"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
Osip Mandelştam 
    
   * * * 
   İlahi, bu gecədən çıxart məni birtəhər: 
   Öz quluna rəhm elə - qoyma ölə, ilahi! 
   Peterburqda yaşamaq - ölümdən də betərdi! 
    
   Yanvar, 1931 
    
   * * * 
   Nəhəng fil qulağında yaşayırıq sanki biz, 
   Onca addım o yanda eşidilmir səsimiz. 
   Qulaqları dəng edən o qaniçən, o alçaq - 
   Kreml dağlısının səsi-sözüdür ancaq. 
    
   Soxulcantək yağlıdır qapqara barmaqları, 
   Qupquru kəlmələri pudluq çəki daşıdır. 
   Tarakan bığlarının hey qımışır ucları, 
   Par-par yanır, işarır çəkməsinin quncları. 
    
   Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir 


 
180
   Gəzir həndəvərində hər əmrinə müntəzir. 
   Fərman dalınca fərman, yollayır sola-sağa - 
   Nallayır gah alına, gah gözə, gah qaşığa. 
    
   Ürəyinə yağ kimi 
    yayılır edam səsi
   Və qabarır dağ kimi 
    gen osetin sinəsi. 
    
   1934 
    

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin