Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə39/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   35   36   37   38   39   40   41   42   ...   55
  Elm–Texnika–İstehsal 

 

 

 

503



 

lərdi».


7

1

  Çətinlik isə yalnız müvafiq təşkilati formanın tapılmaması  və ya 



yeni təşkilati formalara keçmək təşəbbüsü göstərilməməsi ilə bağlıdır. 

Niyə? Necə olur ki, çox mürəkkəb elmi və texniki məsələlər həll edildiyi 

halda təşkilati məsələ yenə də bir problem olaraq qalırdı? 

Nəzərə almaq lazımdır ki, bu deyilənlər ictimai-siyasi quruluşdan 

asılı deyil. Kapitalizm, sosializm və postsosializm cəmiyyətlərində elm və 

texnika heç də konseptual məzmununa görə deyil, sosial məzmununa görə 

fərqlənirlər. Yəni ayrı-ayrı elmi və texniki yeniliklərin məzmunu və hətta 

onların əldə olunması üçün zəruri olan fərdi yaradıcılıq prosesinin məntiqi-

qnoseoloji mexanizmi ictimai-iqtisadi quruluşdan asılı deyil. 

Lakin yuxarıda qeyd etdiyimiz kimi, elm və texnika arasında əlaqə-

nin yeni, optimal təşkilati formasının tapılıb həyata keçirilməsi sahəsində 

hələ də bir süstlük, gerilik vardır. Başlı-başına buraxıldıqda proses yaxın-

laşma deyil, ayrılma istiqamətində gedir. Doğrudan da, paradoksal və zid-

diyyətli görünür. Lakin bu ziddiyyət nə kimi bir ziddiyyətdir və onu aradan 

qaldırmaq üçün nə kimi imkanlar vardır? 

Elm ilə texnika arasındakı halqanın təşkilati strukturu məsələsi ilk 

baxışda ənənəvi məsələ kimi görünsə də, mahiyyəti etibarilə yenidir, elm 

və texnikanın inkişafının yeni mərhələsini  şərtləndirən  ən mühüm prob-

lemlərdən biridir. Belə olduğu təqdirdə köhnəni təkmilləşdirməklə heç nə-

yə nail olmaq mümkün deyil. Məsələnin  əsl həlli tamamilə yeni təşkilati 

formaya keçilməsini tələb edir. Belə bir yeniliyə doğru mücərrəd səylər 

müasir dövrdə  həqiqətən vardır, lakin görünür, köhnəni təkmilləşdirmək 

cəhdi, ənənəvi yollardan çıxa bilməmək, ətalətlilik hələ də üstünlük təşkil 

edir. Beləliklə, yuxarıda danışdığımız ziddiyyətin həll olunması yolu ay-

dındır: bu yol elmin bir epistemologiya və sosial sistem kimi mahiyyətinin 

müəyyənləşdirilməsini və Elm–Texnika–İstehsalat zəncirinin, elmi-texniki 

tərəqqinin daxili məntiqinə, təbii meyllərinə uyğun olaraq təşkil edilməsini 

nəzərdə tutur. 

Yeni tələblərə uyğun olan təşkilati forma necə olmalıdır? Məsələ 

burasındadır ki, elm və istehsalat arasında əlaqə həmişə mövcud olmuş, el-

min yaranmasında və formalaşmasında iqtisadi tələbat müstəsna rol oyna-

mışdır. Lakin müasir dövrdə ikinci bir hadisə – elmin texnika və istehsa-

latdan getdikcə daha çox ayrılması, daha çox müstəqillik kəsb etməsi ha-

                                                 

1

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

504


disəsi baş verir ki, onun mahiyyətinin dərk olunması və ona uyğun təşkilati 

tədbirlər görülməsi istər-istəməz ləngimişdir. Doğrudan da, «sağlam fikrə» 

heç cür aydın ola bilməyən paradoksal vəziyyətdir. Bir tərəfdən texnika, 

istehsalat getdikcə daha çox dərəcədə yeni elmi nailiyyətlərin tətbiqinə 

ehtiyac hiss edir, o biri tərəfdən də, elm getdikcə konkret texniki tə-

ləbatdan irəli gələn mövzulardan uzaqlaşır, öz problemlərini çox vaxt özü 

qoyur, və daha çox müstəqil fenomen olmağa «can atır». 

İlk baxışda bir-birinə  əks görünən bu iki prosesin vəhdətini başa 

düşmək, məsələnin dialektik yolunu tapmaq, «sağlam fikrin», hadisələrə 

ənənəvi münasibətin buxovundan yaxa qurtarmaq – bu gün qarşıda duran 

vəzifədir, elmi-texniki tərəqqinin yeni tələblərə uyğun olaraq yeni formada 

idarə olunması problemi buradan başlanır. Elmlə istehsalı ən optimal şəkil-

də  əlaqələndirmək, aradakı  məsafəni maksimum qısaltmaq tələbi qarşıya 

qoyulduqda «sağlam düşüncə» elm və istehsalın mikrobirliklərini yarat-

maqdan səmərəli heç nə görə bilməz. Belə ki, birləşdirmənin ən qabarıq və 

nəzərəçarpan forması ərazi birliyi, inzibati birlik və maliyyə birliyidir. La-

kin bu cür birləşdirmə hesabına təşkilati və iqtisadi problemlər nəinki həll 

oluna bilməz, hətta üstəlik yeni problemlər, təkrarçılıq, artıq israf və s. 

ortaya çıxar. 

Ölkəmizdə sovet dövründə elm-istehsalat birlikləri yaratmaq sahə-

sində müəyyən addımlar atılmışdı. Təcrübə göstərdi ki, bu birliklərin işi 

düzgün təşkil edilmədikdə, «birləşdirmə» formal xarakter daşıdıqda gözlə-

nilən müsbət nəticələr alınmır. Ona görə də elm-istehsalat birliklərinin ya-

radılması sahəsindəki iş bir çox aspektlərdə ilkin nəzəri tədqiqat aparılma-

sını tələb edir. Bu sahədə qoyulan təcrübələr, məhdud miqyaslı tədbirlər də 

məsələyə böyük məsuliyyətlə yanaşılmasını, hər  şeyin qabaqcadan ölçü-

lüb-biçilməsini tələb edir. Müasir mərhələdə özəlləşmə  nəticəsində belə 

böyük birliklər xüsusi mülkiyyətə çevrildikdə elmin texnikaya və istehsala 

tətbiqi sahəsində vahid dövlət siyasəti yeritmək daha da çətinləşir.  İndiki 

mərhələdə bu xüsusiləşmiş birliklərin nə  dərəcədə elmi əsaslarla idarə 

olunmasından çox şey asılıdır. 

Hələlik mülkiyyət formasından asılı olmadan mümkün təşkilati for-

maları təhlil edək. Görək, elm-istehsalat birliklərində elm nə dərəcədə işti-

rak edə bilər. Başqa sözlə, istehsal müəssisəsinin konkret tələbatını ödə-

mək üçün hansı xarakterli tədqiqat işlərinə ehtiyac vardır? Elmi təd-

qiqatlara, yoxsa mühəndis-konstruktor fəaliyyətinə? Sözün əsl mənasında 



  Elm–Texnika–İstehsal 

 

 

 

505



 

elmi tədqiqatlarla mühəndis-konstruktor işi arasında, idraki fəaliyyətlə 

ixtiraçılıq fəaliyyəti arasında  əlavə bir halqa, fəaliyyət növü də varmı  və 

əgər vardırsa onlar hansı müəssisələrdə həyata keçirilir? 

Tədqiqat göstərir ki, sahə institutları  və elm-istehsalat birliklərinə 

daxil olan elmi tədqiqat bölmələri (onlar çox vaxt elə sahə institutlarının 

bazalarında yaradılır) akademik elmi institutlardan fərqli olaraq daha çox 

dərəcədə fundamental tədqiqatlarla deyil, necə deyərlər, tətbiqi tədqiqat-

larla məşğul olurlar. Tətbiqi tədqiqatların sərhədləri çox genişdir. Yeni el-

mi ideyalardan, onların tətbiq variantlarından başlayaraq, ixtiraçılıq, kons-

truktorluq fəaliyyəti də daxil olmaqla ilk texniki nümunələrin hazırlanma-

sına qədər bütün fəaliyyət formaları çox vaxt tətbiqi tədqiqatlar adı altında 

əhatə olunur. Bir sıra hallarda isə tamamilə haqlı olaraq bu fəaliyyət zən-

ciri mürəkkəb adla – ETTKİ (Elmi Tədqiqat və  Təcrübə Konstruktor 

İşləri) ifadə edilir. 

Elm-istehsalat birliklərində  də elmi bölmələrin işi məhz bu zənciri 

əhatə edir. Burada elmi fəaliyyətlə yanaşı və daha çox dərəcədə digər fəa-

liyyət sahələri, elmi-texniki fəaliyyət, ixtiraçılıq fəaliyyəti və s. nəzərdə 

tutulur. 

Kiçik miqyaslı elm-istehsalat birlikləri yaradılarsa, burada əslində 

elmi bölmə deyil, Konstruktor bölməsi (KB) əhatə oluna bilər. Zavod daxi-

lində, onun konkret, cari tələbatını ödəmək üçün əsasən ixtiraçılıq və  sə-

mərələşdiricilik işi yeni – daha mükəmməl konstruksiyalar yaradılması işi, 

həqiqətən  əhəmiyyətli ola bilər. Hansı isə cari tələbləri ödəmək naminə 

bütövlükdə elmin müəyyən bir sahəsini inkişaf etdirmək təşəbbüsü yalnız 

təəccüb doğura bilər. Hər bir sahibkar, hər zavod, hər istehsal müəssisəsi 

özü üçün elmi tədqiqat işi aparsa idi, öz elmi ehtiyaclarını özü ödəmək 

fikrinə düşsə idi, müvəffəqiyyət qazanmaq əvəzinə tezliklə iflasa uğrayar-

dı; çünki elmin hətta dar bir sahəsinin də inkişafına sərf olunan xərclər ay-

rıca bir müəssisənin gəlirini keçə bilər. Halbuki, elmə sərf olunan məbləğ 

həmin elm sahəsinin nailiyyətlərindən istifadə edən, bütün müəssisələrin 

hesabına ödənilə bilər və ya bu iş dövlət miqyasında mərkəzləşdirilə bilər. 

Müasir dövrdə elmi tədqiqatların mərkəzləşdirilməsi işinin əleyhinə 

olaraq, bəzən iqtisadiyyatın çox kiçik sahələrinə, ayrı-ayrı kiçik miqyaslı 

istehsal müəssisələrinə xidmət edən «elm məntəqələri» yaratmaq təşəbbü-

sü göstərilir ki, bu da elmin ümumictimai mahiyyətinin nəzərə alınmama-

sından irəli gəlir. 


Elm haqqında elm 

 

 



 

506


Elmin son məqsədi hətta yalnız istehsalata tətbiq məsələsi olsaydı 

belə, elmin mənafeyi ilə konkret bir istehsal sahəsinin konkret bir dövrdəki 

mənafeyi arasında müəyyən ziddiyyət olmalı idi. Çünki hər bir istehsal 

sahəsi zaman və  məkan müəyyənliyinə, məhdudluğuna malik olduğu 

halda, elm belə məhdudluq tanımır, zira təkcələr arasındakı münasibətləri 

deyil, ümumilər arasındakı münasibətləri öyrənir. 

Fundamental elmi tədqiqatların nəticələri bəşəriyyətin ümumi 

mədəni fonduna daxil olur. Elmin ümumi inkişaf səviyyəsini yüksəltməklə 

insan-təbiət münasibətində insanların potensial imkanlarını artırmış olur. 

Digər tərəfdən də, elmi sərvət bilavasitə maddi sərvətlərdən fərqli olaraq 

ümumictimai məhsuldar və bütövlükdə cəmiyyətə məxsusdur. 

Fundamental elmlərlə tətbiqi elmlər sıx surətdə bir-biri ilə əlaqədar-

dır. Bundan başqa, yüksək dərəcədə inkişaf etmiş, formalaşmış elmlər həm 

fundamental, həm də tətbiqi pillələri əhatə edir. Lakin tətbiqi pilə istehsa-

latla daha çox bağlı olduğundan biz elmin müstəqil inkişaf zərurətindən 

danışarkən əsasən fundamental pilləni nəzərdə tuturuq. Fundamental elmi 

yaradıcılıq işi isə xüsusi istedad və dərin ixtisaslaşma tələb edir. Belə yara-

dıcı elmi iş adamlarının vaxtını nisbətən aşağı ixtisas səviyyəli əmək tələb 

edən başqa işə, xüsusən onların bilavasitə mütəxəssis olmadığı sahələrə 

sərf etmək qətiyyən sərfəli deyil; bir tərəfdən, çox qiymətli vaxt başqa işə 

sərf olunur və  əslində itirilir, digər tərəfdən də, həmin başqa sahədə 

görülən işin səmərəsi az olur. 

Özü də  məsələ heç də  təkcə bunda deyil, yüksək ixtisaslı kadrın 

vaxtı hədər gedir; iş orasındadır ki, həmin başqa işin də öz mütəxəssisləri 

var və bu mütəxəssislər həmin işi daha tez və daha yaxşı yerinə yetirə 

bilirlər. Məsələnin texniki həllinin tapılması ilə adətən tədqiqat işlərinin 

müəllifləri məşğul olurlar, halbuki onlar texniki yaradıcılıq, ixtiraçılıq 

səriştəsinə malik deyillər. 

Beləliklə, elm adamlarının özünün praktik tətbiq məsələləri ilə məş-

ğul olması, texniki problemləri həll etmək məcburiyyətində qalması hər iki 

baxımdan; həm elmin, həm də praktikanın mənafeyi baxımından əlverişli 

deyil. 


Elmi-texniki tərəqqinin elmi surətdə idarə olunması zamanı sahələr 

üzrə bölgü, diferensiasiya getdiyi kimi, vertikal istiqamətdə – işin başlan-

ğıcından (fundamental elmlər və ya sadəcə elm) son nəticəyədək (praktika-

da tətbiqini tapmış, maddiləşmiş elm – elmi biliklərin tətbiqi hesabına alı-



  Elm–Texnika–İstehsal 

 

 

 

507



 

nan məhsuldar, istehlak malları) davam edən vahid proses də bölünməlidir, 

başqa sözlə, daxili əmək bölgüsü getməlidir. Belə bir zərurət – iki istiqa-

mətdə əmək bölgüsü bilavasitə maddi istehsal prosesində artıq çoxdan özü-

nü göstərmişdir. Məsələn, ayaqqabı istehsalı sahəsində və kömür sənaye-

sində çalışan adamların əmək vərdişləri fərqləndiyi kimi, eyni bir sahədə, 

məsələn ayaqqabı istehsalında daxili əmək bölgüsü gedir: burada işin müx-

təlif mərhələlərində çalışan adamların fəaliyyəti, əmək vərdişləri bir-birin-

dən ciddi surətdə fərqlənir. Halbuki, tamamilə başqa bir istehsal sahəsinin 

elə bir mərhələsi ola bilər ki, buradakı iş xarakteri etibarilə ayaqqabı isteh-

salının müvafiq mərhələsindəki işə uyğun gəlsin. 

Birinci istiqamətdə – sahəyə görə bölgü daha qədim tarixə malik ol-

duğu halda, ikinci istiqamətdə – eyni bir sahədə daxili əmək bölgüsü nis-

bətən sonralar baş vermişdir. 

Müasir dövrdə elmin bilavasitə  məhsuldar qüvvəyə çevrilməsi, bir 

maddi istehsal prosesinə növ daxil olması istehsal sahəsində daxili əmək 

bölgüsünü xeyli mürəkkəbləşdirmişdir.  İndi elmin nisbi müstəqil bir fəa-

liyyət sahəsi kimi idarə olunması istehsalın idarə olunması ilə elə əlaqələn-

dirilməlidir ki, bunlar vahid bir tam təşkil etsinlər. Eyni zamanda, daxili 

əmək bölgüsü ciddi surətdə  nəzərə alınmalıdır və  hər kəs yalnız yüksək 

dərəcədə ixtisaslaşmış olduğu sahədə çalışmalıdır. Bir adamın başladığı işi 

axıra qədər davam etdirməsi, son məhsula qədər bütün mərhələləri özü icra 

etməsi geriyə qayıtmaq olardı. Zira ölkənin məhsuldar qüvvələrinin inkişaf 

səviyyəsi bu ölkədə  əmək bölgüsünün nə  dərəcədə inkişaf etdiyindən 

asılıdır. 

Bəs bu gün akademik elmi institutlarda bilavasitə  tətbiq məsələləri 

qoyulması, bəzən bunun hətta tələb edilməsi nə ilə bağlıdır? Elmi əməklə 

elmi-texniki  əmək arasında mahiyyət fərqinin kifayət qədər aydınlaşdırıl-

maması ilə; elmi fəaliyyətin bəzən hətta ixtiraçılıq fəaliyyətindən fərqlən-

dirilməməsi ilə; elm və istehsalat arasında  əlaqəni möhkəmləndirməyi 

«əsas tutaraq» onların hər birinə öz imkanları xaricində olan yeni funksiya-

lar verməklə. Halbuki daxili əmək bölgüsündə yeni, zəruri aralıq mərhələni 

– nisbi müstəqil elmi-texniki fəaliyyət mərhələsini nəzərə almaq, onun tə-

ləblərinə uyğun təşkilati formalar tapmaq iqtisadiyyatda dönüş yaratmağın, 

elmi-texniki tərəqqini sürətləndirməyin ən əsas yoludur. 

Elmin nisbi müstəqil tarixi inkişaf yoluna nəzər salsaq, burada da 

xaosdan sonrakı ilk addım, mürəkkəb struktura keçidin ilk mərhələsi, ilk 


Elm haqqında elm 

 

 



 

508


qayda, ilk bölgü – sahələrə görə bölgü olmuşdur. Özü də burada, istehsalda 

olduğu kimi, müxtəlif sahələr eyni adamların fəaliyyəti çərçivəsində az-

çox dərəcədə formalaşmış və yalnız bundan sonra onlar nisbi müstəqil fəa-

liyyət sahələri kimi ayrılmışlar. Elm hələ müxtəlif sahələrə bölünmədiyi 

vaxtlarda fəlsəfə müxtəlif sahələrdəki biliklərin sintetik məcmuyunu özün-

də saxlamaqla elmlər elmi adlandırılırdı. Antik dövrün görkəmli alimləri, 

filosofları bir deyil, bir neçə bilik sahəsində görkəmli nailiyyətlər  əldə 

edirdilər. Orta əsr  Şərq filosoflarının (alimlərinin) fəaliyyəti də çox vaxt 

belə hərtərəfli olurdu. 

Həmin dövrdə müxtəlif bilik sahələri arasındakı bölgü hələ adamlar, 

alimlər arasındakı bölgüyə tam keçməmiş, sosial bölgü xarakteri almamış-

dır. Lakin hər bir bilik sahəsinin yeni materiallarla zənginləşməsi, informa-

siya çoxluğu və digər amillər artıq intibah dövründən başlayaraq, xüsusən 

kapitalizm cəmiyyətinə keçidlə əlaqədar olaraq elmdə sahələrə görə sosial 

bölgünü sürətləndirirdi. Bununla belə, elmdə sahələr arasındakı bölgünün 

sosial xarakter alması (adamlar arasındakı bölgü) heç vaxt mütləq xarakter 

daşımamışdır; müxtəlif vaxtlarda, hətta Yeni Dövrdə də bir sıra alimlər ey-

ni zamanda müxtəlif elm sahələrində çalışmış və ciddi nəticələr əldə etmiş-

lər. (Lakin Aristotel, İbn Sina və ya Leonardo da Vinçinin çoxsahəli fəa-

liyyətindən fərqli olaraq, Yeni Dövr alimlərinin, məsələn, Şredingerin və s. 

çoxsahəliliyi artıq yeni keyfiyyətli hadisənin – elmlərin inteqrasiyasının 

nəticəsi olmuşdur). 

Sonrakı dövrlərdə inkişaf etmiş alimlərin öz daxilində bölgü get-

mişdir ki, bu daha sahəyə görə deyil, funksional bölgüdür. Məsələn, elm 

daxilində fundamental və tətbiqi pillələrin ayrılması belə bölgüyə ən yaxşı 

misaldır. Belə bir bölgü elmdən istehsala gedən yolda da baş vermişdir və 

bu günün təşkilati xarakterli axtarışları, bayaq qeyd etdiyimiz kimi, ən çox 

bu bölgü ilə bağlıdır. 

Göründüyü kimi, təşkilati məsələlərin həlli, əvvəlcə hadisələrin ob-

yektiv inkişaf qanunauyğunluğunun, təbii meyllərinin öyrənilməsini tələb 

edir. İndi daha yalnız təcrübi ümumiləşdirmələrlə kifayətlənmək, empirik 

metodlarla işləmək olmaz; elmi-texniki tərəqqinin sürətləndirilməsi, öl-

kənin sosial-iqtisadi inkişafının intensivləşdirilməsi vəzifəsi yalnız elmi 

zəmində, nəzəri cəhətdən  əsaslandırılmış surətdə  həyata keçirilməlidir. 

Xüsusən, elmin özünün yenidən təşkilində, elmi-texniki tərəqqinin sosial 


  Elm–Texnika–İstehsal 

 

 

 

509



 

strukturunun təkmilləşdirilməsində, Elm–Texnika–İstehsal zəncirinin daha 

səmərəli idarə olunmasında «elmə arxalanmaq» ən zəruri şərtdir. 

İndi isə  ümumi nəzəri təhlildən ölkə miqyasında durum təhlilinə 

keçək. Müasir mərhələdə dövlətin və cəmiyyətin qarşısında duran əsas və-

zifələrdən biri elmi potensialın qorunub-saxlanması və ondan milli inkişaf 

naminə maksimum səmərə ilə istifadə olunmasıdır. Əgər bu, Elmlər Aka-

demiyasının ənənəvi strukturunu saxlamaq və buradakı elmi mühiti bərpa 

etmək hesabına mümkündürsə, bütün qüvvələri bu istiqamətdə yönəltmək, 

AMEA-nı  hər vasitə ilə dirçəltmək və onu işlək mexanizm vəziyyətinə 

qaytarmaq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq işi və büdcədən 

böyük miqdarda vəsait ayrılması tələb olunur.  

Əlbəttə, Elmlər Akademiyası qorunub saxlanmalıdır. Lakin hansı 

formada, hansı  fəaliyyət istiqamətlərində  və hansı infrastruktura daxil 

olmaqla? Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün Akademiyanın 

keçmiş SSRİ Elmlər Akademiyasından qopub ayrılmış və təşkilati forması 

yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini eynilə qoru-

yub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir 

quruma çevirmək tələb olunur. Əgər biz elmi potensialımızın bazasında 

həqiqətən rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə 

ayrılan pulun hədər getməyəcəyinə, “fundamental elm – tətbiqi elm – tex-

noloji ideya – mühəndis-konstruktor layihəsi – istehsal” zəncirində hər bir 

halqaya ayrılan vəsaitin sonrakı halqaların hesabına səmərə verəcəyinə 

əmin ola bilər.  

“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sahələri praqmatiklik priz-

masından, habelə son nəticənin milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi 

baxımından üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elmlərdir ki, onların da 

real fayda gətirməsi yaxın və uzaq məqsədlərə xidmət baxımından iki cür 

olur. Müəyyən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qurulması, kon-

kret bir istehsal müəssisəsinin texniki təchizatının yeni elmi biliklər  əsa-

sında təkmilləşdirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsasında da-

ha optimal texnoloji prinsipin həyata keçirilməsi sayəsində elm qısa müd-

dətdə fayda verə bilər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə çə-

kilən xərclərlə tətbiqdən alınan gəlir arasında müsbət balans yaranır ki, bu 

da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər 

ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları (başqa ölkələrdəki 

tədqiqatlar) tərəfindən əldə edilmiş hazır biliklərin sadəcə tətbiq yollarının 


Elm haqqında elm 

 

 



 

510


araşdırılıb tapılmasından və  tətbiq prosesinin texniki icrasından gedir. 

Daha doğrusu, deyilənlər elmin özündən daha çox, elm ilə istehsal 

arasındakı əlaqə proseslərinə aiddir.  

“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, istehsalın cari tələb-

lərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi 

elmlər fundamental elmlər sahəsində əldə olunmuş biliklərin üzərində qu-

rulur. Burada söhbət bu və ya digər konkret istehsal müəssisəsinin rekons-

truksiyasından deyil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin 

ümumi ehtiyaclarının yeni tələblər əsasında ödənilməsinə yönəldilmiş fəa-

liyyətdən gedir. Bu fəaliyyət istehsal sahəsində yox, elmin öz hüdudları 

çərçivəsində aparılır. Ona görə  də, burada alınan yeni biliklərin haradasa 

hökmən tətbiq olunacağına və gəlir gətirəcəyinə qarantiya yoxdur. Tətbiqi 

elm öz bəhrəsini verir, lakin bundan faydalanmaq, istifadə etmək vəzifəsi 

istehsalçıların üzərinə düşür. Sənaye müəssisələrinin tərkibində bu məq-

sədlərə xidmət edən layihə-konstruktor büroları və hətta xüsusi “elm” böl-

mələri fəaliyyət göstərir ki, bunlar da bir qayda olaraq “sahə elmləri” adı 

altında əhatə olunur.  

Tətbiqi elmlər sahəsində fəaliyyət hətta bilavasitə konkret müqavilə-

lər, sifarişlər əsasında aparılmasa da, onların hansı istehsal sahəsində, han-

sı təsərrüfat forması üçün istifadə olunacağı irəlicədən məlumdur. Bu ba-

xımdan, tətbiqi elmlərin yerli iqtisadiyyatın istiqamətlərinə  və  tələblərinə 

uyğun yönəldilməsi prinsipcə mümkündür. Dünyanın bütün ölkələrində 

tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi yerli iqtisadiyyatın ehtiyacları-

dır. Heç bir ölkədə bütün tətbiqi elm sahələrində  fəaliyyət göstərilmir və 

bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı iddiasında olan super öl-

kələr öz məhsulları üçün bütün dünya bazarlarını açıq saxlayırlar. Amma 

bunun üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi mexanizmlər kifayət 

deyil; bu məqsəd üçün siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.  

İqtisadi müstəqilliyin təmin olunması üçün əsas şərt bundan ibarət-

dir ki, yerli iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm sahələrinin 

inkişafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm 

də mənəvi aspektlərdə stimullaşdırılmalıdır.  

Fundamental elmlərdə isə nəinki konkret tətbiqi sahələr, hətta tətbiq 

istiqamətləri də irəlicədən müəyyənləşdirilə bilmir. Burada elmi axtarışla-

rın sifarişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçündür” prinsipi əsas 

tutulur. Əlbəttə, burada əldə olunan biliklər də istifadəsiz qalmır. Hər hansı 



  Elm–Texnika–İstehsal 

 

 

 

511



 

yeni elmi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal sahəsində isə 

istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.  

Beləliklə, fundamental elmlər milli ideallardan daha çox, ümumbə-

şəri ideallara xidmət edir. Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz 

ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik; lakin şüur-

lu surətdə, yaxın və uzaq məqsədləri anlamaqla. Belə ki, müasir fizikanın, 

məsələn, elementar zərrəciklər nəzəriyyəsinin, kvant elektrodinamikasının, 

ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət 

göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə onsuz da tədqiq olu-

nacaqdır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tətbiqi kiçik ölkələ-

rin texniki imkanları  şəraitində onsuz da mümkün deyildir. Fundamental 

elmlərin ön cəbhəsində əldə edilən yeniliklər ancaq çox yüksək texnika və 

texnologiya bazasında istifadə olunmaqla praktik səmərə verə bilər. Təsa-

düfi deyil ki, Azərbaycanda da bu sahələrin ancaq nəzəriyyəsi ilə, əslində 

nəzəriyyə də çox vaxt operativ eksperimental dəstək tələb etdiyindən, riya-

ziyyatı ilə məşğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, burada ekspe-

rimental baza və müvafiq texnoloji inkişaf səviyyəsi olmadan da, elmin ön 

cəbhəsinə girmək mümkündür. Təki intellekt olsun, istedad olsun. İntellek-

tual imkanlarına görə isə bizim millət heç kimdən geri qalmadığından, 

alimlərimiz məhz nəzəriyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar 

əldə edərək dünya elminə layiqli töhfələr verirlər. Lakin bizim dünya elmi-

nə verdiyimizlə ondan aldığımız arasında optimal balans yaranırmı? Bö-

yük istedad sahibi olan alimlərimizin dünyada gedən elmi proseslərdəki iş-

tirakı pərakəndə xarakter daşıyır? Elmi tədqiqatın, elmi informasiyanın əs-

lində çox qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın nəticələrini 

dünya elminə havayı bağışlayırıq?  Əlbəttə, bütün sahələrdə olduğu kimi 

burada da biz öz milli mentalitetimizə uyğun olaraq genişqəlblilik nümayiş 

etdirə bilərik. Lakin hər  şeyin bir həddi vardır. Biz özümüzün ən yüksək 

sərvətimiz olan intellektual potensialımızdan praqmatik düşüncə ilə isti-

fadə etməyi bacarmalıyıq. Bunun üçün dünya elm praktikasında məlum 

modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barədə  də dü-

şünməliyik. Biz istedadlı gənclərimizə qrantlar verərək onların elmi fəaliy-

yət layihələrini maliyyələşdirən beynəlxalq fondların “səxavətinə” də, nə-

hayət, səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə 

qiymət verməliyik. Biz intellektual mülkiyyət haqqında, patent haqqında 

sadəcə qanunlar qəbul etməklə kifayətlənməyərək, onların Azərbaycan 


Elm haqqında elm 

 

 



 

512


gerçəkliyində həqiqətən işləməsinə nail olmalıyıq. Bütün bu deyilənlər ilk 

növbədə fundamental elmlər sahəsindəki tədqiqatlarımıza aiddir.  

Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu və ya digər sahəsində 

tətbiq olunaraq gəlir verməsələr də, bizim milli maraqlarımızla bilavasitə 

bağlıdırlar və onların inkişaf etdirilməsi müstəqil Azərbaycan Respublika-

sının  ən böyük vəzifələrindən biridir. Bu elmlər dünya elmi prosesinə, 

ümumbəşəri dəyərlər kompleksinə dolayısı ilə daxil olsalar da, bilavasitə 

Azərbaycanla, xalqımızın, millətimizin tarixi və bu günü ilə, milli dünya-

görüşümüzlə, fəlsəfi fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati problem-

ləri ilə  və  nəhayət, dinimiz, dilimiz, mədə-niyyətimiz,  ədəbiyyatımızla 

bağlı olan elmlərdir. Bu sahələr insanla, cəmiyyətlə bağlı olduğuna görə 

elmlərin təsnifatında ya humanitar elmlər, ya da ictimai elmlər adı altında 

qruplaşdırılır.  

Fundamental elmlərdən fərqli olaraq ictimai elmlər ümumbəşəri 

miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin millətin maraq 

dairəsinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni, ümumdünya 

tarixi ilə yanaşı Azərbaycan tarixi də vardır. Ümumi iqtisadi  nəzəriyyə  ilə 

yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil  şəkildə  tədqiq  olunur 

və s.  

İctimai elmlər sahəsində də dünya miqyasında gedən prosesləri öy-



rənənlər çoxdur. Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nəzəriy-

yəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azərbaycanın 

tarixini, fəlsəfi fikrini, iqtisadiyyatını, ictimai-siyasi problemlərini, dilini, 

ədəbiyyatını və s. başqaları bizim qədər təfərrüatlı öyrənməyəcəklər və ya 

əgər öyrənsələr də obyektivliyi gözləməklə, yaxud bizim milli maraqlar 

prizmasından öyrənməyəcəklər.  

Fundamental, tətbiqi və ictimai elm sahələrinin hər birinin öz xüsu-

siyyətləri vardır və elmin inkişaf konsepsiyası hazırlanarkən və bu konsep-

siyaya uyğun təşkilati formalar müəyyənləşdirilərkən bu xüsusiyyətlər 

mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş ölkələrdə 

ictimai-siyasi quruluş və iqtisadi münasibətlər sistemi artıq qərarlaşdığın-

dan, onların bu sahədə ciddi problemləri yoxdur. Bu ölkələr elm dedikdə, 

əsasən təbiət elmlərini nəzərdə tuturlar. Burada prioritetlik də ola bilsin ki, 

məhz təbiət elmlərinə verilir. Lakin biz, yeni iqtisadi münasibətlərə keçən, 

yeni cəmiyyət və yeni dövlət quran, milli özünüdərk prosesinə yeni qədəm 

qoymuş olan bir xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq 



  Elm–Texnika–İstehsal 

 

 

 

513



 

proseslərinin elmi-nəzəri  əsaslarına vermək məcburiyyətindəyik. Amma 

bu, əlbəttə, digər elmlərin sıxışdırılması hesabına həyata keçirilməməlidir.  

Elmi fəaliyyət çox ağır və baha başa gələn, böyük resurslar tələb 

edən bir sahədir. Hətta ən böyük ölkə belə, elmin bütün sahələrində müasir 

tələblər səviyyəsində tədqiqat işləri apara bilməz.  

Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatı-

nın ehtiyaclarına uyğun istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii 

ki, Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdiril-

məli və tədqiqatlar əsasən bu istiqamətlərə yönəldilməlidir.  

Lakin tətbiqi elmlərlə yanaşı fundamental elmlər də vardır və onlar 

bir qayda olaraq bütün ölkələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə-

lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlə-

rə praqmatik münasibət hələ formalaşmadığından çoxları bu sahəyə sadəcə 

milli imici yüksəldən bir amil kimi baxır.  

Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrlə sə-

ciyyələnir. Sözün dar mənasında, həqiqi mənasında böyük elm – elmi ya-

radıcılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin  əldə edilməsi, elmi 

nəzəriyyələrin formalaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə 

müəyyənləşir. Lakin elm piramidası həm də oturacaq müstəvisinin sahəsi 

ilə, artıq məlum elmi biliklərin və  nəzəriyyələrin mənimsənilməsi və 

yayılma dərəcəsi ilə ölçülür.  

Hər hansı bir ölkədə  əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, 

klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması 

prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşmə-

si, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi bilik-

lərin adi şüurun strukturuna daxil olması – bəli, bütün bunlar da göstə-

ricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi yoxdur.  

Müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə 

etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə 

çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu 

yeni tələblərə uyğun surətdə qurmaqdan, onu optimallaşdırmaqdan ibarət-

dir. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf 

etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir öl-

kə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına 

uyğun olaraq qoşulur.  

Əsas məsələ  məqsədin düzgün seçilməsidir. Elm bizə  nədən ötrü 


Elm haqqında elm 

 

 



 

514


lazımdır? Biz elmin hansı sahələrindəki nailiyyətləri öz ölkəmizdə  tətbiq 

etmək imkanlarına malikik? Bizim sənayenin və kənd təsərrüfatının texno-

loji inkişaf səviyyəsi və burada istifadə olunan qurğuların elmi tutum dərə-

cəsi öyrənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sahələrinin üstün 

əhəmiyyət kəsb etdiyi, digər tərəfdən, bizim texnologiyanın elmin hansı 

inkişaf səviyyəsinə adekvat olduğu nəzərə alınmalıdır.  

Məsələ burasındadır ki, fundamental elmlərin inkişaf səviyyəsi ilə 

tətbiq üçün uyğunlaşdırılmış  səviyyə arasında xeyli böyük fərq vardır. 

Başqa sözlə, tətbiqi elmlər fundamental elmlərin təqribən 5-10 il, bəzi 

sahələrdə isə hətta 20-30 il bundan əvvəlki nailiyyətlərindən istifadə edir. 

Ancaq o ölkələr fundamental elmlərin inkişafında xüsusilə maraqlıdır ki, 

onlar yeni elmi kəşflərin hamıdan  əvvəl tətbiq olunmasına qadirdirlər. 

Dünyada cəmi bir neçə belə superdövlət vardır və bu ölkələrdə yeni elmi 

biliklərin qorunması, yad əllərə düşməməsi üçün xüsusi təşkilati mexa-

nizmlərə böyük əhəmiyyət verilir. Bu sırada elmi ideyaların, kəşflərin pa-

tentləşdirilməsi  xüsusi yer tutur.   

  

Əlbəttə, elm ilə istehsal arasındakı münasibətlərin düzgün tənzim-



ləndiyi cəmiyyətlərdə elmə qoyulan vəsaitin artması olduqca səmərəli olur. 

İnkişaf etmiş ölkələrdə elm ən çox gəlir gətirən sahələrdən biridir. Elmə 

qoyulan hər manatın gətirdiyi gəlir faizlərlə deyil, misillərlə ölçülür. Lakin 

bunun üçün əvvəlcə elmi potensialın səfərbər olunması  və  məqsədli 

surətdə yönəldilməsi lazımdır.  

Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası həqiqətən 

ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş 

surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. Lakin nəzərə alın-

malıdır ki, bu cür mərkəzləşmiş sistem daha çox dərəcədə sosializm cə-

miyyəti üçün səciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm cəmiy-

yətinə nisbətən həqiqətən üstünlükləri var idi. Lakin iqtisadiyyat sahəsində 

dövlət monopoliyasından imtina edilməsi və bazar münasibətlərinə keçil-

məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliyyəti bir sıra çətinliklərlə 

bağlıdır. Biz bu mahiyyət fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki 

qaydada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. Burada əvvəlcə 

iki müxtəlif ictimai-iqtisadi sistemin üstün cəhətlərinin inteqrasiyası kimi 

çox mürəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib hazırlanmalıdır.  

  Vahid ümumbəşəri elm prosesinə daxil ola bilməyən, elə bil ancaq 


  Elm–Texnika–İstehsal 

 

 

 

515



 

özü üçün yaradılmış lokal elm strukturları  əsl elm sayıla bilməz. Böyük 

elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əl-

də olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaq-

dır. Cəbhə  xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, 

yalnız artıq keçilmiş yolların künc-bucağında yer tuta bilərlər, lakin bu, 

elm hesab edilə bilməz. 

Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların 

mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın, 

ümumiyyətlə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən 

ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif prak-

tik fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və tex-

nologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata 

keçən mürəkkəb ictimai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük öl-

kələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, 

keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bil-

mədi. Ona görə  də, hər bir ölkə elm strategiyasını öz imkanlarına uyğun 

olaraq qurmalıdır.  

İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf pers-

pektivlərini araşdırarkən köhnə təşkilati formalara, onların müsbət ənənə-

lərinə hörmətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə daha çox 

cavab verən optimal təşkilati formalara da biganə qalmamalıyıq. Qanunve-

riciliyin məqsədi yaradıcılıq axtarışlarının, o cümlədən təşkilati forma ax-

tarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən 

yeni formaya hüquqi imkan verilməsidir. Bu baxımdan, biz elm və təhsilin 

birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsipləri ön 

plana çəkməyə və süni məhdudiyyətləri aradan götürməyə çalışmalı, büro-

kratik mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq istərdim ki, Milli 

Elmlər Akademiyası, heç şübhəsiz, Azərbaycanda elmin inkişafı sahəsində 

misilsiz xidmətləri olan, böyük kadr potensialına malik nəhəng bir 

qurumdur. Ona görə  də yarım  əsr  ərzində toplanılmış  təcrübəni nəzərə 

almadan yeni bir qurum yaratmaq sadəlövhlük olardı. Bu səbəbdən də, 

Azərbaycanda elmin inkişafı ilə bağlı islahatlar aparılarkən ilk növbədə 

Elmlər Akademiyasının təcrübəsinə istinad edilməlidir. 

Elmin optimal fəaliyyəti onun daxil olduğu daha böyük ictimai 

sistemlərin təşkilati mexanizmləri ilə sıx surətdə bağlıdır.  



Elm haqqında elm 

 

 



 

516


Elmi-texniki tərəqqini, bir tərəfdən, öz müstəqil strukturuna malik 

olan bütöv bir hadisə kimi, digər tərəfdən isə, daha böyük miqyaslı ha-

disənin hissəsi kimi nəzərdən keçirmək olar. O, ictimai tərəqqinin, xüsusən 

də hər bir ölkənin sosial-iqtisadi inkişafının tərkib hissəsini təşkil edir. 

İstehsalın intensivləşdirilməsi prosesini aşağıdakı iki fazaya ayırmaq 

olar: elmi-texniki tərəqqinin sürətləndirilməsi və elmi-texniki tərəqqinin 

nailiyyətlərinin vaxtında və səmərəli şəkildə iqtisadiyyatın bütün sahələri-

nə tətbiq edilməsi. Bu cür şərti bölgüyə ehtiyac ondan irəli gəlir ki, hər fa-

zanın öz nisbi müstəqil məzmunu və problemləri var. Lakin bir çox hal-

larda onlar əsassız olaraq qarışıq salınır, mürəkkəb tərkibli fəaliyyətin 

hissələri arasında fərqlər nəzərdən qaçırılır. 

İqtisadiyyatın inkişafının sürətləndirilməsi prosesinin tərəfimizdən 

şərti olaraq qeyd olunan ikinci fazası elmi-texniki tərəqqinin hüdudların-

dan kənara çıxır. O, ölkənin bütövlükdə təsərrüfat sistemi ilə bağlı olub is-

tehsalatın texniki yenidən qurma işlərinə olan tələbatının öyrənilməsi, ba-

zarın tələbatları ilə yeni texnologiyaya keçid arasındakı ziddiyyətlərin ara-

dan qaldırılması, yeni texnikaya maddi və mənəvi marağın artırılması, ya-

radıcı əməyin həvəsləndirilməsi, təsərrüfat mexanizminin bütövlükdə elmi 

təşkili və s. kimi problemləri  əhatə etməklə daha çox təşkili-idarəetmə 

xarakteri daşıyır. Gördüyümüz kimi, elmi-texniki tərəqqinin istehsalata tət-

biqi kifayət qədər mürəkkəb və çoxtərəfli proses olmaqla məzmununa görə 

elmi-texniki tərəqqidən fərqlənir. Bunu xüsusi olaraq vurğulayırıq, çünki 

son illər “elmi-texniki tərəqqi” anlayışı geniş  mənada işlədilir ki, bu da 

onun kateqoriya statusuna uyğun gəlmir. 

İqtisadiyyatın intensivləşdirilməsi prosesinin birinci fazasının öz 

spesifik sərhədləri var ki, bu da yeni texniki sistemlərin qurulmasında və 

onların metodikasının işlənməsində elmi biliklərin tətbiqindən irəli gəlir. 

İlk baxışdan elə gəlir ki, guya onların arasında elə bir əsaslı fərq yoxdur. 

Axı,  əvvəlcə yalnız təcrübi nümunə qurulub istehsal olunur. Bu, təcrübə 

laboratoriyasında baş verir. Yeni texnikanın kütləvi nüsxədə buraxılışı və 

istismarı isə  təcrübə-konstruksiya işləri çərçivəsindən ictimai istehsal 

sahəsinə keçid etməyi tələb edir. 

Əlbəttə, elmi-texniki tərəqqi müəyyən iqtisadi, sosial və təşkili prob-

lemlərlə bağlıdır. Lakin burada bu problemlər spesifik tərzdə təzahür edir. 

Bu halda söhbət istehsalatın, iqtisadiyyatın yox, elm və layihələşdirmə pro-

sesinin özünün, yəni elmi biliklərin “maddiləşdirilməsinin”, “cismaniləşdi-



  Elm–Texnika–İstehsal 

 

 

 

517



 

rilməsinin” ilk mərhələsinin elmi təşkilindən gedir. Bu sferaya xas olan 

iqtisadi problemlər də spesifik xarakter daşıyır. Ümumi iqtisadiyyatdan 

fərqli olaraq yeni bir sahə – elm və elmi-texniki tərəqqinin iqtisadiyyatı – 

meydana gəlir. Elmi-texniki tərəqqi sferasındakı spesifik sosial hadisələr 

isə sosiologiyanın xüsusi sahəsi olan elm və elmi-texniki tərəqqi so-

siologiyasının predmetini təşkil edir. 

Yeri gəlmişkən qeyd edək ki, elm sosiologiyası sahəsində tədqiqat-

lar aparılsa da, elmi-texniki tərəqqinin sosiologiyası hələ ki, işlənməmiş bir 

sahə olaraq qalır. Elmi-texniki tərəqqinin sosial nəticələrinə həsr olunmuş 

çoxlu sayda nəşrlər olsa da, bu, nəzərdən keçirdiyimiz prosesin sosiologi-

yasını  təşkil etmir. Düzdür, bir-birindən fərqli olan bu iki problem bəzən 

əsassız olaraq eyniləşdirlir. 

Elmi-texniki tərəqqinin məzmunu və strukturunda, habelə “elm-tex-

nika-istehsalat” dövrəsində baş verən bugünkü dəyişikliklərin mahiyyəti 

nədədir? E.A.Arab-oğlu haqlı olaraq yazır ki, elmi-texniki inqilabın gedi-

şində, elm, texnika və istehsalatın bir-biri ilə qarşılıqlı təsirləri prosesində 

liderlik elmə, nəzəri biliyə keçir

7

1

. İnkişaf templərinə görə də elm texnika 



və istehsalatı geridə qoymaqdadır. Lakin elm nisbi müstəqillik qazanma-

saydı, yəni təkcə praktikanın tələbatları  əsasında yox, həm də öz xüsusi 

bazası üzərində inkişaf etmək imkanı əldə etməsəydi, bu, mümkün olmazdı. 

Yalnız bu müstəqil, azad, inkişaf sayəsində elm özü ilə gözlənilməz şeylər 

gətirmək, yeni praktiki imkanlar açmaq iqtidarında ola bilir. Bu imkanlar 

texnikanın inkişafının adi məntiqi nəticəsi ola bilməzdi. Elmin dərinliklə-

rində yetişmiş elmi-texniki işləmələr mövcud texnika və texnologiyadan 

köklü şəkildə fərqlənə bilir. Buna misal olaraq atom energetikasını, kom-

püterləri, lazer texnikasını, biotexnologiyanı, xassələri qabaqcadan veril-

miş materialların sintezini və s. göstərmək olar. 

Elmin texnika və istehsalatın sifarişlərini yerinə yetirən adi icraçıya 

çevrilməməsi üçün onun istehsalata bağlılığından uzaq olmaq lazımdır, əl-

bəttə, bu şərtlə ki, bu müstəqillik ifrat dərəcəyə çatmasın. Buna görə də el-

mi işlərin bir hissəsi (ədəbiyyatda bu hissə “tətbiqi tədqiqatlar” anlayışın-

dan fərqli olaraq “fundamental tədqiqatlar” anlayışı ilə ifadə olunur) bila-

vasitə  tətbiqə yox, elmin özünün inkişafının təmin edilməsinə, onun 

                                                 

1

 Э.А.  Араб-оглы.  Обозримое  будущее.  Социальные  последствия  НТР:  год 2000. 



М., 1986. s. 58-59. 

Elm haqqında elm 

 

 



 

518


tamamilə yeni metodlarının yaradılmasına xidmət edir. Bu işlər praktikada 

tətbiq olunmur. Bu cür işlərin müəyyən hissəsinin təhlili konkret nəticə 

verərsə, bu nəticə ilk növbədə elmin özündə tətbiq oluna bilər. 

Zənnimizcə, elmi nəticələrin dəyəri təkcə onların bilavasitə prakti-

kada tətbiqinə görə deyil, həm də nəzəri əhəmiyyətinə görə müəyyən olun-

malıdır. Bəzən nəzəri nəticələr xırda niqyaslı konkret praktiki nəticələrdən 

daha əhəmiyyətli ola bilir. Əksər hallarda fundamental nəzəriyyələri texni-

kanın və ya tətbiqi tədqiqatların zəifliyi üzündən tətbiq etmək mümkün ol-

mur. İş burasındadır ki, tətbiq sahələrinin müəyyənləşdirilməsi, onun me-

todika və texnologiyalarının işlənməsi vəzifəsi alimin yox, konstruktorla-

rın, elmi-texniki işçilərin üzərinə düşür. Axı fəaliyyətin ali inkişaf mərhə-

lələrinə aid olan bütün sahələrində funksiyalar diferensiasiya olunmalıdır. 

Eynilə elmi fəaliyyət sırf praktiki fəaliyyətdən uzaqlaşdıqca fəaliyyətin ye-

ni sahəsi – elmi-texniki fəaliyyət sahəsi formalaşır. Onun qarşısında duran 

vəzifə yeni elmi nailiyyətlərin texnikada tətbiq yollarını axtarıb tapmaqdan 

ibarətdir. Bununla da elmlə praktikanın bir-biri ilə optimal şəkildə birləşdi-

rilməsi vəzifəsinin həlli fəaliyyətin bu yeni formasının optimal təşkilinin 

işlənməsi kimi göz önünə  gəlir. Bu vəzifənin uğurla öhdəsindən gəlmək 

üçün elmi-texniki fəaliyyətin mahiyyəti və məzmununu, elmi və mühəndis 

fəaliyyətindən fərqlənən cəhətlərini üzə çıxarmaq tələb olunur. 

Müasir fəlsəfi və iqtisadi tədqiqatlarda, habelə işgüzar dairələrdə el-

min istehsal və qeyri-istehsal sferaları ilə  əlaqələrini gücləndirmək təşəb-

büsləri bir çox hallarda elmi fəaliyyətin praktiki məqsədlərə tabe etdirilmə-

si mövqeyindən qiymətləndirilir. Akademik elmi-tədqiqat institutları onla-

rın fəaliyyətinin səmərəliliyinin təyin edilməsi probleminin kifayət qədər 

işlənməməsi üzündən hesabat verərkən ya formal göstəricilərdən (nəşrlərin 

sayı, işlərin həcmi və s.), ya da ki, əldə olunmuş nəticələrin praktiki tətbi-

qinin iqtisadi səmərəliliyindən çıxış edirlər. Lakin fundamental elmi nailiy-

yətlərin səviyyəsi nə  qədər yüksək olsa, ona iqtisadi səmərəlilik göstə-

ricilərinə əsasən obyektiv qiymət vermək də bir o qədər çətin olur

7

1

. Bun-



dan başqa, elmi biliyin “maddiləşdirilməsi” prosesi, onun praktiki tətbiqi 

elmin öz hüdudlarından kənara çıxaraq bütövlükdə  təsərrüfat mexaniz-

minin vəziyyətindən asılı olur. 

                                                 

1

 Bu problem Y.B.Tatarinovun 1986-cı ildə Moskvada çap olunmuş  «Проблемы 



оценки  эффективности  фундаментальных  исследований:  логико-методологические 

аспекты» kitabında hərtərəfli araşdırılmışdır..  



  Elm–Texnika–İstehsal 

 

 

 

519



 

Buna baxmayaraq bəzi hallarda praktiki tətbiq şərti elm anlayışının 

mahiyyəti kimi anlanaraq hətta onun tərifinə də daxil etdirilir

7

1



. Bazar iqti-

sadiyyatı  şəraitində mahiyyətcə elmin istehsalatla sərt  şəkildə  əlaqələndi-

rilməsi ideyasına demək olar ki, bərabər olan ideyalar irəli sürülür. Bu cür 

ideyaların həyata keçirilməsi elmin nisbi müstəqilliyini məhdudlaşdıra 

bilərdi. 

Tarixi faktlara nəzər salsaq, görə bilərik ki, keçmiş SSRİ-də elmin 

coşqun inkişafının  əsas  şərtlərindən biri elmin mərkəzləşdirilmiş  və nisbi 

müstəqil təşkili olmuşdur. 

SSRİ-nın elmi-texniki tərəqqi sahəsində geriliyinin səbəbləri elmlə 

istehsalatın təşkilindən çox onların arasında optimal əlaqələrin yaradılması 

problemi ilə bağlı idi. 

Elmlə istehsalat arasında  əlaqələrin təmin edilməsi ya onların 

birbaşa, bilavasitə təşkili baxımından birləşdirilməsi kimi başa düşülür ya 

da bu vəzifə gah elmi gah da istehsalat müəssisəsinin üzərinə qoyulur. 

Lakin bu variantlardan heç biri özünü doğrultmadı. 

Mürəkkəb iyerarxik sistem olan elmlə maddi istehsalın formalaşma-

sı prosesi əsrlər boyu cərəyan etmişdisə, onların arasında xüsusi bir bağla-

yıcı halqaya tələb yalnız müasir dövrdə yaranmışdı. Təbii ki, bu işdə bir-

dən-birə mükəmməlliyə nail olmaq mümkün deyil. Əsasən iqtisadi mexa-

nizmlərlə tənzimlənən bu obyektiv prosesin spontan olaraq optimal təşkili 

formaya gətirib çıxaracağını  zənn etmək düzgün olmazdı. Bu gün “elm-

texnika-istehsalat” dövrənin dərk edilməsi  ən aktual məsələlərdən biridir, 

çünki elmi-texniki prosesin optimal təşkili yalnız yaxşı işlənmiş nəzəriyyə 

əsasında mümkündür. Bu cür mühüm bir problemin həllində utilitar kon-

sepsiyaların təsirinə düşmək, perspektiv və çoxplanlı maraqları müstəsna 

olaraq gündəlik praktiki məqsədlərə tabe etdirmək olmaz. 

Elmi fəaliyyətin son məqsədi həqiqəti üzə çıxarmaq, mötəbər bilik-

lər  əldə etməkdir. Lakin elmi proses fasiləsiz olaraq cərəyan edir. Əldə 

olunmuş biliklər artıq növbəti tədqiqat dövrənin ilkin şərti kimi çıxış edir. 

“Kiçik dairə”nin hər birinin sonunda elmin nəticələri informasiya əsası 

kimi onun sərəncamına daxil olur. Digər tərəfdən isə elm qapalı sistem 

olmadığından onun nəticələri nəinki elmi prosesə qayıdış edir, həmçinin 

                                                 

1

 Н.В.Наливайко,  В.В.  Сергеева.  Всеобщность  научной  деятельности  и 



творчество  ученого // Фундаментальные  исследования  и  технический  прогресс. 

Новосибирск, 1985. s. 245. 



Elm haqqında elm 

 

 



 

520


bir qədər müstəqillik  əldə etməklə onun çərçivələrindən kənara da çıxır. 

Beləliklə də məzmun baxımından eyni olan biliklər həm “elm” sisteminə, 

həm də müxtəlif tətbiqi, o cümlədən texniki yaradıcılıq sferaların nüma-

yəndələrinin faydalandıqları başqa informasiya sisteminə  də daxil olur. 

Başqa sözlə, elmin nəticələri elmi biliklərdən başqa praktiki-peşə və gün-

dəlik biliklərin də daxil olduğu tətbiqi tədqiqatların strukturuna yalnız 

kompleks informasiya sistemi vasitəsilə daxil olur. Elmi biliyi onların 

ümumi məxrəcinə gətirmək üçün onu tətbiqi sferanın “dilinə” tərcümə et-

mək lazım gəlir. 

Yeni elmi nəticə elmin öz hüdudları çərçivəsində və bu çərçivədən 

kənarda – təhsil sferasında, tətbiqi sferalarda fərqli  şəkildə ifadə olunur. 

Elmin öz nəticələrindən faydalanması üçün bu nəticələrin  əlavə emalına 

ehtiyac yoxdur. Başqa sözlə, elmdə biliklər gələcəkdə elmin öz hüdudları 

çərçivəsində istifadə üçün yararlı olan formada əldə olunur. Alimlərin öz-

ləri, təbii ki, elmin dilini bilirlər. Lakin ixtiraçıların istifadə üçün təqdim 

etdikləri informasiya elə bir şəklə salınmalıdır ki, onlar onu problemin 

elmi mahiyyətini başa düşmədən də tətbiq edə bilsinlər. Axı elmi fəaliyyə-

tin nəticələri elmi nəzəriyyənin kontekstindən ayrılmayınca və dar çərçivə-

li xüsusi elmi terminologiyada ifadə olunmayınca onlar ixtiraçılar, mühən-

dis-konstruktorlar üçün qaranlıq qalacaqdır. Yəqin ki, dili gündəlik dili-

mizdən çox uzaq olan nəzəri tədqiqatların nəticələrinin tətbiqində yuban-

malar məhz bu səbəblə izah olunmalıdır. 

Elm nümayəndələri özləri nəzəriyyə sahəsində yeni nəticələrin 

tətbiqi ilə bağlı  işləri öz üzərlərinə götürdükdə, ixtiraçı, konstruktor və s. 

funksiyalarını icra etdikdə, bu nəticələr adətən praktikada vaxtında tətbiq 

oluna bilir. (Bu halda “çevirmə” gizli şəkildə bir insanın fəaliyyəti çərçivə-

sində baş verir). Lakin ilk baxışdan diqqəti cəlb edən bu hal əslində 

hansısa nəzəri tədqiqat sahəsində bəlkə də əvəzsiz olan alimlərin vaxtından 

qeyri-səmərəli istifadə kimi qiymətləndirilməlidir. 

Bəs onda elmi nəticələri praktikada kim tətbiq etməlidir? Bu işlə 

məhz bu problem üzrə ixtisaslaşmış insanlar, yəni elmi-texniki işçilər məş-

ğul olmalıdır. Onlar elmi-tədqiqat işlərini aparmır, özləri yeni elmi nəticə-

lər əldə etmir, lakin elmi dili mükəmməl bildiklərinə görə elmin məlumat-

larını praktikada tətbiq üçün “emal” edirlər. Elmi nəticələr praktikanın mü-

vafiq sferasının dilinə vaxtında “tərcümə” olunduqda, ixtiraçılıq işi 

peşəkarlar tərəfindən və, şübhəsiz ki, daha yaxşı yerinə yetirilə bilər. 



  Elm–Texnika–İstehsal 

 

 

 

521



 

İxtiraçılıq fəaliyyətinin dili layihələşdirmədir ki, bu da konkretliyi 

sevir. Deməli, yeni elmi biliyin tətbiqi prosesində mücərrəddən konkretə 

doğru həm məzmun baxımından, həm də formal planda ciddi addımlar atıl-

malıdır. Yeni bilik lazımi konkret forma almaqla tətbiqi fəaliyyətin struk-

turuna daxil olub ixtiraçılıq imkanlarını genişləndirir. Bununla da elmi-tex-

niki tərəqqinin sürətləndirilməsi problemi tətbiqi fəaliyyətin informasiya 

təminatının xüsusi təşkilini nəzərdə tutmuş olur. 

İnformasiya sistemləri (mərkəzlər, institutlar və s.) öz-özlüyündə 

mövcud etməyib ilk növbədə bilavasitə  tətbiqi sferanı, xüsusən də elmi-

texniki, ixtiraçılıq fəaliyyətini təchiz etmək məqsədini güdməlidir. Başqa 

sözlə, yeni elmi informasiyanın tətbiqi məqsədlərlə emalı  və  tətbiqi 

fəaliyyət sferası vahid sosial təşkil sisteminə daxil olmalıdır, çünki elmi-

texniki fəaliyyətin operativ informasiya təchizatının olmaması elmi-texniki 

tərəqqinin sürətləndirilməsinə mane olur. 

Deməli, elmi informasiyanın vaxtında tətbiqi fəaliyyətin dilinə “tər-

cümə” edilməsi elmi-texniki tərəqqinin strukturunda mühüm yerlərdən 

birini tutur. Elmi biliyin məzmunu bu arada əsaslı şəkildə dəyişməsə də, o, 

insan fəaliyyətinin başqa bir müstəvisinə keçmiş olur. Bununla da obyektiv 

qanunauyğunluqların ideal inikası olan biliklər bu qanunauyğunluqların 

daha bir obyektiv təzahürünə xidmət etmiş olur, özü də bu dəfə əvvəlcədən 

proqramlaşdırılmış (qurulmuş) süni sistemlərdə, texniki qurğularda. Bura-

da elmi bilik təbii maddi sistemdən süni sistemə doğru yolda inikas 

məqamı kimi çıxış edir. Texniki sistem sanki maddiləşdirilmiş bilik, maddi 

olanla ideal olanın özünəməxsus sintezinin nəticəsi kimi çıxış edir. 

Buna görə də istehsalatın intensivləşdirilməsi prosesinin bütövlükdə 

elmi-texniki tərəqqini  əhatə edən birinci mərhələsi mürəkkəb bir proses 

kəsb edir. Bu prosesi öz növbəsində yeni elmi biliklərin əldə olunması ilə 

başa çatan elmi fəaliyyət və bu biliklərin yeni texnikada maddiləşdirilməsi 

prosesinin ifadəsi olan elmi-texniki fəaliyyət kimi iki hissəyə ayırmaq olar. 

Elmi informasiyanın işlənməsindən baş alan sonuncu hissə mühəndis fəa-

liyyətinin köməyi ilə başa çatır. Mühəndis fəaliyyətindən keyfiyyətcə ta-

mamilə yeni hadisə – istehsal sferası başlayır. Texniki nümunə istehsal 

olunduqdan və sınaqdan keçirildikdən sonra onun kütləvi istehsalı başlayır. 

Nəzərdən keçirdiyimiz dövrədə növbəti halqa istismardır, yəni yeni tex-

nikanın istehsal prosesinə artıq istehsalın nəticəsi kimi yox, vasitəsi kimi 

daxil etdirilməsidir. 


Elm haqqında elm 

 

 



 

522


İctimai həyatın hər hansı sahəsinin yenidən qurulması kortəbii su-

rətdə həyata keçirilə bilməz. Hər cür dəyişiklik müəyyən nəzəri əsasa ma-

lik olmalı və müxtəlif sahələrdəki yeniləşmələr bir-birini tamamlamalıdır. 

Bu, sosial ekologiyanın mühüm şərtidir. 

Bütün sahələrdəki üstünlüyün, geriliyin ümumi səbəblərindən biri 

əvvəlcə  fəaliyyət göstərib sonra düşünmək bəlası idi. Nəticədə bir istiqa-

mətdəki fəaliyyət başqa istiqamətdəkinə zidd gəlir, bir məqsədə nail olmaq 

üçün digər məqsədin qarşısı kəsilmiş olurdu. Əsasən praktik biliklər səviy-

yəsində tutulan planlar, «sağlam düşüncə», adi şüur mövqeyindən aparılan 

təşkilati iş mürəkkəb sosial sistemlərin səmərəli surətdə idarə olunmasına 

imkan vermirdi. Elm «özü üçün elmə» çevrilmiş, təşkilati iş  və maddi 

fəaliyyət sahələri bir növ ondan ayrı düşmüşdü. 

Müasir mərhələdə ictimai həyatın bütün sahələri o dərəcədə mürək-

kəbləşmişdir ki, elmə istinad etmədən heç bir sahədə müvəffəqiyyət qa-

zanmaq mümkün deyildir. İctimai həyatın istənilən sahəsinin elmi əsaslarla 

idarə olunmasına yaranan ehtiyac ictimai elmlərin praktik rolunu daha da 

artırmış, elmin tətbiq sahəsi xeyli genişlənmişdir. 

Elmin tətbiqindən söhbət gedəndə onun həm kənar sahələrə, həm də 

özünə tətbiqi və öz-özünü təşkil edə bilmək xüsusiyyəti nəzərə alınmalıdır. 

Elmin ictimai həyata, maddi istehsala, təhsil və mədəniyyət sahələrinə tət-

biqi, bu sahələrdən hər birinin elmi təşkili problemi ayrılıqda 

araşdırılmalıdır. 

Uzun müddət ölkəmizdə elmin sosial strukturu heç bir ciddi elmi 

prinsiplərə əsaslanmadığından elmi institutlar mürəkkəbləşmiş, diferensial-

laşmış, lakin ənənəvi təşkilati formalar saxlanmışdır. Bir çox hallarda elmi 

müəssisələrin spesifikası  nəzərə alınmamış, təsərrüfat müəssisələri üçün 

səciyyəvi olan təşkilati strukturlar, inzibatçılıq metodları burada da tətbiq 

olunmuşdur. Regional elmi siyasət işlənib hazırlanmamışdır. Mərkəzi elm 

sisteminin strukturu milli respublikalara tətbiq edilmiş, bir-birini təkrarla-

yan çoxlu tədqiqat institutları yaradılmışdır ki, hər bir respublikada bu ins-

titutların hamısını ən müasir avadanlıqla təchiz etmək mümkün olmamış-

dır. Ekstensiv inkişaf metodu və «gözdən pərdə asmaq» prinsipi rəhbər tu-

tulmuşdur. 

Elmi tədqiqatın spesifikası onun təşkilati strukturunda nəzərə alın-

madığından elm intensiv tərəqqi yoluna keçə bilməmiş, kəmiyyət dalınca 

qaçarkən keyfiyyət unudulmuşdur. İnstitutların, laboratoriyaların, kafedra-



  Elm–Texnika–İstehsal 

 

 

 

523



 

ların, elmi işçilərin, dərəcəli alimlərin sayı müstəqil göstəricilərə çevrildi-

yindən son nəticə haqqında düşünmək «yaddan çıxmışdır». Hətta bir ali-

min elmi xidməti kəmiyyət göstəriciləri  əsasında müəyyən edilmiş,  əsər-

lərin sayı, kitabların qalınlığı elmi səviyyənin meyarı kimi çıxış etmişdir. 

Respublikamızda elmin idarə olunması hələ də sosializmdən qalma 

ənənələrə müvafiq olaraq, inzibatçılıq yolu ilə  həyata keçirilir. Həmin 

dövrdə elmin spesifikasını nəzərə almadan elmi institutlarda və ali məktəb 

kafedralarında, təsərrüfat müəssisələrində analoji nizam-intizam yaratmağa 

təşəbbüs göstərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə də «də-

mir qayda»ya nail olurdular. Akademiyanın qapısı  ağzına polis işçiləri 

qoyulması və ali məktəb müəllimlərinin, başqa müəssisələrdə çalışan alim-

lərin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə soruşmaq  əvəzinə, 

onların səkkiz saat şöbədə oturmalarının təmin edilməsi elmi işin və elmi 

əməkdaşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi.  

Təəssüflə qeyd edilməlidir ki, bizdə elmi müəssisələrin rəhbərləri 

üçün elmin metodologiyasından və elmşünaslıqdan xüsusi kurslar keçil-

mir, onların həmin sahədə  əlavə bilik əldə etməsi və  təkmilləşdirilməsi 

üçün heç bir tədbir görülmür. Son dövrlər xalq təsərrüfatının idarə olunma-

sı üzrə kurslar keçilməsinə başlanmış, bu məqsədlə respublikamızda xüsusi 

institutlar açılmışdır. Bizcə, elmi müəssisələrin idarə olunması sahəsində 

də həmin sahənin spesifikasını nəzərə alan analoji kurslara böyük ehtiyac 

vardır. Görkəmli mütəxəssislər arasından elm üçün rəhbər kadrlar hazırlan-

ması, elmin idarə edilməsi yollarının tədris olunması və bu sahədə səriştəli 

adamların professional səviyyədə müəyyənləşdirilməsi elmdə yenidənqur-

ma işinin əsasında durmalıdır. 

Elmşünaslıq problemlərinin böyük bilicisi Xudu Məmmədov da-

nışırdı ki, akademik İ.Vekua Novosibirskdən qayıdaraq Gürcüstan SSR 

Elmlər Akademiyasına prezident təyin olunandan sonra bir sıra dəyişiklik-

lər həyata keçirir ki, köhnə stereotiplərə uyğunlaşmış adamlar bunu heç cür 

qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutu açılır 

və bura yüksək maaşla istedadlı  gənc alimlər cəlb olunur. bu alimlər işə 

vaxtlı-vaxtında gəlib getmədiyi üçün və  hər kvartalda konkret nəticələr 

əsasında hesabat vermək əvəzinə taleyi qabaqcadan məlum olmayan «uzaq 

məqsədlər» uğrunda çalışdıqları üçün bir qrup qanunpərəst Moskvaya şi-

kayət yazır ki, akademik İ.Vekua dövlət pulunu havayı  xərcləyir, işə 

gəlməyən adamlara yüksək maaş verir, onları növbəsiz mənzillə  təmin 


Elm haqqında elm 

 

 



 

524


edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru olduğunu müəyyən 

edir. Axşam komissiya üzvləri hansı isə yubiley məclisində iştirak edir və 

gecə yarısı banketdən qayıdanda akademik İ.Vekua maşınları həmin insti-

tutun yanından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan 

otaqların çoxunda gecə  işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş 

vaxtı» adlanan müddətdə deyil, onlara yaradıcılıq üçün hansı vaxt müna-

sibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin səmə-

rəsini daha da artırır. Onların hər kvartalda konkret nəticə tələbindən xilas 

edilməsi, onlara etimad göstərilməsi və  şərait yaradılması diqqəti daha 

böyük problemlərə yönəltməyə, təkcə elmin bu günü üçün deyil, həm də 

sabahı üçün çalışmağa imkan yaradıb. 

Elmdə formal hesabat sisteminin tətbiq edilməsi nəinki məsuliyyət 

hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qa-

rışqa etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın yayılmasına sə-

bəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafed-

ralarında plan üzrə görülən illik elmi iş dedikdə kompüterdə səliqə ilə yı-

ğılmış müəyyən həcmli (yenə də kəmiyyət meyar kimi çıxış edir) yazı nə-

zərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən 

rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və 

«tədqiqat işləri» müəllimin çalışdığı  şöbədə  və ya kafedrada «müzakirə 

olunur». Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yoldaşına qarşı 

«bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar 

da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki elmi rəqa-

bət mühiti və dəqiq elmi meyarlar olmayanda dəyərsiz «tədqiqatları» tərif-

ləmək, həqiqi elmi sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkün-

dür. Beləliklə, elmin təşkilati strukturunda ən mühüm halqalardan biri 

ciddi elmilik meyarlarına əsaslanan ekspertiza sisteminin yaradılmasıdır.  

 


 

 

 



 

 

 



 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin