997) Asetilsalisil turşusunun antiaqreqant təsiri nəyə əsaslanır?
A) Trombosit membranının Iib/IIIa reseptorlarını blokadaya alır
B) Tromboksan A2-nin sintezini tormozlayır
C) Prostasiklinin sintezini stimullaşdırır
D) ADF-in trombositlərə təsir göstərməsinə mane olur.
E) Trombositlərin fosfodiesteraza fermentinin təsirini zəiflədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
998) Hansı dozalarda asetilsalisil turşusunun (Aspirin) antiaqreqant təsiri daha aydın ifadə olunur?
A) Gündə 1 dəfə 75-325 mq
B) Gündə 3 dəfə 250 mq
C) Gündə 1 dəfə 500-1000 mq
D) Gündə 1 dəfə 250-500 mq
E) Gündə 2 dəfə 500 mq
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
999) Bu ifadələr hansı preparata aiddir: 75-325 mq dozalarda antiaqreqant kimi istifadə olunur; iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir, kimyəvi quruluşuna görə turşudur.
A) Tiklopidinə
B) Pentoksifillinə
C) Asetilsalisil turşusuna (Aspirin)
D) Tirofibana
E) Dipiridamola
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |