"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   28   29   30   31   32   33   34   35   ...   47
 
 
 


 
176
Poeziya 
 
  
Rus poeziyasından seçmələr 
 
Şeirlər 
 
 
 
Gəl əyləşək, qardaşım,  
Gəl dərdləşək bir qədər 
 
   Şair-tərcüməçi Mahir Qarayev birinci və sonuncu kitab rubrikasıyla uzun illərdən bəri 
qələmə aldığı və dilimizə çevirdiyi əsərlərdən ibarət toplunu oxuculara təqdim etmişdir. 
Həmin kitabdakı tərcümələrdən bir qismini «Mədəniyyət»in oxucularının diqqətinə 
yetirir və şair-tərcüməçi Mahir Qarayevə sözünə xilaf çıxıb yeni kitablar yaratmağı 
arzulayırıq. Çünki onun yazıb-yaratmaq haqqı var. 
    
 
Mixail Yuryeviç Lermontov 
 
Vəsiyyət 
    
   Gəl əyləşək, qardaşım, 
   Gəl dərdləşək bir qədər: 
   Mən ömrümü yaşadım, 
   Lap az qalıb deyirlər! 
   Evə gedirsən, ancaq 
   Nə deyim... bir sözüm yox
   Mənə canı yanacaq 
   Orda bircə kəsim yox. 
    
   İşdir, əgər bir adam 
   Gəlsə, soruşsa məni… 
   De ki, yaralanmışam, 
   Güllə dəlib sinəmi; 
   Qurban getmişəm çara, 
   Həkimlər də xamdı de, 
   Bir də doğma diyara 
   Məndən çoxlu salam de. 
    
   İnanmıram indiyə 
   Atam, anam sağ olsun… 
   Sağ olsalar da, niyə 
   Dərdim təzə dağ olsun; 
   De ki, işdə-gücdədir, 
   Çox tənbəldi yazmağa
   Alay da yürüşdədir - 


 
177
   Gözləməsinlər daha… 
    
   Bir də qonşu qız ancaq 
   Biz ayrılan nə vaxtdır!.. 
   Məni soruşmayacaq, 
   Yox, gözləmə, nahaqdır… 
   Rayner Maria Rilke 
    
   Qayışı-qaytanı atıb qurağa 
   o kənddən-kəsəkdən qaçırdı bu at; 
   uçurdu axşamın qaranlığına - 
   üzü tənhalığa çapırdı bu at. 
    
   Çapırdı, hər şeyi unudub artıq - 
   yalı yellənirdi, başı əsirdi, 
   yaman tələsirdi… və budur artıq 
    
   gemgeniş talada o tək gəzirdi! 
   Qulaq kəsilirdi, oxuyurdu at… 
   Atın bu surəti məndən amanat! 
    
    Ciddi an 
    
   Bu anda bu cahanda 
    səbəbsiz-filansız ağlayan hər kəs - 
    məni ağlayır. 
    
   Bu gecə kim eləcə 
    səbəbsiz-filansız deyib-gülürsə 
    məni dağlayır. 
    
   Bu anda bu cahanda 
    səbəbsiz-filansız gəzən hər kəsin 
    yolları yönəlir mənim üstümə. 
    
    
   Bu anda bu cahanda 
    səbəbsiz-filansız ötən hər kəsin 
    gözləri dikilir mənim üzümə. 
    
 
Anna Axmatova 
    
   * * * 
   Niyə murdarlayıb içdiyim suyu
   Yediyim çörəyə ağı qatdınız? 
   Niyə olan-qalan azadlığımın 
   Ağzına daş basıb tıxatdırdınız? 


 
178
   Əzabla can verən dostun-sirdaşın 
   Acı qismətinə gülmədim deyə? 
   Bu dərdli vətənə dönük çıxmadım, 
   Dar gündə atmadım, getmədim deyə? 
    
   Neyləyək. 
   Bu dünyada şair olan kəs 
   Cəlladsız, edamsız keçinə bilməz. 
   Alın yazımızdır - əlimizdə şam 
   zarımaq, ulamaq hər səhər-axşam. 
    
   1935 
    
   * * * 
   Mən qəddi bükülən, 
   əlləri əsən
   Solğun sifətini qırışlar kəsən 
   Acıdil, tündməcaz qarıyam artıq. 
    
   Öz zərgər işindən razı cəlladım 
   Süzür dərimdəki qamçı yerini, 
   Şallaq izlərini məmnun baxışla… 
   Bağışla, ilahi, özün bağışla! 
    
   1919 
    
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin