MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 38 ____________________________
informasiya əsasında ayrı-ayrı quyular və ya bir-neçə quyu
barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəssisələri
üzrə hesabatlar hazırlayır. Analitiklər bu informasiyanı neft
hasilatı ilə sərf olunan resursların (elektrik enerjisinin, suyun,
təmir materiallarının) müqayisəli təhlili üçün istifadə edə
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə
quyu barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəs-
sisələri üzrə işlərin səmərəliliyini əks etdirən informasiya
rəhbərliyə təqdim edilə bilər. Bu informasiya əsasında xərci
çox, hasilatı az olan quyunun və ya quyuların, həmçinin
müəssisənin işinin dayandırılması barədə qərar qəbul edilə
bilər.
Strateji səviyyədə uzunmüddətli istehsal planının tərtibi
məsələsi həll edilir ki, bu da istehsalın gələcək artımını və
onun resurs təminatını qiymətləndirmək məqsədi güdür. Neft
şirkəti üçün strateji səviyyədə həll edilən məsələ kimi yeni
neft yataqlarının mənimsənilməsi yolu ilə və ya kiçik neft
şirkətlərini satın almaqla neft hasilatını artırmaq məsələsi
nümunə göstərilə bilər. Bu məsələnin həlli üçün operativ
səviyyədən daxil olan neft-qaz yataqlarının vəziyyəti barədə
geoloji informasiya və xaricdən daxil olan bazar informasiyası
(Rəqabətedici şirkətlərin satışa çıxarılması və neft-qaz hasil
edən şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə
informasiya) lazımdır.
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ Operativ səviyyədə
transaksiya emal edən sistemlər
(TES), başqa sözlə,
transaksiya informasiya sistemləri (TPS -
Transaction Processing Systems) işləyir. Transaksiya emal