Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası beynəlxalq hüquq normalannm həyata keçirilməsinin inkorporasiya yolunu seçmişdir. Belə ki. Konstitusiyamızın l48-ci maddəsinin II bəndinə görə, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin aynimaz tərkib hissəsidir». Göstərilən maddə bütün beynəlxalq
müqaviləlorin, yoni təkcə dövlətlərarası deyil, habelə hökumət- lərarası və idarələrarası sazişlərin də ümumi inkorporasiyasım nəzərdə tutur.
Azərbaycan Respublikasının Konstitusiyası milli hüquqa daxil edilmiş beynəlxalq müqaviləlorin normativ ranqı haqqında məsələdən yan keçməmişdir. Həmin məsələnin həlli 151-ci maddədə öz əksini tapmışdır. Maddədə deyilir: «Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar (Azərbaycan Respublikasının Konstitusiyası və referendum yolu ilə qəbul edilmiş aktlar istisna olunmaqla) və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələr tətbiq olunur». Göründüyü kimi, bu maddədə yalnız Azərbaycan Respublikasının tərəf olduğu dövlətlərarası müqavilələr nəzərdə tutulmuşdur. Höku- mətlərarası müqavilələrin hüquqi qüvvəsinə gəldikdə isə, 130-cu maddənin III bəndinin 6-cı yarımbəndindən belə bir nəticə çıxır ki, normativ icrarxiyada onlar Azərbaycan Respublikasının Konstitusiya və qanunlanndan aşağıda dayanır.
İlk baxışdan belə bir təəssürat yaranır ki. Konstitusiya həmin bu maddədə beynəlxalq hüququn primatını (üstünlüyünü) müəyyən etmişdir. Lakin əslində 151-ci maddə beynəlxalq müqavilənin müddəalan ilə Azərbaycanın normativ-hüquqi aktları arasında mümkün ziddiyyətləri həll etmək rolunu oynayır. Belə bir ziddiyyət olduqda, məhkəmə bu müddəaları ləğv edə və ya dəyişdirə bilməz, yalnız həmin müddəaların tətbiqindən imtinanı elan edir. Dövlətdaxili hüquq norması qüvvədə qalır, doğrudur, bu zaman Azərbaycanın öz qanunvericiliyini beynəlxalq hüquqa uyğunlaşdırmaq kimi beynəlxalq öhdəliyi haqqında məsələ aktuallaşır.
151-ci maddənin məzmunundan irəli gəlir ki, beynəlxalq müqavilə və milli qanun arasındakı kolliziyalar Icx posteriori dcrogat Icgi priori prinsipi əsasında həll olunmalıdır; beynəlxalq müqavilə həm Azərbaycan Respublikası üçün qüvvəyə minməzdən qabaq, həm də ondan sonra qəbul olunmuş istənilən nonnativ-hüquqi aktlara münasibətdə üstünlüyə malikdir.
Dostları ilə paylaş: |