beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi.
Bu prinsipdon dövlətlor üçün iki başlıca vəzifə irəli gəlir:
aviasiya texnikasının, hava limanlarının, köməkçi xidmətlərin və hava marşrutlarının texniki etibarlılığını təmin etmək üzrə tədbirlər görmək; 2) mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizə aparmaq.
Birinci vəzifənin həyata keçirilməsində İKAO böyük rol oynayır. Bu təşkilat çərçivəsində dövlətlər mütəmadi olaraq hava gəmilərinin uçuşa yararlılığı; uçuş və texniki heyətin lazımi peşə hazırlığı; rabitə sistemləri və aeronaviqasiya xəritələri; hava limanlarının və enmə meydançalarının xarakteristikası və aviasiyanın təhlükəsizliyi ilə bağlı bütün digər məsələlərə aid beynəlxalq reqlamentlər işləyib hazırlayırlar.
İkinci vəzifənin həyata keçirilməsi ilə əlaqədar dövlətlər beynəlxalq müqavilələr bağlayır və beynəxalq mülki aviasiya üçün təhlükə törədən cinayət əməlləri ilə mübarizənin beynəlxalq-hü- quqi və dövlətdaxili vasitələrini müəyyən edirlər. Bu sahədə üç əsas universal müqavilə mövcuddur: Hava gəmisində törədilən hüquq pozuntuları və həzi digəraktlarhaqqında1963-cüilTokioKonvensiyası;Havagəmilərininqanunsuzələkeçirilməsiiləmübarizəhaqqında1970-ciilHaaqaKonvensiyasıvə Mülkiaviasiyanıntəhlükəsizliyiəleyhinəyönəlmişqanunsuzaktlarlamübarizəhaqqında1971-ciilMonrealKonvensiyası.Tokio Konvensiyası hava gəmisində törədilən istənilən cinayətlərə tətbiq olunur. Haaqa Konvensiyasına görə (maddə 1), uçuşda olan hava gəmisində şəxs o halda cinayət törətmiş sayılır ki, o: a) «qanunsuz olaraq, zorakılıq yolu ilə və ya zorakılıq tətbiq edilməsi ilə hədələməklə və yaxud istənilən digər formada qorxutma yolu ilə bu hava gəmisini ələ keçirir və ya onun üzərində nəzarət həyata keçirir, yaxud istənilən belə bir hərəkət törətməyə cəhd edir və ya b) istənilən belə bir əməlin törədilməsində və ya törədilməyə cəhd edilməsində iştirakçı kimi çıxış edin>. Monreal Konvensiyası beynəlxalq mülki aviasiya üçün təhlükəli olan cinayət əməllərinin siyahısını genişləndirmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən, aşağıdakı əməllərdən birini qanunsuz və qəsdən törətmiş şəxs cinayət etmiş sayılır:
uçuşda olan hava gəmisindəki şəxsə qarşı zorakılıq aktı törədilməsi, əgər bu akt həmin hava gəmisini təhlükəyə məruz qoyarsa;
istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə onu sıradan çıxaran və ya uçuş zamanı onu təhlükəyə məruz qoya bilən zədə yetirilməsi;
istismarda olan hava gəmisinə hər hansı bir üsulla qurğu və ya maddə qoyulması və ya buna gətirib çıxara bilən müəyyən hərəkətlər edilməsi, əgər bu qurğu və ya maddə həmin hava gəmisini dağıda və ya onu sıradan çıxara bilərsə, yaxud onu uçuş zamanı təhlükəyə məruz qoya bilən zədə yetirə bilərsə;
ç) aeronaviqasiya avadanlığının məhv edilməsi və ya zədələn- məsi, yaxud onun istismanna müdaxilə edilməsi, əgər istənilən belə bir akt uçuşda olan hava gəmilərini təhlükəyə məruz qoya bilərsə;
bilərəkdən yalan məlumatlar verilməsi, əgər bu, uçuşda olan hava gəmisini təhlükəyə məruz qoya bilərsə.
Göstərilən maddənin 2-ci hissəsinə görə, yuxanda sadalanan cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya istənilən belə bir cinayətin törədilməsində iştirakçı kimi çıxış edən hər hansı bir şəxs də cinayot törətmiş sayılır.