Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BEYNƏLXALQ TƏŞKİLATLAR HÜQUQU



Yüklə 0,96 Mb.
səhifə74/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   219
beynelxalq huquq

BEYNƏLXALQ TƏŞKİLATLAR HÜQUQU



    1. Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri



Beynəlxalq təşkilatlar hüququ - dövlətlərarası (hökumət- lərarası) təşkilatların statusunu, strukturunu, onların orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydasını nizama salan normaların məcmusuna deyilir.

Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilati formalanndan biri kimi beynəlxalq təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. İlk beynəlxalq təşkilatlar aşağıdakılar idi: 1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864); 2) Beynəlxalq Teleqraf İttifaqı (1874); 3) Ümumdünya Poçt İttifaqı (1874);

  1. Beynəlxalq ölçü və çəki komitəsi (1875); 5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə I3eynəlxalq ittifaq (1883); 6) Ədəbi və bədii mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886); 7) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq (1890); 8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890); 9) Dəmiryol mal daşımalan üzrə Beynəlxalq ittifaq (1890).

Hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada beynəlxalq təşkilatlann (qeyri-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən artıqdır.

Beynəlxalq təşkilatlar hüququ sahəsində vahid məcəllələşdi- rilmiş akt yoxdur. Ona görə də beynəlxalq təşkilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli beynəlxalq müqavilələrdə tapmaq olar.



    1. Beynəlxalq təşkilatların təsis aktlan (nizamnamələri).

Hər bir beynəlxalq təşkilat təsisçi dövlətlərin işləyib hazırladığı və qəbul etdiyi beynəlxalq müqavilə (nizamnamə) əsasında yaradılır və fəaliyyət göstərir. Nizamnamədə müvafiq beynəlxalq təşkilatın məqsəd və vəzifələri, strukturu, onun orqanlannın səlahiyyətləri və fəaliyyət qaydası təsbit olunur, təşkilata üzvlük, təşkilatdan çıxan 1- ma, inzibati və büdcə məsələləri və s. öz həllini tapır.

    1. Beynəlxalq təşkilatlann statusu ilə bağlı ayrı-ayn məsələləri nizama salan aşağıdakı universal sazişlər: Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəlikləri haqqında 1975-ci il Vyana Konvensiyası və Dövlətlər və beynəlxalq təşkilatlar arasında beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.

    2. Beynəlxalq təşkilatlann, onların mənzil-qərargahlannm yerləşdiyi dövlətlərlə bağladığı müqavilələr (məsələn. Birləşmiş Millətlər Təşkilatı ABŞ Hökuməti arasında 1947-ci il 26 iyun tarixli Saziş).



    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin