Dəniz mühitinin mühafizəsi
Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və regional müqavilələr qəbul edilmişdir.
Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası bu sahədə əsas beynəlxalq-hüquqi akt hesab edilə bilər. Konvensiyada birbaşa bəyan edilir ki, iştirakçı dövlətlər dəniz mühitini mühafizə etməli və qoruyub saxlamalıdırlar. Dövlətlər bütün zəruri tədbirləri görməlidirlər ki, onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə və onların dəniz mühitinə zərər yetirməsin. Bu tədbirlərə aşağıdakılar daxildir: quruda yerləşən
mənbolərdən, atmosferdon, gəmilərdən və dəniz dibinin və onun təkinin təbii ehtiyatlarının kəşfiyyatı və çıxarılması üçün istifadə olunan qurğulardan zərərli və ya zəhərli maddələrin dənizə atılmasına mümkün dərəcədə yol verilməməsi; dənizdə aparılan bütün işlərin təhlükəsizliyinin təmin edilməsi, qəzaların qarşısının alınması və fövqəladə situasiyaların aradan qaldırılması və s. Müxtəlif mənbələrdən dəniz mühitinin çirklənməsinin qarşısını almaq, bu çirklənməni azaltmaq və nəzarətdə saxlamaq üçün dövlətlər müvafiq qanun və qaydalar qəbul etməlidirlər. Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə bağlı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlət beynəlxalq hüquqa uyğun məsuliyyət daşıyır.
Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyasında dənizin neftlə və gəmilərdə daşınan və ya onlann istismarı prosesində yaranan digər zərərli maddələrlə çirklənməsinin qarşısının alınmasına dair texniki-hüquqi normalar təsbit olunmuşdur. Konvensiyanın qüvvəsi altına düşən gəmilər beynəlxalq şəhadətnaməyə malik olmalıdır. Konvensiya gəmilərin istismarı nəticəsində yaranan bütün növ zərərli maddələrlə dənizin çirklənməsinin qarşısının alınmasına dair vahid beynəlxalq standartlar müəyyən edir və bu standartları nəinki Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil edir.
Neftlə çirklənməyə gətirib çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il Konvensiyasında bu cür qəzaların aradan qaldırılması üzrə zəruri tədbirlər müəyyən edilmişdir. Konvensiyaya müvafiq olaraq, sahilyanı dövlət qəzanı aradan qaldırmaq məqsədilə məcburiyyət tədbirlərinə əl ata bilər və sahilboyunun çirklənmə təhlükəsi olduqda, həmin gəmini batıra bilər.
Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında nəzərdə tutulmuşdur ki, gəminin sahibi çirklənmədən dəyən istənilən zərərə görə məsuliyyət daşıyır.
Neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, onunla mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyası xəbərdaredici və preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Mər bir iştirakçı dövlət, onun bayrağı altında üzən
gəmilordo neftlə çirklənmə ilə mübarizə üzrə fövqəladə tədbirlər planının olmasını təmin etməlidir.
Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında l972-ci il Konvensiyası gəmilərdən, təyyarələrdən, platformalardan və digər konstruksiyalardan dənizə tullantılann və digər materialların atılmasını, bu materialların ayrılıqda və ya daşınma vasitələri ilə bir yerdə batırılmasını qadağan edir. Bu qadağandan istisnaya yalnız «insanların həyatının və ya gəmilərin, təyyarələrin, platformalann təhlükəsizliyini təmin etmək üçün və yaxud fors-major hallarda» yol verilir. Konvensiyada dənizə atılması tamamilə qadağan edilmiş maddələrin siyahısı verilmişdir (xlor üzvi birləşmələr; civə; neft və onun qarışıqları; radioaktiv tullantılar və s.).
Dostları ilə paylaş: |