Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

Plotin  

 

Aristotel hərəkətsiz Yeri dünya kimi götürürdü. Nəsirəddin Tusi 



Yerin fırlandığını və çoxlu göy cisimlərindən ancaq biri olduğunu göstərdi. 

Molla Nəsrəddin insanı dünyanın mərkəzinə gətirməklə, dünyaya humanist 

münasibətin əsasını qoydu. Əsrlər keçəcək və Paskal insanı yenidən sistem 

xaricinə  çıxaracaqdı. XXI əsrdə insan yenə  də  Mərkəzə qayıdır. Amma 

hələ ki, bunu dərk olunmamış şəkildə edir.  

«Mən harada dayanmışamsa, dünyanın mərkəzi də oradadır» fikri 

(Molla Nəsrəddin) «dünya – mərkəzi hər yerdə olan, səthi isə olmayan sfe-

radır» fikrinin (B.Paskal) xüsusi halıdır. Amma elə xüsusiləşmiş bir haldır 

ki, bu halda hər hansı bir nöqtə deyil, məhz insanın dayandığı nöqtə Mər-

kəz ola bilir. Burada Mərkəz rolunu dərk edən, anlayan, eyni zamanda qu-

ran, yaradan bir başlanğıc – subyekt oynayır. Yerdə qalan nə varsa, bu 

yaradıcı başlanğıc üçün bir obyekt və hətta bir materialdır.  

Belə bir mərkəz olaraq Mən-in, insanın seçilməsi bir tərəfdən insan 

eqoizminin nəticəsi olsa da, digər tərəfdən, insanı bütün başqa varlıqlardan 

fərqləndirən əsas əlamət – şüura və ya canlı ideyaya malik olmasıdır. Baş-

qa sözlə, mərkəzdə ancaq ideya dayana bilər.  İdeya işıq mənbəyidir və 

mərkəzdən uzaqlaşdıqca, bu işıq zəifləyir. Sonsuz kiçilənə qədər zəifləyir, 

amma heç vaxt tamamilə itmir. İnsan haqqında belə bir mülahizə – «İnsan 

yer üzünün əşrəfidir», yaxud «insan yer üzərində Allahın xəlifəsidir», ya-

xud “insan ilahi ruhun daşıyıcısıdır” fikirlərindən qaynaqlanır. Lakin insan 

zəkasının işığı məhduddur və o harada isə bitir. Mərkəzində insan dayanan 


Elm haqqında elm 

 

 



 

322


dünya potensial halda, imkan şəklində sonsuz və sərhədləri qeyri-müəyyən 

olsa da, gerçəkdə  həmişə bir hüduda malikdir. Qurani-Kərimdə deyildiyi 

kimi, insanlara bilgilər (ruh haqqında) müəyyən hüdud daxilində veril-

mişdir.  

İnsan zəkası sonsuz səmanı tam işıqlandıra bilməsə  də, kənardan 

baxdıqda bu səmada işıqlı bir mərkəz kimi görünür. Hər insan bir ulduzu, 

dünya isə kəhkəşanı xatırladır. Bütün insanlar içərisində biri – “Mən” isə 

sanki bir Günəş olaraq bütün ulduzlardan seçilir və dünyanın mərkəzi 

olmaq iddiası ilə çıxış edir.  

Doğurdanmı  mərkəzdə dayanan insandır? Yoxsa insan Allaha xas 

olan bir keyfiyyətin daşıyıcısı olmaqla mərkəzə çəkilir. Dünyanın hər bir 

nöqtəsi mərkəzdir. Çünki hər bir nöqtədə Allahın əlaməti vardır. İnsan zə-

kasının işığı əslində birinci işığın sayəsində mümkün olur. Bütün dünyanı 

işıqlandıra bilən işıq – Nur əl-Ənvər ancaq Allaha məxsusdur (Ş.Y.Sührə-

vərdi)

4

1



. Lakin bu işıqdan pay almış başqa işıqlar da öz ətrafı üçün nisbi 

mərkəzlərə çevrilir. Bununla belə, unutmaq olmaz ki, bu mərkəzlər, bu 

nisbi müstəqil işıq mənbələri  əslində  işığın  əsl mənbəyi deyil. Söhbət 

sadəcə olaraq səpələnmiş ilk işığın ikinci, üçüncü və növbəti dəfə lokallaş-

masından və sanki yeni mərkəzlər yaranmasından gedir. Ceyms «Praqma-

tizm» əsərində buna bənzər bir problemlə bağlı yazır ki, işığın şüşə gün-

bəzdən düşdüyünü görən məhbus onun Günəşdən deyil, məhz günbəzdən 

gəldiyini düşündüyü kimi, bəzi psixoloqlar şüurun da beyindən hasil oldu-

ğunu düşünürlər. Halbuki, beyin burada yalnız ötürücü vasitə rolunu oyna-

yır.


4

2

 Bəli, hər bir insan da müəyyən yaxınlaşmada işıq mənbəyi və dünya-



nın mərkəzi kimi görünsə də, əslində o yalnız İlahi ideyadan gələn işığın 

fokus mərkəzi kimi çıxış edir və işığı alıb yenidən səpələyir.  

Neoplatonizmdə, hermetizmdə  və orta əsrlər fəlsəfəsində geniş ya-

yılmış bir fikrə görə, Allah dünyanın istənilən nöqtəsində vardır və bütün 

yerdə qalan dünya onun ətrafında hüdudu olmayan bir sfera kimi mövcud-

dur. Platon «Timey» əsərində kainatı vahid ruha malik olan canlı varlığa 

bənzədirdi. Bu təlimə görə, bu görünən canlı varlıq – nəhəng, gözəl və mü-

                                                 

1

 Suhrawardi. Hikmat al-ishraq, (John Walbridge və Hossein Ziai), Utah, Brigham 



Young University, 1999. 

2

 U.Джемс.  Прагматизм.  М., 1910. // Bax: Спиркин  Г.  Сознание  и  самосознание. 



М., Политиздат, 1972, с.34. 

 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

323



 

kəmməl səma əslində hissi Allahdır.

4

1

 Burada Platon o dövr üçün Yunanıs-



tanda çox da yayılmamış

4



 təkallahlılıq mövqeyindən çıxış etməklə yanaşı, 

gələcək panteizm üçün də düşüncə materialı verir.  

Təsadüfi deyildir ki, Avqustin Platon ideyalarının müəyyən məqam-

larda Bibliya ilə çox səsləşdiyini görərək onun Musanın təlimindən xəbər-

dar olduğunu zənn edirdi. Belə ki, Musanın kitabında Allahın Musanın xa-

hişi ilə özünü Yaxve, başqa sözlə, «mövcudat» adlandırdığı qeyd olunur.

4

2

 



Rus tədqiqatçısı A.V.Axutin orta əsrlər Qərb fəlsəfəsində dərin kök atmış 

bu ideya ilə əlaqədar olaraq «İyirmi dörd filosofun kitabı» əsərində Allaha 

verilən 24 tərifdən üçüncüsünü iqtibas gətirərək yazır: «Allah özünün hər 

bir hissəsində bütövdür».

4

3

 Daha sonra Plotindən gətirilən parçada



4

4

 vurğu-



lanır ki, bütün mövcudat bir nöqtədə cəmlənmişdir.

4

5



 (Yeri gəlmişkən, bu 

fikir müasir astrofizikanın və kosmoqoniyanın «kainatın genişlənməsi», 

«bir nöqtədən partlayış» təlimi ilə çox səsləşir.) 

Lakin  əslində Plotin Allahın mövcudatla eyniləşdirilməsi fikrindən 

yüksəkdə dayanır. Onun fikrinə görə, İlk Vahid mövcudatdan əvvəl gəlir. 

Vahiddən  əql,  əqldən nəfslər yaranır.

4

6

  Şərq fəlsəfəsinə görə, nəfs də öz 



növbəsində cisimlərdən əvvəl gəlir. Beləliklə, hissi dünya ilə Allah arasın-

da ən azı iki mərtəbə: nəfs dünyası və əql dünyası dayanır. Allah hissi dün-

yanın cisim və hadisələrində bilavasitə yox, onların daşıyıcısı olduğu ide-

yalar vasitəsilə təmsil olunur. Digər tərəfdən, Allah bütün dünyanı ehtiva 

etdiyindən, deməli, ideyasız heç nə yoxdur. Hər bir cisim və ya hadisə ide-

yaya malik olub-olmamaqla yox, bu ideyanın dərəcəsinə görə fərqlənir. İş-

raqilik terminologiyasında bu mənada işıqlanma dərəcəsindən söhbət ge-

dir. Hissi dünyada mütləq işıq olmadığı kimi, mütləq qaranlıq da yoxdur. 

Başqa sözlə, yaşadığımız dünya ideyasızlıqdan ideyaya, qaranlıqdan işığa 

                                                 

1

 Платон. Тимей // Сочинения в трех томах. Т. 3, ч. 1, М., 1971, с. 541. 



  Qədim Yunanıstanda monoteizmin ilk böyük nümayəndəsi Ksenofan hesab olunur. 

Lakin bu mövqe ictimai fikri əhatə etmirdi. Homerin əsərləri politeizmə əsaslandığından o 

dövr üçün monoteizm bir növ peyğəmbərlik kimi dəyərləndirilə bilər. 

2

 Августин.  О  граде  Божием. VIII. 11. // Bax: А.В.Ахутин.  Понятие  «природа»  в 



античности и в Новое время. М., Наука, 1988, с. 25. 

3

 А.В.Ахутин. Понятие «природа» в античности и в Новое время, с. 63. 



4

 Plotin, Ennead III, 7.3 

5

 А.В.Ахутин. Понятие «природа» в античности и в Новое время, c. 63.  



6

 Плотин. Избранные трактаты. Мн., М., 2002, с.3. 



Elm haqqında elm 

 

 



 

324


gedən yolun qütblərini ehtiva etmir. O, haradasa aralıqdadır – alaqaran-

lıqdır.  

 

İnsanın missiyası barədə, onun bu dünyaya mənasız gəlişinin ağla-



batmazlığı barədə Con Lokk belə yazır: «Tam əsasla belə bir sual vermək 

olar ki, doğrudanmı yalnız insan qaydadan kənardır, tamamilə müstəqildir, 

doğrudanmı o, dünyaya tamamilə  mənasız, hansı isə qanunauyğunluq ol-

madan, hər hansı həyat normaları çərçivəsinə salınmadan gəlmişdir?»

4

1

.  



Bir qisim tədqiqatçılar,  əksinə,  alın yazısına, nəyinsə  əvvəlcədən 

müəyyənləşməsinə şübhə ilə yanaşır və şüurlu bir varlıq olaraq insanın öz 

həyat yolunu özü seçdiyini iddia edirlər. Con Lokk isə belə bir mütləq 

azadlığı qeyri-mümkün sayır və insanın bu dünyaya bir məqsədlə  gəl-

diyini, daha doğrusu göndərildiyini, bütün azad seçim imkanlarına rəğmən 

dünyaya müəyyən ilkin proqramla, tapşırıqla qədəm qoyduğunu iddia edir. 

İnsanı idarə edən müəyyən prinsiplər vardır ki, bunlara əxlaqi dəyərləri, 

yaxud «sağlam dərrakə»ni (recta ratio) aid edirlər. «Dərrakə» dedikdə 

Lokk intellektual qabiliyyəti deyil, həqiqi mənəvi dəyərlərə xidmət edən 

təməl prinsipləri nəzərdə tutur. Və bu prinsipləri təbiət qanunu ilə eyni 

mərtəbəyə, eyni ranqa qaldırır, mənəvi prinsipləri təbiətdə təməli qoyulan, 

təbiətin sifarişi ilə meydana çıxan köklü, obyektiv qanunlar kimi təqdim 

edir. Burada Lokk stoiklərin «təbiətlə həmahəng yaşamaq», «təbiətə uyğun 

yaşamaq» tələbini yada salır

4

2

. Biz Lokkun bu fikrlərini ona görə xatırladı-



rıq ki, o, bu məsələləri ilahi iradə ilə izah edir: «Beləliklə bu təbiət qanunu 

ilahi iradənin təzahürü kimi təsvir oluna bilər… Nəyin  düşüncəli təbiətlə 

(kursiv mənimdir – S.X.) uzlaşdığını, nəyin uzlaşmadığını və bununla əla-

qədar nəyə icazə verildiyini, nəyin qadağan olunduğunu da bu təbiət qanu-

nu müəyyən edir. Bəziləri bunu ağlın diktatı hesab edir. Əslində isə, dərra-

kə ancaq onu araşdırır və açmağa çalışır. Əslində bunları ali qüdrət sahibi 

işıqlandıraraq bizim qəlbimizə  təlqin etmişdir»

4

3



. Bu fikirlər bir tərəfdən, 

panteist fəlsəfi təlimləri, digər tərəfdən də, Sührəvərdi təlimini xatırladır. 

Lokk yazır ki, insan bu qanunun yaradıcısı yox, öyrənəni, şərhçisidir. Qa-

nun ilahi qüvvə, ali iradə ilə müəyyən edilmişdir. Lakin əksər insanlar elə 

                                                 

1

 Дж.Локк. Опыты о законе природы // Сочинения в трех томах, том 3, М., 1988, 

с. 3-4.  

2

 Yenə orada, s. 4. 



3

 Yenə orada. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

325



 

yaşayır, elə bil ki, həyatın heç bir rasional əsası yoxdur və guya hamınıın 

qəbul etməli olduğu qanun yoxdur. Con Lokk təbii-mənəvi qanunun varlı-

ğına şübhə ilə yanaşanların arqumentini belə izah edir: «Necə olur ki, bu 

qanun düşüncə işığında dərk edildiyi halda və bütün insanlar düşüncə qabi-

liyyətinə malik olduğu halda, heç də hamı bu qanunu bilmir?».

4

1

 Bunu izah 



etmək üçün Lokk cəmiyyətin müəyyənləşdirdiyi qanunların da heç də ha-

mı tərəfindən mənimsənilmədiyini misal gətirir. Əgər kimsə qanunu oxu-

mayıbsa, xəbəri yoxdursa, bu o demək deyildir ki, qanun yoxdur və ya baş-

qalarının da ondan xəbəri yoxdur. Eləcə  də  zəka işığına can atmayanlar, 

qaranlığı üstün tutanlar təbii mənəvi qanunu bilə bilməzlər. Necə ki, korlar 

günəş işığından istifadə edə bilmirlər, mənəvi korlar da naqis ehtirasın təh-

rikinə uyaraq ona kor-korana tabe olurlar. Ancaq zəka işığı mənəvi korlu-

ğun qarşısını ala bilər. Təbiətin gizli mənəvi qanunlarını bilənlər az oldu-

ğundan burada əksəriyyətin yox, ancaq müdriklərin rəyi  əsas götürül-

məlidir. 

Con Lokk bütün qanunların insanın istəyindən asılı olmayaraq təbii 

səciyyə daşıdığını iddia etməklə  bərabər, həm də predmetlər və onların 

xassələrini ifadə edən ideyaların mənbəyini təbiətdə, insandan kənarda gö-

rürdü. İnsanın hafizəsinə köçən və onun sonrakı düşüncələri üçün əsas olan 

ideyaların da ilkin yeri insandan kənarda, təbiətdə axtarılır.  Əlbəttə, 

C.Lokk bilavasitə qavrayış məqamında, cisimlə birbaşa əlaqə məqamında 

əldə olunan ideya ilə hafizədə saxlanmış  və sonradan düşüncə sayəsində 

gündəmə gətirilmiş ideyanı fərqləndirir. Elə bil ki, birinci daha canlı, ikinci 

isə solğundur.  

Bununla  əlaqədar Lokk ideyaların yaranma mənbəyini də iki yerə 

bölür: xarici aləm, cisimlərin özü və düşüncə, ağıl. Lakin Lokka görə ağıl-

da, hafizədə olan ideya da əslində  nə vaxtsa cismani dünya ilə  əlaqədən 

alınmışdır. Yəni insanda olan bütün ideyalar sonradan əldə edilmişdir. Bu-

nunla belə hafizəyə köçürülmüş ideyalara ayrıca bir status verilir və  ağıl 

dünyası bunların üzərində qurulur.  

Con Lokkda ideya termini çox qeyri-müəyyən və əhatəlidir. Özünün 

yazdığına və ən çox qəbul olunmuş varianta görə anlayış mənasında işlən-

diyi nəzərdə tutulsa da, əslində çox vaxt duyğu, qavrayış və təsəvvür mə-

nalarını da əhatə edir. Bilavasitə əlaqə zamanı təkcə götürülmüş bir cisim 

                                                 

Yenə orada, s. 5-6.  



Elm haqqında elm 

 

 



 

326


haqqında yaranan ideya daha çox qavrayış mənasına uyğun gəlir. Onun ha-

fizədə saxlanması və nə vaxtsa bərpa olunması isə daha çox təsəvvür mə-

nasını verir. Lakin ideya elə bil ki, təsəvvür yox, təsəvvürün substansiyası-

dır. Yaxud anlayış yox, anlayışın substansiyasıdır. «Göy», «yaşıl», «bərk-

lik», «yumşaqlıq» kimi sadə ideyalar insanın ağlında, hafizəsində, digər tə-

rəfdən, cisimlərdə mövcuddur. Materialist fəlsəfədə cisimlərə xas olan bu 

cəhətlər xassə,  əlamət kimi izah olunur. Bunlar ümumi  olmaqla bir yox, 

çoxlu sayda cisimlərdə mövcuddurlar. Con Lokk şeylərin özündə ideyaya 

adekvat olan əlaməti keyfiyyət adlandırır.  

Con Lokk terminologiyasında ideya heç də ardıcıl materialist təlim-

lərdə olduğu kimi maddi şeylərin inikası  mənasında götürülmür. Lakin 

maddi şeylərsiz sadə ideyaların mövcudluğu da mümkün deyil. «Sadə ide-

yalar bizim təxəyyülümüzün məhsulu olmayıb, bizi əhatə edən və bizə tə-

sir edən şeylərin təbii və qanunauyğun məhsullarıdır».

4

1

 Lakin bu yanaşma 



ancaq sadə ideyalara aiddir. Mürəkkəb ideyalar isə  «şeylərin surəti kimi 

mövcud deyil və şeylərə onların orijinalı kimi baxmaq düzgün olmazdı».

4

2

 



Burada,  əksinə, ideyalar rol, obraz kimi götürülür, şeylər isə ideyaya uy-

ğunluq dərəcəsinə görə nəzərə alınır.

4

3

  



Göründüyü kimi, Con Lokk ideya ilə  şey arasında münasibətlərin 

izahında müəyyən çətinliklərlə üzləşir. Sadə və mürəkkəb ideyaların fərqli 

statuslara malik olmasının səbəbi kifayət qədər aydınlaşmır. Bizcə, bu 

məsələyə aydınlıq gətirilməsi üçün Lokk bütövlük anlayışına müraciət 

etməli idi. Belə ki, sadə ideyaların hər hansı kombinasiyası yeni bir ideya 

verə bilməz. Yeni ideya (mürəkkəb ideya) əslində sadə ideyaların əlaqələn-

mə strukturunu ifadə edir və bu struktur özü bütövlük, tamlıq məziyyətinə 

malik olmalıdır. Bütöv bir cisimdən ayrılmış hissə müstəqil bir ideya da-

şıyıcısı deyilsə, o, müstəqil bir şey kimi dəyərləndirilə bilməz. O ancaq nə-

yinsə yarımçığıdır. Yarımçıqlar isə ideya daşıyıcısı olmadığından idrakın 

predmeti də ola bilməz. Ancaq yarımçığın fikrən tamamlanması  və onun 

əslində nə kimi bir bütövün parçası olması müəyyən bir informasiya verə 

bilərdi. Lakin parçalanmanın qanunauyğunluğu məlum olmadığından bu 

informasiya həmişə natamam olacaqdır. Qanunauyğunluq məlum olduqda 

isə yeni bir bütövdən və ya alt sistemdən söhbət getdiyi aydınlaşmış olur. 

                                                 



1

 Дж.Локк. Опыт о человеческом разумении // Сочинения, том 2, с. 41. 

Yenə orada, s. 41-42. 



3

 Yenə orada. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

327



 

Con Lokk mürəkkəb ideyanın məhz sonlu sayda sadə ideyalardan 

formalaşdığını iddia edərkən  əslində özünün də  fərqinə varmadığı böyük 

bir problemə toxunur. Çünki maddi cisimlər həmişə sonsuz sayda ümumi-

lərin daşıyıcısıdır. Başqa sözlə, maddi cisim bir materiya nümunəsi kimi 

həmişə tükənməzdir. Mürəkkəb ideya isə bu cismin bütövlükdə inikası ol-

mayıb, ona adekvat olan modellərdən biri hesab edilə bilər. Lakin Con 

Lokk bu məqamda substansiya kimi, proobraz kimi maddi cismi, şeyi de-

yil, mürəkkəb ideyanı götürür və bununla da onun öz təlimində heç də ar-

dıcıl mövqedə dayanmadığı üzə çıxır. 

Con Lokk yazır: «Ağıl  şeyləri bilavasitə deyil, bu şeylərin onun 

özündəki (ağılda – S.X.) ideyası vasitəsi ilə dərk edir».

4

1

 Dahiyanə fikirdir, 



amma davam etdirilmir. Sual ortaya çıxır ki, bu ideya insanın özündə necə 

yaranmışdır?  İnsana fitrətənmi məxsusdur, yoxsa nə vaxtsa hissi təcrübə 

vasitəsi ilə şeylərdən alınmışdır. Con Lokk bu məsələlərdə ardıcıl mövqe 

tuta bilmir və ya məsələni açıq qoyur. Onun yazdığına görə, insanın duy-

ğuları «bizim təxəyyülümüzün uydurması olmayıb, bizi əhatə edən və bizə 

təsir edən şeylərin təbii və qanunauyğun məhsullarıdır».

4

2

 Başqa bir yerdə 



isə  zəkada (ağılda) olan hər  şeyin  əvvəlcə hisslərdə olduğunu iddia edir. 

Bir tərəfdən, zəkaya üstünlük verən, «zəka işığı» və s. bu kimi ifadələrdən 

istifadə edən Con Lokk, digər tərəfdən, anadangəlmə ideyanın mümkünlü-

yünü rədd edir. Çünki, ideyanı ancaq aktual ideya kimi başa düşür. Passiv 

ideya, ideyanın surəti, maddi təcəssümü haqqında anlayış Con Lokk sis-

temində yoxdur. Bu təlimə görə, ideya ancaq insanın predmetlə əlaqəsində 

ortaya çıxır. Lakin əlaqənin iki tərəfi vardır və hansı  tərəfin subyekt və 

hansı tərəfin obyekt olması sualı cavablanmır. Con Lokkun mövqeyini da-

vam etdirərək iddia etmək olar ki, ideyanın ilkin yeri elə predmetin özün-

dədir. Və ya fikri tam əks istiqamətdə davam etdirərək ideyanı insan şüu-

runda axtarmaq olar. 

Con Lokk bir sıra məsələlərdə antik fəlsəfi fikrə nəzərən bir addım 

irəli getsə  də, ideyanın mahiyyəti məsələsində  nə Platon, nə  də Aristotel 

xəttini davam etdirməmişdir.  İdeyanın mənbəyini  şeylərin özündə axtar-

maqla Aristotel təliminə yaxın olsa da, ideyanın forma ilə ekvivalentliliyi 

fikrinə gəlib çatmamışdır. Bəli, məhz çatmamışdır. Çünki, bizcə, Aristotel 

                                                 

1

 Yenə orada, s. 41.  



2

 Джон Локк. Сочинения, том 1, с. 17 // Избр.филос. произв. в 2-х томах, т. 1. М., 

1960, с. 549. 



Elm haqqında elm 

 

 



 

328


bu məsələdə özündən sonra gələnlərin çoxundan irəlidədir.  

İdeyanın mahiyyəti məsələsində ardıcıl, aydın mövqe tuta bilməyən 

Con Lokkun əsas xidməti ideyaların təsnifatını verməkdədir. Bir tərəfdən, 

sadə  və mürəkkəb ideyalar, digər tərəfdən, kifayət qədər açılmayan aktiv 

ideya anlayışı. Con Lokk ideya anlayışı ilə paralel mənəvi substansiya 

anlayışından da istifadə edir, nəfs və ideyanı fərqləndirir.  

 

İdeyanın, yoxsa onun maddi təcəssümünün həqiqi varlıq olması 



məsələsi əsrlər boyu fəlsəfənin mərkəzi problemlərindən biri olmuşdur. 

İdeyanın varlıq olması necə başa düşülə bilər? 

Platon «Dövlət»  əsərinin X kitabında hər hansı bir şeyin üç varlıq 

dərəcəsini fərqləndirir. Dülgər tərəfindən düzəldilmiş stolun və ya çarpayı-

nın özündən başqa şəkilləri də ola bilər. Yəni rəssam, öncə dülgər tərəfin-

dən düzəldilmiş bir şeyin şəklini çəkir, çəkdiyini heç olmazsa formaca ona 

uyğunlaşdırır. Bu – təqliddir. 

Bəs dülgər stolu və ya çarpayını düzəldərkən nəyin obrazını yaradır, 

yaratdığını  nəyə uyğunlaşdırır? Axı, bütün dülgərlər müxtəlif yerlərdə  və 

müxtəlif zamanlarda çarpayı düzəldirlər və onların hamısının ümumi bir 

cəhəti vardır. Onlar hamısı düzəltdiklərini nəyəsə bənzədirlər. Deməli, bu 

da bir təqliddir.  

Lakin nəyin təqlidi? Platon fikrini izah etmək üçün dülgərlərdən ası-

lı olmadan təbiətin özündə ilkin bir çarpayının mövcud olduğunu fərz edir. 

Və bu çarpayı Allah tərəfindən yaradılmışdır.  

Maraqlıdır ki, burada Platon o vaxtkı yunan düşüncəsi üçün sə-

ciyyəvi olan allahlar haqqında təsəvvürdən fərqli olaraq tək Allahdan bəhs 

edir. O, göydə və yerdə, canlı və cansız – nə varsa hamısının, o cümlədən, 

cəm halda allahların da yaradıcısıdır.

4

1



  

Platon öz müsahibinə sübut edir ki, rəssam yaradıcılığının məhsulu 

olan çarpayı şəkli heç də həqiqi çarpayı olmayıb, onun görüntüsü olduğu 

kimi, dülgərin düzəltdiyi çarpayı da ilkin, təbii, Allah tərəfindən yaradıl-

mış çarpayının görüntüsü, surətidir.  İnsanlar ilkin olanın, həqiqi olanın 

bənzərini yaradırlar. Beləliklə, çarpayılar üç cürdür: Allahın əsəri olan çar-

payı  təbii olaraq mövcuddur. İkincisi dülgərin, üçüncüsü isə, rəssamın 

                                                 

1

 Платон. Государство // Собрание сочинений в 4-х томах. Том 3, М., «Мысль», 



1994, с. 390.  

 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

329



 

əsərləridir. Beləliklə, Platon üç cür çarpayının üç fərqli yaradıcısını: rəs-

sam, dülgər və Allahı fərqləndirməklə, əslində varlığın üç müxtəlif dərəcə-

sini qeyd edir: həqiqi (təbii) varlıq, onun təqlidi, təqlidin təqlidi.

4

1

  



Platonda ideya ilə hissi aləm arasında münasibət və hissi predmet ilə 

onun maddiləşmiş obrazı arasında münasibət – hər ikisi təqlid kimi dəyər-

ləndirilir. Platon ilkin varlıq, təbii varlıq kimi götürülən ideya təqlidçi in-

sanlara (baxılan halda dülgərə) necə çatır; bilavasitəmi verilir, yoxsa, hansı 

isə vasitə iləmi ötürülür, yaxud rəssamın çəkdiyi şəkil nə dərəcədə dülgərin 

düzəltdiyi çarpayıya adekvatdır və s. bu kimi suallara cavab axtarmır. Filo-

sofu maraqlandıran nəyin ilkin, nəyin törəmə; nəyin həqiqət, nəyin görüntü 

olmasıdır. Amma məsələnin insan Mən-i ilə, subyektivliklə bağlı olan baş-

qa tərəfləri də maraqlıdır ki, bu tərəflər neçə  əsrlərdən sonra fenomeno-

logiya və ekzistensionalizm yönümündən gündəmə gətirilmişdir. Məsələn, 

Jan-Pol Sartr özünün «Xəyal olunan. Təxəyyülün fenomenoloji psixologi-

yası» adlı  əsərində cismin özü və onun foto şəkli, insan və onun portreti 

arasında fərqə ontoloji aspektdə yanaşmaqla kifayətlənməyərək, müvafiq 

subyektiv yaşantıların müqayisəsini aparır. Düzdür, Sartr cansız əşya olan 

çarpayını deyil, konkret bir insanı – Pyeri misal gətirir.

4

2



  Və elə bu kon-

kretlik, təkcəlik, unikallıq situasiyanı dəyişir. Biz daha artıq Allah tərəfin-

dən yaradılmış  təkcə insan ideyası  və kimlərinsə  tərəfindən onun təqlidi 

olaraq yaradılmış çoxlu insanları müqayisə etməkdə çətinlik çəkirik. Çünki 

nəinki insan, hətta istənilən canlı varlıq hansı isə usta (dülgər) tərəfindən 

düzəldilə bilməz. İnsanların yaradıcısı kimi, ancaq şərti olaraq valideynlər 

götürülə bilər. Valideyn, dülgərdən fərqli olaraq hansısa ideyanı  şüurlu 

surətdə təqlid etmir, yeni yaranan insanın nə kimi bir ideyanın reallaşması 

olması  məsələsi insan iradəsinin fövqündədir.  Əlbəttə, hər bir insan, 

ümumiyyətlə insan ideyasının daşıyıcısıdır. Lakin Platonun bölgüsünə 

görə, bu ideyanın təqlidi sayılmalı olan ayrı-ayrı konkret insanlar özləri də 

Allah tərəfindən yaradılmışlar. Yəni insanların bütün başqa varlıqlardan 

fərqli olaraq iki yaradıcısı olduğunu qəbul etmək lazım gəlir.  

Platonun yuxarıdakı misalında hissi aləmə mənsub olan konkret çar-

payıların yaradıcısı kimi, dülgər qəbul edilir. Platon ayrı-ayrı çarpayıları 

ona görə həqiqi varlıq hesab etmir ki, onlar ideyanın özü yox, onun təsviri, 

                                                 

1

 Yenə orada, s. 391.  



2

 Ж.-П.Сартр.  Воображаемое.  Феноменологическая  психология  воображения. 

СПб., Наука, 2001, с. 53. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin