ƏMƏLİ BİLİK, ELM, TEXNOLOGİYA
Zehni biliklərdən elmə, əməli biliklərdən
texnologiyaya tarixi keçid
Elmi-texniki biliyin və elmi-texniki fəaliyyətin
mahiyyəti
Elm, texnologiya və iqtisadiyyat
Sivilizasiya və texniki-iqtisadi inkişaf
Elmsiz praktikaya aludə olan adam gəmini
sükansız və kompassız idarə etmək istəyən kapitana
bənzər; o hara üzdüyünü özü də bilməz.
Leonardo da Vinçi
Bəzən biz, bir tərəfdən, maraqlardan kənarda
elmlə, digər tərəfdən, elmi cəhətdən əsas-
landırılmamış maraqlarla rastlaşırıq.
Hegel
Zehni biliklərdən elmə,
əməli biliklərdən texnologiyaya tarixi keçid
Bilik məqsəd deyil, vasitədir.
Lev Tolstoy
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik
növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövrlərdə də iki
müxtəlif bilik növü: koqnitiv və əməli biliklər mövcud olmuşdur. Birinci-
lərin əsasında canlı seyr, ikincilərin əsasında maddi fəaliyyət – praktika
dayanmışdır.
Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin birinci-
yə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, «niyə», «hansı səbəb-
dən» suallarına cavab vermək təşəbbüsündən irəli gəlir. Bu proses tarixən
seyrlə başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticələrini də id-
rak süzgəcindən keçirməklə daha intensiv xarakter alır. Təbiətin ilkin təsir-
ləri ilə yanaşı insanın fəal müdaxiləsinə olan əks təsirlər də informasiya
mənbəyinə çevrilir.
İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəa-
liyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən biliklərə
tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində
sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş
verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq,
biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).
Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrçi mü-
nasibətindən törəyən, təməlində inikas prosesi dayanan koqnitiv biliklər
nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə məntiqi təfəkkür hələ
formalaşmadığından, seyr heç də biliklərə yox, yalnız təsəvvürlərə gətirib
çıxarmışdır. L.Levi-Bryulun yazdığı kimi, məntiqəqədərki (пралогичес-
Elm haqqında elm
528
кое) və mistik təfəkkür dövründə anlayış və biliklər əvəzinə yalnız
«kollektiv təsəvvürlər» olmuşdur.
7
1
Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasın-
da dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər
cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sayəsində insanın
özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoy-
duğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf
kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birin-
dən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı
əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndir-
mək və tarixi baxımdan müqayisə etmək çətindir.
Bununla belə, tarixən məhz əməli biliklərin ilkin olması, koqnitiv
biliklərin isə mifoloji təsəvvürlərlə, «məntiqəqədərki təfəkkürlə» əməli bi-
liklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fikri xeyli dərin
əsasa malikdir.
Tədqiqatçılardan P.P.Qaydenko da bu konsepsiyaya yaxın mövqedə
durur. Lakin P.P.Qaydenko elmə qədərki bilik formalarını da «elm» anla-
yışı ilə ifadə etdiyindən onun mövqeyi ziddiyyətlidir. F.Engelsə görə, nə-
inki qədim dövrlərdə, hətta intibah dövrünə qədər, daha sərt meyarlar qo-
yulduqda isə, XVIII əsrə qədər hələ elm olmamışdır. XVIII əsrdə «idrakın
sonsuz xaotik məlumatları qaydaya salındı, saf-çürük edildi və səbəbiyyət
əlaqəsinə gətirildi; bilik elm oldu və elmlər öz tamamlanmasına yaxınlaş-
dılar, başqa sözlə, bir tərəfdən fəlsəfə ilə, o biri tərəfdən də praktika ilə qo-
vuşdular. XVIII əsrə qədər heç bir elm yox idi, təbiətin dərk olunması yal-
nız XVIII əsrdə, yaxud bəzi sahələrdə bir neçə il əvvəl özünün elmi for-
masını almışdır».
7
2
P.P.Qaydenko isə elmi ilk biliklərin genezisi dövrünə
də aid edir və elm ilə din arasındakı əksliyin ilkin tarixi dövrlərə aid olma-
dığını göstərməyə çalışır. Onun mövqeyinə görə, elmlə dini şüurun əksliyi
din alimlərə azad tədqiqat aparmaqda mane olduğu dövrlərdə (XVIII əsrə
qədər) aiddir. Elmin «əvvəlki inkişaf mərhələlərində belə əkslik olmamış-
dır. Tarixən elmi bilik mifoloji, dini və bədii şüur formaları ilə çox müx-
təlif, bəzən hətta gözlənilməz münasibətlərdə olmuşdur. Məsələn, riyazi
1
Л.Леви-Брюль. Первобытное мышление. М., 1930, с. 302-308.
2
F.Engels. İngiltərənin vəziyyəti. On səkkizinci əsr // К.Маркс и Ф.Энгельс. Соч., т. I,
с. 599.
Əməli bilik, elm, texnologiya
529
tədqiqatların praktik-tətbiqi sferadan hələ dünyanın dini-mistik qavrayışın-
dan ayrılmamış sferaya doğru yerini dəyişməsi riyaziyyatın nəzəri elmə
çevrilməsi üçün tarixi amil olmuşdur».
7
1
Əlbəttə, bilavasitə insanların əmə-
li fəaliyyəti, ictimai istehsal prosesi ilə bağlı biliklərin həqiqətə daha yaxın
olması şübhə doğurmur.
Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın ye-
ganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mən-
şəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli bi-
liklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.
Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız induktiv me-
todla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı
olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müstəqilləşməyən,
ideal mövcudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi biliklərin
yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks qütb təşkil edir. Elmi bi-
liklərin əsasında ilkin koqnitiv biliklər dayandığı halda, əməli biliklər nis-
bi müstəqilliyini indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsa-
sında dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya arasındakı
münasibətin mənşəyi də koqnitiv və əməli biliklərin dialektikasında
axtarılmalıdır.
Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibət-
lərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə
münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğu bilik-
lərin xarakteri də dəyişmiş olur. C.Bernal ovçuluqdan əkinçiliyə keçidi bu
baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid
sayəsində mümkün olur. Doğrudan da, ovçuluq mərhələsində məqsədlə
fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliy-
yət və onun nəticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid pro-
sesi hələ yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unu-
dur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ov-
çuluğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı inkişafı sayəsində
ov üçün qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və
nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitələn-
diyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ov-
1
П.П. Гайденко. Эволюция понятия науки. Становление и развитие первых
научных программ. М., 1980, с. 29.
Elm haqqında elm
530
çuluq sahəsinə də aiddir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal
alətlərinə» əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymət-
ləndirilməsidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək sahələrinin
fərqləndirilməsindən ibarət olmayıb, daha prinsipial xarakter daşıyır və fi-
ziki və zehni əmək bölgüsünün əsasında dayanır. Bu məsələdə K.Marks və
F.Engels daha dəqiq bir təsnifat aparmağa çalışıblar: «Birinci halda adi
sağlam düşüncə kifayətdir, fiziki və əqli fəaliyyət hələ bir-birindən qətiy-
yən ayrılmamışdır; ikinci halda isə fiziki və əqli əmək arasında əməli su-
rətdə bölgü əmələ gəlmişdir».
7
1
Əkinçilik gözlənilən məhsulun alınması üçün bir sıra aralıq fəaliyyət
formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə de-
yil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb
yemək (xüsusən bişirmədən yemək; çünki oddan istifadə aralıq mərhələlər
zəncirində daha bir halqadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu
bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək va-
cib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları üçün heyvanları
əhliləşdirir və bəsləyib-böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və
ilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata keçi-
rilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi üçün
maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun su-
rətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv
biliklər zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz kimi, seyrlə
başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bü-
tün tarixi müşahidə predmetinə çevrilmişdir. Yalnız heyvanı necə tutmağı,
yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və bö-
yüdüyünü də bilmək zəruri idi».
7
2
Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə,
süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və
onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır:
«Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani münasi-
bətdir».
7
3
Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın
özünü təbiətdən ayırmasından və ya təbiətə vasitəli münasibətindən
1
K.Marks və F. Engels. Seçilmiş əsərləri: üç cilddə, I cild, Bakı, Azərnəşr, 1978. s. 45-46.
2
Дж.Бернал. Наука в истории общества, с. 61-62.
3
В.М.Межуев. Культура в истории. М., 1977, с. 107.
Əməli bilik, elm, texnologiya
531
başlanır. Bilavasitə əldə, əlin hərəkətlərində maddiləşən şüur zaman
keçdikcə, fəaliyyət çoxpilləli quruluş kəsb etdikcə, vasitələndirici
mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır.
Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz
texnika ilə qoyulmuşdur.
Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətlə-
ri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil.
Qədim adamlar özləri də texnikanın onların həyatında oynadığı mühüm
dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik ol-
maqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan «Enki və kai-
nat»
7
1
adlı şumer poemasında «allah Enki əsas etibarilə toxanı, kərpic üçün
formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütçü kimi, bir
sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən «texniki»
nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».
7
2
Lakin şübhəsiz ki, qədim
adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhə-
miyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz.
Keçmişin məlumatları müasir məntiqin imkanları mövqeyindən təhlil
edilməlidir.
Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görü-
nür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti
(məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə,
başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; məsələn,
gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndir-
məklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülmə-
sinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox
əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləş-
mədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövr-
lərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən
asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi üçün zəruri idi.
Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sö-
zün, dilin rolu böyük olmuşdur.
1
Bax: С.Н.Крамер. История начинается в Шумере. М., 1965, с. 116-dan sonra.
2
И.П.Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, с. 23-
24.
Elm haqqında elm
532
Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və
texnikanın genezisi ilə sıx əlaqədardır.
Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu aydın şə-
kildə təsəvvür edə bilmək üçün, elmi-texniki inqilabın mahiyyətini müəy-
yənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müstəqil tarixi inkişaf
yolunu öyrənmək tələb olunur. Bu cür tələbat təkcə baxılan sahə üçün yox,
ümumiyyətlə istənilən ictimai hadisə üçün zəruridir. Doğrudan da, ayrılıq-
da elm və texnikanın ilkin formalaşma dövründən başlayaraq keçdikləri ta-
rixi mərhələlər məlum olmadan «elm-texnika» sisteminin müasir dövrdəki
strukturunu müəyyən etmək çətindir.
Elm və texnika min illərdən bəri dönmədən inkişaf edir və bu in-
kişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsfi etdiyi,
möcüzə saydığı hadisələri elm artıq həqiqətə çevirmişdir. Bəs bu gün insan
elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu?
Və ya o heç olmazsa nəfəsini dərmək üçün dayanmırmı? Dayanıb keçdiyi
yolu tənqidi təhlil süzgəcindən keçirmirsə, özünü dərk etməyə təşəbbüs
göstərmirsə, onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?
Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin möv-
cud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə
olunmuş nailiyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən
elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə,
yaxud ictimai mənafeyə uyğun olaraq planlı surətdə idarə etməyə çalışır.
Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensi-
alın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir
dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və
daha səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın
daha çox dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir.
Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əl-
də etmişdir, istehsalatın real tələbləri bu gün də elmin inkişafına ciddi təsir
göstərir və bu təsirin plana uyğun surətdə tənzim edilməsi elmi idarəetmə
qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün
həm iqtisadiyyatın, həm də elmin inkişaf perspektivlərini qabaqcadan
düzgün müəyyənləşdirmək tələb olunur. Ən yaxın gələcəkdə və nisbətən
sonrakı dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük əhə-
miyyət kəsb edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə al-
maq heç də asan məsələ deyil.
Əməli bilik, elm, texnologiya
533
Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-hesabla-
ma maşınları və mikroprosessor texnikasının inkişafına üstünlük verilir.
Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamental elmləri mü-
vafiq aspektlərini intensiv inkişafını nəzərdə tutur. Üstün istiqamətlərin se-
çilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsa-
lata nəzərən qabaqlayıcı rol oynadığından, iqtisadi və texniki tərəqqi
proqnozlaşdırılarkən elmin perspektiv imkanları əvvəlcədən nəzərə alın-
malıdır. Elm isə yaradıcı sahə olduğundan burada tam dəqiq proqnoz və
konkret planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə nə kimi
praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü re-
al vəziyyəti və inkişaf meylləri əsasında müəyyənləşdirilə bilər. Belə ki,
fundamental elmi yeniliklərdən praktik tətbiqə qədər olan bütün
mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.
Fundamental elmlər tətbiqi elmlərin proqnozu üçün açar olsa da,
onun özünün proqnozlaşdırılması xeyli dərəcədə çətindir. Buna görə də,
fundamental elmlərin proqnozu dedikdə, mümkün olan ayrı-ayrı konkret
elmi nailiyyətlərin qabaqcadan xəbər verilməsi deyil, onun inkişafında
hansı istiqamətlərin daha perspektivli olacağının müəyyənləşdirilməsi
nəzərdə tutulur.
Beləliklə, istər fundamental, istərsə də tətbiqi elmlərin inkişafında
üstün tədqiqat istiqamətləri, bir tərəfdən, sosial-iqtisadi tələbatın nəzərə
alınması, digər tərəfdən də, elmin özünün proqnozlaşdırılması əsasında se-
çilir. Üstün istiqamətlər düzgün müəyyənləşdirildikdən sonra elmi potensi-
al operativ surətdə həmin sahələrə yönəldilir. İstər elmi-tədqiqat ləvazima-
tı, istərsə də elmi işçi kadrları daha çox dərəcədə məhz bu sahələrdə cəm-
ləşdirilir.
Keçmişdə də elmi və əməli fəaliyyətin müəyyən üstün istiqamətləri
var idi. Lakin zaman getdikcə bu istiqamətlər dəyişir. Əvvəllər alim və sə-
nətkarların, ixtiraçıların diqqət mərkəzində duran məsələlər bu gün arxa
plana keçir.
Əməli fəaliyyət elmdən asılı olmadan, müstəqil surətdə inkişaf et-
diyi vaxtlarda onun bir sıra sahələri elə yetkinlik dərəcəsinə çatmışdı və
burada insanlar elə xüsusi biliklərə, vərdişlərə yiyələnmişdi ki, onlar bu
gün də əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdiş-
lərin yüksək dərəcədə inkişafı koqnitiv biliklərin məhdudluğuna baxma-
yaraq, mükəmməl qurğular yaratmağa imkan verirdi.
Elm haqqında elm
534
Qədim Misir ehramlarından tapılmış və b.e.ə. IV-III minilliyə aid
olan bir fiqur, mütəxəssislərin fikrincə, bütün incəlikləri ilə müasir
təyyarənin modelini xatırladır. Burada bütün fiziki xassələr və həndəsi
nisbətlər olduqca dəqiq nəzərə alınmışdır.
Ələddinin sehrli çırağı ilə assosiasiya yaradan başqa bir qədim
tapıntı qalvanik elementin, yaxud kondensatorun qədim Babil sənət-
karlarına bəlli olduğunu göstərir. Hətta belə ehtimal olunur ki, lampanı
yaxşı-yaxşı sürtdükdən sonra hasil olan cin, o vaxtın adamlarını dəhşətə
gətirən və lampa sahibinin qüdrətinə dəlalət edən elektrik boşalması imiş.
Bu gün kukla teatrında çox vaxt əlin köməyindən istifadə edildiyi
halda, yunanlar hələ eramızdan əvvəl avtomat teatr düzəldə bilmişdilər. İs-
gəndəriyyəli Heronun təsvirinə görə, kimsənin kənar müdaxiləsi olmadan
mexaniki qurğu qədim yunan qəhrəmanlarının döyüş səhnələrini və hərə-
kətlərini ifa edir, barabanları səsləndirirdi. O dövrün ixtiraçıları tərəfindən
düzəldilən və Heronun təsvir etdiyi qurğulardan biri – buxarın təsiri ilə fır-
lanan kürəvi cisim müasir buxar turbinini xatırladır. Məşəl yandırılarkən
məbədin qapılarının açılması, ilk su avtomatları və Platonun dostu Tarentli
Arxitasın ağacdan düzəltdiyi uçan göyərçin isə qədim dövrdə avtomatika-
nın yüksək inkişaf səviyyəsindən xəbər verir.
XVI-XVII əsrlərdə yaylı və kəfgirli saatların ixtira olunması sonra-
lar android adlandırılan mexaniki adam-avtomatların düzəldilməsinə bö-
yük təkan verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət
edən Tariano qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgər-
lərin döyüş səhnəsini nümayiş etdirirdi. Deyilənə görə, XVII əsrdə Yeni
Dövrün böyük filosofu R.Dekart Fransina adlı mexaniki qadın düzəltmiş-
di.
7
1
XVIII əsrdə fransız ixtiraçısı Cak de Vakanson avtomat-eşşəyin idarə
etdiyi toxucu dəzgahı qurmuşdu. Onun düzəltdiyi android-çoban isə fleyta-
da on iki hava çala bilirmiş.
Belə misalları çox çəkmək olar. Lakin belə bir sual ortaya çıxır ki,
müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bunun ehti-
malı çox azdır. Bugünkü robotlar, əlbəttə, bilavasitə istehsal sahəsində fay-
dalı əməklə məşğul olmaqla demonstrativ xarakterli əyləncə-androidlərdən
üstündür. Lakin bizcə, mühəndis təxəyyülünün təkrarlanmazlığı və incə
strukturu baxımından sələflərin istedadı daha çox təqdirəlayiqdir.
1
В. Бусленко. Наш коллега – робот. М., 1984, с. 21.
Əməli bilik, elm, texnologiya
535
Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində texniki yaradıcılıq
üçün yeni-yeni imkanlar açıldığından və yeni keyfiyyətli təbii-elmi prin-
siplər əsasında işləyən texniki qurğular yaradıldığından keçmiş texniki nai-
liyyətlərin sirləri tədricən unudulmuşdur. (Unudulmuş texnologiyalar içəri-
sində təbii dərmanların hazırlanması üsullarını və xalq təbabətinin sirlərini
xüsusi qeyd etmək lazımdır).
Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən
texniki tərəqqi elmdən asılı vəziyyətə düşür. Hər bir yeni elmi nailiyyətin
geniş miqyaslı tətbiqi ilə əlaqədar olaraq texnika yeni keyfiyyət halına ke-
çir və əvvəlki texnologiya, praktik biliklər və əməli vərdişlər əhəmiyyətini
itirir. Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret
xarakter alır. O daha vahid və bütöv bir proses kimi davam edə bilmir. Va-
rislik itdiyindən yeni nəsil əvvəlki nəslin ixtiraçılıq məharətinə yiyələnə
bilmir. Halbuki bilik və sənətkarlığın yeni nəslə ötürülməsi mədəni
tərəqqisinin ən mühüm şərtlərindən biridir.
Əgər keçmişdə məhdud zehni biliklər əsasında bəzən o dövrün
ümumi inkişaf səviyyəsi baxımından ağlasığmaz görünən unikal ixtiralar
edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində
açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür.
Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qalır.
Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial
və qnoseoloji sistem kimi formalaşdığı və daxili tamlığa malik bütöv,
müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, nə də elmi-texniki fəa-
liyyət hələ sosial institut kimi formalaşmamışdır. Ona görə də, elmi-texniki
tərəqqinin perspektivi ən çox bu sahədəki təşkilati işin səmərəsi ilə bağ-
lıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb
etməyəndə, elm ilə istehsalat arasındakı əlaqə də nizamlı və müntəzəm
xarakter daşıya bilmir.
Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəqqinin
qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki
tərəqqi ilə yanaşı elmi-texniki tərəqqidən də danışmaq lazım gəlir.
Müasir sistem-struktur təhlil metodunun və «bütövlük» haqdakı təli-
min əsas məziyyətlərindən biri budur ki, «nisbi müstəqil» anlayışının qey-
ri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Məsələ burasındadır ki,
«nisbi müstəqillik» anlayışı istənilən iki əlaqədar tərəf arasındakı müna-
sibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstə-
Elm haqqında elm
536
qilliyi hələ onun daxili tamlığına dəlalət etmir. «Daxili tamlıq» şəraiti isə
sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir.
Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil olmasa-
lar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müasir dövrdə də öz
nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bundan başqa, elm və
texnika arasında qarşılıqlı əlaqə əvvəllər də mövcud olmuşdur və «nisbi-
lik» şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır.
Bu baxımdan yanaşdıqda yeni «elm-texnika» sisteminin formalaşması haq-
qında heç bir ciddi elmi qənaətə gəlmək mümkün deyil. Yeni nisbi müstə-
qil sistemin – «elm-texnika» sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsür-
ləri çoxluğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna
bilər.
Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələlərin,
həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi onların sosial
mahiyyətini də müəyyənləşdirməyə imkan verir ki, bu da elmi-texniki
tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi üçün əsas şərtdir.
Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap
başlanğıcdan insanın və cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam
təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi,
mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika ictimai
tərəqqinin mənəvi məhsulu olmaqla bərabər, həm də maddi məhsuludur.
Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları zamanın-
dan, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də istifadə etdiyi
vaxtdan meydana gəlmişdir. Belə vasitələrin düzəldilməsi də müəyyən
zəruri ictimai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması
halında mümkün olmuşdur. S.Lilli yazır: «Yalnız öz əkin işlərinin öhdəsin-
dən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək
üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkar-
lardan müasir əmək alətləri alırdılar».
7
1
İnsanlarda şüurluluq və ictimailəş-
mənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı
şəraitində əsas məqsəd gündəlik yem tədarükü görməkdən, öz başına çarə
qılmaqdan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifayət
qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sərbəst vaxt əldə
edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul
1
С.Лилли. Люди, машины и история. M., 1970, s. 21
Əməli bilik, elm, texnologiya
537
etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesi-
fik əmək bölgüsü yox idi; yəni texniki vasitələrin hazırlanması ilə məşğul
olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda
onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki
insan qrupları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə
olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bütövlükdə
cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika
sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz
tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi
formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və
eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.
Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf
edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviy-
yəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan
vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər
arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elm
də qlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır.
Elə xassələr vardır ki, onlar baxılan tərəfə heç də həmişə xas olma-
yıb, onun inkişafının yalnız müəyyən mərhələsində təzahür edir. Elmi
inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümumictimai sistem kimi
formalaşmağa başlayarkən təzahür etmişdir. Ümumiyyətlə müasir dövrdə
elm və elmi inkişaf hadisəsi üçün səciyyəvi olan xassələrin əksəriyyəti
elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir.
Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseoloji sis-
tem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlan-
ğıcdan ictimai münasibətlər sferası ilə qırılmaz surətdə bağlı olmuş və
qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı elmi fəaliyyətin müm-
künlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən təmin olunmasını tələb edirdi
ki, bu da həmin dövrdə elmi yaradıcılığın mövcud iqtisadi münasibətlərdən
asılı olduğunu göstərir. Məsələn, məlum olduğu kimi yalnız köləlik əkinçi-
liklə sənaye arasında böyük miqyasda əmək bölgüsünü mümkün etdi, belə-
liklə də qədim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi
üçün şərait yaratdı.
Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem kimi
formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xarakter alması da
məhz elmin sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.
Elm haqqında elm
538
Elmi-texniki biliyin
və elmi-texniki fəaliyyətin mahiyyəti
Dostları ilə paylaş: |