ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi;
ç) dəniz mühitinin mühafizəsi:
ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi;
milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.
Beynəlxalq ekologiya hüququnun mənbələri
Beynəlxalq ekoloji standartların ən yaxşı və ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli, regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı- ayrı ekoloji sistemlərin ~ dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın mühafizəsinə həsr olunmuş müqavilələr vardır.
Lakin bu sahədə indiyə qədər vahid məcəllələşdirilmiş akt işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstəmıək olar: Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarçısımn alınması haqqında 1972-ci il Konvensiyası; Gəmilərdən çirki əndir mənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında l976-cı il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; Ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana Konvensiyası və bu Konvensiyaya əlavə olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və s. Lakin sözügedən sahədə beynəlxalq-hüquqi tənzimləmənin əsas «yükü» regional müqavilələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki, bütün regionları və bütün ekoloji sitemləri əhatə edir. Onlara misal göstərək; Yuyucu və təmizləyici vasitələrdə bəzi maddələrin istij'adəsinin qadağan olunması haqqında 1968-ci il Avropa sazişi; Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979-cu il Konvensiyası; Havanın uzaq məsafəyə transsərhəd çirkləndirilməsi haqqında 1979-cu il Konvensiyası; Sənaye qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənub-şərqi hissəsinin dəniz mühiti və bitişik zonalarının mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin neftlə və digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-cü il Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin çirklənmədən qorunması haqqında 1992-ci il Konvensiyası; Qara dənizin çirklənmədən qorunması haqqında 1992-ci il Konvensiyası; Şimali Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası və b.
Ətraf mühitin mühafizəsi və ətraf mühitə vurulan zərərin ödənilməsi
ilə bağlı bir sıra mühüm nomıalar beynəlxalq adət hüququna daxildir.
Beynəlxalq ekologiya hüququnda tövsiyə xarakterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xarakterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində «yum~ şaq hüquq» da deyirlər), müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xarakterli aktlara misal olaraq yuxanda adları çəkilmiş Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci il Ümumdünya təbiəti mühafizə Xartiyasını göstərmək olar. Məsələn, Rio Bəyannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf mühitin mühafizəsi sahəsində hər bir dövlət tərəfindən səmərəli qanunların qəbul edilməsi; ətraf mühitin çirkləndirilməsinə görə dövlətlərin məsuliyyəti; ətraf mühitə və insana zərər vuran çirk- ləndiricilərin digər dövlətlərdə yerləşdirilməsinə yol verilməməsi; ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər haqqında dövlətlərin bir-birinə məlumat verməsi; Yerin ekosistemlərini qorumaq məqsədilə dövlətlərin qlobal əməkdaşlığı; planlaşdınlan fəaliyyətin ekoloji nəticələrinin qabaqcadan qiymətləndirilməsi; ətraf mühitin vəziyyətinin pisləşməsi hallarının qarşısı alınması üzrə bütün zəruri tədbirlərin görülməsi; hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsinin təmin edilməsi və s.
Dostları ilə paylaş: |