Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

ELM VƏ ELMŞÜNASLIQ

 

 

 



 

 

 



Elm: genezisdən özünüdərkə qədər 

 

Elmşünaslıq və onun genezisi 

 

Elmin elmi əsaslarla yenidən qurulması – 

rekonstruksiya cəhdləri 


 

 

 



 

 

 

 

 

Elm yarandıqdan sonra hər şey zaman-zaman 

onun qiyafətinə bürünüb səliqə-sahman tapdı  və 

günlərin birində o özünə də öz donluğundan paltar 

biçmək fikrinə düşdü.  

 

Əbu Turxan 

Elm və elmşünaslıq 

 

 

 

213



 

 

 

 

 

 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



Elm Yeni Dövrün məhsuludur. Qədimdə və hətta orta əsrlərdə elm-

dən danışarkən əslində müasir mənada elm yox, onun hansı isə elementlə-

ri,  əlamətləri nəzərdə tutulur. Müasir elmin tarixən ilk ünsürlərindən biri 

insanın aşkar, verballaşan bilikləri idi; yəni  əməli fəaliyyətin içərisində, 

sinkretik və qeyri-aşkar biliklərdən fərqli olaraq, ilk dəfə fəaliyyətdən ayrı-

lıb müstəqil varlıq kimi ortaya çıxan biliklər. O vaxtlarda insanın öz fiziki 

həyatının təmin olunmasına yönəli  əməli fəaliyyət sahəsindən fərqli olan 

əsas hadisə – onun zehni fəaliyyətlə  məşğul olması idi. Fiziki və zehni 

əməyin tarixi bölgüsü biliklərin yaranışı  və inkişafı üçün yeni imkanlar 

açdı. 


İnsanın fəallığı onun əllərinin, ürəyinin və beyninin fəaliyyəti kimi 

üç istiqamətə ayrılır: əməli fəaliyyət – fiziki enerjinin realizasiyası, düşün-

cə, ağıl, bilik kimi terminlərlə ifadə olunan rasionallıq – əqli enerjinin rea-

lizasiyası  və bir də poeziya (ümumiyyətlə incəsənət) – hissi, emosional 

enerjinin realizasiyası. Düzdür, qədim dövrdə bu bölgü hələ tam kristallaş-

mamışdı və gah birinci ilə ikinci, gah da ikinci ilə üçüncü tərəflər hələ qa-

rışıq şəkildə idi. Yəni zehni fəaliyyətin müəyyən elementləri əməli işin tər-

kibində, bətnində formalaşırdı.  Ş.Sührəvərdinin dediyi kimi, “hərəkətlər 

qabiliyyətlərə gətirib çıxarır”,

2

1



 qabiliyyət isə artıq müəyyən biliklərin vər-

diş halında mövcudluğudur. Digər tərəfdən, bədii poetik düşüncə ilə mənti-

qi düşüncə də hələ tamamilə ayrılmadığından və mifik təfəkkürün tərkibin-

də mövcud olduğundan, müstəqil zehni fəaliyyət də öz növbəsində dini-

mistik təcrübə ilə qatışıq halında olurdu. Bu baxımdan, qədim türk tarixin-

də  şamançılıq zehni fəaliyyətin durulması yolunda mühüm bir mərhələ 

                                                 

1

 Ş.Y.Sührəvərdi. Filosofların görüşləri. Bakı, Elm, 1986, s. 13.  



Elm haqqında elm 

 

 



 

214


olmuşdur.  

Zehni fəaliyyətin də öz növbəsində parçalanması, daxili bölgü get-

məsi faktı bəlli olsa da, sinkretizm uzun müddət davam etdiyindən dəqiq 

meyarlar əsasında təsnifat aparmaq hələ mümkün deyildi. “Sənət” anlayışı 

özü də çox tutumlu idi və elmlə  sənət arasında dəqiq sərhəd çəkilə bil-

mirdi.     

“Metafizika” əsərinin orijinalında sonralar “elm” kimi tərcümə olun-

muş sözün necə verildiyini və onun nə dərəcədə müasir science anlayışına 

adekvat olduğunu bir yana qoyub, Aristotelin məşhur tədqiqatçısı V.F.As-

musun da bu məsələdə tərəddüdlü olduğunu qeyd edək. O, “Metafizika”ya 

qeydlərdə yazır ki, Aristotel “elm” və “sənət” arasındakı fərqləri heç də hə-

mişə birmənalı şəkildə nəzərə almır.

2

1

 Başqa sözlə desək, bu anlayışlar mü-



asir anlamla müqayisədə hələ formalaşmamışdı.  

Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında fikrə dala bilərdi. Nə 

zaman ki, cəmiyyətin özünün də  məqsədyönlü düşüncəyə ehtiyacı yaran-

mışdır, onda bir qisim adamlar başqa yüklərdən azad olunaraq, məhz dü-

şüncə sahəsində ixtisaslaşmışlar. Aristotel özü də  sənət və elmlə  məşğul 

olmaq üçün asudə vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın və di-

gər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi qeyd olunur – S.X.) ilk 

dəfə Misirdə yaranmasının səbəbini də orada kahinlərin digər yüklərdən 

azad olaraq asudə vaxt qazanması ilə izah edirdi.

2

2



 Amma diferensiasiya 

getmədiyinə görə, bütün bu qarışıq hikmət tədricən vahid bir ad altında – 

fəlsəfə kimi ümumiləşdirilmişdir. Və təbii ki, ilkin elmi biliklər də fəlsəfə-

nin tərkibində olmuşdur. Ancaq indiki inkişaf səviyyəsindən baxdıqda, biz 

o dövrün zehni nailiyyətlərini qruplaşdıra bilirik, müasir meyarları  tətbiq 

etməklə, nəyin həqiqətən fəlsəfəyə, nəyin mifə, nəyin elmə, nəyin dini 

dünyagörüşünə aid olduğunu müəyyənləşdirərək, hər birinin tarixini ayrı-

lıqda nəzərdən keçiririk. Bu cür yanaşdıqda, elmin də tarixi çox qədimlərə 

gedib çıxır.  

Bununla belə, həmin dövrlərdə insanların elmi düşüncəsi çox vaxt 

ümumiyyətlə idrak, ağıl, təfəkkür kimi anlayışlarla ifadə olunmuşdur. 

Xristianlıq fəlsəfəsində elmi düşüncə bütövlükdə inkar olunduğundan, ya-

xud qəbul edilmədiyindən, insanın dünyagörüşü strukturunda əsasən ağıl 

                                                 

1

 Аристотель. Сочинения в 4-х томах, т. 1, М., «Мысль», 1976, Примечания, с. 453. 



2

 Аристотель. Метафизика // Сочинения в 4-х томах, т. 1, s. 67. 



Elm və elmşünaslıq 

 

 

 

215



 

komponentindən bəhs edilmişdir. Məsələn, Avqustinin təlimində  ağıla nə 

qədər yüksək qiymət verilsə də, o, əsasən metaforik formada təqdim olu-

nur və insanın real həyatdakı düşüncələrinin təsnifatı verilmir.

2

1

 Təxminən 



eyni düşüncə tərzi orta əsr İslam Şərqi üçün də səciyyəvidir. Hətta Kant tə-

biətşünaslıq haqqında yazdıqlarını (tənqidəqədərki dövr) əql haqqında yaz-

dıqları ilə əlaqələndirmir. Başqa sözlə desək, onun naturfəlsəfəsi epistemo-

loji sistemindən əvvəl yazıldığına görə, empirisizmin və mexanisizmin tə-

sirindən xali deyil. “Səmanın” ümumi təbii tarixi və nəzəriyyəsi əsərində 

Kant yazırdı ki, o, təbiəbin bütün böyük nizamını ancaq iki qüvvənin – ca-

zibə və itələmənin vasitəsi ilə izah etmişdir.

2

2



 Bu fikir o dövrlərdə fikirləri 

qəsb etmiş Nyuton mexanikasının hakimi-mütləqliyi şəraitində yazılmışdı. 

Amma sonralar Kant özü dünya nizamının aprior biliklərsiz təsəvvür oluna 

bilməməsini isbat etsə də, bu yeni idrak təlimi zirvəsindən qayıdıb natur-

fəlsəfəni təzədən yazmağa cəhd göstərməmişdi. Nəticədə epistemologiya 

bir addım qabağa getsə də, elm fəlsəfəsi bir addım geridə qalmışdı.    

Nə vaxtsa vahid biliklər sistemi əvəzinə ayrı-ayrı elmi ideyalar var 

idi – qaranlıq səmada ulduzlar kimi. Zaman keçdikcə və bu ideyalar çoxal-

dıqca, ayrı-ayrı bürclər və kəhkəşanlar formalaşır, ayrı-ayrı fənlər yaranır. 

Bəs nə vaxtsa bu müxtəlif fənlərdən vahid bir elm və dünyanın vahid bir 

elmi mənzərəsi formalaşacaqsa, bu analogiyanı davam etdirsək, göydən 

qaranlıqlar çəkiləcəkmi və səma ancaq bir “süd yolunumu” xatırladacaq?! 

Lakin elmin keçməli olduğu bu yol sonsuzdur; ona görə də, o həmi-

şə sanki bu yolun başlanğıcındadır. Digər tərəfdən, elmin artıq qət etdiyi 

bu başlanğıc mərhələsinin özü də bir sonsuzluqdur. Yəni müasir elm iki 

sonsuzluq arasındadır. Amma qarşıdakı sonsuzluğun tərtibi daha yüksək-

dir.   

Elmdə nə isə yeni bir nəticə ala bilmək üçün ilk növbədə əvvəlki el-



mi biliklərin mənimsənilməsi tələb olunur. Bu isə ictimai miqyasda təşki-

latlanmış bir elmi-təhsil sisteminin mövcudluğu  şəraitində mümkün olur. 

Bu sistem özü də daim öyrənilməli və təkmilləşdirilməlidir. Həm də təkcə 

konseptual məzmun baxımından deyil, sosial və təşkilati struktur baxımın-

dan. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil. 

Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu 

                                                 

1

 Bax: ААвгустин. Исповедь. Москва: Канон+, 1997. 



2

 Кант. Сочинения. Том 1. М., 1966, с. 131. 



Elm haqqında elm 

 

 



 

216


günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq 

və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur. 

Elm nə vaxtdan başlanır? 

«Elm» anlayışının necə başa düşülməsindən asılı olaraq bu suala 

müxtəlif cavablar vermək olar. 

1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı  səbəb-

dən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah 

etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm 

də «nəyə görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli 

biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada 

elmin başlanğıcı kimi qəbul oluna bilər. 

Adi  şüur adət olunmuş, standart vəziyyətlərdə necə  hərəkət etmək 

lazım olduğunu göstərirsə  də, bu vəziyyəti  şərtləndirən səbəbləri aşkar 

etmək üçün kifayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara çıxmaq 

tələb olunur. 

Belə  nəql edirlər ki, guya bir dəfə  İ.Nyutonun başına alma düşür; 

alim bu hadisədən heyrətlənir və ümumdünya cazibə qanunu ideyasına gə-

lib çıxır.  Əlbəttə, bu, sadəlövh bir təxmindir. Amma mətləb bunda deyil. 

Mətləb hekayətin bir şərhi ilə  əlaqədar adi şüurla elmi şüuru fərqləndir-

məkdir. 1972-ci ildə respublikamızda «Gənc fiziklər» məktəbinin açılış 

mərasimindəki çıxışında Xudu Məmmədov bu hekayətə müraciət edərək 

dedi ki, əgər ümumdünya cazibə qanunu almanın düşməsinə görə  kəşf 

olunsa idi, ən çox ehtimalla, İngiltərədə yox, Qubada kəşf olunardı… An-

caq  əsas məsələ almanın düşməsində deyil, kimin başına düşməsindədir. 

Əsas məsələ bundadır ki, alma düşəndə adam sadəcə başını yanamı çəkir, 

yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəbdən düşür? Bu sual ilk baxış-

dan nə qədər sadə görünsə də, adi şüur hüdudunun keçilməsini tələb edir. 

Bu sualın qoyulması məsələyə elmi münasibətin başlanğıcıdır. 

2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. 

Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əl-

də olunan bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uy-

ğun gəlmək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, 

ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni fakti-

ki material gözləmədən yeni bilik almaq imkanı yaranır; başqa sözlə, möv-

cud biliklər sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. Elmin 

özünüinkişaf sisteminin olması onun müasir dövrdə sinergetik kontekstdə 



Elm və elmşünaslıq 

 

 

 

217



 

araşdırılmasını da aktuallaşdırır.  

Elm həm də sosial sahədə vahid və bütöv sistem kimi formalaşır. El-

mi biliklər sistemi daha artıq elm hadisəsini tam səciyyələndirmək üçün ki-

fayət etmir. Elm dedikdə bir neçə en kəsiyini; elmi bilik və elmi fəaliyyət 

sahələrini, habelə sosial təşkilatlanmaya xidmət edən elmi-bürokratik 

qurumları ehtiva edən mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur. 

İstər «elm» sistemi, istərsə də, elmi inkişaf prosesi yalnız son onil-

liklərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu da elmin sosial və 

iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır. Təbii ki, tədqiqat elə 

ilk mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olma-

mışdır. Bu sahənin tədqiqinə  hər dəfə elmin və elmi inkişafın müxtəlif 

cəhətlərini öyrənmək zərurəti yaranarkən, qarşıya çıxan tələblərin konkret 

xüsusiyyətlərinə, spesifikasına uyğun olaraq müraciət edilmişdir. Buna gö-

rə  də müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabitəsiz xarakter 

daşıyır. Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sa-

hədəki elmi işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaşdırmaq 

olar. Elmin tarixi, metodoloji, qnoseoloji, sosioloji, iqtisadi, psixoloji as-

pektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu problemi-

nin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqiqat sahəsi kimi gö-

türülə bilər. Bu sahələrin öz aralarındakı əlaqə çox zəifdir. Halbuki elm bü-

töv sistem təşkil etdiyindən, onun müxtəlif aspektlərdəki tədqiqi də vahid 

terminoloji əsasa malik olmalı, sistemli xarakter daşımalıdır. Ayrı-ayrı təd-

qiqat qollarının ortaq məxrəcə gətirilə bilməsi üçün, vaxtaşırı da olsa, təd-

qiqat predmeti haqqında bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı 

ödəmək üçün son dövrlərdə elmin müxtəlif istiqamətlərdə öyrənilməsindən 

alınan nəticələri vahid tədqiqat sahəsində – elmşünaslıqda birləşdirmək 

təşəbbüsü göstərilir. 

Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu 

müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə özünü göstərsə də, problem 

öz qəti həllini hələ tapmamışdır. Lakin bu sahədə bir sıra konkret nailiy-

yətlər əldə edilmiş, elmin başlıca xüsusiyyətləri, inkişaf meylləri və s. mü-

əyyənləşdirilmişdir. 

Sərlövhəsinə görə elmin metodoloji təhlilinə həsr olunmuş əsərlərdə 

adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri, kon-

kret elmi tədqiqat metodları, xüsusi elmi problemlərin fəlsəfi məsələləri 

öyrənilir. Bununla yanaşı, metodoloji aspektdəki tədqiqat elmşünaslığın 


Elm haqqında elm 

 

 



 

218


strukturunda mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin  əlaqəsi 

hələ çox zəifdir. 

Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə əldə olunmuş nəticə-

lərin hamısı nəzərə alınmalıdır. Hər bir tədqiqat aspektində elmin müəyyən 

cəhətləri öyrənilir ki, bunları bilmədən, onun bütöv mənzərəsini yaratmaq 

mümkün deyil. 

Sistemli yanaşma elmin mahiyyəti ilə yanaşı, struktur və elementlə-

rinin də müəyyənləşdirilməsini tələb edir. Həm də bu zaman bir yox, iki 

cür sistem öyrənilməlidir: əvvəla, «elm» sisteminin özü – onun elementlə-

rindən təşkil olunmuş sistem, ikincisi, elmin bir element, yaxud altsistem 

kimi daxil olduğu daha mürəkkəb sistemlər və burada elmin yeri. 

Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yal-

nız müəyyən bir cəhəti öyrənilir, elmin bütöv hadisə kimi tədqiqi, onun 

makroxassələri və yekun funksiyaları kölgədə qalır. Məsələn, «elmin tarixi 

tədqiqi» adı altında adətən elmin tarixi əvəzinə, elmi biliyin və konkret el-

mi kəşflərin tarixi öyrənilir;

2

1

 halbuki elmi bilik elm sisteminin tərkib ele-



mentlərindən yalnız biridir. Belə hallarda nəzərə alınmalıdır ki, sistemin və 

onun tərkib elementlərinin keçirdiyi keyfiyyət və  kəmiyyət dəyişilmələri 

zamanca uzlaşmaya da bilər. Məsələn, elmi biliklərin inkişafında inqilabi 

çevrilişlər, dünyanın elmi mənzərələrinin  əvəzlənməsi və s. hələ sosial 

«elm» sisteminin keyfiyyət dəyişikliyi keçirdiyinə dəlalət etmir. 

Elmi biliyin tarixi inkişaf yolunun izlənməsi elmin ümumi inkişaf 

qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malik-

dir. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız 

konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi idrak me-

todlarının, elmi biliyin toplanma və saxlanma vasitələrinin, informasiya 

mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi 

şəraitlərdəki vəziyyətlərinə görə müəyyənləşdirilə bilər. 

Əgər elmi kəşflər, yeni elmi biliklər xronoloji ardıcıllıqla sıraya dü-

zülərsə,  əlbəttə, bu, elmin həqiqi tarixini ifadə edə bilməz. Hər bir yeni 

mərhələdə alim üçün önəmli olan ancaq elmin ön cəbhəsidir. Yəni elmi ic-

                                                 

1

 Bax,  məs.:  Ф.Сабадвари,  А.  Робинсон.  История  аналитической  химии,  М., 



«Мир», 1984; А.Паннекук.  История  астрономии.  М.,  Наука, 1966; М.Льоцци.  История 

физики.  М.,  Мир, 1970; Возникновение  и  развитие  химии  с  древнейших  времен  до 

XVII века. Всеобшая история химии. М., Наука,1983; К.А.Рыбников. Возникновение 

и развитие математической науки. М., Просвещение, 1987 və s.  



Elm və elmşünaslıq 

 

 

 

219



 

timaiyyət tərəfindən qəbul olunmuş “son həqiqətlər”  əsas götürülür. Hal-

buki, hər hansı biliyin elmi ictimaiyyət tərəfindən qəbul olunmasına qədər 

keçdiyi təbəddülatlı yolu izləmədən, alternativ fikirlər və versiyalarla tanış 

olmadan, gələcək axtarışlar zamanı ortaya çıxan yeni yol ayrıclarında se-

çim etmək çətin ola bilər.  

Keçmişdə atılmış, tarixin qaranlığında qalmış bir çox ideyalar gələ-

cəkdə kara gələ bilər. Ona görə ki, hər bir zamanda elmi ictimaiyyətin 

qəbul etmədiyi ideyalar əslində iki səbəbdən atılmış olur. Onlar zamanına 

görə, ya çox köhnədir, ya da əksinə, zamanını qabaqlayır və dövrün nor-

mal düşüncəsinə sığmır. Bax, bu mənada keçmiş həm də gələcək üçün olan 

ideyalar xəzinəsidir.  

Zaman heç də yalnız elmin öz daxili məntiqi əsasında axmır. Yəni 

dəyişən, yeniləşən ancaq biliklər deyil, dövrün tələbləri, insanların dün-

yagörüşü, sosial sifarişlər də  dəyişir. Ona görə  də, elmi biliklərin inkişaf 

yolu heç də ancaq daxili proses kimi nəzərdən keçirilə bilməz. Elm tarixi 

elmin öz sərhədlərindən kənara çıxan bir miqyasda, daha geniş planda öy-

rənilməlidir. Bunun üçün hər bir fənnin sərhədlərini keçərək bütövlükdə 

elmin hansı inkişaf mərhələsində olduğunu, daha sonra isə ümumiyyətlə 

elmin sərhədlərini keçərək dövrün düşüncə  tərzini və üstün dünyagörü-

şünün hal və məqamını nəzərə almaq lazımdır.  

Elmin ümumi inkişaf qanunauyğunluğunu açmağa çalışan mütəfək-

kirlər arasında adətən Sen-Simon, O.Kont, H.Spenser, Q.Bokl, C.S.Mill və 

s.-in xidmətləri xüsusi qeyd edilir.

2

1

  Ən çox diqqətə layiq olan konsepsiya-



lardan biri Kontun “üç mərhələ” qanunu hesab olunur. Onun fikrinə görə, 

“bizim hər bir əsas ideyamız hər bir bilik sahəsi ardıcıl olaraq üç nəzəri 

haldan keçir: teoloji və ya fiktiv, metafizik və ya mücərrəd, nəhayət, elmi 

və ya müsbət hal”.

2

2

 Maraqlıdır ki, Kont bu qanunauyğunluğu təkcə ümu-



miyyətlə elmə deyil, hər bir ideyaya da şamil edir. Onun fikrinə görə, elm 

inkişaf etdikcə, biliklər əvvəlcə teoloji, sonra isə metafizik elementlərdən 

tədricən xilas olur və  nəticədə ancaq müsbət biliklər qalır. Bax, beləcə, 

pozitivizmin banilərindən sayılan Kont metafizikanı (əslində ümumiyyətlə 

fəlsəfəni) inkar etməyə qalxışır. Lakin Kont hələ tam inkarçılıq mövqeyin-

dən çıxış etmir. O, hər halda elmi yaradıcılıq prosesində metafizik düşün-

                                                 

1

 Л.А.Маркова. Наука. История и историография XIX-XX вв. М., Наука, 1987, с. 21. 



2

 О. Конт. Курс положительной философии. Т. 1, СПб., 1900, с. 4 // Л.А.Маркова. 

Наука. История и историография XIX-XX вв., с. 35. 


Elm haqqında elm 

 

 



 

220


cənin müəyyən dərəcədə iştirakını nəzərə alaraq elmin bir vəzifəsi olaraq 

bu kənar təsirdən azad olmaq yollarından danışır. H.Spenser isə elmdə teo-

loji və metafizik düşüncənin hər hansı bir formada iştirakını və rolunu ta-

mamilə inkar edir. Belə çıxır ki, elm ancaq öz daxili potensialı hesabına, 

öz təməli üzərində təkamül yolu ilə inkişaf edir. Əlbəttə, Kontun yanaşma-

sı Spenserin yanaşmasına nisbətdə daha məqbuldur. Belə ki, o, həm yara-

dıcı təfəkkürün təməl dairəsini daha geniş götürür, həm də tarixi və sosio-

loji aspektləri nəzərə alır. Amma Kont da elmin fəlsəfə və dinlə yanaşı və 

qarşılıqlı əlaqədə inkişafından bəhs etmək əvəzinə, bu üç dünyagörüşü və 

təfəkkür formasını qarşılaşdırır, onları tarixi yanaşma  əsasında, xronoloji 

ardıcıllıqla düzür və elmi ən son, ən üstün və ən “müsbət” (pozitiv) mərhə-

lə kimi təqdim etməyə çalışır.  

Təəssüf ki, elmin fəlsəfədən təcrid edilməsi meyli Kont və Spen-

serdən sonra da davam etdirilmiş  və neopozitivizmdə, postpozitivizmdə, 

tənqidi rasionalizmdə elmin reduksiyası və kənar amillərdən arınması, eli-

minasiyası adı altında ayrı-ayrı elmi məsələlərin təsviri mahiyyət konteks-

tindən və səbəbiyyət zəncirindən çıxarılmış, elmi faktların şaquli müstəvi-

də deyil, ancaq üfüqi müstəvidə struktura daxil edilməsinə üstünlük veril-

mişdir. Məhz problemin dərininə izahından, fəlsəfi qatdan qaçaraq ancaq 

faktların təsvirinə üstünlük verildiyi üçün elm çərçivəsinə salınmış dil və 

elmi dilin semantikası kimi məsələlər önə keçmişdir. Halbuki, müasir eks-

perimental  cihazların və mürəkkəb riyazi əməliyyatların nəticəsi kimi alı-

nan yeni bilikləri səliqə-sahmanla təsvir etmək ancaq “normal elm” hüdu-

dunda fayda verə bilər. Bütün böyük ideyaların, kəşflərin əsasında isə bü-

tövlükdə dünyagörüşünü dəyişən, daha dərin qatlara enərək indiyədək ya-

zılanları  təzədən yazmağa vadar edən fəlsəfi yönlü yanaşmalar dayanır. 

Təsadüfi deyil ki, A.Koyre Yeni Dövr elminin təməlində duran Qaliley 

prinsiplərini elmdə çevrilişdən daha çox, fəlsəfədə çevriliş hesab edir. 

Koyre yazır ki, Qalileyin “Dialoqlar”ı elm haqqında kitab olmaqdan daha 

çox, bir fəlsəfə kitabıdır. ... Belə ki, astronomik problemin həlli yeni fizi-

kanın strukturundan asılıdır və o da öz növbəsində təbiət haqqında elmin 

strukturunda riyaziyyatın yeri məsələsinin həllini tələb edir ki, bu da bir 

fəlsəfə məsələsidir.

2

1



  

                                                 

1

 A.Koyre. Galileo and Plato // Metaphysics and Measurement / Ed. A.Koyre. Harvard, 



1968, c. 35. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin