Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi və onların canlı ehtiyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə düşən vəzifələrdir. Bu vəzifələrin həyata keçirilməsi üçün sahilyanı dövlətlər regional və ya ikitərəfli müqavilələr bağlayırlar. Müqavilələrin başlıca məzmunu ondan ibarət olur ki, sahilyanı dövlətlər beynəlxalq çayın və ya gölün mövcud çirklənməsinin azaldılması üçün bütün zəruri tədbirləri görməlidirlər. Belə tədbirlərin məqsədi digər dövlətə (dövlətlərə) və Dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödəməlidir.
Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bu müqavilələrdə, əsas etibarilə, neftin, kimyəvi və üzvi maddələrin çay mühitinə atılmasını qadağan edən müddəalar təsbit olunmuşdur (məsələn, Reynin xloridlərlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Reynin kimyəvi maddələrlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.).
Transsərhəd suaxarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 1992-ci il Konvensiyası isə nisbətən ümumi xarakter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir göstərən və ya göstərə bilən çirklənmənin qarşısını almaq və azaltmaq üçün bütün müvafiq tədbirləri görməlidirlər. Bu tədbirlərin görül-
məsi ilə bağh bütün xərclər çirklənməyə yol vermiş dövlətin üzərinə düşür. Konvensiya iştirakçı dövlətlərdən habelə müvafiq hüquqi, inzibati, iqtisadi və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.
Dostları ilə paylaş: |