Elm və elmşünaslıq
237
sinin səbəbi də məhz bu olmuşdir.
2
1
Adətən xəlifə Məmunun dövrünü (IX
əsr) böyük tərcümələr dövrü adlandırırlar. Söhbət yunan dilindən ərəb dili-
nə tərcümələrdən gedir. Amma fransız tarixçiləri məhz XI-XII əsri “böyük
tərcümələr dövrü” adlandırır. Və burada söhbət ərəb dilindən latına tər-
cümələrdən gedir.
2
2
XX əsrin böyük fiziki Əbdüs-Səlamın “Elm və islam” tədqiqatında
bu məsələyə xeyli dərəcədə aydınlıq gətirilir. Əbdüs-Səlam yazır: “Brifol-
tun ifadələriylə desək, «yunanlar sistemləşdiriblər, araşdırma aparıblar və
nəzəriyyələr qurublar, ancaq səbir istəyən ətraflı və uzunmüddətli müşahi-
də və təcrübi yanaşma kimi şeylər yunan tərzinə yaddır. «Elm» adlandırdı-
ğımız hadisə, Avropaya ərəblər tərəfindən gətirilən təcrübə, müşahidə və
ölçmə metodları nəticəsində doğmuşdur. (Müasir) elm, İslam mədəniyyəti-
nin dünyaya ən qiymətli hədiyyəsidir…». Bu düşüncələr böyük elm tarix-
çisi Corc Sarton tərəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o
qədər də az bilinən nailiyyəti, təcrübə ruhunun oyandırılmasıdır ki, bu da
hər şeydən əvvəl XII əsrə qədər müsəlmanların sayəsində oldu»”.
2
3
Qərb elmşünaslığı təcrübi elmin məhz Yeni Dövrdə yarandığını id-
dia edir və onu Q.Qalileylə bağlayırlar. Müasir mənada elmin formalaşma-
sında Qalileyin rolu həqiqətən böyükdür. Amma aristotelçi dünyagörüşün-
dən yeni mahiyyətli elmi dünyagörüşünə keçidin tarixi əslində bir neçə əsr
əvvəl başlanır. Lakin təəssüf ki, Biruni və İbn Heysəmlə təməli qoyulan bu
böyük inqilabi iş İslam Şərqində öz müntəzəm davamını tapa bilmədiyin-
dən, qərblilər hər şeyi yenidən başlamalı olmuşlar. Hər halda bu fakt bir
daha sübut edir ki, elm – bütöv, kəsilməz bir prosesdir. Əgər tarixin hansı
isə məqamlarında böyük elmi ideyalar ortaya çıxıbsa, amma bu vahid pro-
sesə qatıla bilməyibsə, onları müasir elmin qaynaqları sırasına daxil etmək
mübahisəlidir. Amma müasir elm tarixi keçmişə XXI əsrin nailiyyətləri
zirvəsindən baxır və elmin arxivində qalmış qiymətli xəzinələri yenidən
üzə çıxardır.
1
Yenə orada, s. 30-31.
2
Yenə orada, s. 31-32.
3
Bax: Elm adamları elm haqqında. Prof. Səlahəddin Xəlilovun təqdimatında. Bakı,
Çaşıoğlu, 2010, s. 30-31.
Elm haqqında elm
238
Elmşünaslıq və onun genezisi
Necə ki, adi şüur səviyyəsində ilkin biliklərdən elmi biliklərə və pə-
rakəndə elmi biliklərdən bütöv elm sisteminə qədər böyük tarixi məsafələr
qət edilmişdir, eləcə də elm haqqında ayrı-ayrı fikirlərin bir sistem halına
düşərək nisbi müstəqil bir fənnə – elmşünaslığa çevrilməsi prosesi neçə
yüz illər ərzində davam etmiş və ancaq son onilliklərdə ipə-sapa düzül-
müşdür. Əslində bu düzülüş hələ tamamlanmamışdır. Elmşünaslığın yara-
dıcılarından olan Bernal və Makkeyin qeyd etdikləri kimi, “biz hələ elm
haqqında elmin əmələgəlmə mərhələsindəyik. Həmişə belə hallarda olduğu
kimi, predmet müxtəlif istiqamətlərdə tədqiq olunmalıdır ki, elm haqqında-
kı biliklərin gələcək inkişaf üçün yetərli olan geniş təməli yaradılsın.”
3
1
Əslində elmşünaslıq özü bir elm kimi formalaşmadan, elm sanki başsız bə-
dəni xatırladır. Ümid var ki, elm özünüdərk səviyyəsinə yüksəldikdən son-
ra onun xarici təsirlərə və sifarişlərə məqsədyönlü bir reaksiyası da forma-
laşmışdır. Yəni hazırda elm tarixində bir növ özünüqoruma instinktindən
şüurlu özünüyenidənqurma səviyyəsinə keçid mərhələsi yaşanmaqdadır.
Əlbəttə, bu cür yanaşma elmin inkişafını bioloji təkamül kontekstində izah
etməyə çalışan təlimləri xatırladır. Amma biz bu ifadəni ancaq bir metafo-
ra kimi işlətdik və elm çoxölçülü sosial sistem olduğundan onun bioloji tə-
kamüldən fərqli olaraq daha mürəkkəb inkişaf mexanizminə malik olması
fikrindən çıxış edirik.
Elmşünaslıq adı altında ilk tədqiqatlar XX əsrin birinci yarısında
işıq üzü görmüş, müstəqil bir elm sahəsi kimi isə o, ancaq 60-cı illərdən
formalaşmağa başlamışdır.
Sovet dövründə də “elm haqqında elm”, “elmşünaslıq” mövzu-
1
Дж.Бернал, А.Маккей. На путях к «науке о науке» // Вопросы философии. 1966,
№ 7, с. 6.
Elm və elmşünaslıq
239
larında xeyli tədqiqat aparılmış, bu sahəyə xüsusi monoqrafiyalar və
dissertasiya işləri həsr olunmuşdur.
Rusiyada bu sahədə ilk ciddi tədqiqatlar V.İ.Vernadskinin adı ilə
bağlıdır.
3
1
O, elmin təşkil olunmasının təkcə nəzəriyyəsi ilə deyil, həm də
praktikası ilə məşğul idi. Vernadskinin fikrinə görə, yeni cəmiyyətdə elm
quruculuğuna başlamazdan əvvəl onun optimal təşkilati formaları müəy-
yən edilməlidir. Məhz fundamental nəzəri əsasa istinad etdiyinə görə idi
ki, onun rəhbərliyi ilə qurulan elmi təsisatlar, müəssisələr böyük səmərə
verirdi.
3
2
Hələ keçən əsrin 20-ci illərində İ.Boriçevskinin elmşünaslığa dair
məqaləsi çap olunmuşdur.
3
3
Ondan da əvvəl 1912-ci ildə S.N.Bulqakov
özünün məşhur “Təsərrüfatın fəlsəfəsi” əsərini yazmışdı ki, onun da böyük
bir hissəsi elmin təbiətinə həsr olunmuşdu.
3
4
S.N.Bulqakov bu əsərində, bir
tərəfdən, elmi təsərrüfat sisteminin mühüm bir halqası kimi, digər tərəfdən
də, nisbi müstəqil qnoseoloji və prakseoloji sistem kimi nəzərdən keçirir.
Bununla yanaşı, o, kitabına “Elmin özünüdərki” adlı xüsusi paraqraf daxil
etməklə əslində “elm haqqında elm” və ya “elmşünaslıq” ideyasını irəli sü-
rür.
3
5
Lakin nə üçünsə beynəlxalq miqyasda elmşünaslığın müstəqil fənn
kimi formalaşmasını Ossovskilərin və Con Bernalın adı ilə bağlayırlar.
3
6
Bizcə, bu sahədə ilk ciddi tədqiqat işlərindən biri də A.Boqdanovun mü-
rəkkəb sosial sistemlərə həsr olunmuş fundamental əsəri hesab olunmalı-
dır.
3
7
Lakin təəssüf ki, bolşevik inqilabı Rusiyada başlanmış böyük miqyas-
lı ictimai özünüdərk proseslərini başqa səmtə yönəltmiş və nəticədə
V.İ.Vernadski, A.Boqdanov, S.N.Bulqakov kimi alim-filosofların yaradıcı-
lığı da ya kölgədə qalmış, ya da başqa səmtə yönəldilməli olmuşdur. Görü-
nür, bolşevik inqilabından sonra Rusiya özü bu böyük tədqiqatçıların ide-
yalarından imtina edərək özünü kommunist düşüncəsi çərçivəsinə saldığı
1
Bax: Очерки и речи академика В.И.Вернадского. Часть 1-2. Пг., 1922.
2
М.С.Бастракова. В.И.Вернадский и проблемы организации науки //
В.И.Вернадский и современность. М., Наука, 1986, с. 78-79; В.И.Вернадский. Труды
по истории науки в России. М., Наука, 1988.
3
И.Боричевский. Науковедение как точная наука // Вестник знания. 1926, № 12, с.
777-786.
4
С.Н.Булгаков. Философия хозяйства. М., Наука, 1990, с. 128.
5
Yenə orada, s.162.
6
M. and S. Ossovski. The science of science. Warszawa, Organon, 1936; J.D.Bernal.
Social function of science. London, 1939.
7
А. А. Богданов. Тектология: Всеобщая организационная наука. В 2-х книгах. М.,
«Экономика», 1989.
Elm haqqında elm
240
dövrdə onun mütəfəkkirlərini üzə çıxarmaq missiyasını Avropa da öz üzə-
rinə götürməmişdir. Təəccüblü olan budur ki, rus elmşünasları hələ indi də
Avropanın təsiri ilə bu sahədəki tədqiqatların doğuluşunu Qərb hadisəsi
hesab edir və ya başqa sözlə desək, öz müəlliflik, ilkinlik hüquqlarını qay-
tarmağa çalışmırlar. Məsələn, S.R.Mikulinskinin, P.A.Raçkovun,
Q.N.Dobrovun və s. elmşünaslığa həsr olunmuş əsərlərində bu fənnin əsas-
larının XX əsrin 30-50-ci illərində Qərb tədqiqatçıları (Ossovskilər, C.Ber-
nal, D.Prays və s.) tərəfindən qoyulduğu göstərilir. Həmin dövrdə, ta 60-cı
illərə qədər SSRİ-də elmşünaslıq məsələlərinin tədqiqi doğrudan da səngi-
mişdi; amma bu fasilə əsrin əvvəllərindəki xidmətləri unutmaq üçün əsas
verə bilməz.
XX əsrin 60-70-ci illərində SSRİ-də elmşünaslıq yenidən sürətlə in-
kişaf etmiş, elm, texnika və elmi-texniki tərəqqi problemləri xüsusi aktual-
lıq qazanmışdı.
3
1
Lakin təəssüf ki, o dövrdəki tədqiqatların böyük bir qismi
ideoloji yöndə, sosialist təsərrüfat sisteminin kapitalizmə nisbətən üstün-
lüklərini nümayiş etdirmək istiqamətində köklənmiş və buna görə də əsas
xətdən uzaq düşmüşdü. Xüsusən, məhz sosializm üçün spesifik sayılan “el-
mi-texniki inqilab” anlayışına geniş yer verilmiş və nəticədə elmşünaslıq
nisbətən kölgədə qalmışdı.
3
2
Bununla belə, 70-80-ci illərdə SSRİ-də və digər sosialist ölkələrində
elmşünaslığın bu və ya digər konkret istiqamətləri üzrə tədqiqatların profili
genişlənmişdi; elmi idrakın metodologiyası ilə yanaşı, bütövlükdə elmin,
onun texnika və istehsalla qarşılıqlı əlaqəsinin də metodoloji problemləri
xüsusi tədqiqat obyektinə çevrilmişdi.
3
3
Həmin illərdə ideoloji çəpərlərə
1
С.Р.Микулинский, Н.И.Родный. Наука как предмет специального исследования //
Вопросы философии, 1966, № 5; Г.Н. Добров. Наука о науке. Киев. 1970; П.А.Рачков.
Науковедение. Проблемы, структура, элементы. М., Изд-во Московского университе-
та, 1974; Методологические проблемы науковедческих исследований. М., 1978; Ос-
новы науковедения, М., Наука, 1985.
2
Bax, məs.: Научно-техническая революция. Общетеоретические проблемы. М.,
Наука, 1976; В.Г.Афанасьев. Научно-техническая революция, управление, образова-
ние. М., Политиздат, 1972; С.В.Шухардин, А.А.Кузин. Теоретические аспекты совре-
менной научно-технической революции. М., Наука, 1980; Научно-техническая рево-
люция и социализм. М., Политиздат, 1973.
3
Методологические проблемы совершенствования взаимодействия науки и
производства. Новосибирск, Наука, 1985; Методологические проблемы создания новой
техники и технологии. Новосибирск, Наука, 1989; А.И. Ракитов. Философские проблемы
науки. М., 1977; Философия в современном мире. Философия и наука. М., Наука, 1972;
На пути к теории научного знания (отв. ред.: В.И.Корюкин). М., Наука, 1984; Г.Гиргинов.
Elm və elmşünaslıq
241
baxmayaraq, Qərbdə bu sahədə yazılan əsərlərin çoxu rus dilinə tərcümə
olunaraq nəşr edilirdi. Bununla belə, elmin sosial, iqtisadi və təşkilati mə-
sələləri ilə müqayisədə daha çox epistemoloji aspektlərə yer verilirdi.
3
1
Bu
sırada “Elmin məntiqi və metodologiyası” seriyasından olan kitablar xüsu-
si qeyd edilə bilər.
3
2
Bu problemlər o vaxt Azərbaycanda da aktual olmuşdur. Lakin tə-
əssüf ki, bizdə ideoloji rakurs üstünlük təşkil etmişdir. Bununla belə, elm-
şünaslığın ayrı-ayrı aspektləri üzrə ciddi tədqiqatlar da aparılmışdır. Ötən
əsrin 70-ci illərində bu sətirlərin müəllifinin bir sıra məqalələri o vaxt nəin-
ki təkcə SSRİ üçün, həm də bütün dünya miqyasında ilk tədqiqatlar sıra-
sında idi.
3
3
Məsələn, elmin inkişafının formal göstəricilər, kəmiyyət para-
metrləri əsasında öyrənilməsi cəhdləri məhz bizim tərəfimizdən tənqid
olunmuş və elmin əsl hərəkətverici qüvvələrinin önə çəkilməsi zərurəti
göstərilmişdir. Elmin guya eksponensial qanunauyğunluqla inkişaf etməsi
haqqında o vaxtlar bütün dünyada yayılmış fikir tənqid edilmiş, onun an-
caq müvəqqəti xarakter daşıdığı əsaslandırılmışdır. Eksponent əvəzinə lo-
qistik əyri boyunca inkişafın mexanizmi riyazi və qrafik üsullarla izah
olunmuşdur.
3
4
Elmin mürəkkəb sistem kimi nəzərdən keçirilməsi, onun
strukturuna çoxölçülü fəzada baxılması, müxtəlif altsistemlər arasında qar-
şılıqlı münasibət, elmin iyerarxik quruluşu və müxtəlif struktur səviyyələri
arasında əlaqə də bu sətirlərin müəllifi tərəfindən araşdırılmışdır.
3
5
Elmin
ayrılıqda deyil, texnika ilə qarşılıqlı əlaqədə öyrənilməsi, elm ilə texnika
Наука и творчество. М., «Прогресс», 1979; П.Гиндев. Методология и логика научного
познания // П.Гиндев. Философия и социальное познание. М., «Прогресс», 1977.
1
М.Полани. Личностное знание. М., «Прогресс», 1985; М.Вартофский. Модели.
Репрезентация и научное понимание. М., «Прогресс», 1988;
2
Коммуникация в современной науке. Сборник переводов. М., «Прогресс», 1976;
Научная деятельность: структура и институты. М., «Прогресс», 1980; Т.Кун Структура
научных революций. М., 1977 və s.
3
S.Xəlilov. Elmi-texniki inqilabın mahiyyəti: metodoloji aspekt // ADU-nun Elmi Əsər-
ləri. “Tarix və fəlsəfə” seriyası, 1974, № 5; Elmi-texniki tərəqqi – “elm-texnika” sisteminin
təşəkkülü və inkişafı prosesi kimi // ADU-nun Elmi Əsərləri. “Tarix və fəlsəfə” seriyası,
1975, № 8; Система «наука-техника» – основной фактор развития производства //
Агитатор. 1975, № 24; Elmin və texnikanın tarixi tədqiqinin metodoloji əsasları // ADU-
nun Elmi Əsərləri. “Tarix və fəlsəfə” seriyası, 1976, № 5.
4
S.Xəlilov. Elmin inkişaf qanunauyğunluqlarının tədqiqi və müvafiq metodoloji məsə-
lələr // Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.
5
С.Халилов. О различных уровнях структуры науки // Общие проблемы диалекти-
ки развития мира. М., 1979.
Elm haqqında elm
242
arasında bir növ keçid rolunu oynayan “elm-texnika” sisteminin və nisbi
müstəqil fəaliyyət sahəsi kimi elmi-texniki fəaliyyətin diqqət mərkəzinə
çəkilməsi, habelə biliklərin vertikal təsnifatında “elmi-texniki biliklərin”
ayrıca bir halqa, mərhələ kimi dəyərləndirilməsi də bu sətirlərin müəllifinə
aiddir. “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda yazıl-
mış dissertasiya işində də əsas məsələlərdən biri elmin həm sosial-iqtisadi
sistem kimi, həm də Elm-Texnika-İstehsalat zəncirində bir halqa kimi öy-
rənilməsi olmuşdur.
3
1
Bütün bunlar o dövr üçün yeni idi. Amma araşdırma
göstərir ki, ötən 35 il ərzində bu sahədə irəliləyiş elə də çox olmamışdır və
həmin ideyalar bu gün üçün də aktuallığını saxlamaqdadır.
Həmin dövrdə məşhur kristalloqraf və eyni zamanda elmşünaslığın
təməlini qoyanlardan biri, Con Bernalın yanında təcrübə keçib vətənə qa-
yıtmış Xudu Məmmədov da diqqəti elmin özünə, onun digər ruhi-intellek-
tual fəaliyyət sahələri ilə əlaqəsinə yönəldən fikirlər irəli sürür, suallar,
problemlər qoyurdu. Xudu Məmmədovun 1974-cü ildə çapdan çıxan “Qo-
şa qanad” əsəri
3
2
nəinki təkcə Azərbaycanda, həm də bütün SSRİ-də elm və
incəsənətin, elmi və bədii yaradıcılığın müqayisəli təhlili sahəsində yazıl-
mış ilk fundamental əsərlərdən biri idi. O, təkcə öz əsərlərində deyil, tələ-
bələri ilə söhbətlərində də elmin mahiyyəti, elmi düşüncənin spesifikası
barədə maraqlı məsələlər qaldırardı.
3
3
70-80-ci illərdə Xudu Məmmədovun
Azərbaycan Televiziyasında apardığı “Elm və həyat” verilişi də tamaşaçı-
lara elmin mahiyyəti, funksiyaları, ictimai həyatda rolu haqqında biliklər
verməklə əslində elmşünaslığın elmi-kütləvi səviyyədə təbliği ilə məşğul
olurdu.
Bu dövrdə Azərbaycanda elmlə bağlı tədqiqatlarda ona bütöv sistem
kimi baxılmasa da, bir sıra hallarda elmin tarixi, elmi idrakın metod və
formaları və s. bu kimi problemlər üzrə tədqiqatlar aparılırdı ki, bunlar da
elm haqqında bütöv təsəvvür yaradılması və elmşünaslığın formalaşması
üçün müəyyən bir baza hesab oluna bilər.
3
4
1
С.Халилов. Системно-структурный анализ научно-технического прогресса. Баку,
БГУ, 1976.
2
X.Məmmədov. Qoşa qanad. Bakı, Gənclik, 1974.
3
Bax: Elm adamları elm haqqında, Bakı, 2010; Nurəddin Rza. Xudu açarı. Bakı,
“Azərbaycan”, 1995.
4
Bax, məs.: C.Əhmədli. Qanun kateqoriyasının tarixi inkişafına dair. Bakı, 1963;
V.Nəsirov, Ə.Məmmədov. Elmi idrakın metod və formaları. B., Maarif, 1980.
Elm və elmşünaslıq
243
Azərbaycanda məhz elm haqqında elm və ya elmşünaslıq səpkisində
yazılmış ilk əsər “Elmi-texniki tərəqqi: bu gün və sabah” kitabıdır.
3
1
Müəl-
lifin 80-ci illərdə çap olunmuş bir sıra digər əsərlərində də elmşünaslıq mə-
sələləri araşdırılmışdır.
3
2
Son 20 ildə Azərbaycanda elmşünaslıqla bu və ya digər dərəcədə
bağlı mövzularda çap olunan əsərlər əsasən “elmi idrak”, “elmi bilik”, “el-
min metodologiyası” istiqamətlərini əhatə edir.
3
3
Elmi idrakın strukturunda
rasional və irrasional məqamların əlaqə və vəhdəti məsələləri fəlsəfi fikir
tarixi kontekstində araşdırılmışdır. Elm və dil problemlərinin tədqiqinə də
nisbətən geniş yer verilmiş, Vitqenşteynin, Haydeggerin bu sahədə ideya-
ları az-çox şərh edilmişdir.
3
4
Elmin təhsillə müqayisəli tədqiqinə dair ilk
əsərlər də bu dövrdə işıq üzü görmüşdür.
3
5
Biz “təbiətşünaslığın fəlsəfi mə-
sələləri” tipli tədqiqatları bura daxil etmirik; çünki ayrı-ayrı elmi problem-
lərin metodoloji təhlili bütövlükdə elmin metodologiyasından xeyli də-
rəcədə fərqli bir sahədir.
Bu kitabın müəllifinin keçən əsrin 70-ci illərində elmşünaslıqla bağlı
apardığı tədqiqatlar qismən köhnəlsə də, öz əhəmiyyətini əsasən saxlamış-
1
S.Xəlilov. Elmi-texniki tərəqqi: bu gün və sabah. Bakı, Azərnəşr, 1988.
2
С.Халилов. Оптимальная организация научно-технического прогресса как фак-
тор его ускорения // Развитие научного и технического знания как фактор ускорения
развития производства: Тезисы докладов и выступлений региональной научно-теоре-
тической конференции. Кемерово, 1986; О структуре системы науки. Материалы 3-й
республиканской конференции. Баку. «Элм», 1986; Соотношение научной, научно-
теоретической и инженерной деятельности. Методологические проблемы подготовки
специалистов в условиях НТР: Материалы конференции, Баку, 1987; О системном
анализе научно-технического прогресса. Методологические проблемы взаимосвязи
фундаментальных исследований и разработки интенсивных технологий. Москва-
Обнинск, 1987.
3
Н.М.Мамедов. Экологическая и технические науки. Философско-методологи-
ческие проблемы. Баку, Элм, 1982; Г.Г.Кулиев. Принципы вербализации нового зна-
ния // НТР и развитие научного познания. Баку, Элм, 1989; С.С.Халилов. О природе
научно-технического знания // НТР и развитие научного познания. Баку, Элм, 1989;
Ə.B.Məmmədov. Elmi idrak və onun inkişaf dialektikası. Bakı, Səda, 1998. А.С.Абасов.
Проблемы истории, теории и методологии познания. Баку: Ени Несил, 2001; N.Z.Hü-
seynli. Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil. Bakı, Sabah,
2003 və s.
4
S.Xəlilov. Elm və dil // “Elm və həyat”, 1991, № 9-10; F.İsmayılov. Dilin metafizika-
sı. Linqvistik analiz fəlsəfəsinə dair etüdlər. Bakı, 2002; S.Xəlilov. Dil haqqında düşüncələr
// «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2003, № 3-4, s. 106-129.
5
Bax, məs.: S.Xəlilov. Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı, “Azərbaycan
Universiteti”, 1999.
Elm haqqında elm
244
dır. Lakin müstəqillik illərində - sosialist quruluşundan və marksist ideolo-
giyadan imtina etdiyimiz vaxtdan bəri məsələyə daha obyektiv münasibət
üçün yaranmış imkanlara baxmayaraq, yetərincə bundan istifadə edilmə-
miş, Qərb elmşünaslığının materialları əsasında geniş və hərtərəfli təhlil
aparılmamışdır. Bu sahədə indi yazılan tək-tək əsərlərdə də məsələyə yeni
münasibət görmək çətindir. Son illərdə bilavasitə elmşünaslıqla bağlı ol-
masa da, elm fəlsəfəsinə dair tədqiqata gənc alim Füzuli Qurbanovun “El-
mə sinergetik yanaşma” kitabında
3
1
rast gəlmək mümkündür. Burada o,
postpozitivizm, tənqidi rasionalizm, elmi-tədqiqat proqramları, tarixi və ya
sosial-psixoloji epistemologiya və s. bu kimi istiqamətlər haqqında məlu-
mat verir və müqayisəli təhlil aparır. Amma müəllifin problemi sinergetik
müstəvidə “açmaq” təşəbbüsü tamamlanmamış qalır, daha doğrusu, müəl-
lif problemi “xaos” müstəvisinə keçirsə də, nizam məqamına gəlib çatmır.
Bu cəhdlər yaxşı ki, müəllifin sonrakı əsərlərində də davam etdirilir. “Au-
topoyezis və sinergetika...” kitabında F.Qurbanov elmin “sistem çərçivə-
sindən” azad olmaq cəhdlərindən bəhs edir.
3
2
Düzdür, elmi ənənəvi metod
və sistemlilik tələblərindən xilas etmək təşəbbüsü yeni deyil; P.Feyeraben-
din anarxist metodologiyası məhz bu məqsədə yönəlmişdir, amma F.Qur-
banov məsələyə fərqli kontekstdə, sinergetik müstəvidə baxır və müvafiq
terminologiyadan istifadə etməklə problemə yeni nəfəs verir.
Azərbaycanda elmi tədqiqatların xoşagəlməz bir ənənəsi elm haq-
qındakı əsərlərdə də özünü göstərir. Son illərdə “elm fəlsəfəsi”, “elmin
metodologiyası” ilə bağlı araşdırmalarda əvvəl yazılanlar, təəssüf ki, nəzə-
rə alınmır və sanki hər şey sıfırdan başlanırmış. Belə münasibət isə ölkə-
mizdə bu sahədə bir məktəb və ya heç olmasa ardıcıl tədqiqat platfor-
masının formalaşmasına imkan vermir. Bu simptom özünü F.Qurbanovun
kitablarında da göstərir. Müəllif baxılan məsələyə dair rusdilli mənbələrə
müraciət etsə də, 80-ci illərdə Azərbaycanda aparılmış tədqiqatlardan
3
3
ya
xəbərsizdir, ya da özünü xəbərsiz kimi aparır. Təəssüf ki, bu cəhət digər
azərbaycanlı tədqiqatçılar üçün də səciyyəvidir və az qala ölkəmizdə
yaranan xüsusi üsluba – özümüzü görməzlik sindromuna çevrilmişdir. Mə-
1
F.Qurbanov. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005.
2
F.Qurbanov. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı, Adiloğlu,
2007, s. 10-41.
3
S. Xəlilov. Elmin tədqiqinin məntiqi-qnoseoloji aspekti // Azərbaycan SSR EA
Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1986, № 1 və № 2.
|