Şəkil 10.7. Katod (a) və anod (b) örtüklərinin məsamələrində
dəmirin turşu məhlulunda korroziya sxemi
1-məhlul; 2-örtük; 3-əsas metal; 4-məsamə
Metal örtüklərini almaq üçün müxtəlif üsullardan istifadə
olunur. Buraya elektrokimyəvi (qalvanik örtüklər) (bax 9.7), əri-
miş metala daxil etmək üçün metallaşdırma, termodiffuziya və
kimyəvi üsullarla
əldə edilən örtüklər daxildir.
399
Ərimiş sinkə və qalaya metal əşyanı daxil etməklə onun sət-
hini sinkləmək (qaynar sinkləmə) və qalaylamaq (qaynar qalay-
lama) olar.
Metallaşdıma üsulunda örtük əmələ gətirici metalın ərimiş
məhlulu sıxılmış hava vasitəsi ilə korroziyadan qorunan metalın
səthinə çəkilməsindən geniş istifadə olunur..
Termodiffuziyada səthi örtüləcək əşya örtük üçün götürül-
müş metalın tozuna daxil edilrək yüksək temperaturda qızdırılır.
Bu zaman toz metalın səthinə diffuziya edərək qoruyucu örtük
əmələ gətirir.
Termodiffuziyadan odadavamlı alüminium (alitirləşmə), si-
lisium (silisiumlaşdırma), xrom (xromlaşdırma), titan (titanlaş-
dırma), sink (sinkləmə) ötüklərinin alınmasında geniş istifadə
olunur.
Kimyəvi üsulda qorucu metal örtüklərinin əldə edilməsi
örtük əmələ gətirici metalın müvafiq birləşməsinin metalın sət-
hində reduksiyaedicilərlə, məsələn, hipofosfit, hidrogen, hidra-
zin və s. ilə sərbəst metala qədər reduksiya olunmasına əsaslanır.
Reaksiya zamanı əmələ gələn qoruyucu metal əsas metalın sət-
hində çökərək müdafiə örtüyü əmələ gətirir. Məsələn, mis örtü-
yünü almaq üçün reduksiyaedici kimi formaldehiddən istifadə
olunur:
Cu
2+
+ 2CH
2
O + 4OH
-
= Cu + 2HCOO
-
+ H
2
+ 2H
2
O
Qeyri-metal örtüklər.
Qeyri-metal örtüklər həm üzvi və
həm də qeyri-üzvi təbiətli ola bilər. Bu halda müdafiə örtüyü
metalı ətraf mühitdən izolə etməklə onu korroziyadan qoruyur.
Qeyri-üzvi örtük kimi emallardan, metal oksidlərindən, xrom və
fosfor birləşmələrindən və s. istifadə olunur. Üzvi örtüklərə lak-
boya örtükləri, qətranlar, plastik kütlələr, polimer örtüklər və s.
daxildir.
Elektrokimyəvi müdafiə.
Bu metodun əsasında korroziya
prosesinin anod və ya katod reaksiyalarının tormozlaşdırılması
400
durur. Elektrokimyəvi müdafiə qorunan konstruksiyanın pro-
tektora, yəni daha mənfi elektrod potensialına malik metala bir-
ləşdirməklə, həmçinin xaricdən verilən cərəyanın hesabına mey-
dana çıxan anod (anod müdafiəsi) və ya katod (katod müdafiəsi)
polyarlaşması hesabına həyata keçirilir.
Protektorla müdafiədə
korroziyadan qorunacaq əşya poten-
sialı metal əşyanın potensialından xeyli mənfi olan metala və ya
ərintiyə birləşdirilir (şək.10.8). Belə metallar və ərintilər pro-
tektorlar adlanır. Protektor kimi alüminium, maqnezium və sink
ərintilərindən istifadə olunur.
Korroziya mühitində, məsələn, dəniz suyunda metal pro-
tektor həll olur, qorunan metal əşyada isə hidrogen ayrılır.
Al - 3e → Al
3+
və ya Mg – 2e → Mg
2+
2H
2
O+ 2e → H
2
+ 2OH
-
Katod polyarlaşma-
sında (müdafiəsində) yer-
altı boru kəmərlərinin,
kabellərin qorunmasında
istifadə olunur.
Katod müdafiəsi su-
altı qayıqlara, su rezer-
vuarlarına, buruq
platfor-
malarına, dəniz boruları-
na və kimya zavodları
avadanlıqlarına və s. tət-
biq edilir.
Katod müdafiəsində
korroziyadan qorunan əş-
ya xarici sabit cərəyan
mənbəyinin mənfi qütbü-
nə birləşdirilir. Odur ki,
Şəkil. 10.8. Polad boru-kəmərinin
dəniz suyunda maqneziumla
protektor müdafəsinin sxemi
1-protektor; 2-birəşdirici naqil;
3-boru; 4-dəniz suyu.
401
əşya katod rolunu oynayır, anod olaraq köməkçi materiallardan
adətən polad elektroddan istifadə olunur. Bu zaman köməkçi
elektrod (anod) həll olur:
M – ne → M
n+
Katodda isə (qorunan qurğuda) hidrogen ayrılır:
2H
2
O + 2e → H
2
+ 2OH
-
Anod müdafiəsində qorunan metal həll olma zamanı passiv
pərdə ilə örtülür. Məsələn:
2Cr + 3H
2
O – 6e → Cr
2
O
3
+ 6H
+
Bu metod potensialı müsbət tərəfə dəyişdikdə passivləşmə
qabiliyyəti olan metallara tətbiq olunur. Belə metallara Ni, Cr,
Ti, Zr və s. daxildir. Anod müdafiəsindən paslanmayan polad-
ların sulfat turşusu ilə kontaktında istifadə olunur.
Korroziya mühitinin xassələrinin dəyişməsi.
Mühitin aq-
ressivliyini azaltmaq üçün korroziya üçün təhlükəli komponent-
lərin qatılığını azaldırlar. Məsələn, neytral mühitdə adətən
korroziya oksigenin udulması ilə gedir. Odur ki, O
2
-ni ayırmaq
(məsələn, qaynatmaqla) və reduksiyaedicilərin (məsələn, sulfit-
lər, hidrazin və s.) köməyi ilə reduksiya etmək lazım gəlir.
Məsələn:
O
2
+ N
2
H
4
= N
2
+ 2H
2
O
Mühitin korroziyaya aqressivliyini azaltmaq üçün hidrogen
ionlarının qatılığının azaldılmasından da istifadə olunur.
Korroziyadan qorunmada inqibitorlardan geniş istifadə olu-
nur. Metal yerləşən mühitə az miqdarda əlavə etdikdə metalın
korroziya sürətini əsaslı dərəcədə dəyişən maddələrə inqibitorlar
402
deyilir.
Đnqibitorlar adətən sabit həcmli sistemlərdə: kimyəvi
cihazlarda, soyutma sistemlərində, buxar generatorlarında və s.
tətbiq olunur. Đnqibitorlar həmçinin qazların və neftin nəql olun-
masında, yanacaq-sürtgü maddələri və üzvi mühitlərdə, dəniz
suyunda və s. korroziyadan qorunmada istifadə olunur.
Elektrokimyəvi korroziya proseslərinə təsir mexanizminə
görə inqibitorlar adsorbsiya və passivləşdirici inqibitorlara təsnif
olunur. Tərkibinə görə inqibitorlar qeyri-üzvi və üzvi maddələrə
ayrılır.
Əksər inqibitorların təsir mexanizmi korroziyaya uğrayan
səthdə inqibitorun adsorbsiyası ilə əlaqədar katod və anod pros-
eslərinin tormozlaşması ilə əlaqədardır.
Maşınların, cihazların və digər metal əşyaların hava atmos-
ferində istismarında uçucu inqibitorlardan istifadə olunur.
Passivləşdirici inqibitorlar metalın səthində onu passivləş-
dirən müdafiə pərdəsi əmələ gətirir. Belə inqibitorlara qeyri-üzvi
oksidləşdiricilər (NaNO
2
, Na
2
Cr
2
O
7
, H
2
O
2
) və metalla az
həllolan birləşmələr əmələ gətirən maddələr (polifosfatlar, sili-
katlar, natrium-karbonat, kalsium, maqnezium birləşmələri və
s.) daxildir. Đnqibitorların təsir effektliyi mühitin pH-dan çox
asılıdır. Bu baxımdan inqibitorları turşu, qələvi və neytral in-
qibitorlara ayirirlar.
Azan cərəyanlardan qorunma.
Azan cərəyanla (bax 10.2)
korroziyaya qarşı mübarizə aparmaq üçün birinci növbədə azan
cərəyani azaltmaq lazımdır. Bu bxımdan elektrikləşdirilmiş də-
mir yollarında relslərın qovşaq hissələrində kontaktların keyfiy-
yətini yüksəltmək, relslərlə torpaq arasında müqaviməti artırmaq
lazım gəlir.
403
BÖLMƏ
4
KĐMYANIN SEÇĐLMĐŞ
MƏSƏLƏLƏRĐ
Dördüncu bölmədə əvvəlki bölmələrdə verilmiş umum nə-
zəri biliklər əsasında müəyyən istiqamətlər və ixtisas qrupları
üçün böyük əhəmiyyət kəsb edən materiallar verilmişdir. Böl-
məyə çoxlu sayda müxtəlif maddələrin xassələri və onların
tətbiq sahələri ilə yanaşı kimyanın, kimyəvi analizin və eko-
logiyanin qarşılıqlı əlaqəsi, həmçinin nüvə-kimyəvi proseslərin
qısa şərhi kimi müxtəlif məsələlər də daxil edilmişdir.
Bölmənin öyrənilməsi kimyəvi proseslərin insan həyatında
rolunu, iqtisadiyyatın bütün sahələrində kimyanın daim genişlə-
nən
müsbət və mənfi nəticələrini dərindən başa düşməyə imkan
verir.
404
On birinci fəsil
METALLARIN KĐMYASI
Metalların texnikada çox mühüm əhəmiyyətini nəzərə alaraq
bölməni metalların kimyası ilə başlamaq məqsədə uyğun hesab
edilmişdir. Dərsliyin həcminin məhdudluğu ilə bağlı bütün me-
talların deyil, əsasən ən çox tətbiq olunan metalların xassələri
şərh edilmışdir. Bu zaman əsas yer elementlərin qruplar və ailə-
lər üzrə ümumi xarakterizəsinə ayrılmışdır. Metalların öyrənil-
məsinə keçməzdən əvvəl bəsit maddələr və kimyəvi birləşmə-
lərlə tanış olaq.
11.1. BƏSĐT MADDƏLƏR VƏ BĐRLƏŞMƏLƏR
Bəsit maddələrin allotropiyası.
Eyni element atomlarından
təşkil olunan maddələr bəsit maddələr adlanır. Bəsit maddələrin
sayı (təxminən 400) elementlərin sayından kifayət qədər çoxdur.
Bunun səbəbi onların müxtəlif allotropik şəkildəyişmələr əmələ
gətirməsi ilə bağlıdır. Eyni elementin bir neçə bəsit maddə əmə-
lə-gətirmə xassəsi allotropiya adlanır
. Əmələ gələn bəsit mad-
dələrə isə allotropik şəkildəyişmələr (modifikasiyalar) deyilir.
Allotropiya tərkib və forma allotropiyasına ayrılır. Tərkib allot-
ropiyası molekulda atomların sayının müxtəlifliyi (məsələn, ok-
sigen-O
2
, ozon-O
3
),
forma allotropiyası isə eyni elementə məx-
sus allotropik şəkildəyişmələrdə hissəciklərin fəzada müxtəlif
cür yerləşməsi (kristal quruluşlarının müxtəlifliyı) ilə bağlıdır.
Forma allotropiyasına almaz və qrafiti, boz və sarı sürməni, ağ
və boz qalayı misal göstərə bilərik. Allotropik şəkildəyişmələr
adətən
γ
β
α
,
,
və s. hərflərlə göstərilir.
Bu zaman istifadə olunan hərfi işarə allotropik şəkildəyiş-
mənin temperatura davamlılığını göstərir.Temperatura ən az da-
vamlı şəkildəyişmə
α
-, ona nisbətən davamlı şəkildəyişmə
β
-
forma və s. ardıcıllıqla göstərilir.
405
Elementin allotropik şəkildəyişmələr əmələ gətirmə qabi-
liyyəti rabitənin tipini müəyyən edən atomun, molekulun və
kristalın quruluşu ilə bağlıdır. Misal olaraq üçüncu dövr ele-
mentlərinin əmələ gətirdikləri bəsit maddələrin tipi və quruluşu
ilə tanış olaq.
Arqon tamamlanmış valent təbəqəsinə (3s
2
3p
6
) malikdir
və molekulu (eləcə də bütun təsirsiz qazların) bir atomludur. Ar-
qon və onun anoloqları bərk halda atomlardan ibarət molekulyar
kristal qəfəsə malik olub yüksək koordinasiya ədədi ilə (həcmi-
mərkəzləşmiş kub və ya heksaqonal qəfəs) xarakterizə olunur.
Xlorun valent təbəqəsində bir qoşalaşmamış elektron oldu-
ğundan (3s
2
3p
z
2
3p
x
2
3p
y
1
) atomlar molekul halına yalnız bir yolla
keçə bilər. Xlor bərk halda Cl
2
molekullarından təşkil olunmuş
molekulyar kristal qəfəsə malikdir.
Qoşalaşmamış elektonların sayının artması elementlər üçün
allotropik şəkildəyişmələr əmələ gətirmək imkanı yaradır. Məsə-
lən, iki qoşalaşmamış elektrona malik kükürd (3s
2
3p
z
2
3p
x
1
3p
y
1
)
atomları üçün ziqzaqvari zəncirdə birləşmək daha xarakterikdir:
.. .. ..
S S S
S S S
Göstərilən sxemə uyğun olaraq kükurd adi şəraitdə davamlı
olan səkkizatomlu kükürdə malik ziqzaqvarı qapalı həndəsi for-
malı allotropik şəkildəyişmə əmələ dətirir.
S
8
molekulu ilə yanaşı kukürd açıqzəncirli S
∞
, qapalı qu-
ruluşlu S
6
, S
4
və habelə hantel tipli S
2
molekullarını əmələ
gətirir.
Üç qoşalaşmamış elektrona malik fosfor atomları (3s
2
3p
z
1
3p
x
1
3p
y
1
)
birləşərək ikiölçülü polimer P
2∞
, pramidal, tetraedrik
quruluşlu molekullar əmələ gətirirlər.
Silisium üçün (3s
2
3p
2
) sp
3
-
hibridləşmənin nəticəsi olaraq
üçölçülü almaz tipli quruluş Si
3∞
ən davamlıdır.
..
.
..
..
..
..
.
.
..
406
Silisiumdan alüminiuma, daha sonra s-elementi olan maqne-
ziuma keçdikdə valent elektronlarını sayı azalır, boş orbitalların
sayı isə artır. Bu isə ikimərkəzli kovalent rabitənin davamlılığını
azaldır, çoxmərkəzli delokalaşmıs rabitənın və nəhayət metal
rabitəsinin əmələ gəlməsinə meylliyi gücləndirir.
Metallar və qeyri-metallar.
Bəsit maddələri rabitənin tipi-
nə görə xassələri bir-birindən əsaslı fərqlənən metallar və qeyri-
metallar adlanan iki qrupa təsnif etmək olar. Metallarda rabitə
metal, qeyri-metallarda isə kovalent rabitədən ibarətdir. Lakin
bu rabitələr arasında kəskin sərhəd olmadığı üçün metallar və
qeyri-metallar arasında da kəskin sərhəd yoxdur (cəd.11.1).
Polimetallar həm metallara, həm də qeyri-metallara məxsus xas-
sələrə malik olurlar. Məsələn, boz arsen metalı parlaqlığa malik
olub elektriki keçirdiyi halda, sarı arsen tipik qeyri-metal xassə-
ləri göstərir.
Cədvəl 11.1 Metal və qeyri-metalların xarakterik xassələri.
Şək.11.1–dən görünür ki, elementlərin əksəriyyəti sərbəst
halda metallardır. Metallar s, p, d və f-metallarına təsnif olun-
duğu halda qeyri-metallar iki s və p- elementlərindən təşkildir.
Kimyəvi birləşmələr.
Metalların birləşmələrini ikielementli
(binar), üçelementli və çoxelementli birləşmələrə ayırmaq olar.
Binar birləşmələri də oksidlərə, sulfidlərə, halogenidlərə, nitrid-
lərə, karbidlərə və digər mürəkkəb maddələrə təsnif edilir. Bir-
Xarakterik xassələr
Metallar
Qeyri-metallar
Kristallarında metal rabitəsi
Əksər bəsit maddələrdə kovalent rabitə
Metalı parlaqlıq
Müxtəlif rəngli formada olurlar
Elektriki və istiliyi yaxşı keçirir. Elektriki və istiliyi pis keçirirlər
Plastikliyə malikdir
Kristallik halda kövrək olurlar
Reduksiyaedicidirlər
Bir çoxları oksidləşdirici xassəlidir
Oksidləri ion xarakterlidir və
suda həll olduqda əsaslar
əmələ gətirirlər
Əksər oksidləri kovəlent xarakterlidir
Suda həll olduqda turşu məhlulları
əmələ gətirirlər
407
ləşmələri də özlüyində sabit (daltanoidlər) və qeyri-sabit (bertol-
loidlər) tərkibli birləşmələrə bölmək olar. Sabit tərkibli birləş-
mələr tərkibin sabitlik və həndəsi nisbətlər qanununa tabe olur-
lar (məsələn, H
2
O, SO
2
, H
2
SO
3
, CO
2
, NO
2
və s.). Bertolloidlərin
isə tərkibi sabit olmayıb müəyyən intervallarda
dəyişir.
Prinsip etibarı ilə ixtiyari bərk maddə molekulyar qəfəsli
maddələri çıxmaq şərtilə bertolloiddir.
Şəkil 11.1. Metal və qeyri-metalların dövri sistemdə yerləşməsi
11.2.
METALLARIN FĐZĐKĐ VƏ KĐMYƏVĐ XASSƏLƏRĐ
Metalların fiziki xassələri.
4-cü fəsildə (bax 4.5. Kristalla-
rın zona nəzəriyyəsi) göstərdiyimiz kimi metalların kristal qəfə-
sində metal ionları bir-birilə delokallaşmış hərəki elektronlarla
əlaqələnmiş olurlar. Metallarda keçirici zonada molekulyar orbi-
tallar arasında enerji fərqi çox az olduğundan elektronlar bir-bi-
rinə nəzərən həyəcanlanaraq bir orbitaldan digərinə asanlıqla ke-
çə bilir. Metalların istiliyi və elektrik cərəyanını yaxşı keçirməsi
metal rabitənin göstərilən delokallığı ilə bağlıdır. Ən yaxşı elek-
trik cərəyanını keçirən metallara
Ag, Cu, Au,
və
Al
daxildir.
408
Metal rabitənin delokallığı ilə əlaqədar olaraq metalın kristal
qəfəsində atomlararası rabitə qırılmadan atomlar bir-birinə nəzə-
rən yerdəyişmə xassəsinə malik olurlar. Bu isə metalların plas-
tiklik xassəsinə səbəb olur.
Metalların xüsusi çəkiləri digər bəsit maddələr kımi ele-
mentlərin sıra nömrəsindən dövri surətdə asılıdır (şək.11.2).
Xüsusi çəkisi
ρ
≤ 5q/sm
3
olan metallar yüngül metallar ad-
lanır. Yüngül metallara s-metalları, alüminium və titan daxildir.
Ən minimum xüsusi çəki litiuma məxsusdur (
ρ
=0,53q/sm
3
).
Ağır metallara 5-7-ci dövrlərin d-elementləri daxildir. Mak-
simum sıxlıq osmium metalına məxsusdur (
ρ
= 22,6 q / sm
3
) .
Şəkil 11.2. Metalların xüsusı çəkilərinin elementin sıra
nömrəsindən asılılığı
409
Metalların ərimə temperaturları da həmçinin elementin sıra
nömrəsi ilə dövri asılılığa malikdir. s, p-metalları və ikinci
qrupun d-metalları asan əriyən metallardır. Çətin əriyən
metallara (t
ər.
=1500
o
S-dən yuxarı) əsasən ΙV-VΙΙΙ qrupun d-me-
talları aiddir. Minimum ərimə temperaturu civəyə (t
ər.
= -33,6
o
S), maksimum ərimə temperaturu isə volframa (t
ər.
= 3380
o
S)
məxsusdur.
Metalların fiziki-kimyəvi xassələri.
Metal rabitəsinin doy-
mamış və istiqamətlənməmiş olması ilə əlaqədar metalların
kristal qəfəsləri yüksək koordinasiya ədədi ilə xatakterizə olu-
nurlar. Əksər metallar heksaqonal və kub (tərəfləri mərkəzləşmiş
və ya həcmi mərkəzləşmiş) qəfəsdə kristallaşırlar. Metalların
kristal qəfəs enerejiləri bir-birindən nisbətən az fərqləndiyindən
onların əksəriyyəti polimorfdurlar. Məsələn, dəmir dörd
polimorf (allotropik) şəkildəyişmələrə:
α
(t
ər.
= 769
o
S),
β
(t
ər.
=
910
o
S),
γ
( t
ər.
=1400
o
S) və
δ
( t
ər.
=1439
o
S) malikdir.
Nizamsızlıq dərəcəsinə görə metalların entropiyaları da ele-
mentin sıra nömrəsindən dövri asılılığa malikdir K, Cs, Rb, f-
elementləri, Hg yüksək, Be, Al, Cr, Fe, Mo, Ru, W və Os
minimal entropiyaya (S < 30 C/mol.K) malik metallardır.
Bütün metallar reduksiyaedicidirlər. Onların reduksiyaedi-
cilik qabiliyyəti metalların gərginlik sırası adlanan sıra üzrə
standart elektrod potensialları ilə müəyyən olunur..
Dostları ilə paylaş: |