"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
Boris Pasternak 
    
   Qış gecəsi 
   (Yuri Jivaqonun şeirlərindən) 
    
   Külək sovururdu, şırımlayırdı 
   Qarı bu axşam. 
   Masanın üstündə bir şam yanırdı, 
   Yanırdı bir şam. 
    
   Yay günü mığmığa, hünü topası 
   Oda cumantək, 
   Sovurub çırpırdı qar lopasını 
   Şüşəyə külək. 
    
   Ox-ürək rəsmiylə naxışlanırdı 
   Şüşə durmadan. 
   Masanın üstündə bir şam yanırdı, 
   Yanırdı bir şam. 
    
   Tavanda kölgələr solğun təlaşla 


 
179
   Titrəşirdilər, 
   Qol, qıç və talelər çarpazlaşıb da 
   Cütləşirdilər. 
    
   Və bir cüt başmaq da necə düşdüsə 
   Taqqatan yerə, 
   Damdı göz yaşığək paltarın üstə 
   Mumdan bir gilə. 
    
   Sovrulub gedirdi hər nə ki vardı 
   Bu qarda tamam. 
   Masanın üstündə bir şam yanırdı, 
   Yanırdı bir şam. 
    
   Və ehtiras odu, bucaqdan şamı 
   Vurduqca külək 
   Sanki xaçabənzər qoşa qanadı 
   Gərdi mələk tək. 
    
   Keçdi bütün fevral qarlı-boranlı, 
   Tam bir ay müdam 
   Masanın üstündə bir şam yanırdı, 
   Yanırdı bir şam. 
    
   1945 
    
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin