Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi
Ətraf təbii mühitin raioaktiv maddələrlə çirklənmədən beynəl- xalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və neytron silahlannın sınağı və ya tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 2) «dinc atom»un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin qarşısının alınması və ya aradan qaldırılması.
Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılmaması haqqında 1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq: Nüvə silahının və kütləvi qırğın silahlarının digər növlərinin dəniz və okeanların dibində və onun təkində yerləşdirilməsinin qadağan edilməsi haqqında J 97 I - Cİ il Konvensiyası; Antarktika haqqında 1959-cu il Müqaviləsi və Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvosiz zonalar yaradılmışdır.
İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları göstərmək olar: Nüvə gəmilərinin operatorlarının məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası; Nüvə materiallarının dəniz daşınmaları sahəsində mülki məsuliyyət
283
haqqında 1971-ci il Konvensiyası; Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-ci il Konvensiyası; Nüvə qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyası.
Dostları ilə paylaş: |