Ətrafmühitin indiki və gələcəknəsillərinnaminəmühafizəsi-beynəlxalq ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillərin naminə ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşı-
laşdınlması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.
Beynəlxalq ekologiya hüququnun digər aşağıdakı xüsusi prinsipləri vardır:
transsərhddekolojizərərinyolverilməzliyi.Öz yurisdiksiyası çərçivəsində dövlətlər digər dövlətlərin və beynəlxalq rejimli ərazilərin təbii mühitinə zərər yetirə bilən hərəkətlərdən çəkinməlidir, habelə belə zərər yetirə bilən fəaliyyətin qarşısını almalıdırlar. İlk dəfə 1972-ci il Stokholm Bəyannaməsində təsbit olunmuş bu prinsip hazırda beynəlxalq praktikada hamılıqla tanınmışdır.
təbiiehtiyatlarınekolojibaxımdanəsaslandırılmışrasionalistifadəsi. Hələ tam dəqiq normativ məzmuna malik olmayan bu prinsipin mahiyyəti aşağıdakılardan ibarətdir; indiki və gələeək nəsillərin mənafeyi naminə Yerin bərpa oluna bilən və bərpa olunmayan eh- tiyatlannın rasional planlaşdırılması və idarə olunması; ekoloji fəaliyyətin uzun müddətə planlaşdıniması; dövlətlərin öz yurisdiksiyası çərçivəsində fəaliyyətinin bu hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləeəyi nətieələrin qiymətləndirilməsi.