MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 57 ____________________________
olan
ERP (Enterprise Resource Planninq) əlavəsinə üstünlük
(43%) verirlər.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sistemi (
Customer Relationship Mangement) əlavəsi
17%-lə ikinci yeri tutur ki, bu da onu göstərir ki, şirkətlər bu
sistemə investisiya qoymağa və tətbiq etməyə böyük maraq
göstərirlər. Malgöndərmə zəncirini idarə edən sistemlər 13%,
istehsal-proqram əlavələri 16%, sair proqram əlavələri isə 11%
xüsusi çəkiyə malikdir.
Gartner Croup tərəfindən aparılan tədqiqatlardan aydın
olmuşdur ki, Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sisteminin işlənib hazırlanması ilə bu və ya dıgər
şəkildə 50-dən artıq şirkət məşğuldur. Lakin bu bazarda elə
vəziyyət yaranmışdır ki, hətta ilk 5 yeri tutan firmaların da
xüsusi çəkisi 2%-i aşmır.
CRM Community adlı İnternet-şirkət öz üzvlərinin
sorğularına əsasən 2001-ci ildə proqram məhsulları istifadə
edilən və ya istifadə edilmək üçün qəbul edilən nisbətən daha
çox tanınmış 20 “Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sistemi”nin proqram təminatı hasilatçısının siyahısını
elan etmişdir ki, bunlar da cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
Mövcud CRM layihələrinə müştəri marağı
№
CRM hasilatçısı
Rəyi soruşulan
istifadəçilərin xüsusi
çəkisi, %
1 Siebel
33
2 Oracle
28
3 PeopleSoft
15
4 SAP
15
5 MikrosoftllS
14
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 58 ____________________________
6 E.piphany
14
7 IBM
14
8 BroadVision
12
9 Nortel/Clarify
8
10 Ariba
8
11 BEA
7
12 Kana
7
13 Pivotal
7
14 GreatPlains
7
15 Broadbase/ServiceSoft
6
16 InteractCommerce
5
17 eGain
4
18 Applix
4
19 YouCentric
4
20 Onyx
3
Göründüyü kimi, proqram məhsulları hasilatçıları arasında
ilk 5-liyə
Siebel, Oracle, PeopleSoft, SAP, Microsoft kimi
tanınmış şirkətlər daxildir. Çədvəl 1-də göstərilənlərdən əlavə,
rəyi soruşulanlar 10-larla digər proqram hasilatçı şirkətlərin də
adlarını çəkmişlər ki, bunlardan da,
Front Range/Goldmine,
Sale Logics, Remerdy və s. misal göstərmək olar.
Bu sorğuda, eyni zamanda, rəyi soruşulan istifadəçilərin
kiçik və orta biznesin satın almağa gücü çatmayan
tamfunksional paketlərə və ya cürbəcür proqram məhsulları
yığımına üstünlükvermə münasibətləri də öyrənilmişdir ki,
bunun da nəticəsi şəkil 5-də verilmişdir.
|