MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 41 ____________________________
Taktiki səviyyədə idarəetmə və analitik məsələlərin həlli
sahəsində də 2 tip sistem işləyir:
1.İnzibati fəaliyyətin avtomatlaşdırılması üçün idarəedici
sistemlər və ya
menecer informasiya sistemləri
(
Management Information Systems – MİS);
2.Analitik işlərin avtomatlaıdırılması üçün
qərar qəbulunu
dəstəkləyən sistemlər (Decision Support Systems –
DSS).
Menecer informasiya sistemləri (MİS) taktiki səviyyədə
bezdirici hesabatların və əlahiddə məruzələrin hazırlanması
zamanı planlaşdırma, nəzarət və qərar qəbulu funksiyalarını
dəstəkləyən informasiya sistemləridir. Bu sistemlər operativ
səviyyədən topladığı informasiya əsasında avtomatik hesabat
tərtib edə bilir. Yəni menecer informasiya sistemləri tipik
məsələlər üzrə tipik hesabatlar hazırlayan avtomatlaşdırılmış
sistemlərdir ki, bunlar da şirkətlərin idarə edilməsi keyfiyyəti-
nin yüksəldilməsində çox mühüm əhəmiyyət kəsb edir.
Qərar qəbulunu dəstəkləyən sistemlər (QQDS) müasir
mürəkkəb analitik modellər vasitəsilə yarımstrukturlaşdırılmış
və ya strukturlaşdırılmamış məsələlərin həllini dəstəkləyən
taktiki səviyyə sistemləridir. Bu sistemlər adətən, qərarın
hazırlanması və qəbulunu asanlaşdırmaq vəzifəsini icra edir.
Strateji səviyyədə işləyən sistemlər də 2 tipdir:
1.Rəhbərliyi dəstəkləyən sistemlər (
Executive Support
Systems – ESS);
2.Strateji informasiya sistemləri (
Strategic Information
Systems – SIS).
Rəhbərliyi dəstəkləyən sistemlər (RDS) şirkət üzrə ən
yüksək idarəetmə səviyyəsində qərar qəbulunu dəstəkləmək
üçündür. Bu sistemlər həm strateji, həm də operativ qərar
qəbulunu dəstəkləyə bilir. Rəhbərliyi dəstəkləyən sistemlər