrdən gəlmiş müxtəlif tərbiyəli uşaqlar həqiqi centlmenin yetişməsinə mane ola bilər”.Ona görə, “həqiqi centlmen evdə yetişməlidir”. Tərbiyə haqqında mütərəqqi fikirləri ilə C.Lokk yeni tərbiyə sisteminin bünövrəsini qoymuşdur.

C.Lokkun sensualizmi də diqqəti cəlb edir. Onun sensualizmi tərbiyə sisteminin əsasını təşkil etməklə tərbiyənin şəraitə uyğun qu­rulmasına zəmin yaratmalıdır. C.Lokk fiziki tərbiyəyə də üstün­lük verir və “sağlam bədəndə sağlam ruh olar” deyirdi.

C.Lokkun pedaqoji fikirləri tərbiyə prinsipləri əsasında hər- tərəfli inkişaf etmiş şəxsiyyətin inkişafında mühüm rol oynamışdır. Xarakteri düzgün tərbiyə etmək, əxlaqlı, intizamlı insan böyütmək tərbiyənin əsas vəzifəsidir. Tərbiyənin əsas vasitəsi isə mühakimə deyil, məhz insanların canlı nümunəsi olmalıdır.

İnsanların müsbət nümunəsi tərbiyəyə öz təsirini göstərir. Uşağın tərbiyəsində əsas amillərdən biri onun müsbət vərdişlərə yiyələnməsidir. Müsbət adət və vərdişlər uşaqlara erkən yaşlardan aşılanmalıdır. Tərbiyədə müsbət nəticələr kobudluqla, zorla deyil, yumşaq, xoş rəftarla əldə olunur. Odur ki, tərbiyə sahəsində müsbət vərdişləri uşaqlara tədricən aşılamaq lazımdır.

C.Lokkun fikrincə, tərbiyənin yaxşı nəticələr verməsi üçün uşağın fərdi keyfiyyətləri mütləq nəzərə alınmalıdır. Bu tərbiyənin metodunda dəyişiklik etməyi zəruri edir. Çünki uşağa onun fərdi xüsusiyyətlərinə görə yaxınlaşmaq lazımdır ki, tərbiyəçi öz meto­du­nu ona uyğun dəyişə bilsin.

C.Lokk tərbiyə metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün tətbiq edilən tərbiyə vasitələrini başa düşürdü. Tərbiyə vasitələrinə aşağıdakıları aid edirdi:

valideyn nüfuzu;

məşq;

nümunə;

uşaqla müsahibə;

Mükafat (rəğbətləndirmə) və cəzalandırma.

C.Lokk qeyd edirdi ki, yaxşı tərbiyə almış işgüzar insanlar cəmiyyət üçün böyük alimlərdən də çox xeyir verə bilərlər. Fiziki və əxlaqi kamillik əldə etmək, habelə elmlərin öyrənilməsinin əx­la­qa və tərbiyəyə təsiri alimi düşündürən mühüm məsələlərdən idi.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin