Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salan hüquqi normalar sistemi kimi başa düşülür. Bunun nəticəsində dövlətlər beynəlxalq hüququn subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir. Dövlətlər ilkin və universal beynəlxalq-hüquqi subyektliyə malikdir.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər: a) Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər (BMT Nizamnaməsinin 4-cü maddəsi); b) BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi).
Bəs hansı quruma dövlət demək olar? Beynəlxalq hüquqa görə, dövlətin hansı meyarlan vardır? 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası bu suala cavab verir (aşağıdakı müddəalar hazırda beynəlxalq hüquq elmində və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1- ci maddəsində deyilir:
Dostları ilə paylaş: |