Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar



Yüklə 0,96 Mb.
səhifə163/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   219
beynelxalq huquq

Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar

Beynəlxalq mülki aviasiya sahəsində ən nüfuzlu beynəlxalq təşkilat 1947-ci ildən fəaliyyət göstərən və hazırda 190 üzvü olan İKAO-dwx, Yuxanda qeyd edildiyi kimi. İKAO 1944-cü il Çikaqo Konvensiyasının II hissəsi əsasında yaradılmışdır. Onun başlıca məqsədi bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını təmin etmək, bütün bu məsələlərdə beynəlxalq əməkdaşlığı təşkil etmək və əlaqələndirməkdən ibarətdir. İKAO aşağıdakı struktura malikdir: Assambleya (bütün üzv-dövlətlərin təmsil olunduğu ali orqan; üç ildə bir dəfədən az olmayaraq toplanır); Şura (Assambleya tərəfindən seçilən 36 dövlətin təmsil olunduğu daimi orqan; ona prezident rəhbərlik edir; sessiyaları, adətən, ildə üç dəfə keçirilir); Aeronaviqasiya komissiyası; Avianəqliyyat komitəsi; Hüquqi komitə; Katiblik (ona Təşkilatın baş icraçı vəzifəli şəxsi olan Baş katib rəhbərlik edir) və s.



Avropa mülki aviasiya konfransı (EKAK), 1954-cü ildə təsis olunmuşdur. Qərbi Avropa ölkələrinin və Türkiyənin iştirak etdiyi bu təşkilat Avropa hava nəqliyyatının problemlərini öyrənir və iştirakçı dövlətlərin bu sahədə fəaliyyətini əlaqələndirir. Tövsiyə

xarakterli qorarlar çıxarır. İKAO ilo sıx əlaqə saxlayır. Əsas orqanları Plenar komissiya (ali orqan) və Əlaqələndirmə komitəsidir (icra orqanı).



Aeronaviqasiyanm təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa təşkilatı (Avronəzarət). 1960-cı ildə xüsusi konvensiya əsasında təsis olunmuşdur. Təşkilatın başlıca məqsədi mülki və hərbi hava gəmilərinin uçuşlannın təhlükəsizliyini təmin etməkdir. Ali orqanı Aeronaviqasiyanm təhlükəsizliyinin təmin edilməsi üzrə Daimi komissiyadır. İcra orqanı Aeronaviqasiyanm təhlükəsizliyi üzrə Agentlik adlanır; bu orqanda bütün üzv-dövlətlər təmsil olunmuşdur. Bundan əlavə, Avronəzarət çərçivəsində arbitraj məhkəməsi mövcuddur. Məhkəmə iştirakçı dövlətlər arasında, habelə dövlətlərlə Təşkilat arasında ortaya çıxan mübahisələri həll edir; məhkəmənin qərarları qətidir və onlardan şikayət verilə bilməz.

Afrika mülki aviasiya komissiyası (AFKAK). 1969-cu ildə təsis olunmuşdur. Hazırda 32 üzvü vardır. Aşağıdakı məqsədləri vardır: regional aeronaviqasiya xidməti planlarını hazırlamaq; hava nəqliyyatı sahəsində üzv-dövlətlərin siyasətinin inteqrasiyasına dəstək vermək; İKAO-nun standart və tövsiyələrinin regionda tətbiqinə yardım etmək və s. Tövsiyə xarakterli qərarlar çıxarır. Əsas orqanları Plenar sessiya (ali orqan) və AFKAK.-m Bürosudur (icra orqanı).

Afrikada və Madaqaskarda aeronaviqasiyanm təhlükəsizliyinin təmin edilməsi üzrə Agentlik (ASEKNA). 1959-cu ildə yaradılmışdır. Hazırda 17 üzvü vardır. Məqsədi üzv-dövlətlərin əraziləri üzərində müntəzəm və təhlükəsiz uçuşlar təmin etməkdən ibarətdir. Agentlik üzv-dövlətlərə zəruri məlumatlar verir, hava nəqliyyatına nəzarət edir, uçuşları idarə edir və s. Bu məqsədlə onun xidmətindən istifadə etməyə razı olan istənilən dövlətlə müvafiq sazişlər bağlaya bilər. Ali orqanı İnzibati şuradır; Şuranın qərarları qəbul edildiyi andan üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir.

Latın Amerikası mülki aviasiya komissiyası (LAKAK), 1973-cü ildə yaradılmışdır. Başlıca məqsədi üzv-dövlətlərin hava nəqliyya- tımn fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Ali orqanı Assambleyadır; Assambleyanın qətnamə və tövsiyələri üzv-dövlətlər tərə-

fındən bəyənildikdən sonra məcburi qüvvəyə malik olur. İcra komitəsi icra orqanı kimi LAKAK-m cari fəaliyyətini təmin edir.



Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası (KOKESNA). 1960-cı ildo təsis olunmuşdur. Sözügedən sahədə yeganə beynəlxalq təşkilatdır ki, regionun dövlətlərinin əraziləri üzərində hava nəqliyyatının idarə edilməsini bilavasitə təmin edir. Öz xidmətlərini Təşkilat nəinki üzv-dövlətlorə, habelə müvafiq kontraktlar əsasında onların hüquqi və fiziki şəxslərinə təklif edir. Təşkilatın verdiyi təlimatlar uçuş aparatlarının komandirləri üçün məcburidir. Ali orqanı üzv-dövlotlərin nümayəndələrindən ibarət İnzibati şuradır; Şuranın qərarları birbaşa icra olunur.

Ərəb dövlətlərinin mülki aviasiya şurası (KAKAS). 1965-ci ildə əsası qoyulmuşdur. 22 üzvü vardır. İldə bir dəfə sessiyaları keçirilir. Başlıca fəaliyyəti əlaqələndirmə, təcrübə mübadiləsi, beynəlxalq standartların və İKAO-nun təcrübəsinin öyrənilməsi, müvafiq elmi tədqiqatların təşkili ilə bağlıdır. Texniki və kadr hazırlığı sahələrində üzv-dövlətlərə yardım göstərir. Habelə mülki aviasiyanın fəaliyyəti ilə əlaqədar üzv-dövlətlər arasında yaranan mübahisə və ixtilafları nizamlamaq hüququna malikdir.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin