K.Marks
Elm ümumbəşəri hadisədir. Yəni hər millətin öz elmi olmur. Habelə
hansı isə bir ölkənin, transmilli şirkətin elmi ola bilməz. Çünki onun hərə-
kətverici qüvvəsi yalnız milli iqtisadi və ya siyasi amillərdən asılı olmayıb,
həm də və daha çox dərəcədə insanın mahiyyəti, onun şəxsi intellektual
ehtiyacları ilə bağlıdır.
Digər tərəfdən, elm ictimai sistemdir; ayrı-ayrı adamlar fərdi və ya
qrup miqyasında elmi yaradıcılıqla məşğul olsalar da, onların aldığı nəti-
cələr müəyyən vasitələrlə mərkəzləşmiş sistemə daxil olmasa, bu nəticələ-
rin hələ böyük elmə aidiyyəti yoxdur. Bütün bəşəriyyət miqyasında vahid
bir elm sistemi vardır ki, hər bir xalq və hər bir alim onun formalaşmasın-
da və inkişafında bu və ya digər dərəcədə iştirak edir. Amma elmin yekun
bir sistem kimi idarə olunması və yönəldilməsi, onun nəticələrinin tətbiq
edilməsi xeyli dərəcədə fərqli bir hadisədir və bu yönəldicilər sırasında
olmaq heç də bütün ölkələrə nəsib olmur. Bax, bu məsələdə siyasi və
iqtisadi güc amili həlledici rol oynayır.
Əlbəttə, nisbi lokal elm sistemləri də ola bilər. Məsələn, keçmiş
SSRİ-nin elm sistemi buna bir nümunə idi. İ.V.Şulqina SSRİ-də elmin təş-
kilati strukturu və infrastrukturu ilə əlaqədar tədqiqat işində bir ölkə da-
xilində elmin özünü təşkilatlandıran bir sistem kimi mövcudluq şərtlərini
təhlil edərək yazır ki, bunun üçün mühüm şərtlərdən biri elmin maddi-tex-
niki bazasının təmin olunmasıdır ki, bu isə ancaq böyük dövlətlərin imkanı
daxilində ola bilər.
7
1
Burada miqyas həqiqətən çox böyük olmalıdır; təkcə
maddi-texniki bazanın deyil, həm də elmin öz daxili təşkilatlanmasının
təminatı üçün. Belə ki, müxtəlif elmi tədqiqatların müəyyən bir elm sahə-
1
И.Ф. Шульгина. Инфраструктура науки в СССР. М., Наука, 1988, c. 76.
Elm–Texnika–İstehsal
495
sini, ən azı müəyyən bir mövzunu əhatə edə bilməsi, işin başa çatdırılması,
tətbiq üçün hazır bir hala salınması üçün həm üfüqi, həm də vertikal
müstəvilərdə geniş miqyaslı ictimai sistem yaradılmalıdır.
Əvvəla, hər bir tədqiqatçı üçün ilkin elmi mühit tələb olunur. Mühi-
tin formalaşması isə müəyyən bir ixtisas və hətta problem üzrə ən azı bir
neçə mütəxəssisin yetişdirilməsi sayəsində əldə edilir. Digər tərəfdən,
əmək bölgüsünün təmin olunması, birinin başladığı işin başqası tərəfindən
davam etdirilməsi, arada rabitənin qırılmasına yol verməmək üçün mərkəz-
ləşmiş əlaqələndirmə və əks-əlaqə sistemləri tələb olunur. Yoxsa, başlanan
tədqiqat yarı yolda kəsilər və ictimai həyata vəsiqə ala bilməz. Yaxud
tədqiqatçı məcbur olub öz yeniliyini “xarici bazara çıxarmalı olur və çox
vaxt öz məhsulunu pulsuz təklif edir.
Kiçik ölkələrdə böyük elm sistemi qurmaq mümkün olmadığına gö-
rə, bu ölkələrdə aparılan lokal elmi tədqiqatlar gec-tez beynəlxalq miqyaslı
böyük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa sözlə desək, kiçik
ölkələrdə fundamental elmlə məşğul olmağın yeganə yolu böyük elm
mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilməkdir.
Lakin elmlər tarixən müasir daxili vəhdət səviyyəsinə böyük çə-
tinliklə gəlib çatmışdır. İlk dövrlərdə elmi fəaliyyət nəinki ümumbəşəri,
planetar miqyasda, heç ayrı-ayrı ölkələr miqyasında da əlaqələndirilməmiş,
elmi tədqiqatlar pərakəndə xarakter daşımışdır. Elmi ictimaiyyət bir çox
tədqiqatlardan xəbərsiz qalmış, eyni bir ideya müxtəlif ölkələrdə dönə-
dönə yenidən kəşf edilmişdir. Düzdür, tarix hər şeyi sanki yerinə qoymuş-
dur. Amma alimlərin öz aralarında bütöv əməkdaşlıq şəbəkəsi yaratması
hər ixtisas üzrə ölkə və dünya miqyasında elmi ictimaiyyətin təmərküzləş-
məsi hələ vahid elm sistemindən danışmaq üçün yetərli sayıla bilməz.
XVII–XVIII əsrlərdə elm adamları bir-birini sadəcə olaraq ona görə tanıya
bilirdilər ki, elmi fəaliyyət geniş miqyas almamışdı və müəyyən problem
üzrə çalışan tək-tək adamlar bir-birindən çətinliklə də olsa, xəbər tuta bilir-
di. Bəzən heç bu da mümkün olmurdu. Amma elm kütləviləşdikcə, eyni
problemlər üzrə daha çox bölgələrdə və daha çox adam çalışdıqca, təşkilat-
lanmaya ehtiyac da artırdı.
İlk beynəlxalq miqyaslı və yüksək peşəkarlıq seçimi ilə fərqlənən
belə təşkilatlardan biri London Kral Cəmiyyəti (1662-ci il) olmuşdur. On-
dan az sonra 1666-cı ildə Fransa Kral Elmlər Akademiyası, 1700-cü ildə
isə Berlin Elmlər Akademiyası, 1724-cü ildə Peterburq Akademiyası ya-
Elm haqqında elm
496
randı. Bütün elm sahələrini əhatə edən Akademiyalarla paralel surətdə
müəyyən profillər üzrə, habelə elm və sənətin kəsişdiyi sahələr üzrə yaran-
mış ictimai birliklərin və təşkilatların da böyük səfərbəredici əhəmiyyəti
var idi.
Beləliklə, Yeni Dövrdə elmin dindən, fəlsəfədən və təhsildən ayrı,
müstəqil təşkilati formaları əmələ gəldi. Biz müstəqillik şərtini ona görə
xüsusi vurğulayırıq ki, əvvəllər elm adını çəkdiyimiz bu üç sahədən hər
hansı birinin tərkibində təşkilatlanmaqla, müasir mənada elmin yaranması
və formalaşması üçün baza ola bilmirdi. Belə ki, hələ eramızdan əvvəl qə-
dim Yunanıstanda yaradılmış Platon Akademiyası (e.ə. 387-ci il) müasir
elm üçün nümunə ola bilməzdi. XVII əsrdə Avropada yaranan yeni Akade-
miyalar bu qədim elm-fəlsəfə məbədinin sanki ancaq adını saxlamışdılar;
daha doğrusu, fəlsəfədən fərqini göstərmək üçün qarşısına bir elm sözü də
əlavə edirdilər: Elmlər Akademiyası. London və Parisdən əvvəl Akademi-
ya ənənəsinin bərpası Roma və Florensiyada başlanmışdı. 1600-cü ildə
Romada və 1651-ci ildə Florensiyada yaranan bir növ sinkretik Akademi-
yalarda müstəqil elmi fəaliyyət hələ tam kristallaşmadığı üçün onların öm-
rü də uzun olmamışdı. O dövrdə fəaliyyət göstərən universitetlər, ya hələ
kilsədən tam ayrılmadıqlarına görə və başlıca məqsədləri dini xadim hazır-
lamaq olduğuna görə, ya da təhsil funksiyasının elmə nisbətən üstünlük
təşkil etdiyinə görə, elmin təşkilatlanması sahəsində yaranmış ehtiyacları
ödəmək üçün yetərli deyildilər. Lakin bununla belə, universitetlər bir tam
halında formalaşmaqda olan Avropa elmi üçün əsas kadr bazaları idi.
Avropada ilk universitetlər islam aləmindəki ilk universitetlərdən
(məsələn, Mərakeşdə Karayin Universiteti – 859-cu il) təqribən 2-3 əsr
sonra yaranmışdır; 1088-ci ildə Bolonyada, 1160-cı ildə Parisdə, 1167-ci
ildə Oksfordda, 1209-cu ildə Kembricdə, 1224-cü ildə Neapolda fəaliyyətə
başlayan ali məktəblər kilsə ilə əlaqəni tam kəsə bilməsələr də, elmi biliyin
yayılması və inkişafında mühüm rol oynayırdılar. Lakin onların əsas
fəaliyyəti təhsil olduğundan, elmi tədqiqatların təşkili və dəyərləndirilməsi
sahəsində tələbatı ödəyə bilmirdilər.
Akademiya və ya Elm Cəmiyyətləri adı altında yaranan yeni tipli
təşkilatların isə əsas və yeganə vəzifəsi elmi fəaliyyətlərin stimullaşdırıl-
ması və əlaqələndirilməsi, habelə yeni elmi ideyaların yayılmasından iba-
rət idi. Tarixən elmi biliklərin toplanması və yayılmasına xidmət edən ilk
böyük elm mərkəzi İskəndəriyyə muzeyi (e.ə. III əsr) hesab olunur ki,
Elm–Texnika–İstehsal
497
onun da əsas sərvətlərindən biri hələ də öz şöhrətini itirməmiş əfsanəvi
İskəndəriyyə kitabxanası olmuşdur. Onun bir növ analoqu olan Kordova
Akademiyası (X əsr) da məhz o dövr üçün ən böyük elmi kitabxanası
(400 000 nüsxə) ilə məşhur idi. Lakin tezliklə Avropanın dini-siyasi
xəritəsində baş verən dəyişikliklər bu böyük elmi mərkəzin də fəaliyyətinə
son qoydu. XIII əsrdə ərəblərin İspaniyadan sıxışdırılıb çıxarılması ilə bə-
rabər, Kordova kitabxanası da yandırıldı.
7
1
İlk dövrlərdə böyük maddi və təşkilati çətinliklər olmasına baxma-
yaraq, elmin institutlaşması sürətlə gedirdi. Bu işə təkan verən o dövrdə
böyük nüfuz sahibi olan bir sıra elm adamlarının şəxsi səyləri və
entuziazmı idi. Məsələn, London Kral Cəmiyyətinin yaranmasında həmin
ərəfədə yaşamış böyük filosof F.Bekonun və böyük maarifçi Yan Amos
Kamenskinin də ideya və təklifləri mühüm rol oynamışdı. Bu cəmiyyətin
üzvləri arasında İ.Nyuton (1703-1727-ci illərdə Cəmiyyətin prezidenti ol-
muşdur), R.Boyl, R.Huk və s. görkəmli elm adamlarının olması onun
nüfuzunu və fəaliyyət dairəsini genişləndirirdi. Həmin dövrdə demək olar
ki, bütün kəşf və ixtiralar Cəmiyyətin yığıncağında məruzə olunur və mü-
zakirə edilirdi. Hansı isə ideyanın həqiqiliyi və orijinallığı haqqında
Cəmiyyətin üzvü olan böyük elm adamları qərar çıxarırdı. Başqa sözlə
desək, Cəmiyyət elmi ekspertiza funksiyasını da yerinə yetirirdi.
Bu təşkilat 350 ildən artıqdır ki, dünyanın aparıcı elm mərkəzlərin-
dən biri kimi fəaliyyət göstərir. Əslində bilavasitə elmi fəaliyyətlə məşğul
olmasa da, London Kral Cəmiyyəti elmin stimullaşdırılmasında, dəyərlən-
dirilməsində və əlaqələndirilməsində bu gün də böyük rol oynayır. Onun
sıralarında 1000 nəfərə yaxın görkəmli elm xadimi birləşir. Cəmiyyətin
1665-ci ildən başlayaraq bu günədək nəşr etdiyi “Kral Cəmiyyətinin fəlsəfi
əsərləri” jurnalı müntəzəm surətdə çap olunan ən qədim elmi jurnal sayılır.
“Fəlsəfə” sözünün saxlanması da o dövrlərdən gələn ənənəni ifadə edir.
Təsadüfi deyil ki, İ.Nyuton da mexanika sahəsində yazdığı məşhur əsərinin
adını “Naturfəlsəfənin əsasları” qoymuşdu. Avropada ən yüksək elmi dərə-
cənin də “fəlsəfə doktoru” (Ph.D.) adlanması məhz bu ənənənin davamıdır.
London Kral Cəmiyyətinin bu nəşri əslində fəlsəfəyə yox, elmə aiddir. Bu-
rada “fəlsəfə” sözü naturfəlsəfə, yaxud müasir mənada təbiət elmi
deməkdir.
1
Bax: И.А.Климишин. Открытие Вселенной. М., Наука, 1987, с. 86-87.
Elm haqqında elm
498
O dövrdə alimlərin hərtərəfli dəstəyə olan ehtiyacı getdikcə artır və
yeni təşkilati formalar ortaya çıxırdı. Məsələn, 1795-ci ildə təsis olunmuş
“Fransa texniki sənət və peşə konservatoriyası”, 1822-ci ildə yaradılmış
“Alman təbiətşünasları yığıncağı” həmin dövrdə elmin inkişafında mühüm
rol oynamışdır. Baxmayaraq ki, London Kral Cəmiyyəti artıq yarım əsrdən
çox idi ki, fəaliyyət göstərirdi, bu təşkilat Britaniyada və bütövlükdə Avro-
pada elm adamlarının fəaliyyətini əlaqələndirmək və onlra maddi dəstək
vermək funksiyasını yerinə yetirməkdə çətinlik çəkirdi. Həm də bu Cəmiy-
yət ilk cığır açanlardan olduğu üçün onun yaradılması zamanı bir sıra təş-
kilati və iqtisadi xarakterli amillər nəzərə alınmamışdı. Ona görə də, XIX
əsrin əvvəllərində Avropa alimləri bütün dünya alimlərinin nüfuz və səylə-
rini birləşdirən yeni təşkilati formalara ehtiyac hiss edirdilər. Təsadüfi
deyil ki, 1831-ci ildə paralel surətdə başqa bir təşkilat – Elmin inkişafı üzrə
Britaniya Assosiasiyası (BAAS) yaradıldı. Həmin illərdə digər Qərb ölkə-
lərində də elmin təşkilatlanması sahəsində ciddi addımlar atılırdı: 1815-ci
ildə İsveçrədə, 1822-ci ildə Almaniyada, 1833-cü ildə Fransada, 1839-cu
ildə İtaliyada və nəhayət 1848-ci ildə ABŞ-da analoji təşkilatların yaran-
ması heç də təsadüfi deyildi. Əslində bu dövr elmin zəfər dövrü adlandırıla
bilər; çünki XIX əsrdə elm özünün artıq yüksələnxətli inkişaf mərhələsinə
keçmişdi və bu dəyişiklikdə elmin ictimai təşkilatlanması da az rol
oynamırdı.
C.Pankaldi özünün “Elmin beynəlmiləlliyi və Britaniya Assosiasiya-
sı” əsərində milli elm institutlarının təhlili haqqında yazdıqlarını şərh edir.
Burada elmin milli çərçivədən çıxması zərurətindən bəhs edilir. Elmin
məzmununun universal xarakterinə uyğun olaraq elmi fəaliyyətin də bey-
nəlmiləlləşməsinin qaçılmaz olduğu göstərilir. Pankaldi buna uyğun olaraq
elmin bütün Avropa miqyasında təşkilatlanması ideyasını irəli sürürdü.
7
1
1828-ci ildə Bebbic Avropa Elm Akademiyasını yaratmaq planı ilə
çıxış edir və onu A.Humboldta təqdim edir. Elmi obyektivliyi və kosmo-
politizmi qorumaq üçün Akademiyanın maraq dairəsindən əxlaq, siyasət
və din məsələlərini çıxarmaq təklif olunur. Diqqət əsasən dəqiq elmlərə
yönəldilir. İlk növbədə elmi biliklərin mübadiləsinin təşkili məsələsi önə
çəkilir. O dövrün görkəmli alimlərinin səyi nəticəsində Fransa, Prussiya,
1
М.К.Петров. Философские проблемы «науки о науке». Предмет социология
науки. М., «Российская политическая энциклопелдия», 2006, с. 364.
Elm–Texnika–İstehsal
499
Danimarka və Rusiya bu ideyanı dəstəkləyir. Avropada elmi kooperasiya
prosesi XIX əsrin ikinci yarısında da davam edir.
1881-ci ildə Yorkda bu təşkilatın altı bölməsi yaranır: riyazi və fiziki
elmlər, kimya, mineralogiya, geologiya və coğrafiya, zoologiya və botani-
ka, mexanika. C.Morell və A.Tekri özlərinin “Elmin centlmenləri” kitabın-
da bu prosesin xronoloji ardıcıllığını verirlər. Onların cədvəlinə görə,
Yorkda yaranmış təşkilatı struktur 1832-ci ildə Oksfordda (4 bölmə),
1833-cü ildə Kembricdə (6 bölmə), 1834 cü ildə Edinburqda (6 bölmə),
1835-ci ildə Dublində (6 bölmə), 1836-cı ildə Bristolda (7 bölmə) və son-
rakı illərdə İngiltərənin demək olar ki, bütün əsas şəhərlərində yayılır və
çox geniş bir şəbəkəni əhatə edir.
7
1
Elmin təşkili sahəsində XVIII-XIX əsrlərdə formalaşan ənənələr XX
əsrdə də davam etdirilmişdir. Bu dövrdə ən böyük elm mərkəzlərinə misal
olaraq SSRİ Elmlər Akademiyasını və Qərbdə Maks Plank Cəmiyyətini
göstərmək olar. 1948-ci ildə Qərbi Almaniya formalaşdırılarkən həyata ke-
çirilən ilk mühüm tədbirlərdən biri elmin mərkəzləşmiş inkişafı sahəsində
atılan addım – Maks Plank Cəmiyyətinin yaradılması oldu. Hazırda bu
böyük elmi mərkəzin nəzdindəki 80 profildə elmi-tədqiqat institutlarında
15 000 işçi çalışır ki, bunların da 5 200 nəfəri elmi dərəcəyə malik peşəkar
alimlərdir. Mərkəzin büdcəsi ildə 1 milyard 300 milyon avrodur ki, onun
da 80%-i ictimai mənbələrdən ödənir. Əlbəttə, Qərb üçün bu cür mərkəz-
ləşmiş elmi təşkilatlar ənənəvi deyil. Orada fundamental tədqiqatlar əsasən
universitetlərdə həyata keçirilir. Keçmiş SSRİ EA-nın isə proobrazları Ru-
siya və bəzi MDB ölkələrində (o cümlədən, Azərbaycanda) saxlansa da,
onlar əvvəlki səmərə ilə işləyə bilmir. Bu məsələni Rusiyalı ekspertlər
dönə-dönə diqqətə çatdırırlar.
7
2
Əslində heç böyük ölkələrdə də tam müstəqil elm sistemləri müm-
kün deyil. Ona görə də, böyük ölkələrdə ancaq nisbi müstəqil elmi fəa-
liyyət sistemləri mövcuddur ki, onlar öz aralarında birləşərək planetar
miqyaslı böyük elm sistemini yaradırlar.
Dövlətlərin və böyük şirkətlərin elmin inkişafında maraqlı olması ilk
növbədə onun iqtisadi səmərə vermək imkanı ilə bağlıdır. Müasir iqtisadi
1
J.B.Morrell, A.Thackray. Gentlmen of science: Early years of the British Association for
the Advancement of Science. Oxford, Claredon Press, 1981, pp. 453-454.
2
Məs.: С.М.Рогов. Невостребованность науки – угроза безопасности страны //
Газета «Поиск», № 12, 19 марта 2010 г.
Elm haqqında elm
500
sistemlərin strukturunda bir qayda olaraq elmi fəaliyyət və tətbiq üçün də
yer nəzərdə tutulur.
Müasir mərhələdə bir sıra qabaqcıl Qərb ölkələrində fundamental və
tətbiqi elmlərin, habelə təcrübi konstruktor işlərinin təşkili və idarə olun-
ması dövlət səviyyəsində həyata keçirilir. İqtisadiyyatın böyük qisminin
özəl sektora aid olması və ona görə də yeni elmi-texniki işləmələrinin sifa-
rişçilərinin də əsasən özəl müəssisələr olmasına baxmayaraq, elmi-texniki
fəaliyyət hökumətin təşkilati strukturuna daxil olan qurumlar vasitəsilə
idarə olunur. Məsələn, İngiltərədə fundamental elmlər sahəsində tədqiqat-
ların yönləndirilməsi, tənzimlənməsi və maliyyələşdirilməsi Elm və Təhsil
Nazirliyi tərəfindən, elmi-texniki və təcrübi konstruktor işlərinin təşkili isə
Texnika Nazirliyi tərəfindən həyata keçirilir. Təxminən eyni struktur Al-
maniyada da tətbiq olunur. Burada Elm və Təhsi Nazirliyi ilə yanaşı, Təd-
qiqatlar və Texnologiyalar Nazirliyi fəaliyyət göstərir.
7
1
Hazırda
Qazaxstan, Gürcüstan və s. MDB ölkələri də analoji təşkilati struktura
keçmək üçün mühüm addımlar atmışdır. Ən əsası odur ki, fundamental
elmlərin təhsillə birləşdirilməsi eyni elmi kadrların həm tədqiqat, həm də
müəllimlik fəaliyyəti üçün imkan yaradır. Digər tərəfdən də, universitetlər
öz elmi potensialına arxalana bildikləri üçün özlərini daha güvənli hiss
edirlər.
İqtisadiyyatın intensiv inkişaf xəttinə keçirilməsinin mühüm şərt-
lərindən biri ən müasir tələblərə cavab verən mükəmməl idarəetmə siste-
minin yaradılmasıdır. Təsərrüfatın bütün sahələrinin iqtisadi səmərəsi get-
dikcə daha çox dərəcədə idarəetmə formalarından asılı olur. İdarəetmə sis-
teminin zəruriliyini və mahiyyətini K.Marks çox gözəl ifadə etmişdir:
«Hər cür bilavasitə ictimai əmək və ya nisbətən böyük miqyasda sərf edi-
lən birgə əmək çox və ya az dərəcədə idarə olunmağa möhtacdır, çünki bu
idarəetmə fərdi işlər arasında uyğunluq yaradır və istehsal orqanizminin
müstəqil orqanlarının hərəkətindən fərqli olaraq, bütün istehsal orqanizmi-
nin hərəkətindən doğan ümumi funksiyaları yerinə yetirir. Ayrıca bir skrip-
kaçı özü özünü idarə edir, orkestri idarə etmək üçün isə dirijor lazımdır».
7
2
İstehsalın elmi surətdə idarə olunması elmin istehsala tətbiqinin
spesifik formasıdır. Belə ki, elmin inqilabi səmərəsindən, onun bilavasitə
1
Н.В.Шелюбская. Научно-техническая политика Великобритании, М., Наука,
1990, с. 34.
2
K.Marks. Kapital. I cild, Bakı, Azərnəşr, 1969, s. 334.
Elm–Texnika–İstehsal
501
məhsuldar qüvvəyə çevrilməsindən danışarkən bir qayda olaraq təbiətşü-
naslığın tətbiq olunması: yeni enerji mənbələrinin tapılması, yeni material-
lar hazırlanması və ilk növbədə yeni keyfiyyətli əmək alətləri – maşınlar,
avtomat sistemlər və s. düzəldilməsi nəzərdə tutulur. Halbuki elm idarəet-
mə nəzəriyyəsi kimi istehsala, iqtisadiyyata tətbiq olunarkən heç də az
səmərə vermir. Bu zaman elmin, xüsusən ictimai elmlərin, kibernetikanın,
idarəetmə nəzəriyyələrinin nailiyyətləri texnikanın yeniləşdirilməsinə,
texnoloji prinsiplərin təkmilləşdirilməsinə deyil, istehsal prosesinin, Elm–
Texnika–İstehsal zəncirinin ən optimal qayda üzrə təşkili məsələlərinə,
maddi istehsalın təşkilati strukturunun yenidən qurulmasına tətbiq olunur.
(Yeri gəlmişkən, burada ictimai elmlərin tətbiqi əhəmiyyəti, onların böyük
iqtisadi səmərə potensialına malik olması özünü çox aydın büruzə verir).
Elmi-texniki tərəqqinin, elmi-texniki qarşılıqlı əlaqələrin idarə olun-
ması problemi, ümumiyyətlə idarəetmə işinin xüsusi hallarından biridir.
Lakin əgər istehsal sahəsində idarəetmə işi artıq müəyyən tarixi təcrübəyə
malikdirsə, elmi-texniki tərəqqi sahəsində hətta ən qabaqcıl kapitalist ölkə-
lərinin təcrübəsi də çox məhduddur. Belə ki, bu hadisənin özü nisbətən tə-
zədir və üstəlik çox böyük sürətlə dəyişir, yeni cəhətlərlə zənginləşir. Ona
görə də elmin və bütünlükdə elmi-texniki tərəqqinin elmi surətdə idarə
olunması çətindir. Lakin elmi idarəetmə sistemində nəzərə alına bilməyən
cəhətlər praktikada qismən də olsa nəzərə alınmışdır; belə ki, elmi-texniki
tərəqqi real hadisədir və bilavasitə bu sahədə çalışan adamlar onun təbii
ehtiyaclarını hiss etməyə bilməzlər. Ona görə də, elm, texnika və istehsalat
sahələrinin idarə olunması praktikasını mənimsəyən, bilavasitə həmin
sahələrə rəhbərlik edən işçilər, görkəmli alimlər, ixtiraçılar, habelə hadisə-
lərin real gedişi ilə daha çox kontaktda olan iqtisadçılar yaranmış si-
tuasiyadan baş çıxarmağa çalışır və konkret praktik ehtiyaclardan çıxış
edərək Elm–Texnika–İstehsalat kompleksinin daha səmərəli surətdə idarə
olunması üçün təkliflər irəli sürürlər.
Elmi-texniki tərəqqini sürətləndirmək xətti – strateji bir vəzifə kimi
qarşıya qoyulduqdan sonra bu məsələyə diqqət artdığından elmin və elm-
dən istehsalata gələn yolun optimal təşkili sahəsindəki praktik çətinliklər,
ziddiyyətlər, irəliləyişə mane olan müxtəlif amillər getdikcə daha çox
aşkar olur, elmi-texniki tərəqqinin optimal təşkilati formasına uyğun gələn
yeganə düzgün yola getdikcə daha çox işıq düşür. Lakin bu yeganə yola
gətirib çıxardan külli miqdarda müxtəlif cığırlar var ki, onlar bir-biri ilə
Elm haqqında elm
502
çarpazlaşdığından labirintdən çıxa bilməmək, yaxud onların ən qısasını
seçə bilməmək və son mətləbə uzun-uzadı fırlandıqdan sonra gedib çıxmaq
təhlükəsi yaranır.
Hər halda bu problemə yönəldilmiş «sağlam fikir» axınının, praktik
təkliflərin, məhdud dairələrdə artıq həyata keçirilən konkret tədbirlərin,
sosial eksperimentlərin vahid bir istiqaməti, yeganə məqsədi vardır ki, bu
da elm ilə istehsalat arasındakı əlaqəni möhkəmləndirmək, elmdən isteh-
salata gedən yolu qısaltmaqdan ibarətdir.
Bu tələb həyatın qoyduğu tələbdir, ictimai praktikanın qanunauyğun
nəticəsidir.
Hələ 1941-ci ilə böyük sovet alimi P.L.Kapitsa iqtisadi tərəqqinin ən
mühüm amilini və bu sahədə ən zəif halqanı çox düzgün göstərərək yazır-
dı: «Sovet hakimiyyəti elmə böyük diqqət və qayğı göstərir. Nəticədə bi-
zim indi ən qabaqcıl və çətin problemləri həll edən elmimiz vardır. Bizim
həm də ən incə və mürəkkəb mexanizmlər düzəldən sənayemiz vardır. La-
kin elm və texnikanın əlaqəsi bizdə hələ zəifdir, bu isə bizə ölkəmizin ya-
radıcı qüvvələrinin bütün zəngin ehtiyatından istifadə etməkdə mane
olur».
7
1
Ayrılıqda elm var, ayrılıqda istehsal var, hər birinin nisbi müstəqil
inkişafı üçün şərait var; bəs çatışmayan nədir? Çatışmayan bu iki tərəfin
vəhdəti, üzvi surətdə əlaqələndirilməsi, elmin nailiyyətlərinin texnikada
maddiləşməsi və istehsalata tətbiq olunması və tərsinə, texnikanın, mövcud
texnoloji prinsiplərin elmi tədqiqat obyektinə çevrilməsi – texniki elmlərin,
ümumiyyətlə, fundamental tətbiqi tədqiqatçıların inkişaf etdirilməsidir. Və
bütün bunlar üçün adekvat təşkilati forma tapıla bilməməsidir. Özü də ça-
rənin təşkilati strukturla bağlı olması təzə kəşf olunmamışdır. Akademik
P.L.Kapitsa hələ o vaxt elmi-texniki və iqtisadi tərəqqinin ən zəif halqa-
sını, bu tərəflər arasında əsaslı körpünün çatışmadığını qeyd edərkən bu-
nun səbəbini də çox düzgün göstərmişdi: «Elmin ən geniş miqyasda tətbiq
olunması üçün heç yerdə SSRİ-dəki kimi zəmin yoxdur. Ona görə də elm
və texnikanın hələ zəif birləşməsini yalnız bununla izah edə bilərik ki, bu,
əlaqənin ən səmərəli təşkilati forması hələ tapılmamışdır. Şübhəsiz ki, elm
və texnikanın artıq əldə edilmiş səviyyəsində, hələ qalmaqda olan qüsurla-
ra baxmayaraq, xeyli böyük texniki yaradıcılıq nailiyyətləri əldə edilə bi-
1
П.Л. Капица. Эксперимент, теория, практика. М., 1987, c. 154.
|