Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynolxalq-hüquqi məsuliyyətin əsasları



Yüklə 0,96 Mb.
səhifə181/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   219
beynelxalq huquq

Beynolxalq-hüquqi məsuliyyətin əsasları

«Məsuliyyətin əsası» anlayışı, adətən, iki mənada işlədilir: məsuliyyət nəyin əsasında və nəyə görə ortaya çıxır. Bundan irəli gələrək, məsuliyyətin hüquqi əsasını və faktik əsasını fərqləndirirlər.

Beynəlxalq məsuliyyətin hüquqi əsasları. Dövlətin beynəlxalq məsuliyyəti onun beynəlxalq-hüquqi öhdəliyinin pozulmasına görə ortaya çıxır. Beynəlxalq öhdəliklər təkcə beynəlxalq hüququn mənbələrindən deyil, habelə hüququ tətbiqetmə aktlarından (məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən, beynəlxalq məhkəmə orqanlarının qərarlarından və s.) və dövlətin birtərəfli aktlarından irəli gələ bilər. Deməli, beynəlxalq məsuliyyətin mənbəyi anlayışı beynəlxalq hüququn mənbəyi anlayışından daha genişdir. Bu mənada beynəlxalq məsuliyyətin hüquqi əsası kimi beynəlxalq hüquq normasının deyil, beynəlxalq öhdəliyin pozulmasından danışmaq lazımdır.

Əlavə edək ki, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu kimi tövsif edilməsi yalnız beynəlxalq hüquq əsasında həyata keçirilir; bu əməlin dövlətdaxili hüquqa görə qanuni olması qətiyyən şərt deyildir.



Beynəlxalq məsuliyyətin faktik əsası. Beynəlxalq məsuliyyətin yeganə faktik əsası beynəlxalq hüquq pozuntusudur (BMT Beynəlxalq hüquq komissiyasının terminologiyasına görə, - beynəlxalq hüquqa zidd əməldir (intemationally wrongful act)). Beynəlxalq hüquq pozuntusunun iki ünsürü vardır. Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr

Layihosinin 2-ci maddosinə osason, beynolxalq hüquq pozuntusundan o zaman danışmaq olar ki, bu omol: 1) dövlətin özünə aid edilmiş olsun (subyektiv ünsür); 2) dövlotin beynəlxalq öhdəliyini pozmuş olsun (obyektiv ünsür). Himi odobiyyatda, daxili hüquqla analogiya osasmda, beynəlxalq hüquq pozuntusunun zərər və təqsir kimi əlamətləri də göstərilir. Zərərlə bağlı qeyd etmək lazımdır ki, bu ünsür hüquqa zidd davranış anlayışı ilə əhatə olunduğundan onun beynəlxalq hüquq pozuntusunun zəruri komponentləri sırasına daxil edilməsi artıq hesab olunmalıdır. Digər tərəfdən, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu olması qərarına gəlmək üçün həmin dövlətin müəyyən beynəlxalq öhdəliyinin pozulmuş olduğunu aşkara çıxannaqla kifayətlənmək olar. Məsələn, öz ərazisində əsas insan hüquqlarını pozan dövlətin bu əməlində beynəlxalq hüquq pozuntusu faktını müəyyən etmək üçün bununla hansı dövlətə və hansı zərərin vurulmasını axtarmaq lazım deyildir. Bu halda konkret müqavilə müddəasının və ya beynəlxalq adət nonnasının pozulduğunu ortaya çıxarmaq kifayətdir. Təqsirə gəldikdə isə, 0, yalnız konkret normada göstərildiyi halda (məsələn, insan hüquqlarının müdafiəsi sahəsindəki bir sıra müddəalarda) beynəlxalq-hüquqi məsuliyyətin ilkin şərti kimi çıxış edə bilər. Bütün digər hallarda, dövlətin hər hansı əməlini beynəlxalq hüquq pozuntusu kimi tövsif etmək üçün təqsiri müəyyən etməyə çalışmaq lüzumsuzdur. İkinci bir tərəfdən, psixoloji kateqoriya olan təqsirin dövlət anlayışına aid edilməsinin özü olduqca mübahisəlidir. Beləliklə, hər hansı bir əməli dövlətin beynəlxalq hüquq pozuntusu hesab etmək üçün iki şərtin olması zəruridir və eyni zamanda kifayətdir: 1) bu əməl dövlətin beynəlxalq öhdəliyinə ziddir və 2) əməl dövlətin özünə aiddir, onun «öz» əməlidir.

Hər hansı əməlin bütövlükdə dövlətə aid edilməsi beynəlxalq hüquqda

olduqca mühüm məsələdir. Dövlətin ərazisində baş verən və xarici dövlətin hüquq və qanuni mənafelərinə zərər yetirən hər bir əməl heç də mütləq beynəlxalq hüquq pozuntusu deyildir. Və yaxud: dövlətə mənsub olan istənilən fiziki və ya hüquqi şəxsin xarici dövlətin ərazisində törətmiş olduğu hüquqa zidd əməllər hər bir halda həmin dövlətin beynəlxalq hüquq pozuntusu kimi tövsif edilə bilməz. Dövlət daxili qanunvericiliyində müəyyən etdiyi or

qanlar vasitəsilə öz funksiyalarını həyata keçirir və yalnız bu orqanlann əməlləri dövlətin əməlləri hesab olunur. Belə demək olar ki, dövlət öz orqanlarına görə, yalnız öz orqanlarına görə və bütün öz orqanlarına görə məsuliyyət dayıyır. Digər fiziki və ya hüquqi şəxslərin, yəni dövlətin adından çıxış etməyən şəxslərin hüquqi zidd əməllərinə görə (məsələn, bir qrup şəxsin xarici dövlətin səfirliyinə basqın etməsi) dövlət, ümumiyyətlə götürdükdə, beynəlxalq məsuliyyət daşımır. Bu əməllərlə bağlı (bu əməllərə görə yox) dövlət o zaman müvafiq dövlət qarşısında məsuliyyət daşıya bilər ki, o, həmin əməllərin qarşısını almaq və/və ya təqsirli şəxsləri cəzalandırmaq üçün lazımi səy göstəmıəmiş və zəruri tədbirlər görməmişdir. Başqa sözlə, bu halda dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə olunur.




  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin