Ə. A.ƏLBƏndov


Evtetik ərintilər kristalların kiçik ölçüləri və bircinsliliyi ilə  xarakterizə olunmaqla yanaşı, yüksək bərklik və mexaniki



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə42/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

        

Evtetik ərintilər kristalların kiçik ölçüləri və bircinsliliyi ilə 

xarakterizə olunmaqla yanaşı, yüksək bərklik və mexaniki

 

möh-


 

420


kəmliyə malik olurlar. Odur ki, qurğuşunun qalay və sürmə ilə 

ərintiləri mətbəə şriftlərinin və akkumlyatorların qəfəslərinin ha-

zırlanmasında  tətbiq  olunur.  Qurğuşunun  qalayla  ərintisi  aşağı 

ərimə temperaturuna malik olduğundan lehimləmə işlərində isti-

fadə edilir.  

Əksər  evtetik  ərintilər  üçün  sərhədli  həll  olma  xarakterik-

dir.  Məsələn,  qalayın  qurğuşunda  və  qurğuşunun  qalayda  həll 

olma qabiliyyəti uyğun olaraq atom payı ilə 19,5 və 2,5 % təşkil 

edir (şək. 11.6 b). 

 

 



 

             

Ərintinin tərkibi                               Ərintinin tərkibi 

                       a                                                         b 



Şəkil 11.7. Komponentlərin qaşılıqlı həll olması  (a) və  həll olmaması  

(b) ilə sabit (a) və dəyişkən (b) tərkibli intermetallidlərin əmələ gəlməsi 

sisteminin hal diaqramları 

 

Güclü  qarşılıqlı  təsirdə  olduqda  metallar  arasında  interme-



taloidlər 

adlanan birləşmələr əmələ gəlir. Belə sistemlərin ərimə 

diaqramları  maksimumlara  malik  olurlar  (şək.  11.7  ).  Alınan 

kimyəvi birləşmələr sabit (daltonidlər, şək. 11.7, a) və ya dəyi-

şən tərkibə (bertolidlər,şək.11.7 b) malik ola bilərlər. Đntermetal-

loidlərlə  yanaşı sistemdə evtetikalar (şək.11.7 E



1

 və E



2

,) əmələ 

gəlir. Bundan başqa komponentlərin qarşılıqlı həll olması da baş 

verə bilər (şək.11.7, faza 

α

 və 


β

).   


 

421


Kimyəvi  birləşmələr  adətən  elektromənfilikləri  və  kimyəvi 

xassələri  bir-birindən  fərqlənən  metallar  arasında  əmələ  gəlir. 

Məsələn,  MgCu

2

,  MgNi



2

,  Mg


3

Sb

2



,  CaZn

10



LaAl

4

 



və  s.  Adətən 

intermetalloidlərin  tərkibləri  metalların  formal  valentliklərinə 

uyğun gəlmir. Bir qayda olaraq intermetalloidlərin kristal quru-

luşları onları əmələ gətirən fərdi komponentlərin kristal qurulu-

şuna oxşamırlar. Onlar fərdi  komponentlərə nisbətən aşağı elek-

trik  və  istilik  keçiriciliklə  xarakterizə  olunurlar.  Bəzi  interme-

talloidlər  yarımkeçirici  xassəyə  malik  olurlar.  Đntermetalloidlər 

kövrək olurlar, lakin ərimə temperaturlarına yaxın plastiklik xas-

səsi kəsb edirlər. 

 

Beləliklə, metal ərintilər bərk məhlullardan, mexaniki qarı-



şıqlardan,  intermetalloidlərdən  və onların kombinələrindən iba-

rət olurlar. 



Kompozisiya materialları. Kermetlər. 

Kompozisiya mate-

riallarını  (kompozitlərı)  fazalararası  sərhəddin  saxlanılması  ilə 

nəticələnən  müxtəlif  təbiətli  komponentlərin  kombinəsindən 

alırlar. Kompozitlərin xassələri onları əmələ gətirən komponent-

lərin xassələrindən əsaslı fərqlənir. 

Kompozisiya materialları əsasdan (matrisadan)  və əlavələr-

dən (tozlardan, saplardan, ovuntulardan və s.) ibarət olur. Əsas 

olaraq metallardan, polimerlərdən, keramik və digər materiallar-

dan istifadə olunur. Əgər əsas metal olarsa, əlavələr kimi sapvarı 

metal kristallarından, qeyri-üzvi saplardan və tozlardan (alümi-

nium  oksiddən,  kvarsdan,  alüminosilikatlardan  və  s.)  istifadə 

olunur. Əsası keramıka, əlavələri isə metallar olan kompozitlər  

keramik-metal materiallar və ya kermetlər adlanır. Kermetlərdə 

əsas  kimi  adətən  Al,  Cr,  Mq,  Zr-un  oksidlərindən,  volframın, 

kobaltın karbidlərindən, sirkonium və xromun boridlərindən isti-

fadə  edilir.  Əlavə  kimi  matrisa  metallarına  nisbətən  oksigenə, 

karbona, bora az hərisliyi  olan metallardan istifadə etmək olar.  

Kompozitləri  toz  metallurgiyası  (toz  halında  komponentlər 

qarışığının qızdırılaraq presələnməsi), metalın əsas üzərində elek-



 

422


trokimyəvi  çökdürülməsi,  ərimiş  metalın  əsasa  hopdurulması 

yolu ilə əldə edirlər. 

Kompozitlər  yüksək  bərklik,  möhkəmlik,  yeyilməyə  qarşı 

davamlılıqla xarakterizə olunurlar. 

Kompozitlər konstruksiya materialları kimi, eləcə də yeyil-

məyə davamlı kontaktların, diyircəkli yastıqların, ştampların və 

alətlərin  və  s.  hazırlanmasında  istifadə  olunan  materiallar  kimi 

geniş istifadə olunur. 

 

11.5. S - METALLARININ  KĐMYASI

 

 



Ümumi xassələri. s

-metalları dövri sistemin ΙA və ΙΙA qrup 

elementlərini  təşkil  edirlər.  Bu  elementlərin  xarici  elektron  tə-

bəqəsində uyğun olaraq bir və ya iki elektron olur (ns



1

; ns

2

). Bu-

nunla əlaqədar onlar birləşmələrində  +1 (Li, Na, K. Rb, Cs) və 

+2  (Be,  Mq,  Ca,  Sr,  Ba)  oksidləşmə  dərəcəsi  göstərirlər.  Sıra 

nömrələri artdıqca atom radiuslarının artması və nüvənin yükü-

nün ekranlaşması effektinin güclənməsi nəticəsində xarici təbə-

qə elektronlarının nüvə ilə əlaqəsi zəifləyir ki, bu da onların ion-

laşma  enerjilərinin  azalmasına  səbəb  olur.  Nisbətən  zəif  metal 

rabitəli  kristal  qəfəsli  metallardır.  Berilliumdan  başqa  bütün  s-

metalları  aşağı  ərimə  temperaturu,  az  bərklik  və  möhkəmliklə 

xarakterizə  olunurlar.  Yungül  metallar  olub,  şıxlıqları  0,58  – 

3,77  q/sm

3

  intervalında  dəyişir.  Bütün  s-metalları  qüvvətli  re-



duksiyaedicidirlər.  Standart  elektrod  potensialları  berilliumdan 

başqa –2,0V-dan aşağı qiymətlərlə xarakterizə olunur (şək.11.3). 

Turşularla aktiv sürətdə reaksiyaya daxil olurlar. 

 

Hidrogenlə qarşılıqlı təsirdə su ilə asan hidroliz olunan ion 



qəfəsli hidridlər əmələ gətirirlər: 

 

                    2MH + H



2

O =2MOH +2H

 

                   MH



2

 + 2H


2

O =  M(OH)

2

 +2H


2

 

 



 

423


Bu reaksiyalardan avtonom qurğularda hidrogen almaq üçün 

istifadə  olunur.  Metalların  hidridlərindən  həmçinin  bəzi  metal-

ların alınmasında istifadə olunur. 

Berillium  və  maqneziumdan  başqa  bütün  s-metalları  su  ilə 

şiddətli  surətdə  reaksiyaya  daxil  olurlar  (qızdırıldıqda  maqne-

zium da su ilə təsirdə olur):  

  

                   2M + 2H



2

O = 2MOH + H

2

         



                   2M + 2H

2

O = M(OH)



2

 + H


2

       

    


s-metallarının  su  ilə  reaksiyaya  qirmə  qabiliyyəti  qrupda  ele-

mentlərin sira nömrəsinin artması ilə artır. 

Yüksək kimyəvi aktivliyə malik olduqlarından qələvi və qə-

ləvi-torpaq  metallarını  (Ca,  Sr,  Ba)  havada  saxlamaq  olmaz. 

Odur  ki,  onları  oksidləşmədən  qorumaq  üçün  kerosində  və  ya 

vazelin təbəqəsi altında saxlayırlar.  

BeO və MqO-dan başqa s-metallarının bütün oksidləri suda 

həll  olaraq  qələvilər  əmələ  gətirirlər.  BeO,  MqO  suda  az  həll-

olan oksidlərdir. MqO əsası BeO isə amfiter xassəlidir. 

MqO və BeO, eləcə də onlara uyğun gələn əsaslar suda az 

həll olan birələşmələr olduğundan, onları berillium və maqnezi-

umun  həll  olan  duzu  məhluluna  qələvi  məhlulları  ilə  təsir  et-

məklə alırlar: 

        


                          M

2+

 + 2OH = ↓M(OH)



2

 

 



Halogenlərlə təsirdə suda yaxşı həll olan halogenid duzlarını  

əmələ  gətirirlər.  Nitratları  da  suda  yaxşı  həll  olurlar.  ΙΙA  qrup 

metallarının karbonatları, fosfatları suda praktiki həll olmur. Qə-

ləvı-torpaq metallarından başqa s-metallarının sulfatları da suda 

həll olur. 

Qələvi  metallar  (...ns



)

. Natrium və kalium yer qabığında 

kifayət qədər yayılmış elementlər sırasına daxildir. 

Li, Rb


 və 

Cs

  



natrium  və  kaliuma  nisbətən  çox  az  yayılmışdır.  Fr  isə  süni 

 

424


alınmış elementdir. Cəd.11.3-də qələvi metalların yer qabığında 

yayılması, əsas mineralları və alınma üsulları verilmişdir. 

Qələvi  metallar  kimyəvi  cəhətdən  çox  aktiv  maddələrdir. 

Litium → fransium istiqamətındə aktivlikləri artır. Ən aşağı ion-

laşma enerjiləri ilə xarakterizə olunduqlarından metallar içərisin-

də ən  qüvvətli reduksiyaedicidirlər.  

Rubidium və sezium su ilə partlayışla, kalium  ayrılan hidro-

genin  yanması ilə, natrium və kalium isə  yanma baş vermədən 

re-aksiyaya girirlər. 

 Bütün qələvi metallar oksigenlə enerjili sürətdə təsirdə olur. 

Bu zaman litium  Li

2

O,  natrium peroksid Na



2

O

2



, K, Rb, Cs isə 

MO

2



  tərkibli  superperoksidlər  əmələ  gətirir.  Su  ilə  praktiki 

olaraq tam hidroliz edirlər: 

 

            Na



2

O

2



 + 2H

2

O → 2NaOH + H



2

O

2



 

 

           4KO



2

 + 2H


2

O → 4KOH + 2H

2

O

2



 + O



  

Metal litium termonüvə reaktorlarında tritiumun alınmasın-

da tətbiq edilir: 

 

                                 Li + n =  H +  He 



 

Litiumun  lehirləyici  komrponent  kimi  alüminium  ərintilə-

rinin  tərkibinə  daxil  edilməsi  bu  ərintilərin  möhkəmliyini  və 

korroziyaya qarşı davamlılığını, mis ərintilərinin isə elektrik ke-

çiriciliyini  artırır.  Litium  və  onun  birləşmələrindən  raket  ya-

nacağı kimi istifadə edilir. LiOH qələvi akkumlyatorların hazır-

lanmasında tətbiq edilir.  







 

425


Cədvəl 11.3. Qələvi metalların yayılması, əsas mineralları və alınması 

 

 

Natriumun mühüm tətbiq sahəsi atom energetikası və metal-



lurgiya  və  üzvi  sintez  sənayesidir.  Atom  energetikasında  nat-

rium və onun kaliumla  ərintisi mayemetal istilikdaşıyıcısı kimi 

tətbiq olunur. Tərkibində kütlə payı ilə 77,2% kalium olan Na-K 

ərintisi  geniş  temperatur  intervalında  maye  halında  olur  (t

ər

=  - 


12,8).  Na  və  K  metallurgiyada  çətin  əriyən  metalların  alınma-

sında reduksiyaedici kimi tətbiq edilir. 

NaOH ağ kristallik, çox hiqroskip maddədir. Sənayedə əsa-

sən  xörək  duzunun  sulu  məhlulunun  elektrolizindən  alınır.  To-

xumanı, dərini, kağızı və s. üzvi maddələri aşındırdığından digər 

qələvilər də daxil olmaqla yeyici qələvi adlanır. Kimya sənaye-

sinin  ən  mühüm  məhsullarından  biridir.  Çoxlu  miqdarda  neft 

məhsullarının  təmızlənməsində,  sabun  bişirmədə,  kağız  və 

Metal  Yayılması, 

 % ,(küt.p) 

          Əsas mineralları 

         Alınması 

 Li 

 3,2.10


-3 

Spodumen-L  i

2

O.Al


2

O

3.



4SiO

2



ambliqonit-LiAlPO

4

F;  Lepido-



lit-tərkibində OH, F olan litium 

və kalium silikatlar 

2Li

2

O+Si = 4Li+   



                 +SiO

Ərimiş  LiCl  +KCl 



qaqrış. elektrolizı  

 Na 


   2,64 

NaCl-xörək duzu ( küllü miqdar 

okean,  dəniz  və  duzlu  göllərin 

sularında vardır); daş duz  (qa- 

lit); Na

2

SO



4

 .10H


2

O -mirablit 

 

NaCl-in 


ərimiş    

məhlulunun 

elektrolizi 

 K 


 

 

 3,6 



KCl-silvin, KCl.NaCl-silvinit; 

Karnalit- KCl.MqCl

2

.6H


2

O; 


 

KCl-in ərimiş məh 

lilunun elektrolizi 

Rb 


 

 

 



1,5.10

-2 


 

 

 



Lepidolit mineralının tərkibində 

rast  gəlinir  və  bu  metalı  almaq 

üçün xammal hesab edilir 

2RbCl + Ca = 2Rb 

+ CaCl



Cs 



3,7.10

-4

 



Pollusit-4Cs

2

O.4Al



2

O

3



.18SiO

2



.2H

2



2CsCl + Ca  = 2Cs  

+ CaCl


 


 

426


toxuculuq  sənayesində,  eləcə  də  süni  liflər  istehsalında  istifadə 

olunur. Na

2

CO

3



, K

2

CO



3

 sabun bişirmədə və s., NaNO

3

 və KNO


3

 

qara  barıt  istehsalında,  KCl  və 



K

2

SO



4

 

kübrə  kimi  tətbiq  edilir.  



Na

2

O



2

 izoləedilmiş sistemlərdə: sualtı qayıqlarda, kosmik gəmi-

lərdə və s. havanın regenerasiyasında istifadə olunur. O, tənəffüs 

prosesində ayrılan karbon qazı ilə təsirdə olaraq oksigen ayırır: 

 

                    Na



2

O

2



 + CO

2

 =  Na



CO

3



 + O

2

  



 

Natrium  və  kalium  insan  orqnizminin  bütün  toxumalarının 

tərkibinə  daxildir.  Natriumdan  fərqli  olaraq  kalium  əsasən  hü-

ceyrə daxilində olur. Kalium bəzi fizioloji və biokimyəvi proses-

lərdə, məsələn, sinir impulslarının ötürülməsində mühüm rol oy-

nayır. Ürəyin normal işləməsı üçün qanda müəyyən miqdar ka-

liumun olması lazımdır. Kalium orqanizmə bitkilər vastəsilə da-

xil olur. Qaninin osmos təzyiqi əsasən 

NaCl

 hesabına sabitləşir. 



Berillium  və  maqnezium  (...  ns



). 

Maqnezium  yer  qabı-

ğında  geniş  yayılmış  elementlər  sırasına  daxildir.  Berillium  isə 

nisbətən  az  yayılmışdır.  Cəd.11.4-də  kalsium  daxil  olmaqla  bu 

elementlərin yer qabığında yayılması, əsas mineralları və alınma 

üsulları verilmişdir. 

Təbiətdə berill mineralının tərkibindəki qarışıqlarla rənglən-

miş şəffaf formalarına rast gəlinir. Bunlara qiymətli daş kimi tət-

biq edilən zümrüd (yaşıl) və akvamarini (göyümtül yaşıl) misal 

göstərə bilərik. Berillium və maqnezium yüksək aktivliyə malik 

olduqlarından  onları  əsasən  xloridlərinin  ərimiş  məhlullarının 

elektrolizindən alırlar.  

Berillium  parlaq  boz,  maqnezium  isə  gümüşü  ağ  rəngli 

metaldır.  Berillium  yüksək  ərimə  temperaturu  (t

ər

=1278


0

S  )  və  

bərkliklə  xarakterizə  olunan  kövrək,  maqnezium  isə  berilliuma 

nisbətən  yumşaq,  plastik  və  tez  əriyən  (t

ər.

=650


0

S)  me-taldır. 

Maqnezium berilliuma nisbətən daha aktiv metaldır. 

Oksidləşdirici  olmayan  mineral  turşularda  hidrogen  ayır-

maqla həll olurlar.

 


 

427


Cədvəl 11.4. Be, Mq və Ca-un yayılması, əsas mineralları və alınması 

 

 

Havadə səthləri oksid pərdəsi ilə örtülur ki, bu da onları kor-



roziyadan  və  suyun  təsirindən  qoruyur.  Havada  qızdırıldıqda 

oksigendə yanaraq odadavamlı oksidlər (BeO, MgO) əmələ qə-

tirirlər.  Oksidləri  və  onlara  uyğun  gələn  əsaslar  turşularda  həll 

olur. Be, BeO və Be(OH)

2

 amfoter olduğundan həmçinin qələvi 



məhlulları ilə də təsirdə olurlar. Məsələn: 

 

            Be + 2NaOH + 2H



2

O = Na


2

[Be(OH)


4

 + H


                                          

Na-hidroksoberillat         

            BeO + 2NaOH + H

2

O =  Na


2

[Be(OH)


4

   



            Be(OH)

2

 + 2NaOH = Na



2

[Be(OH)


4

 

 



Oksidləşdirici qatı turşu ilə təsirdə berillium passivləşir. Adi 

temperaturda  halogenlərlə  təsirdə  olaraq  halogenidlər  əmələ 

gətirirlər.  Birləşmələrində  +2  oksidləşmə  dərəcəsi  göstərirlər. 

Sulfat, nitrat və xlorid duzları suda yaxşı, karbonat və fosfatları 

ısə  pis  həll  olur.  Hidroksidləri  zəif  əsas  olduqlarından  duzları 

sulu məhlullarda kationa görə hidroliz edir: 

 

 

Metal 



Yayılması, 

 % ,(küt.p) 

 

          Əsas mineralları 



       

             Alinması 

  Be 

   6.10


-4 

      Berill-Be

3

Al

2



(SiO

3

)



BeCl


2

-nin ərimiş 

məhlulunun elek- 

 trolizi 

  Mq 

      2,1 



 Maqnezit-MqCO

3

;  Dolomit  



-MqCO

3

.CaCO



3

; Karnalit- 

KCl.MqCl

2

.6H



2

O;  Kainit- 

 KCl.MqSO

4

.3H



2

MqCl



2

-ın ərinmiş 

 məhlulunun elek- 

 trolizi 

   Ca 

     3,0 



 (Mərmər, əhəng daşı, təba- 

 şir)-CaCO

3

;  Gips-CaSO



4

.   


.2H

2

O; Fosforit- Ca



3

(PO


4

)

2



;   

  

CaCl



2

-ın ərinmiş  

məhlulunun elek-       

 trolizi 



 

428


                      M

2+ 


+ H

2

O = MOH



+

 + H


 

Berillium  rentgen  şüalarını  yaxşı  buraxdığından  ondan 



rentgen  borusunın  şüa  xaricə  çıxan  hissəsinin  hazırlanmasında 

istifadə olunur. Berilliumun əsas tətbiq sahəsi tərkibinə lehirlə-

yici komponent kimi daxil olduğu ərintilərdir. Belə ərintilər yük-

sək möhkəmlik və korroziyaya qarşı davamlılıqları ilə xarakte-

rizə olunurlar. Cu-Be, Ni-Be ərintiləri korroziyaya qarşı yüksək 

davamlılığı  və  elastikliyi  ilə  seçilir.  Belə  ərintilərdən  yüksək 

keyfiyyətli  yayların,  cərrahiyə  alətlərinin  və  bir  sıra  cihazların 

elastiki  elementlərinin  hazırlanmasında  istifadə  olunur.  Alümi-

niumun berillumla ərintilərindən aviasiya quruculuğunda istifa-

də olunur. Neytronları ən yaxşı ləngidici və əksetdirici material-

lardan biri kimi yüksək temperaturlu reaktorlarda tətbiq edilir.  

BeO ağ rəngli, çətin əriyən (t

ər. 

= 2530


o

 S) maddədir. Kim-

yəvi və odadavamlı materialların (reaktiv mühərriklərində, putə-

lərin  hazırlanmasında,  elektrotexnikada)  hazırlanmasında  tətbiq 

olunur. 

Maqneziumum  başlıca  tətbiq  sahəsi  onun  əsasında  yüngül 

ərintilər istehsalıdır. Maqneziumun tərkibinə az miqdarda digər 

metalların əlavə olunması onun mexaniki xassələrini kəskin də-

yişərək ərintiyə kifayət qədər bərklik və davamlılıq verir. Bun-

lardan Mq – Al - Zn, Mq - Zn və Mq – Zn - Zr sistemlər əsa-

sında hazırlanmış e l e  k t r o n adlanan ərintilər böyük əhəmiy-

yət  kəsb  edir.  Maqnezium  ərintilərinin  üstün  cəhəti  onların  az 

sıxlığa  (1,8q/sm

3

  ətrafında)  malik  olmalarıdır.  Bu  ərintilər  ilk 



növbədə raket texnikasında və avia- avto-, moto- və cihaz quru-

culuğunda  tətbiq edilirlər. 

Təmiz  maqneziumdan  metallurgiyada  bir  sira  metalların 

alınmasında  reduksiyaedici  kimi  istifadə  edilir.  Maqnezium 

həm-çinin üzvi sintezdə geniş tətbiq olunur.  

MgO ağ rəngli çətinəriyən (t

ər. 

= 2800


o

 S) oksiddir. Putələrin, 

oda  davamlı  boruların  və  kərpiclərin  hazırlanmasında  işlədilir. 

Maqnezium oksid və qatı maqnezium-xlorid məhlulunu qarışdır-

dıqda maqnezial sementi adlanan MgOHCl əmələ gətirir:       


 

429


             

         MgO + MgCl

2

 + H



2

O     2MgOHCl 

 

Qarışığı  saxladıqda  əsasi  maqnezium-xlorid  polimerləşərək  



olduqca  möhkəm,  asan  cilalanan  bərk  kütləyə  çevrilir.  Maqne-

zial  sementindən  yapışdırıcı  material  kimi  bülöv  və  dəyirman 

daşlarının hazırlanmasında istifadə olunur. Ağac kəpəyi ilə qarı-

şığı  ksilolit  adlanır,  döşəmələrin  və  s.  hazırlanmasında  istifadə 

olunur. 

Maqneziumun  təbii  silikatları:  talk    3MqO

.

4SiO


2

.

 



H

2

O,  as-



best

  CaO 


3MqO 


4SiO


2

 mühüm əhəmiyyət kəsb edir. 



Kalsium. 

Ca, Sr və Ba qələvi-torpaq metalları adlanırlar. Bu 

metallar  yüksək  aktivliyə  malik  olub  ancaq  qələvi  metallardan 

geri qalırlar.

 

Qələvi-torpaq  metalları  içərisində  əsas  praktiki  əhəmiyyət 



kəsb edəni kalsiumdur. Kalsium birləşmələr şəklində çox geniş 

yayılmışdır (cəd. 12.5). 

Kalsium  kifayət  qədər  möhkəm  plastiki  metaldır.  Havada 

sürətlə  oksidləşərək  oksid  təbəqəsi  ilə  örtülür.  Qızdırdıqda  al-

qırmızı  alovla  yanır.  Soyuq  su  ilə  zəif,  qaynar  su  ilə  intensiv 

reaksiyaya daxil olub hidroksid əmələ gətirir və hidrogen ayrılır. 

Hidrogen axınında qızdırdıqda  ion qəfəsli hidrid əmələ gəlir.  

Kalsium  hidrid

  ağ  kristal  maddədir,  su  ilə  enerjili  surətdə 

qarşılıqlı təsirdə olur: 

     


CaH

2

 + H



2

O = Ca(OH)

2

 + 2H


 

Bu reaksiyadan kristalhidratlardan suyu ayırmaq üçün  istı-



fadə edilir. 

Kalsium  oksid

    CaO  odadavamlı  oksiddir.  Əhəng  daşının 

termiki parçalanmasından alırlar: 

           

                

                   CaCO

3

 = CaO + CO



 

→ 



← 

 

430


CaO sönməmış əhəng adlanır, su ilə çoxlu miqdarda istiliyin 

ayrılması  ilə  birləşərək  qüvvətli  əsas  olan  Ca(OH)

2

–ni  əmələ 



gətirir.  Bu  proses  əhəngin  söndürülməsi,  əmələ  gələn  kalsium 

hidroksid isə şönmüş əhəng adlanır.  Əhəngli su  havada karbon 

qazı  ilə  təsirdə  suda  həllolmayan  CaCO

3

  əmələ  gətirdiyindən 



tezliklə bulanır: 

   


               Ca(OH)

2

 +   CO



2

 = CaCO


3

↓ + H


2

O    


 

Metal kalsiumun tətbiqi onun yüksək aktivliyi ilə bağlıdır. O 

bir sira metalların, məsələn, U, Cr, Zr, Cs, Rb, V və s. alınma-

sında  reduksiyaedici  kimi,  poladın  tərkibindən  oksigenin,  kü-

kürdün  çıxarılmasında,  üzvi  mayelərin  susuzlaşdırılmasında, 

vakum  cihazlarında  qalıq  qazların  udulmasında  tətbiq  edilir. 

Bundan  əlavə  kalsium  lehirləyici  komponent  kimi  qurğuşun 

ərintilərinin tərkibinə daxildir.  



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin