Elm və elmşünaslıq
229
ancaq alimlərin şəxsi təşəbbüsləri ilə dünyəvi xarakterli tədqiqatlar
aparılmışdır.
Əslində orta əsrlər dövründə Avropada da elm dinin himayəsində,
daha doğrusu, himayəsində olmasa da, nəzarəti çərçivəsində olmuşdur. Bü-
tün Qərb universitetləri kilsənin nəzdində fəaliyyət göstərmiş teoloji təmə-
lə bağlı olmuş və ancaq kilsədən ayrıldıqdan sonra öz dünyəvi funksiyala-
rını azad surətdə yerinə yetirə bilmişlər. İslam dünyasında isə saray və din
ayrı olmadığından, elm və təhsil ikiqat tabeçilik şəraitində mövcud olmuş
və burada himayə amili elmin gələcək müstəqilliyinin də qarşısını almış-
dır. XI əsrdə böyük maarifçilik fəaliyyəti göstərən Nizamülmülk Bağdadda
və digər şəhərlərdə Nizamiyyə mədrəsələri açdırır. Lakin dövlətçilik ma-
raqları ilə dini təriqətçilik maraqları arasında fərqlər burada da özünü gös-
tərir. Bu mədrəsələrin açılması əsasən Nizamülmülkün adı ilə bağlansa da,
əslində onun arxasında dövlət başçısının iradəsi dayanırdı. Mədrəsələrin
məqsəd və funksiyalarına münasibətdəki fərq, məsələn, belə bir hadisədə
özünü əyani surətdə göstərir. Məlikşah Nizamülmülkün də meylli olduğu
təriqətçilik təsirlərindən qəzəblənərək Bağdaddakı Nizamiyyə mədrəsəsi-
nin rəisinə göndərdiyi məktubda yazırdı: “Nizamiyyə mədrəsəsi məzhəb
münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür”.
2
1
Bəli, “elmi inki-
şaf etdirmək üçün”! Bu, çox əlamətdardır. Din xadimlərindən fərqli olaraq,
Məlikşah məhz elmi inkişaf etdirmək istəyirmiş. Nə üçün, kimin üçün?
Bax, o dövrün mənbələrində bu suala cavab tapmaq elə də asan iş deyil.
Məsələn, elə həmin Nizamülmülkün yazdığı “Siyasətnamə” əsərində döv-
lət maraqlarından, onun idarə olunmasının çox müxtəlif istiqamətlərindən
bəhs edilərkən, bəzən ən xırda məsələlər də önə çəkildiyi halda, elmlə bağ-
lı demək olar ki, heç nə deyilmir. Yalnız “Padşahın öz işləri barəsində alim
və hikmət sahibləri ilə məşvərət etməsi haqqında” adlanan on səkkizinci
fəsildə alimlər haqqında bir neçə fikir söylənir və bu da ancaq şaha məslə-
hət verilməsi ilə əlaqədar olaraq.
2
2
Yəni elm və alimlər haqqında təsəvvür
sarayın hüdudundan o tərəfə çıxa bilmir, elmə cəmiyyət miqyasında bir
hadisə kimi baxılmır.
Dövrünün ən böyük elm adamlarından biri olan Nəsirəddin Tusi də
1
Osman Turan. Səlcuqlar tarixi və türk-islam mədəniyyəti. Ankara, 1965, s. 233 – Bax:
R.Sultanov. Nizamülmülkün həyat və fəaliyyəti haqqında // Əbu Əli Həsən ibn Əli Xacə
Nizamülmülk. Siyasətnamə. Bakı, Elm, 1987, s. 13.
2
Bax: Nizamülmülk. Siyasətnamə, s. 91-92.
Elm haqqında elm
230
elmi hikmətin və mərifətin tərkib hissəsi kimi təqdim edir. O yazırdı: “Mə-
rifət sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımi ki-
mi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı
mümkün qədər təkmilləşməli, arzu olunan səviyyəyə yüksəlməlidir. Belə
olduqda hikmət iki yerə bölünməlidir: biri – elm, o biri – əməl”.
2
1
Lakin
burada “elm” anlayışı çox geniş mənada götürülür: “elm – varlıqların həqi-
qətən necə olduğunu düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı, nəfsi-
əmr və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini
kəşf etməkdir”.
2
2
N.Tusi təsnifatında “elm” anlayışının müasir anlamına
uyğun gələn isə “nəzəri hikmətdir”. Belə ki, Tusiyə görə, elm iki növ olur
ki, birincisinə nəzəri hikmət, ikincisinə əməli hikmət deyilir.
2
3
A.Rzayevin
yazdığı kimi, “Tusinin elmlər təsnifatı öz əhatəliliyi, dərinliyi və miqyası
etibarilə diqqəti cəlb edir... Tusi XIII əsrdə orijinal təsnifat sistemi
yaratmış, özündən əvvəlki filosofların təsnifatını genişləndirmək və
dəqiqləşdirmək yolunda mühüm addım atmışdır”.
2
4
N.Tusinin elmə baxışlarının formalaşmasında şübhəsiz ki, əl-Fərabi,
Biruni və İbn Sinanın böyük təsiri olmuşdur. Biruni nəinki böyük elm ada-
mı olaraq astronomiyada, riyaziyyatda misilsiz xidmətlər göstərmiş, eyni
zamanda elm tarixinə dair də əsərlər qoyub getmişdir.
Çoxları elm tarixinin Yeni Dövrdə formalaşdığını və müstəqil fənn
kimi məhz XX əsrin hadisəsi olduğunu zənn edir. Amma Biruninin irsi ilə
tanış olduqda biz, bir tərəfdən, elm tarixi nümunələri ilə tanış olur, digər
tərəfdən, elmə tarixi münasibətin metodoloji əsaslarının da elə o vaxtdan
qoyulduğunun şahidi oluruq.
2
5
Xüsusən, tarixin, cəmiyyətin elmi əsaslarla
öyrənilməsi, sosial proseslərin elmi təhlili sahəsində ilk fundamental əsər
məhz Biruni tərəfindən yazılmışdır.
2
6
Bu sahənin müstəqil elm səviyyəsinə
qaldırılması isə İbn Xəldunun xidmətidir.
1
Nəsirəddin Tusi. Əxlaqi-Nasiri, 2002, s. 50.
2
Yenə orada.
3
Yenə orada, s. 51.
4
A.Rzayev. Nəsirəddin Tusidə elmlərin təsnifatı // Azərbaycan EA Xəbərləri. Tarix,
fəlsəfə və hüquq seriyası, 1999, № 2, s. 99.
5
Б.А.Розенфельд, М.М. Рожанская, З.К.Соколовская. Абу-р-Райхан Бируни. М.,
Наука, 1973; П.Г.Булгаков, Б.А.Розенфельд, А.А.Ахмадов. Мухаммад ал-Хорезми. М.,
Наука, 1983;
6
Абу Рейхан Бируни. Индия. М., Ладомир, 1995; Абу Райхан Бируни. Избранные
произведения. Т.1. Ташкент: Изд. АН УзССР, 1957.
Elm və elmşünaslıq
231
“Qabusnamə”də sənət “peşə və elm”, – deyə iki yerə bölünür. Am-
ma ən maraqlısı budur ki, onların öz aralarında müxtəlif kombinasiyaların
mümkünlüyü nəzərə alınır və üç mümkün variant göstərilir: “...Hansı sənət
olur-olsun, üç yerə bölünür: ya peşəyə aid olan elm, ya elmə aid olan peşə,
ya ağıl işlətməklə əmələ gələn peşə”.
2
1
Bu cür təsnifat orta əsrlərdə
verilmiş olsa da, hətta müasir dövr üçün də çox maraqlı və əhəmiyyətlidir.
Çünki Yeni Dövr fəlsəfəsində, Aristotel bölgüsündə olduğu kimi, elm və
sənət ayrılır və onların kəsişmə zolaqları, ortaq fəaliyyət sahələri tədqiqata
cəlb olunmur. Daha sonra bu bölgülər diferensiallaşır və hər bölmə özü
təkrar bölünür: “Peşə ilə əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yer
ölçmək, poeziya və s. Elmlə əlaqədar olan peşələr: musiqişünaslıq,
baytarlıq və s.”.
2
2
Bizə təəccüblü gələn, məsələn, poeziyanın da bu təsnifata
daxil edilməsidir. Qalan bölgülər çox məntiqlidir və o dövrdə elmin əsasən
praktika ilə sıx surətdə bağlı başa düşülməsi sxolastika ilə müqayisədə
tamamilə fərqli bir dünyagörüşün ifadəsi idi. Bu əsərdə elm o dərəcədə
praktiki başa düşülür ki, o, hətta peşələrdən biri kimi təqdim edilir. Yəni o
dövrdə (X əsrə qədər) İran ərazisində elm artıq ayrıca bir ixtisas sahəsi
olmaqdan əlavə, ayrıca bir peşə sahəsi kimi də mövcud imiş. Maraqlıdır ki,
elm peşəsi üçün səciyyəvi olan əlamətlər sırasında “əzbərləmə, təkrarlama,
keçmiş təcrübənin ardıcıl olaraq öyrənilməsi, tədqiqatçılıq, sirlərin
açılması” kimi şərtlər sadalanır.
2
3
Bu əsər bir islam ölkəsində qələmə alınsa da, daha çox dünyəvi sə-
ciyyə daşıyır. “Qabusnamə” əslində islamaqədərki mentalitetlə islam qay-
dalarının birləşməsinin ifadəsidir. Bununla belə, elmə və onunla bağlı pe-
şələrə üstünlük verilməsi islami dünyagörüşünü də ifadə etdiyindən elmə
pozitiv və hətta praqmatik müstəvidə baxılması tamamilə qanunauyğun-
dur.
Xristianlıq isə elə bir məkanda yaranmışdı ki, oradakı insanları cə-
halətdən həqiqətə yüksəltmək missiyasını üzərinə götürsə də, daha yüksək
sivilizasiya şəraitinə transfer üçün münasib deyildi.
Lakin tarixdə misli görünməmiş bir ədalətsizlik baş verdi. Daha
möhtəşəm bir ideyanın zirvəsində dayanan bir xalq bir siyasi hökmün qur-
banı oldu. Cəhalət dünyası üçün nəzərdə tutulmuş, mifik təfəkkürdən hələ
1
Qabusnamə, Bakı, Şərq-Qərb, 2006, s. 123.
2
Yenə orada.
3
Yenə orada, s. 124.
Elm haqqında elm
232
bir o qədər də fərqlənməyən, insanları ancaq möcüzələrlə heyrətləndirmə-
yə çalışan bir dini dünyagörüşü, dibin qaranlığından işığa doğru, həqiqətə
doğru təzəcə başlanan kiçicik bir hərəkat möhtəşəm bir ideyanın zirvəsin-
dən enməkdə olan, öz süqutunu yaşayan amma hər halda hələ tam süquta
uğramamış bir sivilizasiya ilə qarşılaşdı.
Roma imperatorunun hökmü ilə xristianlıq böyük imperiyanın rəsmi
dini kimi qəbul olundu və imperiyanın çökməsini sürətləndirən mühüm ha-
disələrdən birinə çevrildi. Axı, Roma imperiyası böyük yunan mədəniyyəti
və fəlsəfəsi üzərində bərqərar olmuşdu. Bəşər tarixinin ən böyük nailiy-
yətlərindən biri olan klassik yunan fəlsəfəsinin romalılar tərəfindən mə-
nimsənilə və dəyərləndirilə bilməməsi, mənəvi həyatda boşluq yaranması
və bu boşluğu doldurmaq üçün axtarış apararkən xristianlıqla üzləşməsi ta-
rixin gedişatında sivilizasiya kontekstində böyük bir enişin başlanğıcını
qoydu. Mənəvi dəyərlər kontekstində bir yüksəliş üçün təməl olan xristian-
lıq maddi mədəniyyət, elm və, sivilizasiya üçün bir eniş, tənəzzül vəd edə
bilərdi. Çünki xristianlığın prinsipləri elmin və sivilizasiyanın meyarları ilə
uzlaşmırdı. Düzdür, Qərb dünyasında bu faktın üzərindən sükutla keçilir,
yunan sivilizasiyasının dağılması əvvəlcə Roma imperiyasındakı fərqli pri-
oritetlər, sonra isə xristianlığın qəbul edilməsindən irəli gələn uyğunsuzluq
kontekstində nadir hallarda nəzərdən keçirilir. Lakin bunu xristianlar bil-
məmiş deyillər və çox vaxt sətiraltı və ya elə-belə, yeri gəlmişkən qeyd
edirlər. Məsələn, Con Bernal İslam ölkələrində elmin inkişafını məhdud-
laşdıran hadisə kimi dini amili önə çəkərkən, istər-istəməz yunan-xristian
uyğunsuzluğunu da yada salır.
2
1
Hər bir din kimi islam da elmdən fərqlidir
və onu ehtiva edə bilməz. Amma bununla belə, islamda və xristianlıqda el-
mə münasibət açıq-aşkar şəkildə fərqlidir və onların elmə münasibətləri
mütləq fərqləndirilməlidir. İdeoloji yön yaddan çıxanda bunu Qərb tədqi-
qatçıları özləri də etiraf edirlər. Məsələn, Con Bernal yazır ki, islamın hətta
dini rəhbərləri də elmə, qədim yunanların hikmətinə maraq göstərirdilər,
çünki bu, Qurana zidd deyildi.
2
2
Bəli, islam dünyagörüşü elmi dünyagörü-
şünə daha çox uyğun gəlirdi. Elə həmin C.Bernalın fikrinə görə, yunanlar
qədim Şərq elmi biliklərinə yiyələndikləri kimi, ərəblər də yunan bilikləri-
ni inkişaf etdirirdilər. “Ərəb alimlərinin bilik xəzinəsinə müstəqil töh-
1
Дж. Бернал. Наука в истории общества, М., Изд-во ИЛ, 1956, s. 163.
2
Yenə orada, s. 161.
Elm və elmşünaslıq
233
fələrinə gəlincə, onun həqiqi dəyərini vermək çox çətindir”.
2
1
Həm də is-
lam alimləri yunanların qədim əfsanələrini atır və antik irsdən ancaq elmi
dəyərə malik olan bilikləri götürürdülər. Bundan əlavə, onlar yunan
mənbələrinə tənqidi yanaşırdılar və onların mühakimələrinin rasionalizmi
ancaq müasir elmlə müqayisə oluna bilər.
2
2
Bununla belə, ideoloji yön öz
işini görür və Bernal da əksər Qərb ideoloqları kimi islam dünyasında el-
min inkişafının qızıl dövrü olan VII-XI əsrlərdən sonra bu inkişafın
tamamilə dondurulduğunu və hətta bundan sonra heç vaxt belə bir
çiçəklənmə dövrü yaşaya bilməyəcəklərini iddia edir.
2
3
Maraqlıdır ki, Con Bernal orta əsrlər islam elminə əsasən obyektiv
qiymət versə də, islam dünyasının gələcəyinə münasibətdə çox bədbin bir
mövqe tutur. Əlbəttə, bununla bağlı mübahisə də etmək olar. Amma önəm-
li olan odur ki, tarixi faktlar təhrif olunmasın. Halbuki, Qərb ideoloqları
əksər hallarda bu faktları məqsədyönlü surətdə yozmağa çalışır və nəticədə
təhrif edirlər.
Orta əsrlərdə fəlsəfi fikir, bir tərəfdən, dini dünyagörüşü, digər tərəf-
dən də, elmin fəlsəfədən ayrılması kontekstində inkişaf edirdi. İslam dün-
yasında da belə idi. Daha çox dinə və mənəviyyata əsaslanan kəlam və su-
fizmlə yanaşı, platonçuluq və aristotelizmə söykənən fəlsəfə elmi dünya-
görüşünün metodoloji əsası kimi də inkişaf edirdi. Mənsur Həllac, əl-Qə-
zali, Əbu Həfs Sührəvərdi, Mövlana, İbn Ərəbi ilə yanaşı, Fərabi, Biruni,
İbn Sina, N.Tusi kimi filosofların fəaliyyəti o dövrdə fəlsəfənin təkcə dinlə
deyil, elmlə də sıx bağlı olduğuna dəlalət edir. Təsadüfi deyildir ki, bu
dövr bir çox tədqiqatçılar tərəfindən İntibah kimi dəyərləndirilir. A.Koyre
yazır: «Ərəb dünyası özünü ellin dünyasının varisi və davamçısı hesab
edir. Və bu tamamilə ədalətli iddiadır; belə ki, ərəblərin parlaq və zəngin
orta əsr sivilizasiyası sözün tam mənasında ellin sivilizasiyasını mənimsə-
miş və inkişaf etdirmişdir. Əslində bu orta əsrlər yox, İntibahdır (kursiv
mənimdir – S.X.). Məhz buna görə də o, latın nadanlığının əksinə olaraq
oynadığı müəllim rolunu çox yüksək səviyyədə ifa etmişdir».
2
4
Daha sonra
Koyre ərəb-islam sivilizasiyasının tezliklə öz missiyasını Qərbə ötürərək
kənara çəkilməsinin səbəblərini izah etməyə çalışır. Lakin, görünür, «ərəb
1
Yenə orada.
2
Yenə orada, s. 161-162.
3
Yenə orada, s. 169.
4
А.Койре. Очерки истории философской мысли. М., 1985, c. 53-54.
Elm haqqında elm
234
sivilizasiyası» adlandırdığı hadisənin əsas hərəkətverici qüvvələrini düz-
gün anlaya bilmədiyinə görə, onun süqutunun səbəblərini də səhv izah
edir. «İslam» və «ərəb» məfhumlarının nə qədər fərqli olduğunu və orta
əsrlər «ərəb» sivilizasiyasının əslində təkcə ərəblər tərəfindən deyil, bəlkə
daha çox dərəcədə islam dininə qulluq edən türklər, farslar və digər millət-
lər tərəfindən yaradıldığını bilmədiyindəndir ki, bu sivilizasiyasının süqu-
tunu türk qılıncı ilə, türklərin və monqolların müdaxiləsi ilə izah etməyə
çalışır.
2
1
Bəli, fəlsəfənin dini-ehkamçı qolunu deyil, elmi-metodoloji
qolunu və riyaziyyatı, təbiətşünaslığı, təbabəti inkişaf etdirənlərin və
bununla da sivilizasiyanın dünyagörüşü təməlini yaradanların məhz türk
olduqlarını bilsə idi, A.Koyre, əlbəttə, belə yazmazdı. Zira həmin Koyre
başqa bir yerdə Fərabini ən az öyrənilmiş ən böyük islam filosofu adlandı-
rır.
2
2
Eyni səhvi bilərəkdən və ya bilməyərəkdən məşhur fransız ideoloqu
Ernest Renan buraxır. O, Avropa Renessansında orta əsrlər islam
mədəniyyətinin və elminin rolunu nəinki azaldır, hətta heçə endirməyə
çalışır: “Ərəb elmi və fəlsəfəsi yunan elm və fəlsəfəsinin səriştəsiz
tərcüməsindən başqa bir şey deyildi. Yunanıstanın özü canlandıqdan sonra,
bu solğun tərcümələr öz əhəmiyyətini itirdilər”.
2
3
Daha sonra Renan
söhbəti etnik-irqi müstəviyə keçirir. Lakin o, ərəb və islamın fərqini nəzərə
alsa da, bu fərqin ağırlıq mərkəzində dayanan türkləri nə üçünsə “yaddan
çıxarır”: “Təhlil göstərir ki, əslində bu ərəb elmində ərəblik heç nə yox
imiş. Onun mahiyyəti xalis yunan mənşəlidir. onu yaradanların arasında
bir nəfər də olsun xalis semit olmamışdır: onlar ərəbcə yazmış ispanlar və
farslar idi”.
2
4
Burada irqçilik meyli ilə yanaşı, elm tarixinə nabələdlik də
özünü açıq-aşkar göstərir. Əvvəla, o dövrdə islam elminin ən böyük
nümayəndələri ispan və ya fars yox, türk mənşəli idilər. Belə ki,
astronomiya, təbabət, riyaziyyat və təbiətşünaslığın yenidən dirçəldilməsi
və yeni keyfiyyətli mərhələyə qaldırılması Fərabi, Biruni, İbn Sina, Ömər
Xəyyam, Uluqbəy, Nəsirəddin Tusi kimi böyük türk mütəfəkkirlərin adı ilə
bağlı deyildimi? Digər tərəfdən, elm tarixçilərinin artıq çoxdan isbat etdiyi
bir faktı: Rocer Bekonun (1214-1294) “Opus majus” əsərinin İbn
1
Yenə orada, s. 54.
2
Yenə orada, s. 58.
3
Э. Ренан. Участие семитических народов в истории цивилизации //Собрание
сочинений Эрнеста Ренана в двенадцати томах. Т. 5, Киев, 1904, c. 112.
4
Yenə orada
Elm və elmşünaslıq
235
Heysəmin (965-1039) “Optika”sından köçürmə olduğu faktını
2
1
nəzərə
alsaq, E.Renanın aşağıdakı fikrinin nə dərəcədə gülünc göründüyü üzə
çıxar: “Rocer Bekonun bircə səhifəsi bütün bu ikinci əldən gələn elmə
nisbətən daha həqiqi elmi ruha malikdir”.
2
2
İslam aləmində əldə olunmuş elmi nailiyyətlərə biz özümüz vax-
tında sahib çıxa bilmədiyimizə görə, qərblilər onların çoxunu mənimsəmiş,
öz adı ilə elm tarixinə daxil etmişlər. Belə faktlar çoxdur. Məsələn, iqtisadi
tarixin, sosiologiyanın, tarix fəlsəfəsinin, sivilizasiya (umran) təliminin ya-
radılması Avropada müxtəlif şəxslərin, müvafiq olaraq, Jan Batist Viko,
Monteskyö, O.Kont, K.Marks, A.Toynbi və s.-in adı ilə bağlandığı halda,
bütün bu elm sahələrinin əsası hələ XIV əsrdə İbn Xəldun tərəfindən qo-
yulmuşdur. Yaxşı ki, bəzi obyektiv Qərb tədqiqatçıları özləri də bunu eti-
raf edirlər. Con Bernal yazır: “İbn Xəldun, Viko və Marksı qabaqlayaraq,
özünün tarix üzrə traktatını iqtisadi cəhətdən təyin olunan ictimai inkişaf
haqqında müqəddimə ilə başlamışdır”.
2
3
Yaxud “qan dövranının XVI əsrdə
Michael Servitus tərəfindən tapıldığı zənn edilsə də, ondan 300 il əvvəl bu
hadisəni müsəlman-türk alimi İbn Nəfis (1208-1288) müəyyənləşdirmiş və
ürəyin bütün hissələrini və fəaliyyətini öz əsərində təsvir etmişdir”, yaxud
“anesteziya 1850-ci ildə Junken tərəfindən tapılıb deyilsə də, tarixdən
məlumdur ki, Sabit ibn Kurra (835-902) hələ o vaxt Harran Universitetində
bu sahədə təcrübələr aparmış və ciddi nəticələr əldə etmişdir.
2
4
Daha bir misal: kimya tarixçiləri qızıl və gümüşün emalının dəqiq
təsvirini iki şəxsin (İbn Həyyan və Böyük Albertin) adı ilə bağlayırlar.
2
5
VIII əsrdə yaşamış Cabir ibn Həyyan və XIII əsrdə yaşamış Böyük
Albertin bərabərləşdirilməsi və aralarındakı böyük zaman fərqinə məhəl
qoyulmaması da bu qəbildən olan faktlardandır.
Qərbin elm və fəlsəfə tarixçiləri ərəb ölkələrində elm və maarifin
inkişafını IX əsrdə xəlifə Məmunun dövründə qədim yunan əlyazmalarının
tərcümə olunması ilə əlaqələndirirlər. Yəni burada islam dininin yaranması
və insanları elmə dəvət etməsi yox, antik elmi mənbələrə açılan pəncərə
1
Bax, məs.: Abdüs-Salam. İdealler və gerçekler, İstanbul, Yeni Asya Yayınları, 1991 //
Elm adamları elm haqqında, s. 29; М.Льоцци. История физики. М., Мир, 1970, с. 33.
2
Б.А.Розенфельд, М.М. Рожанская, З.К.Соколовская. Абу-р-Райхан Бируни. М.,
Наука, 1973, с. 112.
3
Дж.Бернал. Наука в истории общества, с. 544.
4
www.maranki.com/48_Detoks-Neden-Bu-Kadar-Onemli-.html
5
Ф.Сабадвари, А. Робинсон. История аналитической химии, М., «Мир», 1984, с. 24.
Elm haqqında elm
236
önə çəkilir. Halbuki, artıq VIII əsrdə islam dünyasında bir sıra elm sahələri
üzrə böyük uğurlar əldə edilmişdi. Kimya sahəsində mühüm tədqiqatlar
aparmış İmam Cəfər Sadiqin tələbəsi Cabir ibn Həyyan (721-808) fizika,
kimya, əczaçılıq sahələrində böyük uğurlar əldə etmiş və əslində müasir
kimyanın əsasını qoymuşdur.
2
1
Müasir elmdə “atomla əlaqəli ilk tədqiqatların ingilis fiziki Con Dal-
ton (1766-1844) tərəfindən aparıldığı, uran nüvəsinin parçalanması fikrinin
isə alman kimyaçısı
1
Otto Hahn (1879-1968) tərəfindən irəli sürüldüyü fikri
yayılmışdır. Halbuki onlardan 1000 il öncə yaşamış Cabir ibn Həyyan
maddələrin atom quruluşunu göstərən dəlillər gətirərək, müəyyən kütləli
maddələrin ancaq müəyyən kütlələrlə reaksiyaya girdiyini söyləmişdir. O,
atom haqqında ancaq neçə əsrlər sonra başa düşüləcək bu sözləri söyləmiş-
dir: “Maddənin ən kiçik parçası olan "əl-cüz'ü lə yətəcəzzə"də (bölünmə-
yən hissədə – atom) böyük bir enerji vardır. Yunan alimlərinin söylədiyi
kimi, bunun parçalanamamasını demək olmaz. Atom parçalana bilər. Par-
çalananda da elə böyük bir güç yaranır ki, bir anda Bağdadın altını üstünə
çevirə bilər. Bu, Allah Təalanın qüdrət nişanıdır.”
2
2
Amma orta əsrlərdə islam alimlərinin dünya elminə verdikləri töhfə-
nin necə böyük olduğu və bütövlükdə müasir mənada elmin formalaşma-
sında təməl rolunu oynadığı bəzi Qərb tədqiqatçılarının öz fikirlərində da-
ha arqumentli şəkildə əksini tapmışdır. Fransız elm tarixçiləri A.Daan-Dal-
mediko və J.Peyffer yazırlar: “Uzun bir müddət ərzində Qərbdə elmin inki-
şaf tarixinə təhrif olunmuş bir münasibət bəslənmişdir; guya yunan möcü-
zəsindən sonra davam edən 10 əsrlik nadanlıq və ellin fikrinin nəzəri uğur-
larının unudulması dövrü birdən-birə İntibahla əvəz olunmuş və o da
müasir elmin yaranmasına gətirmişdir.”
2
3
Müəlliflər bu fikri tənqid edərək
göstərirlər ki, əslində burada düz olan Qərbdə həqiqətən nadanlıq dövrü-
nün yaşanmasıdır; bu vaxt Fransada hələ də barmaqla sayırdılar. Amma XI
əsrdən başlayaraq avropalılar Siciliya və İspaniyada bərqərar olan ərəb mə-
dəniyətini və elmini tədricən mənimsəmiş və onların yenidən dirçəlmə-
1
İ. al-Faruqi and L.Lamya al-Faruqi. The Cultural Atlas of Islam, New York, 1986, p.
328.
2
Ebu Musa Cabir ibn Hayyan // http://tr.wikipedia.org/wiki/Ebu_Musa_C% C3%
A2bir_bin_Hayyan
3
A.Даан-Дальмедико, Ж.Пейффер. Пути и лабиринты. Очерки по истории
математики. М., «Мир», 1986, c. 30.
|