Hava məkanındakı uçuşların aşağıdakı növləri vardır:
Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə.
Bu uçuşlar da öz növbəsində bir neçə cür olur: a) iki dövlətin sərhədini ani kəsib keçməklə həmsərhəd dövlətə uçuşlar; b) açıq dəniz rayonunu kəsib keçməklə; c) üçüncü dövlətin ərazisindən tranzit (enmədən) uçub keçməklə; ç) beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə.
Açıq dəniz rayonundan və ya Antarktikadan xarici dövlətin ərazisinə və geriyə;
Açıq dənizin bir rayonundan və ya Antarktikadan açıq dənizin digər rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə;
Açıq doniz və ya Antarktika hüdudlarında, beynəlxalq boğazlardan və ya arxipelaq sulanndan tranzit uçub keçmədən;
Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisindən açıq dənizə və ya Antarktikaya və geriyə (balıq ehtiyatlarının kəşfiyyatı, elmi tədqiqatlar apanlması məqsədilə və s.).
Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini tranzit uçub keçməklə (məsələn, ABŞ-m mərkəzi hissəsindən Kanadadan keçməklə Alyaskaya).
Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə;
Bir dövlətin hüdudlarında daxili uçuşlar (həmin ölkənin milli hüququnun subyektləri tərəfindən və onun ərazisi çərçivəsində məhdud məqsədlərlə həyata keçirilən uçuşlar).
Öz-özlüyündə digər dövlətin hava məkanındakı uçuş beynəlxalq uçuş sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki, onun başlanması və ya başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş bütövlükdə (onun bir mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu, daxili uçuş hesab olunur.