Əczaçılıq (ali)


) Nə üçün şəkərli diabet zamanı epinefrinin (Adrenalin) istifadə olunması əks göstərişdir?



Yüklə 188,67 Kb.
səhifə313/317
tarix02.01.2022
ölçüsü188,67 Kb.
#2147
1   ...   309   310   311   312   313   314   315   316   317
993) Nə üçün şəkərli diabet zamanı epinefrinin (Adrenalin) istifadə olunması əks göstərişdir?
A) Qlikogenolizi sürətləndirməklə qanda qlükozanın miqdarını artırdığı üçün

B) İnsulin ifrazını azaltdığı üçün

C) Mədə-bağırsaq sistemindən qlükozanın (şəkərin) sorulmasını artırdığı üçün

D) Yağların və zülalların qlükozaya çevrilməsini sürətləndirdiyi üçün

E) Toxumalarda qlükozanın mənimsənilməsini azaltdığı üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
994) Təsiri gec (12-18 saat sonra) başlayan; koaqulyant olsa da, hemofiliya zamanı müalicəvi təsir göstərməyən; qaraciyərdə protrombin sintezində iştirak edən; antihemorragik vitamin də adlandırılan, yağda həll olan vitaminin suda həll olan preparatı aşağıdakılardan hansıdır?
A) Alfa-tokoferol-asetat

B) Heparin

C) Xolekalsiferol

D) Retinol-asetat

E) Vikasol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
995) Bu ifadələr hansı preparata aiddir: birbaşa təsirli antikoaqulyantdır; təsiri orqanizmə yeridildiyi andan başlayır və 5-6 saat davam edir; antaqonisti protamin-sulfatdır; daxilə təyin edilmir; tibbi məqsəd üçün iribuynuzlu heyvanların qaraciyərindən və ağ ciyərlərindən alınır
A) Etil biskumasetat (Neodikumarin)

B) Fepromaron

C) Asenokumarol (Sinkumar)

D) Heparin

E) Fenindion
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
996) Hemostatik maddə kimi ağciyər, mədə-bağırsaq, burun və uşaqlıq qanaxmalarında, allegik xəstəliklərdə təyin olunan venadaxili və ya daxilə qəbul edilərək toxumaya güclü qıcıqlandırıcı təsir göstərərək nekroz törədən, dəri altına və əzələ daxilinə yeridilməsi qadağan olan preparat hansıdır?

A) Kalsium-qlükonat

B) Hemostatik süngər

C) Natrium-karbonat

D) Kalsium-xlorid

E) Kalsium-fosfat


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014

Yüklə 188,67 Kb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin