Əməli bilik, elm, texnologiya
547
sayəsində əldə olunmuş sayılır. Və yalnız bu zaman elm həqiqətən səmərə
vermiş olur. Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələrinin
iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac qalmır. Çünki müvafiq
sənaye sahəsinin ekspertləri mümkün gəliri qabaqcadan hesablayaraq,
elmi-texniki yeniliyi özləri üçün əlverişli qiymətə satın alırlar. Bu iş əsasən
patentləşmə və patentlərin satılması yolu ilə həyata keçirilir.
Yaponiya örnəyinin bir aspekti də bundan ibarətdir ki, bizə nisbətən
xeyli böyük olan bu ölkə bütün elm sahələri üzrə orta bir səviyyəni saxla-
maqla yanaşı, əsas gücü yalnız bir neçə sahəyə yönəldir. Və həmin sahələr-
də də dünya miqyasında ön xəttə çıxa bilir və hətta ABŞ kimi bir elm nə-
həngi ilə rəqabətə girir. Bizdə isə bu prioritetlər hələ də müəyyənləşmə-
diyindən, sanki kortəbii xarakter daşıyır; kim hansı mövzunu istəyirsə, onu
da seçir. Deməli, elm haqqında ümumi söhbətlər aparılmasına baxmaya-
raq, real iqtisadi səmərə verə biləcək sahələrin və mövzuların müəyyənləş-
dirilməsi istiqamətində elmi araşdırmalar hələ də aparılmır.
Biz elmi-texniki inkişafın elə bir mərhələsində yaşayırıq ki, yeni
texniki və texnoloji sistemlər bizim üçün mühitə çevrilmişdir və onun öy-
rənilməsi daha ancaq nəzəri modellər əsasında deyil, praktik nümunələrin
empirik tədqiqi əsasında aparılmalıdır. Yəni induktiv metod üçün də mey-
dan genişlənmişdir.
Ümumiyyətlə istehsaldan, istehsal ümumisindən fərqli olaraq, xüsu-
si istehsal formalarının təhlili, bu xüsusiyyətlərin müəyyən edilməsi siyasi
iqtisada daxil deyil; bu sahə texnologiya adlandırılır. Müəyyən ictimai pil-
lədə, müəyyən ictimai-iqtisadi formasiya, sosial-iqtisadi quruluş, istehsal
üsulu şəraitində bütün istehsal prosesləri strukturuna görə identik olmayıb,
müəyyən dərəcədə fərqlənir. Burada söhbət az və ya çox fərqlənməkdən
getmir, başqa səpkidə, başqa müstəvidə, başqa en kəsiyindəki fərqdən
gedir.
Sovet dövründə aparılan tədqiqatların demək olar ki, hamısı kapi-
talist və sosialist istehsal üsulları arasındakı fərqin mütləqləşdirilməsinə,
ikincinin birinciyə nisbətən üstünlüklərinin isbat edilməsinə yönəldilirdi.
Əlbəttə, istehsal münasibətlərinin xarakterinə görə, təsərrüfat sisteminin
sosial-iqtisadi prinsipləri baxımından sosialist istehsal müəssisələri kapi-
talist istehsal müəssisələrindən köklü surətdə fərqli idi. Lakin bununla ya-
naşı, müasir texnikaya əsaslanan iri istehsal müəssisələrinin sosializm və
ya kapitalizm cəmiyyətinə mənsubiyyətindən asılı olmayaraq texnoloji
Elm haqqında elm
548
struktur baxımından, texniki sistemlərin fəaliyyət mexanizmi baxımından
bir sıra ümumi cəhətlərə malikdir. Halbuki eyni cəmiyyətdə eyni sosial-iq-
tisadi prinsiplər əsasında işləyən iki müəssisə texnoloji struktur ba-
xımından bir-birindən köklü surətdə fərqlənə bilər. Daha çox dərəcədə əl
əməyinə əsaslanan, texniki inkişaf səviyyəsinə görə geri qalmış istehsal
müəssisələrində sınaqdan çıxmış texnoloji struktur avtomatlaşdırılmış mü-
əssisələrə uğurla tətbiq oluna bilməz. Və deməli, elmi-texniki tərəqqinin
tələblərinə uyğun olaraq istehsal müəssisələrinin texnoloji strukturu mün-
təzəm surətdə təkmilləşdirilməlidir; eyni cəmiyyətdə müxtəlif istehsal mü-
əssisələrinin xüsusiyyətləri, texnoloji spesifikaları nəzərə alınmalıdır. Ona
görə də istehsalın sosial-iqtisadi en kəsiyində öyrənilməsi ilə yanaşı, tex-
noloji en kəsiyində öyrənilməsi də elmi əsaslar üzərində təşkil edilməlidir.
Tədqiqat göstərir ki, istehsal prosesinin məhz texnoloji en kəsiyi ki-
fayət dərəcədə öyrənilməmişdir. Hətta bu sahəni öyrənməli olan xüsusi
ixtisas sahəsi də dəqiq məlum deyil. Mühəndislər özləri bu işlə məşğul ol-
mur: onların vəzifəsi konkret texniki obyektlərin fəaliyyətinə nəzarət et-
mək, işçilərlə texniki obyektlərin əlaqəsini tənzim etməkdir. Bir istehsal
müəssisəsi daxilindəki texniki obyektlərin öz aralarında əlaqələndirilməsi,
bütün konkret texnoloji funksiyaların vahid bir tam halında təşkil edilməsi
müəyyən mənada metamühəndislik işidir, mühəndis işinin təşkil olun-
masıdır.
Digər tərəfdən, tək bir müəssisə üçün yox, müəyyən tipli, müəyyən
profilli müəssisələr üçün ümumi olan texnoloji prinsiplərin elmi əsaslarla
öyrənilməsi və təkmilləşdirilməsi, yeni texniki inkişaf səviyyəsinə uyğun
olaraq yenidən qurulması dövrün tələbidir və bu istiqamətdəki elmi işlər
müəyyən fəndə ümumiləşdirilməli, sistemləşdirilməlidir. Bu, harada isə
idarəetmə nəzəriyyəsi, elm, texnika və təsərrüfatın idarə olunması məsələ-
ləri ilə bağlı bir fənn olmalıdır.
İstehsalın, təsərrüfatın texnoloji prinsiplərinin düzgün mənimsənil-
məsi, dövrün tələblərinin vaxtında müəyyənləşdirilməsi və inkişaf meyllə-
rinin düzgün proqnozlaşdırılması üçün tarixi aspektdə tədqiqat aparılması-
na, təsərrüfatın texnoloji strukturunun, texnologiyanın ümumi inkişaf qa-
nunauyğunluqlarının aşkar edilməsinə böyük ehtiyac vardır.
Rotor xətlərinin yaradıcısı, «müasir texnologiyanın fəlsəfəsi» adlan-
dırılan sahənin tədqiqatçılarından biri akademik L.N.Koşkin yazır ki, müa-
sir dövrdə texnologiyanın yeni konsepsiyasına ehtiyac vardır. «İlk baxışda
Əməli bilik, elm, texnologiya
549
qəribə görünə bilər, lakin xalis texniki problemlərin həllinə mən ümumi
fəlsəfi mühakimələrdən, inqilabi yenidənqurmanın dialektik anlaşılmasın-
dan, hadisələrin mahiyyətindən, əksliklərin mübarizəsi və vəhdətindən
gəlmişəm...»
7
1
«Texnologiya fəlsəfəsi» – doğrudan da, çox mühüm, vaxtı çatmış bir
tədqiqat sahəsidir. Təbiət, cəmiyyət və təfəkkür hadisələri dialektik prin-
siplər əsasında inkişaf etdiyi və buna uyğun olaraq dialektik prinsiplər
əsasında öyrənildiyi kimi, «ikinci təbiət» də, texniki sistemlər, texnoloji
proseslər də məhz bu baxımdan nəzərdən keçirilməlidir. Hazırda çox
mürəkkəb texnoloji proseslərin, sistemlərin idarə olunması problemi qar-
şıya çıxır ki, bu da həmin sistemlərin obyektiv xüsusiyyətlərini, mürəkkəb
daxili əlaqələrini araşdırmadan mümkün deyil.
Əslində «texnologiya fəlsəfəsi» adlandırıla biləcək sahənin əsası
K.Marks tərəfindən qoyulmuşdur. Təəssüf ki, istehsal prosesinin və bu
prosesdə iqtisadi və texnoloji rakursların fərqləndirilməsi və qarşılıqlı əla-
qəsi məsələləri sonrakı dövrlərdə yetərincə araşdırılmamışdır və bu prob-
lemlərlə bağlı araşdırma apararkən yenə də Marksa istinad etməkdən başqa
çarə qalmır. O isə hələ texnologiyanın ilk inkişaf dövrlərindəki təcrübəni
ümumiləşdirərək yazırdı: “Darvin təbii texnologiyanın tarixi ilə, yəni bitki
və heyvanların həyatında istehsal alətləri rolu oynayan təbii orqanların
əmələ gəlməsi ilə maraqlanırdı. Bəs ictimai insanın istehsal orqanlarının
yaranma tarixi, yaxud hər bir xüsusi ictimai təşkilatın bu maddi bazisinin
tarixi də belə diqqətə layiq deyilmi?”
7
2
Q.Y.Smirnova K.Marksın bu fikrini
antropoloji kontekstdə nəzərdən keçirir və “insan texnikasını” “həyat tex-
nikasının” xətti davamı kimi izah etməyə çalışır.
7
3
Burada, əlbəttə, F.Meye-
rin belə bir fikrini də xatırlatmaq yerinə düşür: “Hər bir insan texnikası
müəyyən bioloji funksiyanın davamı kimi nəzərdən keçirilə bilər”.
7
4
Lakin
bizim məqsədimiz problemin bioloji təkamül və ya antropoloji aspektləri
ilə əlaqələndirilməsi deyil. Bizcə, müasir dövrdə texnologiya daha çox də-
rəcədə, bir tərəfdən, yeni texnikanın tətbiqi və istismarı, digər tərəfdən də,
iqtisadi həyat kontekstində öyrənilməlidir. Birinci aspekt texniki elmlərlə
bağlı olduğu halda, ikinci aspekt ictimai elmlərin tərkib hissəsidir və
1
Л.Н.Кошкин. Время больших дел. М., 1986, с. 192.
2
К.Маркс и Ф.Энгельс, Сочинения, т. 23, с. 383.
3
Г.Е.Смирнова. Критика буржуазной философии техники. Лениздат, 1976, с. 147.
4
Sitat: Г.Е.Смирнова. Критика буржуазной философии техники, c. 148.
Elm haqqında elm
550
getdikcə daha çox aktuallıq kəsb edir.
Texniki elmlər ayrı-ayrı texniki qurğuları, onların fəaliyyət me-
xanizmini, funksiyalarını öyrənir. Lakin müxtəlif texniki qurğuların vahid
istehsal prosesinə daxil edilməsi bu yeni, daha böyük sistemin də struktu-
runun öyrənilməsini, məhz texnoloji aspektdə öyrənilməsini tələb edir. Ay-
rı-ayrı texniki qurğuların mexanizmini mükəmməl surətdə bilmək bu qur-
ğuları müvəffəqiyyətlə əlaqələndirmək, vahid funksional sistemə uğurla
daxil etmək üçün heç də kifayət deyil (bəlkə, heç lazım da deyil). Böyük
istehsal müəssisələrində müxtəlif texniki qurğuların məhsuldarlıq dərəcəsi
ilə yanaşı, məhsuldar qüvvələrin digər tərkib hissələrinin də uyğunluq də-
rəcəsi müqayisə olunmalıdır. Tsiklik, dövri prosesin bir mərhələsi başqa
mərhələni ləngitməməli, əksinə, ona təkan verməlidir. Müəssisə daxilində
sosial, iqtisadi və texnoloji amillər bir-birini tamamlamalıdır; ona görə də,
texnoloji amillərin nisbi müstəqil surətdə, sonra isə başqa amillərlə vəhdət-
də öyrənilməsi mühüm şərtdir.
Hər hansı bir texniki qurğunun tətbiqində məqsəd son nəticədə iqti-
sadi və sosial səmərə verməkdir. Lakin bəzən bu son məqsəd unudulur və
müəyyən texniki qurğuların, elmi-texniki yenidənqurma işi özlüyündə
məqsədə çevrilir. Prinsipial surətdə yeni; texnikanın tətbiqi tələbinə, elmi-
texniki tərəqqinin müəyyən istiqamətlərinə üstünlük vermək siyasətinə for-
mal surətdə əməl etmək, «hesabat» xatirinə, «yenilikçilik», «dəbçilik» xa-
tirinə işləmək meylləri əsas məqsədi kölgədə qoyur.
Bir tərəfdən, müəssisələrdən məhsul tələb olunur, o biri tərəfdən isə
texniki yenidənqurma sahəsində tədbirlər görülməsi, elmlə əlaqə yaradıl-
ması bir prestij hesab olunur. Əslində bunlar hər ikisi vəhdətdə həyata
keçirilməlidir, başqa sözlə, ikinci tələb birinci tələbin yüksək səviyyədə
ödənilməsinə xidmət etməlidir. Lakin bəzən bu iki tələb birləşdirilə bilmə-
dikdə onlar heç olmazsa ayrı-ayrılıqda həyata keçirilir. Elmi-texniki yeni-
lik var, lakin o, iqtisadi səmərə vermir və hətta ziyan gətirir. Sovet döv-
ründə ideologiyanın texnologiyaya da sirayət etdiyi vaxtlarda bu tamamilə
mümkün idi. İqtisad elmləri doktoru D.Palteroviç belə səmərəsiz texniki
yeniliklərə misal gətirərək yazırdı ki, Moskvanın «Krasnıy proletariy»
zavodunda qiyməti 5,8 min manat olan tokar dəzgahına robot əlavə edil-
mişdir. Robot çox məhdud miqyaslı əməliyyatlar icra etdiyi halda, onu
yerləşdirmək üçün iş meydanı genişləndirilməli olmuş və yeni dəzgah 30
Əməli bilik, elm, texnologiya
551
min manata başa gəlmişdir.
7
1
Göründüyü kimi, bəzən yeni texniki sistemin,
baxılan halda sənaye robotunun səmərəliliyi mənfi qiymətlə ölçülür; xe-
yirdən çox ziyan verir. Ona görə də, yenilik xatirinə yenilik edilməsi
iqtisadi prinsiplərlə bir araya sığa bilməz. Hər bir texnoloji yenilik tətbiq
olunmazdan qabaq iqtisadi proqnoz süzgəcindən keçirilməlidir.
Bununla belə, iqtisadi və sosial ekspertlərin sözü son və qəti olsa da,
ilk söz texnologiyanındır və o öz mülahizəsini müstəqil surətdə söyləyə
bilməlidir; hər hansı bir elmi-texniki mülahizə ümumi texnoloji mənzərə
fonunda nəzərdən keçirilmədən, yeni texniki nümunə texnoloji sistemin bir
elementi kimi qiymətləndirilmədən iqtisadi və ya sosial səmərə haqqında
danışmaq tezdir. Ən başlıcası, texnoloji meyarı iqtisadi meyarla qarışıq
salmamaq, eklektizmdən yaxa qurtarmaqdır. Ona görə də, istehsal müəssi-
sələrinin ümumi texnoloji strukturunun öyrənilməsi, müəyyən profilli is-
tehsal sahəsi üçün səciyyəvi olan texnoloji prinsiplərin nəzərə alınması,
yeni texnikanın tətbiqi üçün zəruri şərtlərdən biridir.
Beləliklə, elmi və elmi-texniki fəaliyyət mərhələlərindən sonra gələn
mərhələ diferensiasiya olunur; hər hansı bir elmi-texniki ideya birbaşa
istehsalata tətbiq oluna bilməz və belə bir tətbiqin yararlı olub-olmaması
əvvəlcə texnoloji, iqtisadi və sosial ekspertlər tərəfindən müəyyən edilmə-
lidir. Sınaq üçün düzəldilmiş yeni texniki nümunə ekspertlər tərəfindən iki
baxımdan qiymətləndirilir. Əvvəla, sınaq nümunəsinin hazırlanma texno-
logiyası həmin yeni qurğunun kütləvi istehsal texnologiyası ilə eyni olmur;
ona görə də kütləvi istehsal üçün, bu istehsalın optimal yolla təşkili üçün
mümkün olan texnologiyaya yollar qabaqcadan nəzərdən keçirilir (şübhə-
siz ki, bu mərhələdə də mövcud stereotiplərdən istifadə etmək və məsələyə
yaradıcı yanaşmaq – yeni texnikanın hazırlanması üçün yeni texnologiyaya
əsaslanmaq mümkündür) və prinsipial texnoloji çətinliklərin həll yolları ta-
pıldıqdan sonra və ya kütləvi istehsalın ümumi texnoloji mənzərəsi yara-
dıldıqdan sonra iqtisadi hesablamalar aparılır və yeni texniki qurğunun hər
bir nüsxəsinin maya dəyəri müəyyən edilir. Bununla bərabər, ikinci mərhə-
lə – istismar mərhələsi də texnoloji, iqtisadi və sosial baxımdan nəzərdən
keçirilir və yeni texnika tətbiq olunarsa, onun verəcəyi iqtisadi və sosial
səmərə müəyyən təxminiliklə qabaqcadan hesablanır. Və yalnız mümkün
iqtisadi səmərənin maya dəyərindən yüksək olduğu qənaətinə gəlinərsə ye-
1
Yenə orada, с. 202.
Elm haqqında elm
552
ni texnikanın kütləvi istehsalına başlamaq və onu tətbiq etmək müm-
kündür.
İlk baxışda belə görünə bilər ki, müasir dövrdə bazar iqtisadiyyatına
keçid ideyadan istismara qədər olan məsafəni qısaltmaq, bu sahədə büro-
kratizmi aradan qaldırmaq, artıqlıq təşkil edən aralıq mərhələləri ixtisar et-
mək tələblərini qoyursa bəzi aralıq mərhələləri diferensiallaşdırmaq, yeni
mərhələlər əlavə etmək, məqsədəuyğun deyil. Lakin bütün məsələ bunda-
dır ki, məsafəni azaltmaq prinsipi «yüz ölçüb bir biçmək» prinsipini istisna
etmir, sadəcə olaraq ölçmək işini inzibati orqanların bürokratizmindən
xilas edib mütəxəssislərin sərəncamına verməyi nəzərdə tutur.
Texnoloji, iqtisadi və sosial ekspertlər, onların «ölçmə fəaliyyəti»
yalnız elmi-texniki ideyanın tətbiq olunub-olunmaması haqqında qərar ve-
rilməsi ilə məhdudlaşmır; bu fəaliyyət yaradıcı xarakter daşıyarsa ideyadan
istismara gedən bütün mərhələlərin təşkilinə düzəlişlər vermək, əgər müəy-
yən bir yol, metod, üsul səmərəli deyilsə yenisini təklif etmək, ümumi iş
istiqamətini düzgün müəyyənləşdirmək üçün xüsusi əhəmiyyətə malikdir.
Beləliklə, ideyadan istismara qədər olan mərhələlər aşağıdakı ardıcıllıqla
əvəzlənməlidir: 1) elmi ideya (fundamental elmlər və ya daha çox bilavasi-
tə praktik elm sahəsindən götürülmüş yeni ideyalar), 2) elmi-praktik və ya
elmi-texniki fəaliyyət (hər bir yeni elmi ideyanın praktik tətbiq imkanları-
nın araşdırılması), 3) mühəndis ideyası (yaradıcı konstruktor fəaliyyəti, el-
mi ideyanın mümkün tətbiq variantının reallaşdırılmasına xidmət edən tex-
niki qurğunun konkret obrazının yaradılması – layihə, sxem, çertyoj, şəkil
və s. konkret hesablamalar toplusu), 4) sınaq nümunəsinin yaradılması (bu,
əslində maşınqayırma sənayesinin imkanlarından istifadə olunmasını tələb
etsə də, unikal haldır və kütləvi istehsaldan tamamilə fərqli hadisədir), 5)
texnoloji tədqiqat – burada yaradıcı mühəndis-konstruktor fəaliyyəti hesa-
bına yeni texnikanın kütləvi istehsalının ən optimal yolla təşkil olunması
nəzərdə tutulur; bu mərhələ özü iki pilləyə ayrıla bilər; 5a) real surətdə
kütləvi istehsala başlamazdan əvvəl bu prosesin modelini yaratmaq və iqti-
sadi və sosial proqnoz üçün zəruri olan əsas parametrləri qabaqcadan
hesablamaq; 5b) yeni texnikanın kütləvi istehsalı – lakin iqtisadi və sosial
proqnoz xüsusi mərhələ kimi daxil edildikdə kütləvi istehsal sonraya ke-
çirilməlidir, yəni 6) iqtisadi və sosial ekspertin fəaliyyəti – kütləvi istehsal
və istismar proseslərinin texnoloji modellərinə əsasən yeni texnikanın verə
biləcəyi iqtisadi və sosial səmərənin hesablanması və yalnız bundan sonra
Əməli bilik, elm, texnologiya
553
7) yeni texnikanın kütləvi istehsalı, 8) istehsal müəssisəsinin texnoloji cə-
hətdən yeni texnika üçün hazırlanması və nəhayət, 9) yeni texnikanın istis-
marı. Göründüyü kimi, baxdığımız halda Elm-İstehsal zəncirinin halqaları
sayca artırılmışdır. Lakin bu, «sağlam fikrin» əksinə olaraq elm və istehsal
arasındakı məsafənin qısaldılmasına və daha doğrusu, işıqlanmasına, ay-
dınlaşmasına xidmət edir. Əgər xüsusi səciyyəyə malik olan mərhələlərdən
hər hansı biri nəzərə alınmazsa, o biri mərhələlərin həyata keçirilməsi elə
çətinləşər ki, son məqsədə gedən yol əslində uzanmış olar.
Sosial-iqtisadi problemlər konkret texniki probemlərə nisbətən daha
böyük miqyasa malikdir. Ona görə də sosial-iqtisadi amillərin nəzərə alın-
ması hər bir ayrıca texniki problemin ümumtexnoloji mənzərə fonunda
nəzərdən keçirilməsini tələb edir. Deməli, ümumi texnikaşünaslıq texniki
yenidənqurma işinə kompleks münasibətin zəruri şərtlərindən biridir.
Müasir dövrdə yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiq
olunması təkcə ümumi elmi-texniki inkişaf səviyyəsi ilə deyil, həm də
iqtisadiyyatın infrastrukturu və mülkiyyət münasibətlərinin dəyişilməsi ilə
bağlı proseslərin tempi ilə sıx surətdə bağlıdır.
XX əsrin sonu, XXI əsrin əvvəllərində hadisələrin inkişafı vahid iq-
tisadi münasibətlərin, vahid ümumdünya bazarının yaradılması istiqamə-
tində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə istinad
edərək daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi)
qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün açmır və bu da təbii-
dir. Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallardan söhbət get-
sə də, hələ milli mənafelər saxlanılır və yanlış eyni səviyyəli ölkələrin inte-
qrasiyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üçün əv-
vəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların
çıxdığı sınaqlardan çıxmaq lazımdır.
Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha
çox geri qalmış ölkələr üçün faydalı görünsə də, əslində inkişaf etmiş ölkə-
lərin buna daha böyük ehtiyacı vardır. Daha doğrusu, ictimai, elmi-texniki
inkişaf prosesinin özünün buna ehtiyacı vardır. Belə ki, külli miqdarda
investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texno-
loji sistemlərin tez-tez dəyişdirilməsi baha başa gəldiyindən kapital dünya-
sı intensiv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez modernləşdiril-
məsi heç də ən optimal variant olmur. Nəticədə cari iqtisadi mənafe ilə
perspektiv texniki tərəqqi arasında ziddiyyət yaranardı ki, bu da ümumən
Elm haqqında elm
554
ictimai inkişaf üçün əngəl törədə bilərdi.
Lakin geri qalmış ölkələrin iqtisadiyyatının texnoloji tətbiq üzün
açıq olması qabaqcıl ölkələrə nisbətən köhnəlmiş texnikanı həmin bazarla-
ra transformasiya edərək milli sənayedə ən müasir texnoloji sistemləri
tətbiq etməyə imkan yaradır.
Buna görə də inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin texniki
inkişaf səviyyələrinin bərabərləşməsi tərəfdarı ola bilməz. Ən qabaqcıl
ölkələrin özündən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha
çox geri qalan ölkələrə ehtiyacı vardır.
Daha yüksək elm tutumu olan müasir texnika icad olunduqdan sonra
istifadədən çıxarılan texnika “mənəvi cəhətdən köhnəlmiş” (yəni özü təzə
olsa da əsasında dayanan ideya köhnəlibdir) texnika sayılır və onlar nisbə-
tən aşağı səviyyəli ölkələrə ixrac olunur. Çox aşağı səviyyəli ölkə qabaqcıl
ölkənin hətta artıq istifadədən çıxardığı texnika üçün də yetişməmiş olur.
Bu iyerarxiya, ölkələrin çoxpilləli düzülüşü, hərbi texnika timsalında
özünü daha qabarıq göstərir. Elmi-texniki potensial getdikcə məhz hərbi
sənaye elmi-texniki inkişafın əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt bey-
nəlxalq siyasət də bu iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin
(məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texnikanın daim
təkmilləşdirilməsini tələb etdiyindən “mənəvi cəhətdən köhnəlmiş” hərbi
texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qabaq-
cıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri
qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin olmasını tələb edir.
Böyük dövlətlər siyasi arenada aşkar şəkildə sülhün qarantı kimi çı-
xış etsələr də həmin dövlətlərin maliyyə oliqarxiyası və hərbi sənaye sa-
hibkarları bir qayda olaraq başqa istiqamətdə fəaliyyət göstərirlər. Qərb
dünyasına yaxşı bəlli olan bu məntiq bizim tərəfimizdən bəzən çətin başa
düşülür, çünki “sağlam fikrə” ziddir. Məsələn, Dağlıq Qarabağ konfliktinə
münasibətdə ABŞ dövlətinin rəsmi mövqeyi ilə ABŞ Konqresinin müəy-
yən dairələrinin mövqeyinin köklü surətdə fərqlənməsi və birincinin ikin-
ciyə güzəştə getməsi təəccüblü görünür. Halbuki ABŞ-ın özündə buna çox
vaxt təbii hal kimi baxılır.
İnkişaf etmiş ölkələrin iqtisadi cəhətdən nisbətən geri qalan ölkələrə
ixrac etdikləri məhsullar təkcə mənəvi cəhətdən köhnəlmiş texnologiya və
hərbi texnikadan ibarət deyil. Həmin ölkələrin əhalisinin tələbatına cavab
verməyən, yenə də “mənəvi cəhətdən köhnəlmiş” və ya hətta ekoloji stan-
Əməli bilik, elm, texnologiya
555
dartlara uyğun gəlməyən istehlak şeylərinin – məişət texnikası və ərzaq
məhsullarının da kütləvi ixracı ölkələrarası iqtisadi əlaqələrdə mühüm yer
tutur.
Bütün bunlara, əlbəttə, dözmək olar və dözülməlidir. Çünki, Azər-
baycandakı intellektual potensial onu ən qabaqcıl ölkələrlə müqayisə etmə-
yə imkan versə də, hələ bu potensialın iqtisadiyyatda reallaşdırılması üçün
xeyli vaxt lazımdır (bir şərtlə ki, xammal satıb istehlak şeylərinin hazır şə-
kildə alınması praktikası dayanaqlı vərdiş halına keçməyə, gələcəyə yönəl-
miş quruculuq planlarını, elm tutumlu istehsalın təşkilini kənarlaşdırmaya).
Bəli, hazırkı məqamda Azərbaycanın sosial-iqtisadi durumu elədir
ki, biz xarici ölkələrdən istehlak texnikası, ərzaq məhsulları da alırıq, hətta
humanitar yardıma da ehtiyacımız vardır. Lakin daha perspektivli əmək-
daşlıq istiqaməti elmi-texniki əməkdaşlıqdır, Azərbaycanın ən böyük sər-
vəti olan intellektual potensiala istinad edən əməkdaşlıqdır. Bəşəriyyətin
keçdiyi tarixi yola nəzər salsaq görərik ki, bütün tarix boyu Şərq və Qərb
sivilizasiyaları bir-birini müntəzəm surətdə əvəz etmişdir.
Bilimin, mədəniyyətin, ilk insani dəyərlərin beşiyi olmuş Qoca Şərq
b.e.ə. İ minilliyin birinci yarısında öz əvvəlki inkişaf tempini və öncül
mövqeyini tədricən itirmiş, Qədim Yunanıstan elm və mədəniyyətin inki-
şafı sahəsində irəli çıxmışdır. Lakin antik sivilizasiya boş yerdə yaranma-
mış, Qədim Şərq sivilizasiyasından bəhrələnmişdir. Roma imperiyasının
süqutu ilə bəşər tarixində misilsiz rol oynamış antik elm və mədəniyyət də
süquta uğramışdır. Lakin imperiyalar dağılsa da, onlardan miras qalmış
elm və mədəniyyət tamamilə silinməmiş və tarixin yaddaşına köçərək ye-
nidən dirçəlmək üçün əlverişli məqam gözləmişdi.
Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr, yeni el-
mi-mədəni yüksəliş erası VII əsrdən sonra İslamın yaranması ilə başlan-
mışdır. Bilim və mədəniyyətin inkişaf mərkəzi yenidən Şərq dünyasına
köçmüşdür. Bu dövrdə yaranan yeni islam sivilizasiyası özündən əvvəlki
elmi nailiyyətlərin, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmiş,
onların qoruyub saxlamış, inkişaf etdirmiş və Qərb dünyasının intibahı
üçün şərait yaratmışdır.
XV-XVİ əsrlərdə əvvəlcə Renessans və daha sonra yeni iqtisadi mü-
nasibətlərə – kapitalizm cəmiyyətinə keçidin əsasının qoyulması ilə
yenidən dirçələn Qərb sivilizasiyası öncül mövqeyə keçmişdir.
Lakin Yeni Dövr sivilizasiyası (və onun davamı olan müasir Qərb
Elm haqqında elm
556
sivilizasiyası) da boş yerdə yaranmamış, açıq şəkildə etiraf edilsə də,
edilməsə də orta əsr Şərq mədəniyyətindən, İslam sivilizasiyasından çox
şey götürmüşdür. Müasir Qərb sivilizasiyası əsasən elm və texnikanın
tərəqqisinə istinad etmişdir. Lakin indi bir çox tədqiqatçılar artıq Qərb
sivilizasiyasının da tənəzzülündən, süqutundan danışırlar.
Tarixin inkişaf məntiqindən çıxış edilərsə indi növbə Şərqindir. La-
kin Şərq sükan arxasına keçməyə tələsmir. Bir tərəfdən Yeni Dövr siviliza-
siyası hələ davam edir və ona alternativin olması az qala ağlasığmazdır.
Digər tərəfdən, ayrı-ayrı lokal alternativlər yaranır. Məsələn, kiçik bir Ya-
poniyanın müasir texnologiyanın inkişafı sahəsində Qərbə meydan oxuma-
sı bir daha sübut edir ki, Şərq dünyasının potensialı heç də tükənməmişdir
və o öz sözünü hələ deyəcəkdir. Lakin sivilizasiyaların dəyişməsi,
köhnənin estafeti yeniyə ötürməsi ilk baxışda göründüyü kimi sadə və asan
olmayıb, çox mürəkkəb və ağrılı bir prosesdir. XX əsrin sonu, XXİ əsrin
əvvəllərində açıq-aşkar ortaya çıxan bu ağrılar yeni doğuşdan xəbər verir.
Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də
tətbiq etmək üçün mütləq müharibə yolu ilə həmin əraziləri işğal etməli
idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributla-
rından biri də suverenlik, sərhəd və ordu hesab olunur.
Müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, so-
sial-iqtisadi həyatı müəyyən normalarla tənzim etmək üçün ilk növədə sər-
həd toxunulmazlığı tələb olunur. Lakin zaman keçdikcə sərhəd öz məna-
sını dəyişir.
Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki,
buradan bir quş da keçə bilməz. Əksinə, müasir dövrdə gediş-gəliş xeyli
artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox
gözə dəyirlər. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq
normalarına əməl olunsun.
Əksinə, sərhəddindən quş da keçməyən ölkələr vardır ki, burada hər
şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı
mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur.
Əslində dövlətin ərazi bütövlüyü və suverenliyi ilk növbədə həmin
ərazidə milli maraqların qorunması ilə bağlıdır
7
1
. Lakin milli maraqlar an-
1
И.И.Лукашук. Глобализация, государство, право, XXI век. М., 2000, с. 78.
Əməli bilik, elm, texnologiya
557
layışı geniş mənada götürüldükdə, xarici dövlətlərin təcavüzü iqtisadi və
mədəni müstəvilərdə, habelə informasiya fəzasına məqsədyönlü müdaxilə
şəklində də ola bilər.
Elmi-texniki inkişaf səviyyəsinə görə və elm tutumlu sənayenin in-
kişafına görə irəlidə gedən dövlətlər gec-tez dünya iqtisadiyyatında aparıcı
mövqe tutmaqla digər ölkələrdə iqtisadi inkişafa təsir etmək imkanına ma-
lik olurlar.
Müasir iqtisadi proseslər siyasi sərhədləri asanlıqla keçə bilir. İq-
tisadiyyatı güclü olan ölkə başqa ölkələrin təkcə iqtisadiyyatına deyil, həm
də mədəniyyətinə və mənəviyyatına təsir etmək imkanı qazanır.
Texniki cəhətdən daha yüksək keyfiyyətlə çəkilmiş rəngli bədii film
geri qalmış texnologiya əsasında çəkilmiş ağ-qara filmə nisbətən daha çox
tamaşaçı cəlb edə bilir. İnsanların estetik zövqünü oxşamaqla bu gözəlliyin
arxasında gizlənmiş ideoloji və mənəvi motivlər də tamaşaçıya mənimsə-
dilmiş olur.
Elm haqqında elm
558
Sivilizasiya
və texniki-iqtisadi inkişaf
Tarix əvvəlki nəsillərin həyatında baş vermiş mühüm hadisələri
xronoloji ardıcıllıqla təsvir edir. Əsasən şahların, kralların, sərkərdələrin
həyat və fəaliyyətini, müharibə səhnələrini, siyasi inqilab və dövlət çevri-
lişlərini və bu kimi böyük ictimai miqyaslı hadisələri, dövlətlərarası müna-
sibətləri əhatə edən təsvirçi tarix ictimai inkişafın hərəkətverici qüvvələrini
üzə çıxarmaq iqtidarında deyil. Müharibə meydanlarında ad-san qazanan
qəhrəman döyüşçülərin və ya hərbi potensialın daha optimal realizasiyası-
na nail olan sərkərdələrin gücü-qüvvəti yeni nəsillərə ötürülmür və bu qə-
bildən olan qələbələr ancaq tarixin səhifələrini bəzəyir. Dövlətlər qəsb edi-
lir, imperiyalar qurulur və sonra qurulanlar dağılır və ancaq tarixdə qalır...
Bəs bəşəriyyətin və ya ayrı-ayrı millətlərin bugünkü varlığında ehti-
va olunan, müasir ictimai inkişaf səviyyəsini şərtləndirən, keçmişlə bu gün
arasında davamlı rabitə yaradan və gələcək inkişafın təminatçısı olan amil-
lər nədən ibarətdir? O hansı davamlı inkişaf xəttidir ki, min illər boyu cə-
miyyətin inkişafında üstün istiqaməti müəyyən etmişdir?
İndi lokal sivilizasiyalardan bəhs edənlər bu sahədəki vəziyyəti də
az qala qurulub dağılan və tarixdə qalan imperiyaların tarixi kimi təqdim
edir və keçmiş bütöv bir proses kimi yox, yan-yana düzülmüş ayrı-ayrı
təpələr kimi görünür.
Lakin biz minilliklərin sərhədlərini keçərək hələ indi də öz yürüşünü
davam etdirən kəsilməz, dayanıqlı bir irəliləmə hərəkətindən bəhs ediriksə,
ortaya belə bir sual çıxır ki, bu irəliləyişin əsas hərəkətverici qüvvəsi
nədən ibarətdir? Kimsə buna cavab olaraq vahid ümumbəşəri sivilizasiyanı
yada sala bilər. Lakin sivilizasiyanın özünün də kəsilməz irəliləyişini tə-
min edən böyük energetik potensial olmalıdır. Bu enerji bir yerdə və isti-
qamətdə artanda başqa yerdə və istiqamətdə azalan, cəmi həmişə sabit
Əməli bilik, elm, texnologiya
559
qalan, məhdud təbiətli, lokal fiziki enerjidən fərqli olaraq, hüdudları bilin-
məyən, bitməz-tükənməz əqli enerjidir. Və fərdi əqli enerjilərin müəyyən
bir problemə fokuslanaraq toplana bilmək imkanı daha böyük miqyaslı
ümumictimai bir prosesin yaranmasına gətirib çıxarır ki, bunun da adı qlo-
bal sivilizasiyadır.
Müasir dövrdə qlobal sivilizasiyanın enerji mənbəyi isə elmdir.
Elm təkcə təbiətin daxili potensialının mənimsənilməsinə xidmət et-
məklə kifayətlənməyərək, ictimai təşkilatlanmanın da optimal formalarını
müəyyənləşdirir ki, nəticədə əqli güclə fiziki-təbii potensialın daha müna-
sib kombinasiyaları üçün meydan açılır, lokal sivilizasiyalar da vahid
ümumbəşəri sivilizasiyada birləşmiş olur. Yeri gəlmişkən, ümumbəşəri si-
vilizasiyadan danışdıqda müasir dövrdə baş verən başqa bir hadisəni –
qloballaşmanı xatırlamamaq mümkün deyil. Əslində, qloballaşmanın da tə-
məlində elmi-texniki üstünlük dayanır. Lakin burada elm ümumictimai bir
proses kimi deyil, bir ölkə tərəfindən mənimsənilmiş qüdrət və hakimiyyət
simvolu kimi çıxış edir. Belə ki, dünyanın coğrafi-siyasi xəritəsində iki-
qütblü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası müşahidə
olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə
edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir.
Fəlsəfə təbiətdə olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi
vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrə-
nir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı vaxt-
dan bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasın-
dan başlayaraq, daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti
ehtiva edən geniş miqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi
üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna
kəsb edir.
Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə dü-
şür. Yəni, hər bir insan özünün həyat uğrunda, özünü və dünyanı dərk et-
mək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamətindəki mü-
cadiləsində gec-tez başqa insanlarla iş birliyi yaratmaq məcburiyyətində
qalır və bu proses ta bütün bəşəriyyəti əhatə edənə qədər genişlənməkdə
davam edir. Ailə, tayfa, millət, milli dövlət bu inkişaf yolunda pillələrdir.
Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fərdi insan
mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətindən irəli gəlir və bir
tendensiya kimi həmişə mövcud olmuşdur.
Elm haqqında elm
560
İndi qloballaşma adı altında baş verən hadisə əslində bir qütblü dün-
yanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya
düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri,
bir iqtisadi marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşayiət olu-
nur. Fəlsəfədə izlənən ümumictimai təşkilatlanma prosesi isə belə subyek-
tiv meyllər fövqündədir.
Kant tərəfindən irəli sürülən vahid planetar dövlət ideyası, Hegelin
ümumdünya-tarixi təfəkkür ideyası, K.Yaspersin «məhvər zaman» təlimi
və s. ictimai zəruri inkişaf tendensiyasnı ifadə etməklə fərddən millətə,
millətdən bəşəriyyətə gedən yolun qanunauyğunluqlarını, mahiyyətini izah
edir. Bu yolun bir məntəqəsi olan dövlət bir çox mütəfəkkirlər tərəfindən
ictimai sazişin nəticəsi kimi izah olunmuşdur. Yəni, insanlar cəmiyyəti da-
ha yaxşı idarə etmək üçün ictimai təşkilatlanmanın optimal variantlarını
axtarır və müxtəlif ictimai-siyasi inkişaf mərhələlərində həmin inkişaf sə-
viyyəsinə adekvat olan idarəçilik formaları tapılır. Bu məntiqlə bütün bəşə-
riyyət miqyasındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi ol-
malıdır. Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq hüquq normaları məhz
bu məntiqdən doğmuşdur. Bu proses, əlbəttə, qloballaşma adlandırıla bilər-
di, lakin belə olmamışdır. İndi qloballaşma adı ilə təqdim olunan tenden-
siya nəzərdən keçirdiyimiz bəşər tarixinin məntiqi davamı kimi ortaya
çıxmır. Ona görə də bu iki proses fərqləndirilməlidir.
Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşə-
riləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşə-
riyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tapmışdır.
– Şübhəsiz ki, ilk növbədə sivilizasiya termini ilə! Hətta sözün etimologi-
yasından da göründüyü kimi, söhbət ictimailəşmədən, fərd müstəvisindən
ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən gedir. Məhz sivilizasiya
insanların birləşməsindən, birgə əməli fəaliyyətdən doğan yeni enerji po-
tensialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cəmin-
dən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı münasibətində bu yeni
güc potensialından istifadə etməyə başlayır.
Elmi və texniki nailiyyətlər, onların istehsalata tətbiqi cəmiyyətdə
iqtisadi tərəqqinin başlıca amilləri sırasına daxildir. Əslində kapitalizm cə-
miyyəti özü texniki tərəqqi sayəsində, istehsal vasitələrinin işçi qüvvəsinə
nisbətən daha həlledici rol oynaması sayəsində meydana gəlmişdir. Bütün
sonrakı dövrdə də sahibkarların gəlirinin artmasının mühüm vasitələrindən
Əməli bilik, elm, texnologiya
561
biri məhz texniki rekonstruksiya, yeni, daha səmərəli texniki vasitələrdən
istifadə edilməsi olmuşdur. Nə qədər ki, yeni texnikanın quraşdırılması
əsasən praktik biliklər hesabına həyata keçirilirdi və böyük miqyaslı fəaliy-
yət tələb etmirdi, ölkə miqyasında vahid texniki siyasətə də ehtiyac yox
idi. Ona görə də texniki tərəqqi ayrı-ayrı sahibkarların imkan və səylərinə
müvafiq olaraq, pərakəndə surətdə həyata ke÷irilirdi. Belə şəraitdə texniki
yenidənqurmanın sosial nəticələri də tənzim olunmur və kortəbii xarakter
daşıyırdı. Texniki tərəqqi sahəsində vahid dövlət siyasətinin olmaması,
sahibkarların istənilən texniki yeniliyi tətbiq etməkdə azad olması, bir
tərəfdən texniki yaradıcılığın inkişafına meydan açırdısa, digər tərəfdən,
onun doğurduğu kütləvi işsizliyin, ekoloji problemlərin və s. qarşısını
almaq məqsədi ilə hər bir sistemli tədbir görülməsini istisna edirdi.
Özlüyündə müsbət hadisə olan texniki tərəqqinin sosial tənəzzülə,
kütlələrin daha çox təbəqələşməsinə, işsizliyə və mənəvi deqradasiyaya
səbəb olması kapitalizm cəmiyyətinin başlıca ziddiyyətlərindən biri idi.
Məntiqi olaraq belə çıxır ki, cəmiyyət inkişaf etdikcə bu ziddiyyət də
kəskinləşməli idi.
Texniki tərəqqinin böyük vüsət aldığı və klassik kapitalizm cəmiy-
yətinin daxili ziddiyyətlərinin üzə çıxdığı bir dövrdə texniki nailiyyətlərin
sənayeyə və ümumiyyətlə ictimai-iqtisadi həyata təsiri zəhmətkeşlərin hə-
yat şəraitini daha da pisləşdirir, mənəvi tənəzzül doğururdu. Texniki tərəq-
qinin insanın maddi və mənəvi həyatına bu cür mənfi təsir imkanları çox
vaxt texnikanın öz təbiətindən irəli gələn zəruri nəticələr kimi qələmə veri-
lir. Texniki tərəqqiyə belə bədbin münasibət elm və texnikanı xoşbəxt gə-
ləcəyin açarı kimi qiymətləndirən sientist və texnisist baxışların əksinə
çıxır. Halbuki istər texnoloji determinizm, itərsə də texnoloji pessimizm
texniki tərəqqinin doğurduğu nəticələrin əslində onun hansı ictimai-iqtisadi
şəraitdə həyata keçməsindən asılı olduğunu nəzərə almır. Texniki tərəqqi-
nin insana mənfi təsir imkanlarını aradan qaldırmaq üçün özlüyündə mütə-
rəqqi olan bu hadisənin qarşısını almaq, məhdudlaşdırmaq deyil, onu elə
istiqamətləndirmək, elə tətbiq etmək lazımdır ki, bütün mənfi təsir imkan-
ları minimuna endirilsin. Bunun üçün isə elmin, texnikanın inkişafı yalnız
iqtisadi səmərəyə yox, həm də sosial-mənəvi mənafeyə uyğunlaşdırılmalı,
mümkün ola biləcək demoqrafik, ekoloji, sosial və mənəvi nəticələr nəzərə
alınmalıdır. Lakin texniki tərəqqinin sosial nəticələrini bu və ya digər
istiqamətə yönəldə bilmək üçün əvvəlcə bu tərəqqiyə nail olmaq lazımdır.
Elm haqqında elm
562
Hansı ictimai-iqtisadi quruluşda texniki tərəqqinin nə kimi nəticələr
doğurması probleminə toxunmazdan əvvəl, hansı quruluşun texniki tərəqqi
üçün daha yaxşı imkan açmasına diqqət yetirilməlidir.
İdeoloji konfrantasiya şəraitində sovet tədqiqatçıları kapitalist dün-
yasında elmi-texniki tərəqqinin ancaq sosial, mənəvi və ekoloji nəticələrin-
dən bəhs etmiş, mövcud siyasi, ictimai-iqtisadi sistemin, dövlət proqramla-
rının elmi-texniki tərəqqinin özü üçün, onun intensivliyinin yüksəldilməsi
və səmərəli təşkili üçün nə dərəcədə əlverişli olması məsələsi isə kölgədə
qalmışdır.
Məsələ burasındadır ki, kapitalizm dünyasında məhz xüsusi müəs-
sisələr arasındakı rəqabət texniki tərəqqinin başlıca hərəkətverici qüvvələ-
rindən biri olmuşdur. Deməli, yeni bir amil neqativ sosial nəticələri şərt-
ləndirməklə yanaşı texniki tərəqqinin intensivliyini də şərtləndirir. Burada
həm vahid mərkəzdən planlaşdırılan, həm də daxili rəqabətə və müəssisə-
lərin nisbi müstəqilliyinə əsaslanan təsərrüfat sistemlərinin üstün və zəif
cəhətləri ortaya çıxır. Belə güman etmək olardı ki, planlı iqtisadiyyat eyni
zamanda texniki tərəqqinin də planlaşdırılmasına imkan açdığından onun
sosial nəticələrini də qabaqcadan nəzərə almaq mümkündür. Lakin texniki
tərəqqinin həmin dövrdə proqnozlaşdırıla bilməyən və yalnız tətbiq olun-
duqdan xeyli sonra özünü büruzə verən neqativ nəticələri də vardır ki, bun-
lardan yaxa qurtarmaq planlı təsərrüfat sistemi şəraitində də mümkün de-
yil. Belə neqativ halların qarşısının alınması ancaq elmi və texniki bilik-
lərin daha yüksək inkişaf səviyyəsində həyata keçirilə bilər. Çünki texniki
tərəqqinin sosial, demoqrafik, ekoloji və mənəvi nəticələrinin proqnozlaş-
dırılması işi yüksək elmi əsaslar üzərində qurulmasa və ən mükəmməl tex-
nologiyaya istinad edilməsə, problem ictimai-iqtisadi sistemin xarakterin-
dən asılı olaraq öz-özünə həll edilə bilməz.
Klassik kapitalizm cəmiyyəti şəraitində texniki tərəqqi ilə onun
müxtəlif ictimai həyat sahələrindəki nəticələri arasındakı qarşılıqlı əlaqə
hələ nəzərə alına bilmirdi. Sonrakı mərhələdə istehsalın təmərküzləşməsi,
iri inhisarların əmələ gəlməsi, bir tərəfdən kapitalizm cəmiyyətinin ziddiy-
yətələrini daha da kəskinləşdirsə də, digər tərəfdən daha böyük texniki ye-
nidənqurma planlarının həyata keçirilməsinə imkan açdı. İri burjuaziyanın
təzyiqi ilə xırda istehsal müəssisələrinin inteqrasiyası texniki tərəqqinin
nailiyyətlərindən daha məqsədyönlü şəkildə istifadə etməyə imkan verirdi.
Lakin ilk vaxtlarda iri burjuaziya bu imkanlardan yalnız öz mənafeyi
Əməli bilik, elm, texnologiya
563
naminə istifadə etməyə çalışırdı. Bu isə zəhmətkeş kütlələrin texniki tərəq-
qini öz mənafelərinə zidd bir hadisə kimi mənimsəməsinə səbəb olurdu.
Nəticədə texnikadan bilavasitə istifadə edən və onun əyərəksiyini yaxşı
bilən ustalar, fəhlələr nəinki texniki tərəqqinin iştirakçısı olmadılar, əksinə,
yeni texnikaya, maşınlara düşmən kəsildilər. İmperializm mərhələsində
kapitalizm cəmiyyəti “olum ya ölüm” dilemması ilə üzləşir. Bir tərəfdən
texniki tərəqqini məhdudlaşdırmaq olmazdı, çünki bu, bütövlükdə məhsul-
dar qüvvələrin inkişafının qarşısını kəsmək olardı. Digər tərəfdən də texni-
kanın sürətli inkişafı idarə oluna bilinməyən, heç cür qarşısı alınmayan ne-
qativ nəticələr törədərdi. İmperializm mərhələsində kapitalizm cəmiyyə-
tinin böhranı, çürüməsi, süqutu haqqında mülahizələri şərtləndirən ən ciddi
ziddiyyətlərdən biri məhz bundan ibarət idi.
Lakin bundan sonra baş verən hadisələr yaranmış vəziyyətin xeyli
dəyişməsinə səbəb oldu. Bu hadisələrdən biri sosialist təliminin və sosialist
sisteminin yaranması idi. Sosialist ölkələrinin təcrübəsindən istifadə olun-
ması və daha çox dərəcədə onunla rəqabət zərurəti kapitalist ölkələrində
daxili rəqabətin arxa plana keçməsinə, bütün ölkənin mənafeyini nəzərə
alan proqramların həyata keçirilməsinə səbəb oldu.
Digər hadisə texniki tərəqqidən elmi-texniki tərəqqiyə keçid idi.
Əgər texniki tərəqqi texnikanın yalnız əməli biliklər hesabına nisbi müs-
təqil inkişafı ilə məhdudlaşırsa, elmi-texniki tərəqqi həm də elmi biliklərin
texnikanın yenidən qurulması işinə tətbiqini nəzərdə tutur. Yeni elmi bilik-
lərin əldə edilməsi və tətbiqi isə bir sıra spesifik cəhətlərə malikdir və el-
min iqtisadi həyatda rolu artdıqca, bu cəhətlər özünü daha çox biruzə ver-
məyə başlayır. XX əsrdə nəinki təkcə məhsuldar qüvvələr, həm də istehsal
münasibətləri, cəmiyyətin sosial strukturu və s. elmin getdikcə artan
təsirinə məruz qalır.
Elmin spesifik cəhətlərindən biri də budur ki, ayrıca bir müəssisə,
şirkət, firma miqyasında onun inkişafını təmin etmək mümkün deyil. Əgər
müəssisələrin rəqabəti xırda texniki yeniliklərin həyata keçirilməsinə im-
kan versə də, elmin inkişafı üçün, əksinə, buxova çevrilirdi. Texnikanı ye-
ni keyfiyyət mərhələsinə qaldırmağın yeganə çarəsini yeni biliklərin tətbi-
qində görən işgüzar dairələr istər-istəməz elmin inkişafına şərait yaratmağa
çalışırdılar. Onlar elmin mənafeyi naminə, bütövlükdə ölkənin elmi-texniki
potensialını inkişaf etdirmək naminə bəzən öz aralarındakı rəqabətdən geri
çəkilərək birgə tədbirlərdə, ortaq layihələrdə iştirak etməli olurdular.
Elm haqqında elm
564
Vahid, bütöv elm sisteminin iqtisadiyyat, təsərrüfat meydanına daxil
olması vahid iqtisadi siyasət üçün də meydan açdı. Beləliklə, bir tərəfdən
sosialist dünyası ilə rəqabət, digər tərəfdən də elmin sürətli inkişafı və so-
sial-iqtisadi siyasətə təsiri kapitalizm cəmiyyətinin imperializm mərhələsi
kimi qiymətləndirilən yeni keyfiyyət halını tədricən dəyişdirdi. XIX əsrin
axırları və XX əsrin əvvəllərində getdikcə şiddətlənən və labüd olaraq sü-
quta aparmalı olan ziddiyyətlər iki sistemin qarşıdurması və elmin bilava-
sitə məhsuldar qüvvəyə çevrilməsi şəraitində tədricən öz xarakterini dəyiş-
məyə başladı. Elmin məhsuldar qüvvələrin inkişafına təsiri XIX əsrdə nə-
zərə çarpacaq bir hadisə idi. XX əsrdə bu prosesin sürətlənməsi nəinki elm
ilə istehsalat arasındakı əlaqənin xarakterində və ya məhsuldar qüvvələrin
inkişafında, həm də bütövlükdə elmi-texniki və sosial-iqtisadi siyasətin xa-
rakterində ciddi keyfiyyət dəyişikliklərinə səbəb oldu. Məhz bu dəyişiklik-
lərin nəticəsidir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində dünya
imperializmini təmsil edən ölkələr indi inkişaf etmiş kapitalist ölkələri ad-
landırılırlar.
XX əsrin ortalarında daha yalnız təbiətşünaslıq deyil, həm də bir sıra
ictimai elmlər tətbiqi funksiya kəsb etməklə inkişaf etmiş kapitalist ölkələ-
rinin sosial-iqtisadi həyatında mühüm rol oynamağa başladılar. İstehsal
texnikasının təkmilləşdirilməsi və elmi tutumu böyük olan yeni texnika
növlərinin yaradılması ilə yanaşı bütövlükdə təsərrüfatın elmi əsaslarla
idarə olunması üçün şərait yarandı. Dövlətin yeritdiyi iqtisadi, sosial və
elmi-texniki siyasətdə elmi idarəetmə prinsipləri getdikcə daha çox nəzərə
alınmağa başlandı. Sahibkarların sinfi mənafeyi ilə ziddiyyət yaranmadıq-
da işin elmi təşkili rəhbər tutuldu. İstər təsərrüfatın, istərsə də xidmət sahə-
lərinin elmi təşkili cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları ilə da-
ha çox səsləşdiyindən heç də yalnız burjuaziyanın deyil, bütövlükdə əhali-
nin mənafeyinə uyğun gəlirdi. Əməyin elmi təşkili sahəsindəki tədqiqatlar
və sosial-iqtisadi həyatın elmi təhlili göstərdi ki, izafi qazancın artırılması
üçün işçi qüvvəsinin özünə başlıca sərvət kimi baxmaq və onu inkişaf
etdirmək lazımdır. Çünki zəhmətkeşlərin həyat tərzi yaxşılaşdıqca, ümumi
mədəni səviyyəsi yüksəldikcə, onların peşəkar işçi kimi formalaşması
asanlaşır. Təsərrüfatın və əməyin elmi zəmində, kompleks proqramlar əsa-
sında təşkil olunması, yüksək texnoloji və iqtisadi təfəkkür mədəniyyətinin
təmin edilməsi əmək məhsuldarlığının və nəticə etibarilə sahibkarın qazan-
cının da artmasına səbəb olur.
Əməli bilik, elm, texnologiya
565
Nə qədər ki, istehsalın texniki təchizat səviyyəsi aşağı idi və məhsul-
darlığın artırılması əsasən fəhlənin ağır fiziki əməyi hesabına başa gəlirdi,
onda bir fəhlənin başqasından heç bir xüsusi fərqi yox idi və lazım gəldik-
də onu başqaları ilə əvəz etmək çətinlik törətmirdi. Onda sahibkarın öz
fəhlələrinin sağlamlığı, həyat şəraiti, təhsil və mədəni səviyyəsi ilə maraq-
lanmasına da xüsusi ehtiyac yox idi. Lakin elə ki, sahibkar fəhlənin mütə-
xəssis kimi, texniki avadanlığın xüsusiyyətlərini bilən və peşəkar əməli
vərdişlərə malik olan usta kimi yetişməsi üçün xərc çəkir, onda ən qiymətli
sərvət texnika yox, mütəxəssis-fəhlə olur. Beləliklə elmi-texniki tərəqqinin
təsiri ilə müasir kapitalizm cəmiyyətində dəyərlər dəyişir. Sinfi mənafelər
arasında ziddiyyət saxlansa da, elmi-texniki tərəqqi bu ziddiyyətin
kəskinləşməsini zəiflədir.
Beləliklə, inkişaf etmiş kapitalizm mərhələsi bir sıra özünəməxsus
cəhətlər kəsb edir. Bu yeni mərhələnin klassik kapitalizm və imperializm
mərhələlərindən keyfiyyətcə fərqləndiyini nəzərə çarpdırmaq üçün D.Bell
onu “sənayedən sonrakı cəmiyyət” (“postindustrial cəmiyyət”)
7
1
, C.Qel-
breyt isə “yeni sənaye cəmiyyəti” adlandırır. C.Qelbreyt yeni mərhələdə
elmin xüsusi rolunu vurğulayaraq qeyd edir ki, indi xüsusi kapital böyük
elmi layihələrin hazırlanması və həyata keçirilməsi üçün yetərli deyil və
ona görə də elm getdikcə daha çox dərəcədə dövlət himayəsinə götürülür.
O yazır: “Müasir reaktiv aviasiya texnikası əhəmiyyətli dərəcədə müdafiə
sənayesi sahəsində elmi tədqiqat və təcrübi konstruktor işlərinin məhsulu-
dur. Təbabət sahəsində də əksər kəşflər dövlətin dəstəyi ilə həyata keçiri-
lən tədqiqatların nəticəsidir.”
7
2
D.Bell hesab edir ki, cəmiyyətin marksist sxem əsasında ictimai-iq-
tisadi formasiyalara bölünməsi mülkiyyət münasibətlərinin yeganə meyar
kimi götürülməsinə əsaslanır. Lakin daha bir meyar da var ki, bu da istifa-
də olunan bilik növlərinin dəyişməsi, istehsalın bir texniki səviyyədən yeni
texniki səviyyəyə keçməsidir. Bu baxımdan, D.Bell cəmiyyətin inkişafını
üç mərhələyə ayırır: “sənayedən əvvəlki cəmiyyət”, “sənaye cəmiyyəti”,
“sənayedən sonrakı cəmiyyət”. O, “sənayedən sonrakı cəmiyyətin” 5 əla-
mətini qeyd edir: 1) xidmət iqtisadiyyatının üstünlük təşkil etməsi; 2) “mü-
1
Д.Белл. Грядущее постиндустриальное общество. Опыт социального прогнози-
рования. М., Асаdemia, 1999, c. 61.
2
Дж.К.Гельбрейт. Справедливое общество. Гуманистичекий взгляд // Новая
постиндустриальная волна на Западе. Антология, с. 231.
Elm haqqında elm
566
təxəssislər və texniklər sinfinin” roulunun getdikcə artması; 3) texnikanın
yenidən qurulması və siyasətin formalaşmasında nəzəri biliyin həlledici ro-
lu; 4) texnologiyaya nəzarət edilməsi; 5) qərarların yeni “intellektual tex-
nologiya” bazasında qəbul edilməsi.
7
1
Göründüyü kimi, bu əlamətlərin əksəriyyəti məhz elmi biliklərin
yeni texnika və texnologiya vasitəsilə istehsal və xidmət sahələrinə sirayət
etməsi ilə bağlıdır. Təsadüfi deyil ki, J.Furastye kapitalizmin bu yeni inki-
şaf mərhələsini “bilik sivilizasiyası” adlandırır.
7
2
R.Rixta da müasir sivili-
zasiyada elmin aparıcı rolunu xüsusi qeyd edir: “Sənayedən ayrı mövcud
olub və ancaq hərdən bir ona kənardan təsir edən elm indi istehsalın və bü-
tün sosial həyatın ürəyinə çevrilir”.
7
3
Fransız iqtisadçısı J.Elqozi istehsalın avtomatlaşdırılmasının və
ümumiyyətlə elmi-texniki tərəqqinin doğurduğu nəticələri təhlil edərək
”inqilabçılarsız inqilab”ın mümkünlüyü qənaətinə gəlir.
Lakin elmi-texniki inqilabın guya sosial inqilabı əvəz etməsi haq-
qında fikirlər müəyyən faktiki əsasa malik olsa da, real vəziyyəti heç də
tam düzgün əks etdirmir. Məsələ burasındadır ki, sinfi ziddiyyətin aradan
qalxması və həyat səviyyəsinin yüksəlməsi əsasən mühəndis-texniki işçilə-
rə aiddir. Kvalifikasiya dərəcəsi aşağı olan və yalnız əl əməyinə arxalanan
fəhlə kütləsi yenə də hər cür qayğı və təminatdan məhrum olaraq qalır. Bu,
xüsusən üçüncü dünya ölkələrindən iş axtarmaq üçün gələn “ucuz işçi
qüvvəsinə” aiddir.
Digər tərəfdən də, inkişaf etmiş kapitalist ölkələri imperializm mər-
hələsi üçün səciyyəvi olan bir sıra köklü ziddiyyətlərdən hələ də azad ola
bilməmişdir. Obyektiv təhlil göstərir ki, müasir dövrdə kapitalist ölkələri-
nin elmi-texniiki tərəqqi sahəsində yeritdiyi siyasət heç də yalnız daxili
problemlərin həll olunmasına yönəldilməmişdir. Müharibədən sonrakı
dövrdə imperializm mərhələsinə xas olan militarizm əhval-ruhiyyəsi yeni-
dən üstünlük təşkil etmişdir və bu, daha çox dərəcədə kütləvi qırğın silah-
larının kəşfi ilə əlaqədardır. İnkişaf etmiş böyük ölkələr, ilk növbədə ABŞ
və SSRİ, öz texnoloji nailiyyətlərindən hərbi texnikanın modernləşdiril-
məsi, ən yeni elmi-texniki kəşflərin məhz hərbi sahəyə tətbiq olunması
1
Yenə orada, c. CLIV-CLVI.
2
J.Fourastie. Le grand espoir du XXe siecle. P., 1958 // Д.Белл. Грядущее
постиндустриальное общество, c. 145.
3
R.Richta. Civilization at the Crossroads. N.Y., 1969, p.27.
Əməli bilik, elm, texnologiya
567
üçün istifadə etmişlər. ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası at-
ması ilə başlanan iki dünya sistemi arasındakı soyuq müharibə əslində el-
mi-texniki rəqabətin ağırlıq mərkəzinin hərbi sənayeyə keçməsi ilə nəticə-
ləndi. SSRİ dağıldıqdan sonra ABŞ dünyanın yeğanə güc mərkəzinə çev-
rilsə də, Rusiyanın, Çinin və s. timsalında hərbi texnika sayəsində rəqabət
davam etməkdədir. Buna görə də, inkişaf etmiş ölkələr dövlət büdcəsinin
böyük bir qismini hərbi texnologiyanın təkmilləşdirilməsinə və bu sahədə
elmi tədqiqatlara sərf edirlər.
Son illərin təcrübəsi sübut edir ki, hazırlanmış silah istifadəsiz qal-
mır. İnkişaf etmiş ölkələr məhz hərbi texnika üstünlüyünə arxalanaraq öz
siyasi mövqelərini başqa ölkələrə də qəbul etdirməyə çalışırlar. Ən səciy-
yəvi olan isə budur ki, inkişaf etmiş ölkələr hərbi texnikanı təkmilləşdir-
dikcə “köhnəlmiş texnikanı” üçüncü dünya ölkələrinə ixrac edir və bunun-
la əslində onları müharibəyə təhrik edirlər. İmperialist ölkələrin “sülhsevər
siyasətini” nümayiş etdirən müxtəlif beynəlxalq forumların qərarları
onların hərbi texnika sahəsində yeritdikləri silahlanma siyasəti ilə üzləşir
və Yeni Dövrün daha bir ziddiyyəti ortaya çıxır. Hərbi texnikanın səviy-
yəsi xarici siyasətə təsir edir və texnokratiya ideyası yaranır. Bəzi ideoloq-
ların müasir kapitalizm cəmiyyətini texnokratik cəmiyyət kimi səciyyələn-
dirmək cəhdləri, əlbəttə, əsassız deyil. Onlar yüksək texniki inkişaf səviy-
yəsinin təkcə iqtisadi amil kimi deyil, həm də siyasi amil kimi çıxış et-
məsinə istinad edirlər. Doğrudan da, texniki səviyyə dövlətin sosial-iqtisa-
di siyasətinin müəyyənləşməsinə xeyli təsir göstərir. Xüsusən xarici siyasət
hərbi texnikanın inkişafından çox asılıdır. Lakin bununla belə, texnikanın
siyasəti müəyyən etməsi fikri ilə razılaşmaq olmaz. Texnika siyasətin
həyata keçirilməsində yalnız vasitədir.
Bəs texnokratik təlimlərin meydana gəlməsinə səbəb nədir? Bunu
yalnız ideoloji baxımdan, keçmiş sovet tədqiqatlarında qəbul edildiyi kimi
sinfi ziddiyyətlərini ört-bastır etmək cəhdi olaraq izah etmək düzgün ol-
mazdı. Texnokratik təlimlərin ideoloji kökləri ilə yanaşı müəyyən qnoseo-
loji kökləri də vardır. Elm və texnikanın yüksək inkişaf səviyyəsi son onil-
liklərdə kapitalist ölkələrində yeridilən sosial siyasətə getdikcə daha çox
təsir göstərir.
İqtisadi və elmi-texniki siyasətdə elmi prinsipləri daha çox nəzərə
alan bir sıra kapitalist ölkələrində sosial təminat və mədəni səviyyənin art-
ması imkanı getdikcə daha geniş fəhlə kütlələrini əhatə edir. Belə ki, is-
Elm haqqında elm
568
tehsalın genişləndirilməsi, yeni sənaye müəssisələrinin açılması mühəndis-
texniki kadrların və mütəxəssis fəhlələrin lazım gəldikcə asanlıqla əvəz
oluna bilməsi üçün ehtiyat qüvvələrin, işsizlər ordusunun da müəyyən ilkin
hazırlıq səviyyəsinə malik olması lazımdır. Tədqiqat göstərir ki, istehsalata
cəlb olunan fəhlələrin heç olmasa təhsili varsa, onların müasir texnikanı
idarə etməsi, müasir ixtisaslara yiyələnməsi daha tez və asan başa gəlir,
işin keyfiyyəti yüksəlir və əmək məhsuldarlığı artıq olur.
XX əsrin axırları, XXI əsrin əvvəllərində istehsalın avtomatlaşdırıl-
ması şəraitində mikroelektronika, hesablama texnikası, robototexnika, bio-
texnologiya kimi müasir sənaye sahələrinin yaranması, xüsusən hərbi səna-
yenin sürətli inkişafı ilə əlaqədar olaraq elmin ən yeni nailiyyətlərinə əsas-
lanan mürəkkəb texniki qurğuların, raket texnikasının, nüvə reaktorlarının
və s. geniş təşəkkül tapması yüksək kvalifikasiyalı elmi-texniki kadrlara
olan ehtiyacı daha da artırdı.
Böyük mütəxəssislər ordusunun hazırlanması işi yalnız ümumən
elm və maarifin inkişafı şəraitində, istedadlı adamların üzə çıxarılması və
onların intellektual potensialından maksimum səmərəli istifadə edilməsi
sayəsində mümkün ola bilərdi. Yalnız varlıların, sahibkar uşaqlarının təhsil
alması mütəxəssis kadrlara olan böyük ehtiyacı ödəmək üçün kifayət
deyildi. Yüksək intellektual potensialı olan adamların üzə çıxarılması üçün
daha geniş kütlələrin təhsil almasına şərait yaradılmalı idi. XX əsrin ikinci
yarısında ilk növbədə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində
bu tələbin ödənilməsi dövlət siyasəti səviyyəsində həll olundu. Bütün ölkə
vətəndaşlarının intellektual potensialının səfərbər olunması ilə yanaşı, im-
kan daxilində xarici ölkələrin (ilk növbədə üçüncü dünya ölkələrinin) elm
adamlarını və yüksək kvalifikasiyalı mütəxəssislərini işə cəlb etməyin
müxtəlif üsullarından istifadə edilməsinə başlandı.
İstehsal sahəsində əl əməyinin texnika ilə sıxışdırılması və bura daha
çox mühəndis və texniki işçilərin cəlb olunması, təsərrüfatın elmi yolla
idarə edilməsi, əməyin elmi təşkili sahəsində mütəxəssislərin – menecer-
lərin rolunun artması əhalinin sosial tərkibinin də tədricən dəyişilməsinə,
öz yaşayış səviyyəsinə görə iri sahibkarlarla ixtisassız fəhlələr arasında
orta mövqe tutan xüsusi təbəqənin formalaşmasına gətirib çıxarır. Burjua
ideoloqlarının fikrincə bu yeni təbəqə dövlət siyasətinin formalaşmasında
aparıcı rol oynamağa başlayır. Bu, texnokratiya mərhələsinə keçidin əsas
arqumentlərindən biri kimi qiymətləndirilir.
Əməli bilik, elm, texnologiya
569
Geniş kütlələrin savadlanması xüsusi ixtisaslaşma tələb etməyən fi-
ziki əməyin icrası üçün ucuz işçi qüvvəsinə ehtiyacı artırır. “Üçüncü dün-
ya” ölkələri ucuz xammalla yanaşı ucuz işçi qüvvəsinin də məskəninə çev-
rilir.
İndustrial cəmiyyətdə mühəndis-texniki işçilərin bir qismi, kadr ça-
tışmayan yeni sahələrdə yaxşı mütəxəssis olan adamlar onlarla müqayisədə
daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da
fəhlə sinfinin daxilində texniki təbəqələşmə ilə paralel surətdə sosial-iqti-
sadi təbəqələşmənin yaranmasına səbəb olur. “Hər şey insan naminə” prin-
sipi əsas tutulmadıqda aşağıdakı mülahizələr hakim kəsilir: xüsusi ixtisas-
laşma tələb etməyən ağır işi görməyə adam çoxdur, yeni texnikanı işə sa-
lan, onun fəaliyyətinə nəzarət edən adamlara isə ehtiyac vardır. Deməli,
ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birinciləri isə bacardıq-
ca daha çox və daha ağır vəziyyətdə işlətmək və onlar gücdən düşdükdə
yeniləri ilə əvəz etmək lazımdır. Bu mülahizə xüsusi ixtisaslaşma kursu
keçməyən, yalnız “qara əməklə” məşğul olan fəhlələrin maddi şəraitini da-
ha da pisləşdirir, onların bir insan kimi inkişafını hər cür məhdudlaşdırmış
olur.
XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiy-
yatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şə-
bəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamış
olur. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yük-
sək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha
operativ və effektli təsir etmək imkanı qazandılar.
İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərə-
li və sürətli vasitələrinə çevrilmişdir. Nəinki beynəlxalq iqtisadi əlaqələrin
gediş-gəlişsiz, qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlə-
rin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanına malik-
dir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə ya-
naşı, ideoloji, mədəni-mənəvi təsir (habelə diversiya) funksiyası qloballaş-
ma prosesində çox önəmli yer tutur.
Elə hadisələr vardır ki, onlar yalnız böyük miqyas şəraitində həyata
keçir. Sənət əsərləri çox vaxt fərdi yaradıcılığın məhsulu olduğu halda,
elm, K. Marksın dediyi kimi, ümumcəmiyyət hadisəsidir. Elmdən prakti-
kada istifadə edilməsi də ancaq böyük ictimai miqyaslarda həyata keçirilə
bilər. Sosializm cəmiyyətində və postsosialist ölkələrində elm yalnız döv-
Elm haqqında elm
570
lət miqyasına yüksəldikdə real qüvvəyə çevrilir. Ona görə də elm adamının
nisbi müstəqil-liyini və şəxsiyyətin bütövlüyünü təmin etmək də müvafiq
dövlət siyasəti tələb edir.
Sənətkarla onun əsərinin “istehlakı” – mənimsənilməsi arasındakı
sosial məsafə nisbətən qısadır, ona görə də sənət adamının sərbəstlik də-
rəcəsi nisbətən yüksəkdir. Elm, texnika və təhsil sahələrində isə bu məsafə
böyük olduğundan, burada ciddi sosial-mənəvi problemlər ortaya çıxır.
Bu gün elmi-texniki tərəqqi sahəsindəki nailiyyətləri ilə bütün dün-
yanı heyrətləndirən Yaponiya Şərq və Qərb düşüncə tərzinin üzvi surətdə
birləşməsinə nail olan əsrlər boyu formalaşmış əxlaq-məişət ənənələrini is-
tehsalatda uğurla tətbiq edə bilən yeganə ölkədir. Dövlətin iqtisadi siyasəti
ilə xalqın ənənəvi təfəkkür tərzi arasındakı ziddiyyət minimuma endiril-
mişdir.
Dövlət iqtisadiyyatı elmi əsaslarla idarə etməyə çalışır. Bu elmi
əsaslar özü hələ tam formalaşmamışdır. Onu istehsal sahəsində çalışan bü-
tün adamlara, geniş xalq kütlələrinə çatdırmaq isə daha çətin bir vəzifədir.
Əgər belədirsə, onda ictimai psixologiyanın real vəziyyəti ilə də hesab-
laşmaq lazım gəlir.
Elm qlobal hadisədir. Hər yerdə, hamı üçün vahid bir elm var.
İstehsal müəssisələri isə konkretdir, özünəməxsus xüsusi şəraitə malikdir.
Burada sosial mühit də, mənəvi iqlim də özünəməxsus ola bilər. Deməli,
elmin praktik tətbiqi hadisəsi hansı pillədə isə yenidən cəmiyyət miqyasın-
dan fərdi miqyasa enir, fərdin düşüncə tərzi, biliyi, fiziki imkanları, əməli
iş qabiliyyəti ilə səciyyələnir.
Elmi-texniki tərəqqi insandan başlanır, insanla da qurtarır. İstər-istə-
məz sual ortaya çıxır ki, bu prosesin başlanğıcında və sonundakı insanlar
bir-birindən nə ilə və hansı istiqamətdə fərqlənirlər? Bunlardan hansı elmi-
texniki tərəqqinin təsirinə daha çox məruz qalır? Bu prosesdə iştirak
edənlər nə qazanır və nə itirirlər?
Elmi-texniki tərəqqi prosesində insan öz fiziki və əqli qabiliyyətini
həm bilavasitə, həm də süni vasitələrlə təkmilləşdirmək imkanı əldə edir.
Əgər təbiət qüvvələrindən istifadə insanın maddi güc və qüdrətini artırırsa,
müasir kibernetikanın nailiyyətləri insanın intellektual imkanlarını geniş-
ləndirir. Hər iki qabiliyyətin sayəsində insanın əməli iş imkanları da artır
və obyektiv gerçəkliyi, təbiəti məqsədəuyğun surətdə dəyişdirmək üçün
daha böyük perspektivlər açılır.
|