Beynəlxalq kosmos hüququnun prinsipləri Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında Müqavilədə təsbit olunmuşdur. Bu prinsiplər aşağıdakılardır:
kosmik fəzanın və səma cisimlərinin tədqiqi və istifadəsi azadlığı;
kosmik fəzanın və səma cisimlərinin mənimsənilməsinə yol verilməməsi;
kosmik fəaliyyətin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həyata keçirilməsi;
dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti;
kosmik obyektlərlə vurulmuş zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti;
Ayın və digər səma cisimlərinin müstəsna olaraq dinc məqsədlərlə istifadə olunması;
kosmosun tədqiqi və istifadəsi zamanı dövlətlərin əməkdaşlığı və qarşılıqlı yardımı;
dövlotlərin öz kosmik obyektləri ü/orində suveren hüquqlarının vo nəzarətin saxlanması.