Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
Elm haqqında elm 

 

 



 

464


Bizcə, elmi-texniki inqilabın mahiyyətinin müəyyənləşdirilməsi 

işində irəliyə doğru atıla biləcək hər hansı ciddi addım mütləq əvvəlcə «el-

mi-texniki tərəqqi» anlayışının fəlsəfi bir istilah kimi müəyyənləşdirilmə-

sindən ibarət olmalıdır. İndiyəqədərki tədqiqatlarda isə elmi-texniki tərəqqi 

nələrinsə nəticəsi kimi yox, yalnız nələrinsə səbəbi kimi öyrənilmişdir; ona 

artıq mövcud olan, fəaliyyət göstərən və bu fəaliyyət zamanı müxtəlif şəra-

it və dövrlərdə müxtəlif xassə  və xüsusiyyətlərə malik olan bütöv sistem 

kimi baxılmışdır. 

Elmi-tədqiqat üsullarının təhlili göstərir ki, bu cür bircəhətli tədqi-

qatlar əsas mahiyyətin açılması prosesinə nəzərən zamanca ilk mərhələyə – 

təxmini təsəvvürün formalaşması mərhələsinə uyğun gəlir. Elmi tədqiqatın 

sonrakı  mərhələsində isə baxdığımız ictimai hadisənin hərəkətverici qüv-

vələri, daxili quruluş, onu bütöv sistem kimi saxlayan əsas rabitə element-

ləri, onun varlığını zəruri edən səbəblər, həmin səbəblərin öz inkişaf yolu 

və s. bu kimi vacib məsələlər həll edilməlidir. Bax, məhz bu mərhələdə in-

diyədək heç bir ciddi addım atılmamışdır. Bizcə, hazırkı dövrdə ilk mərhə-

ləyə müvafiq gələn məsələlərin tədqiqi kifayət dərəcədədir və ikinci mər-

hələyə keçid üçün əsas fəlsəfi tədqiqata başlamaq vaxtı çoxdan çatmışdır. 

Elmi-texniki tərəqqinin mahiyyəti yalnız elm və texnikanın müxtəlif 

dövrlərdəki vəziyyətinin təhlili ilə aşkara çıxarıla bilər, yoxsa elmin və tex-

nikanın özlərinin meydana gəlməsi işində səbəb rolunu oynamış ilkin pro-

seslər və onların bütün sonrakı  dəyişilmələrini də  nəzərə almalıyıqmı? – 

Müasir tədqiqatlarda axırıncı şərt nəinki nəzərə alınmır, bu haqda heç söh-

bət də açılmır. Görünür, materialist dialektikanın belə bir müddəası da (sə-

bəbiyyət) köməyə  gəlməlidir ki, sistemin hər bir andakı  vəziyyəti təkcə 

onun özünün əvvəlki halından yox, kənarla qarşılıqlı təsir xüsusiyyətlərin-

dən də asılıdır. Bəzi ümumi məntiqi mühakimələr vasitəsilə asanlıqla sübut 

etmək olar ki, «elm-texnika» sistemi heç də tam qapalı deyil və bir sıra 

kənar proseslərlə qarşılıqlı əlaqədədir. 

Əgər elmi-texniki tərəqqinin mahiyyəti dəqiq öyrənilmiş olsaydı, 

onun müasir dövrdə kəsb etmiş olduğu yeni keyfiyyətlər də dəqiq şəkildə 

müəyyənləşdirilə bilərdi. Lakin məsələnin öyrənilməsinə lap əvvəlindən 

düzgün istiqamətdə başlanılmadığı üçündür ki, belə «yeni keyfiyyət dəyi-

şilmələrinin» də məhz nədən ibarət olması hələ indiyədək müəyyənləşdiri-

lə bilməyib. 


  Elm–Texnika–İstehsal 

 

 

 

465



 

Etiraz edə bilərlər və deyə bilərlər ki, – «Niyə, axı, tədqiqatçılarımız 

tərəfindən nəinki bircə belə keyfiyyət dəyişikliyi, hətta onlarla müxtəlif 

keyfiyyət dəyişiklikləri «müəyyən edilmişdir». Biz isə deyirik ki, elə əsas 

məsələ də bundadır, – bir yox, onlarla müxtəlif keyfiyyət dəyişikliyindən 

və müxtəlif mahiyyətlərdən danışılması vahid qərara gələ bilməməyin nəti-

cəsidir; və bu da qanunauyğun haldır, çünki qüsur yanaşma tərzinin özün-

dədir, müvafiq metodoloji problemlərin həllindədir. Bunu sübut etmək 

üçün indiyəqədərki tədqiqatlarda elmi-texniki inqilabın «mahiyyəti», «baş-

lıca xüsusiyyətləri», «müəyyənedici spesifikası» və s. adlar altında  şərh 

olunan keyfiyyət dəyişilmələrini  ətraflı  şəkildə  nəzərdən keçirməyə 

çalışaq. 

Məsələn, bir qisim tədqiqatçı – A.A.Zvorıkin, V.D.Komarov,

6

1



 

C.M.Qvişiani və s. elmi-texniki inqilabın mahiyyətini ifadə edən keyfiyyət 

dəyişilməsini  kibernetikanın yaranmasında görürlər. A.A.Zvorıkin yazır: 

«…Müasir elmi-texniki inqilab ən ümumi formada kibernetik inqilab ad-

landırıla bilər».

6

2



 Lakin elmi-texniki inqilabı şərtləndirən keyfiyyət dəyişil-

məsi bu dərəcədə birtərəfli ola bilməz. Axı, müasir dövrdə kibernetika ilə 

bağlı olmayan, ondan fərqli olan, görün, nə qədər yenilik vardır; məsələn, 

bunlardan yalnız birini – energetika problemini götürək. – Elmin də, texni-

kanın da əsas məqsədi, nəhayət, istehsala xidmət etməkdir; bunun üçün isə 

enerji lazımdır. Onların artırılması və istifadəyə verilməsi elm və texnika-

nın aktual problemlərindən birini təşkil edir və «deməli», N.M.Nikolski,

6

3



 

A.Qusarov və V.Radayev

6

4

  və s. tədqiqatçıların dediyi kimi, elmi-texniki 



inqilabın mahiyyəti də energetika problemləri ilə bağlı imiş. 

Lakin «müasir elmi-texniki inqilab» kitabının

6

5

 müəllifləri buna eti-



raz edərək göstərirlər ki, «…Müasir elmi-texniki inqilabın mahiyyətini 

energetikanın dəyişilməsində yox, işçi maşınların inkişafında axtarmaq 

                                                 

1

 В.Д.Комаров.  Современная  научно-техническая  революция  и  проблемы  логики 



научного исследования, с.33. 

2

 А.А.Зворыкин. Научно-техническая революция и ее социальные последствия. М., 



1967. 

3

 Н.М.Никольский.  Научно-техническая  революция:  мировая  экономика,  полити-



ка, население. М., 1970, с.5. 

4

 А.Гусаров, В.Радаей. Беседы по научно-технической революции. М., 1972, с.21. 



5

 «Современная  научно-техническая  революция».  Историческое  исследование. 

М., 1967, с.86. 


Elm haqqında elm 

 

 



 

466


lazımdır».

6

1



 Axı, marksizm klassikləri də XVIII əsrdə baş verən sənaye in-

qilabının mahiyyətini məhz işçi maşınında axtarırdılar…Yox, bu fikirlə də 

razılaşmaq olmaz; istehsaldakı inqilab başqa, «elm-texnika» sistemindəki 

inqilab isə başqa xarakterdə olmalıdır. Bir də, axı, indi XVIII əsr yox, XX 

əsrdir, kosmos əsridir… 

Və deməli, «…elmi-texniki inqilab insanın getdikcə kosmosa daha 

çox nüfuz etməsi – ilə xarakterizə olunur».

6

2



 

Lakin bu cür yanaşmalar ümumilikdən məhrum deyilmi və onların 

bir qismini vahid bir anlayışda – avtomatlaşma anlayışında birləşdirmək 

daha düzgün olmazdımı? Məhz bunu nəzərə alaraq Q.N.Volkov yazır: 

«Elmi-texniki inqilabın özəyini, baş istiqamətini məhz avtomatlaşma 

özündə əks etdirir; yeni enerji mənbələrinin tapılması da, kosmosun fəthi 

də yeni texnologiyaya keçid də onun sayəsində mümkün olur».

6

3



 

– Yox, bu da hələ hamısı deyil. Bəs elm və texnikada bir-birinin ar-

dınca qazanılmaqda olan əsaslı  kəşflər,  ixtiralar? …Məgər yuxarıdakı fi-

kirlər bu kəşfləri əhatə edirmi? – Əsla yox. Deməli, elmi-texniki inqilabın 

mahiyyətini burada da axtarmaq lazım imiş. – Əsaslı  kəşflərdə…Lakin 

məhz hansı kəşflərdə? – Bax, «elm və texnikadakı hansı kəşflərin elmi-tex-

niki inqilab üçün mahiyyət rolunu oynadığını müəyyənləşdirməkdən ötrü 

mübahisə etməyə» dəyər.

6

4

 Və bu vaxt müəyyənləşər ki, «elmi-texniki inqi-



lab üçün ilkin  şərtlərin yaranmasına, onun varlığının praktik və  nəzəri 

mümkünlüyünə… ümumi nisbilik nəzəriyyəsi, kvant mexanikası, nüvə fi-

zikası…və s.-in… yaradılması imkan veribmiş». 

Və nəhayət, bu kəşfləri, yenilikləri, nailiyyətləri və s. ayrı-ayrılıqda 

sadalamaq nəyə lazımdır? – Ümumiyyətlə, «elmi» kəşflər və onların tətbi-

qini» – hamısını «elmi-texniki inqilab gətirmişdir»

6

5

, vəssalam…». 



…Nəzərdən keçirdiyimiz bu fikirlərin – elmi-texniki inqilabın ma-

hiyyəti haqdakı müxtəlif nöqteyi-nəzərlərin – heç bir metodoloji prinsipə 

                                                 

1

 Yenə orada, s.86. 



2

 Е.И.Кельнер.  Марксистско-ленинская  философия – методология  естественных, 

технических и общественных наук // Теоретические проблемы современной научно-

технической революции. Л., 1969, с.5. 

3

 Г.Н.  Волков.  Социализм,  человек  и  научно-техническая  революция // Научно-



техническая революция и социальный прогресс, М., 1972, с. 71. 

4

 Н.И.Дряхлов. Автореферат, с.7. 



5

 Р.Рихта.  Научно-техническая  революция  и  развитие  человека // Вопросы 

философии, 1970, № 1, с. 69. 


  Elm–Texnika–İstehsal 

 

 

 

467



 

əsaslanmadığını qeyd etməyə belə ehtiyac yoxdur. Onlar elmi tədqiqatdan 

daha çox, esse xarakterli yazıları xatırladır və müəlliflərin qeyri-elmi əsas 

üzərində söylədikləri şəxsi münasibətlərdən başqa bir şey deyildir. 

Lakin elmi təhlil metodlarının, istehsal alətlərinin, müxtəlif texniki 

vasitələrin – ayrı-ayrı təşkiledici elementlərin keçirdiyi keyfiyyət dəyişmə-

lərinin bütövlükdə «elm-texnika» sisteminə şamil edilməsi heç də tamami-

lə təsadüfi deyil və bir sıra qnoseoloji əsaslara da malikdir. Bunların bəzi-

lərini konkret misallar üzərində tədqiq etməyə çalışaq. 

Məsələn, elmi-texniki inqilabda kibernetikanın rolu məsələsinə ba-

xaq. Akademik C.M.Qvişiani yazır: «Müasir elmi-texniki inqilabın mahiy-

yəti məntiqi funksiyanın maşınlarla  əvəzlənməsində, başqa sözlə, nəinki 

təkcə fiziki, həm də fikri insan fəaliyyətinin mexanikləşdirilməsi və 

avtomatlaşdırılmasında ifadə olunur».

6

1

 Doğrudan da, əgər maşınlar vasitə-



silə (baxılan dövr üçün) insan imkanlarından kənarda olan məntiqi məsə-

lələr də həll oluna bilsə idi, maşınlar təfəkkürə malik olsa idilər, avtomat 

qurğuların «fikirləşmə» qabiliyyəti orta yox, maksimal şüur səviyyəsindən 

də üstün olsa idi, onda insanın rolunun azalması və təbiət hissələrinin özlə-

rinə istiqamətli daxili təkan verə bilməsi halı əvvəlki «elm» və «texnika» 

anlayışları ilə bir yerə sığa bilməzdi və yeni keyfiyyətli mərhələdən danış-

mağa haqqımız olardı. Lakin məlum olduğu kimi, hesablayıcı maşınlar 

yalnız insanlar tərəfindən verilmiş proqram və konstruksiyalar əsasında iş-

ləyir, bəzi elmi nəticələrin alınmasını sürətləndirsə də, elmin istehsala daha 

tez tətbiq olunmasına imkan yaratsa da, bütövlükdə elmi-texniki tərəqqi 

üçün keyfiyyət dəyişikliyi təşkil etmir. 

D.Qvişianinin kibernetikanın rolunu həddindən artıq qiymətləndir-

məsi onun başqa fikirlərində də özünü büruzə verir. O, kibernetikanın inki-

şafını müstəqil bir hadisə sayaraq, elmin məhsuldar qüvvəyə çevrilməsi 

prosesindən ayırır: «Müasir elmi-texniki inqilabın digər (kursiv mənimki-

dir – S.X.) xüsusiyyəti elmin rolunun artmasından, onun bilavasitə məhsul-

dar qüvvəyə çevrilməsindən ibarətdir».

7

2

 Halbuki, «elmin rolunun artması» 



və ya «elmin məhsuldar qüvvəyə çevrilməsi» kibernetikanın inkişafına nə-

zərən heç də «digər xüsusiyyət» olmayıb, sonuncunu tamamilə əhatə edir. 

                                                 

1

 Д.Гвишиани.  Научно-техническая  революция  и  проблемы  науки // Научно-



техническая революция и социальный прогресс, с.49. 

2

 Yenə orada, s. 50. 



Elm haqqında elm 

 

 



 

468


Baxdığımız nöqteyi-nəzərlər içərisində elmi-texniki inqilabın ma-

hiyyətini avtomatlaşma ilə izah etmək cəhdi xüsusilə geniş inkişaf tapmış-

dır. Tədqiqatçılardan Q.D.Qauzner

7

1



, S.V.Şuxardin

7

2



, D.A.Lebin

7

3



, V.İ.Me-

juyev


7

4

, V.Q.Afanasyev



7

5

 və s. məhz bu mövqedə dayanırlar. Və bu cür ba-



xış elmi məqalələr və monoqrafiyalar çərçivəsindən çıxaraq kütləvi  ədə-

biyyata da daxil olmuşdur. Məsələn, fəlsəfə lüğətində oxuyuruq: «Texnika 

öz inkişafının yeni mərhələsinə – avtomatlaşma mərhələsinə qədəm qoyur 

ki, bu da elmi-texniki inqilabın baş istiqamətini əks etdirir».

7

6

 



Bəs səbəb nədir ki, bu qədər tədqiqatçı elmi-texniki inqilabın mahiy-

yətini açmaq üçün «elm-texnika» sisteminin makroelementlərinin daha 

ümumi tərəflər arasında tutduğu mövqeyin dəyişilməsini öyrənmək əvəzi-

nə, istehsalın avtomatlaşması kimi dar əhatəli prosesləri həlledici dəyişil-

mə kimi götürürlər? 

İstehsalın avtomatlaşması prosesinin elmi-texniki tərəqqiyə göstər-

diyi daxili təsir təkcə istehsal prosesinin və texnikanın keçirdiyi bəzi dəyi-

şilmələrdən ibarət olsaydı, onu yeni mərhələ üçün müəyyənedici təsir say-

mağın qüsurluluğu yəqin ki, daha tez aydın olardı. Lakin, görünür, bunu da 

nəzərə almalıyıq ki, avtomatlaşma və digər bu kimi hadisələr istehsal pro-

sesinin xarakterinə təsir etməklə bərabər, bir sıra daha geniş radiuslu təsir 

dairələrinə də malikdirlər. 

İstehsalın avtomatlaşması prosesi nəticəsində, məsələn, ictimai hə-

yatda da bir sıra dəyişikliklər baş vermişdir. Məhz avtomatlaşmanın təsiri 

ilə müəyyən həcmli istehsal üçün daha az sayda işçi qüvvəsi tələb olunur 

və beləliklə  də,  əhalinin nisbi əksəriyyəti elmi işlə  məşğul olmaq imkanı 

əldə edir. İşçilərin fiziki əməyinin yüngülləşməsi və nəticədə  işdən sonra 

vaxtın dövrün tələbinə müvafiq olaraq səmərəli surətdə keçirilə bilməsi 

üçün  şərait yaradılması da, əmək prosesində müxtəlif qurğuların iş prin-

                                                 

1

 Н.Д. Гаузнер. Научно-технический прогресс и рабочий класс США. М., 1968, с.6. 



2

 С.ВШухардин. Основы истории техники. М., 1961. 

3

 Д.А.Лебин. Научно-техническая революция и социалистическая интеграция. М., 



1973, с.12.  

4

 В.ИМежуев. Наука в современной культуре // Вопросы философии, 1972, с. 66 



(№1). 

5

 В.Г.Афанасьев.  Научно-техническая  революция,  управление,  образование.  М., 



1972, с.149. 

6

 Философский словарь. Под ред. М.Розенталя, М., 1972, с. 268. 



  Elm–Texnika–İstehsal 

 

 

 

469



 

sipləri və s.-lə tanışlığın fəhlələrin mədəni səviyyəsinə göstərdiyi müsbət 

təsir də istehsalın avtomatlaşdırılması kimi proseslərin nəticəsidir. 

Daha geniş  əhatəli sistemlərdə  əmələ  gələn bu cür dəyişilmələr el-

min həlledici amilə çevrilməsinə, müxtəlif münasibətlərdə onun getdikcə 

daha üstün mövqe tutmasına, elmin bir sosial sistem kimi genişlənməsinə 

və s. gətirir ki. bunlar da elmi-texniki tərəqqinin xarakterinə  təsir göstər-

məyə bilməz. 

Lakin məsələnin həqiqi elmi tədqiqi göstərir ki, elmi-texniki tərəqqi-

yə göstərilən bu cür təsirlər heç də inqilab mərhələsi üçün səbəb olmayıb, 

ən adi sosial təsirlərdir və elmi-texniki inqilabın mahiyyətini yox, onun ic-

timai tərəqqinin sosioloji aspekti ilə qarşılıqlı əlaqəsini əks etdirir. – Elmi-

texniki nailiyyətlərin ictimai münasibətlərdə inikası – «özgələşməsi» – və 

yenidən özünə təsiri! Bəli, baxılan dəyişilmələr (avtomatlaşma prosesinin 

yaratdığı dəyişilmələr) «elm-texnika» sistemindəki inqilabı yox, elmi-tex-

niki tərəqqinin ictimai münasibətlər sferasında doğurduğu inqilabi dəyişik-

likləri və nəhayət, onların da dönüb «elm-texnika» sisteminə etdikləri təsiri 

göstərir. 

Elmin öz daxili inkişafı ilə yanaşı, onun ictimai əmək bölgüsündəki 

payı da daim artır və bu da öz növbəsində elmi inkişaf prosesinin daha da 

intensivləşməsi üçün yeni imkanlar açmış olur. Elmi-texniki tərəqqi hadi-

səsi üçün müasir dövr və yaxın gələcək ərzində ən əlamətdar hadisələrdən 

biri məhz «elm» sisteminin digər sosial sistemlərə nəzərən müqayisəolun-

maz dərəcədə böyüməsi və ictimai fəaliyyətin getdikcə daha çox hissəsini 

əhatə etməsindən ibarətdir. Hələ bir əsr qabaq K.Marks yazırdı ki, gələcək-

də istehsalın yekun səmərəsi istehsal sahəsindəki əmək məsrəfi ilə, elmin 

ümumi inkişafı və onun texniki tətbiq səviyyəsi ilə müəyyən olunacaqdır. 

Bu cür vəziyyət hələ tamamilə formalaşmamış olsa da, hadisələrin gedişi 

bu fikrin nə dərəcədə doğru olduğunu sübuta yetirir. 

Lakin elmin bir sosial sistem kimi getdikcə böyüməsi və ya elmi in-

kişafın intensivliyinin artması – məsələnin yalnız  kəmiyyət  tərəfini ifadə 

edir. Digər tərəfdən, bu hadisə yalnız «elm» sisteminə aiddir və bütövlük-

də «elm-texnika» sistemindəki inqilabın mahiyyəti kimi qiymətləndirilə 

bilməz. Halbuki, bir sıra tədqiqatçılar, göstərdiyimiz cəhətləri nəzərə al-

mayaraq, elmi-texniki inqilabı məhz elmi inkişafın sürətlənməsi prosesi ilə 

bağlamağa çalışırlar. Və keyfiyyət dəyişilməsi olaraq «elmin bilavasitə 

məhsuldar qüvvəyə çevrilməsi» hadisəsini göstərirlər. Bu məsələnin tədqi-


Elm haqqında elm 

 

 



 

470


qinə  hətta tamamilə müstəqil tədqiqat işləri, monoqrafiyalar, dissertasiya 

işləri və s. də həsr olunmuşdur.

7

1

 Lakin sovet dövründəki tədqiqatlarda bu 



hadisə haqqında aydın təsəvvür hasil edilməmişdi. 

Nə  qədər ki, «elm» anlayışı bir istilah kimi müəyyənləşdirilmə-

mişdir, elmi nailiyyətlərin istehsal sferasında istifadə olunmasını «elmin 

bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» kimi şərh etmək qüsurlu sayıla 

bilməzdi. Lakin «elm» anlayışı haqqında az-çox dəqiq təsəvvür  əldə et-

dikdən sonra, eyni məzmunu daha dəqiq şəkildə ifadə etmək imkanı yaran-

dıqdan sonra yenə  də  əvvəlki ifadənin saxlanılması yolverilməz haldır. 

Məsələ burasındadır ki, elmin maddi istehsal sferası ilə əlaqəsinin artması-

na baxmayaraq, o, maddi istehsala və  məhsuldar qüvvələr kompleksinə 

nəzərən nisbi müstəqil fəaliyyət sahəsi kimi qalmaqda davam edir. 

Elm məhsuldar qüvvələrin inkişafı üçün müəyyən mənada  hə-

rəkətverici qüvvə kimi çıxış edir və həm də bu cür vəziyyət getdikcə daha 

artıq dərəcədə kəskin xarakter alır. Bu da doğrudur ki, elm və maddi isteh-

sal sahəsi bir sıra müştərək tərəflərə  də malikdir və bu tərəflər getdikcə 

böyüyür. Amma bütün bu cəhətlər heç də onların birinin (elmin) digərinə 

(istehsala, yaxud məhsuldar qüvvələr sisteminə) daxil edilməsinə əsas ver-

mir. Çünki əlaqələr nə  qədər möhkəmlənirsə-möhkəmlənsin, onlara yenə 

də iki sistem arasındakı qarşılıqlı əlaqə kimi baxmaq olar. Müştərək hissə-

nin böyüməsi isə yalnız müəyyən çərçivə, maksimal sərhəd şərti daxilində 

həyata keçir və sistemlər öz nisbi müstəqilliyini həmişə qoruyub sax-

layırlar. 

Elmi-texniki inqilabın mahiyyətini «elmin bilavasitə məhsuldar qüv-

vəyə çevrilməsində» görən tədqiqatçılar bir qayda olaraq, K.Marksa isti-

nad etməyə çalışırlar. Doğrudan da, K.Marksın müxtəlif əsərlərində elmin 

rolunun artmasına, yaxud onun məhsuldar qüvvə kimi çıxış etməsinə dəfə-

lərlə müraciət edilir. Məsələn: «…təcrübə  və müşahidələr – və istehsal 

prosesinin öz tələbləri – indi ilk dəfə elə ölçüyə çatmışdır ki, onlar elmin 

                                                 

1

 Məsələn:  С.В.Шухардин. Процесс преврашения науки в непосредственную про-



изводительную  силу.  М., 1971; Р.И.Александров.  Некоторые  вопросы  становления 

науки  как  непосредственной  производительной  силы  в  свете  современной  научно-

технической революции. М., 1967; Е.Железнова. О закономерности преврашения нау-

ки в непосредственную производительную силу (автореферат), Казань, 1969; М.П.Че-



моданов. Преврашение науки в непосредственную производительную силу. М., 1966 

və s. 


  Elm–Texnika–İstehsal 

 

 

 

471



 

tətbiqinə imkan verir və onu zəruri edir»

7

1

, yaxud: «…istehsal prosesi 



elmin tətbiq sahəsinə çevrilir…»,

7

2



 yaxud: «İdeal və  həmçinin praktik 

sərvət olan elmin inkişafı insanın məhsuldar qüvvələrinin inkişafının, baş-

qa sözlə, sərvətin inkişafının çıxış etdiyi formalardan, tərəflərdən yalnız 

biridir».

7

3

 



Lakin elmi-texniki inqilabın mahiyyətini məhz bu cəhətlərə görə 

izah etmək mümkün deyildir; çünki təkcə K.Marksın bu cəhətləri qeyd et-

məsi (və həm də heç bir «inqilabilikdən» danışmadan qeyd etməsi) faktın-

dan da görünür ki, onlar «elm-texnika» sisteminin inkişafının nəinki mü-

asir mərhələsində, hətta XIX əsrin ortalarında belə, heç bir inqilabi çevri-

lişi əks etdirməmişdir və həmin dövr üçün tamamilə təbii bir hal olmuşdur. 

Elmin istehsala tətbiqi, şübhə yox ki, texnika (ilk növbədə  istehsal 

texnikası) vasitəsilə həyata keçir. Elm və texnika arasındakı qarşılıqlı əlaqə 

isə  hələ onların ilk inkişaf dövründə, hər bir sistemin ayrılıqda  ictimai 



tamlıq  əldə etməsi sayəsində, formalaşmağa başlamışdır. Və  əgər bütöv 

sistemlər arasındakı bu ictimai qarşılıqlı təsirdə təsir və əks-təsir məqam-

larını zamanca ayırmaq mümkün olarsa, onda əvvəlcə texniki tərəqqi nəti-

cəsində elm qarşısında müəyyən tələblər ortaya çıxmış  və elmi inkişafın 

daha da sürətlənməsinə səbəb olmuşdur

7

4



, sonra isə, daha doğrusu, bunun 

nəticəsində isə elm texnikanın qoyduğu tələbləri ödəməyə başlamış, yəni 

texnikaya və bununla da istehsala tətbiq olunmaq səviyyəsinə qalxmışdır. 

Bu cür tətbiq isə öz növbəsində texnikanın sıçrayışlı inkişafına gətirmişdir 

ki, bu da bildiyimiz kimi, XVIII əsr sənaye inqilabının səbəblərindən 

biridir. 

Deməli, elmin istehsala müntəzəm tətbiqi, onun məhsuldar qüvvə 

kimi çıxış etməsi

7



  hələ XVIII əsrdən başlanmışdır və bu cəhət müasir 



                                                 

1

 «Из рукописного наследства К.Маркса» // «Коммунист», 1958, № 7, с.22. 



2

 Yenə orada. 

3

 К.Маркс и Ф.Энгельс. Сочинения. т.46, ч.11, с.33. 



4

 F.Engelsin yazdığı kimi, «əgər cəmiyyət üçün texniki tələb yaranarsa, bu, elmi onlarla 

univesitetdən daha çox irəli aparar. К.Маркс и Ф.Энгельс. т.39. с.174. 

 Belə bir cəhət xüsusilə qeyd edilməlidir ki, «məhsuldar qüvvə» anlayışı yalnız həmin 



ifadənin müstəqil mənasında işlədilə bilər və onu «məhsuldar qüvvələr» anlayışı ilə (elmi 

bir istilah kimi) qarışdırmaq olmaz. Əlbəttə, bu doğrudur ki, texnikaya (və bunun sayəsində 

də  məhsuldar qüvvələr kompleksinə) özgələşmiş elmi bilik də daxildir. Lakin bu kompo-

nent artıq elmə yox, texnikaya aid olmuş olur. (Metodoloji aspektdə yanaşdıqda «özgələş-

mə» elə başqa sistemin tərkib elementinə çevrilməyi ifadə edir). Buna görə  də, «elmin 

çevrilməsi» ifadəsi əvəzinə «elmi biliyin özgələşməsi» ifadəsi daha məqsədəuyğundur. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin