Elmi biliklər üst-üstə yığılarkən bəzən


Əməli bilik, elm, texnologiya



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
Əməli bilik, elm, texnologiya 

 

 

 

547



 

sayəsində əldə olunmuş sayılır. Və yalnız bu zaman elm həqiqətən səmərə 

vermiş olur. Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələrinin 

iqtisadi səmərəsini gözləməyə  bəzən heç ehtiyac qalmır. Çünki müvafiq 

sənaye sahəsinin ekspertləri mümkün gəliri qabaqcadan hesablayaraq, 

elmi-texniki yeniliyi özləri üçün əlverişli qiymətə satın alırlar. Bu iş əsasən 

patentləşmə və patentlərin satılması yolu ilə həyata keçirilir.  

Yaponiya örnəyinin bir aspekti də bundan ibarətdir ki, bizə nisbətən 

xeyli böyük olan bu ölkə bütün elm sahələri üzrə orta bir səviyyəni saxla-

maqla yanaşı, əsas gücü yalnız bir neçə sahəyə yönəldir. Və həmin sahələr-

də də dünya miqyasında ön xəttə çıxa bilir və hətta ABŞ kimi bir elm nə-

həngi ilə  rəqabətə girir. Bizdə isə bu prioritetlər hələ  də müəyyənləşmə-

diyindən, sanki kortəbii xarakter daşıyır; kim hansı mövzunu istəyirsə, onu 

da seçir. Deməli, elm haqqında ümumi söhbətlər aparılmasına baxmaya-

raq, real iqtisadi səmərə verə biləcək sahələrin və mövzuların müəyyənləş-

dirilməsi istiqamətində elmi araşdırmalar hələ də aparılmır. 

Biz elmi-texniki inkişafın elə bir mərhələsində yaşayırıq ki, yeni 

texniki və texnoloji sistemlər bizim üçün mühitə çevrilmişdir və onun öy-

rənilməsi daha ancaq nəzəri modellər əsasında deyil, praktik nümunələrin 

empirik tədqiqi əsasında aparılmalıdır. Yəni induktiv metod üçün də mey-

dan genişlənmişdir.  

Ümumiyyətlə istehsaldan, istehsal ümumisindən fərqli olaraq, xüsu-

si istehsal formalarının təhlili, bu xüsusiyyətlərin müəyyən edilməsi siyasi 

iqtisada daxil deyil; bu sahə texnologiya adlandırılır. Müəyyən ictimai pil-

lədə, müəyyən ictimai-iqtisadi formasiya, sosial-iqtisadi quruluş, istehsal 

üsulu şəraitində bütün istehsal prosesləri strukturuna görə identik olmayıb, 

müəyyən dərəcədə  fərqlənir. Burada söhbət az və ya çox fərqlənməkdən 

getmir, başqa səpkidə, başqa müstəvidə, başqa en kəsiyindəki fərqdən 

gedir. 

Sovet dövründə aparılan tədqiqatların demək olar ki, hamısı kapi-



talist və sosialist istehsal üsulları arasındakı  fərqin mütləqləşdirilməsinə, 

ikincinin birinciyə nisbətən üstünlüklərinin isbat edilməsinə yönəldilirdi. 

Əlbəttə, istehsal münasibətlərinin xarakterinə görə, təsərrüfat sisteminin 

sosial-iqtisadi prinsipləri baxımından sosialist istehsal müəssisələri kapi-

talist istehsal müəssisələrindən köklü surətdə fərqli idi. Lakin bununla ya-

naşı, müasir texnikaya əsaslanan iri istehsal müəssisələrinin sosializm və 

ya kapitalizm cəmiyyətinə  mənsubiyyətindən asılı olmayaraq texnoloji 


Elm haqqında elm 

 

 

 

548



struktur baxımından, texniki sistemlərin fəaliyyət mexanizmi baxımından 

bir sıra ümumi cəhətlərə malikdir. Halbuki eyni cəmiyyətdə eyni sosial-iq-

tisadi prinsiplər  əsasında işləyən iki müəssisə texnoloji struktur ba-

xımından bir-birindən köklü surətdə  fərqlənə bilər. Daha çox dərəcədə  əl 

əməyinə  əsaslanan, texniki inkişaf səviyyəsinə görə geri qalmış istehsal 

müəssisələrində sınaqdan çıxmış texnoloji struktur avtomatlaşdırılmış mü-

əssisələrə  uğurla tətbiq oluna bilməz. Və deməli, elmi-texniki tərəqqinin 

tələblərinə uyğun olaraq istehsal müəssisələrinin texnoloji strukturu mün-

təzəm surətdə təkmilləşdirilməlidir; eyni cəmiyyətdə müxtəlif istehsal mü-

əssisələrinin xüsusiyyətləri, texnoloji spesifikaları nəzərə alınmalıdır. Ona 

görə  də istehsalın sosial-iqtisadi en kəsiyində öyrənilməsi ilə yanaşı, tex-

noloji en kəsiyində öyrənilməsi də elmi əsaslar üzərində təşkil edilməlidir. 

Tədqiqat göstərir ki, istehsal prosesinin məhz texnoloji en kəsiyi ki-

fayət dərəcədə öyrənilməmişdir. Hətta bu sahəni öyrənməli olan xüsusi 

ixtisas sahəsi də dəqiq məlum deyil. Mühəndislər özləri bu işlə məşğul ol-

mur: onların vəzifəsi konkret texniki obyektlərin fəaliyyətinə  nəzarət et-

mək, işçilərlə texniki obyektlərin  əlaqəsini tənzim etməkdir. Bir istehsal 

müəssisəsi daxilindəki texniki obyektlərin öz aralarında əlaqələndirilməsi, 

bütün konkret texnoloji funksiyaların vahid bir tam halında təşkil edilməsi 

müəyyən mənada metamühəndislik işidir, mühəndis işinin təşkil olun-

masıdır. 

Digər tərəfdən, tək bir müəssisə üçün yox, müəyyən tipli, müəyyən 

profilli müəssisələr üçün ümumi olan texnoloji prinsiplərin elmi əsaslarla 

öyrənilməsi və  təkmilləşdirilməsi, yeni texniki inkişaf səviyyəsinə uyğun 

olaraq yenidən qurulması dövrün tələbidir və bu istiqamətdəki elmi işlər 

müəyyən fəndə ümumiləşdirilməli, sistemləşdirilməlidir. Bu, harada isə 

idarəetmə nəzəriyyəsi, elm, texnika və təsərrüfatın idarə olunması məsələ-

ləri ilə bağlı bir fənn olmalıdır. 

İstehsalın, təsərrüfatın texnoloji prinsiplərinin düzgün mənimsənil-

məsi, dövrün tələblərinin vaxtında müəyyənləşdirilməsi və inkişaf meyllə-

rinin düzgün proqnozlaşdırılması üçün tarixi aspektdə tədqiqat aparılması-

na, təsərrüfatın texnoloji strukturunun, texnologiyanın ümumi inkişaf qa-

nunauyğunluqlarının aşkar edilməsinə böyük ehtiyac vardır. 

Rotor xətlərinin yaradıcısı, «müasir texnologiyanın fəlsəfəsi» adlan-

dırılan sahənin tədqiqatçılarından biri akademik L.N.Koşkin yazır ki, müa-

sir dövrdə texnologiyanın yeni konsepsiyasına ehtiyac vardır. «İlk baxışda 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

549



 

qəribə görünə bilər, lakin xalis texniki problemlərin həllinə  mən ümumi 

fəlsəfi mühakimələrdən, inqilabi yenidənqurmanın dialektik anlaşılmasın-

dan, hadisələrin mahiyyətindən,  əksliklərin mübarizəsi və  vəhdətindən 

gəlmişəm...»

7

1



 

«Texnologiya fəlsəfəsi» – doğrudan da, çox mühüm, vaxtı çatmış bir 

tədqiqat sahəsidir. Təbiət, cəmiyyət və  təfəkkür hadisələri dialektik prin-

siplər  əsasında inkişaf etdiyi və buna uyğun olaraq dialektik prinsiplər 

əsasında öyrənildiyi kimi, «ikinci təbiət» də, texniki sistemlər, texnoloji 

proseslər də  məhz bu baxımdan nəzərdən keçirilməlidir. Hazırda çox 

mürəkkəb texnoloji proseslərin, sistemlərin idarə olunması problemi qar-

şıya çıxır ki, bu da həmin sistemlərin obyektiv xüsusiyyətlərini, mürəkkəb 

daxili əlaqələrini araşdırmadan mümkün deyil. 

Əslində «texnologiya fəlsəfəsi» adlandırıla biləcək sahənin  əsası 

K.Marks tərəfindən qoyulmuşdur. Təəssüf ki, istehsal prosesinin və bu 

prosesdə iqtisadi və texnoloji rakursların fərqləndirilməsi və qarşılıqlı əla-

qəsi məsələləri sonrakı dövrlərdə yetərincə araşdırılmamışdır və bu prob-

lemlərlə bağlı araşdırma apararkən yenə də Marksa istinad etməkdən başqa 

çarə qalmır. O isə hələ texnologiyanın ilk inkişaf dövrlərindəki təcrübəni 

ümumiləşdirərək yazırdı: “Darvin təbii texnologiyanın tarixi ilə, yəni bitki 

və heyvanların həyatında istehsal alətləri rolu oynayan təbii orqanların 

əmələ  gəlməsi ilə maraqlanırdı. Bəs ictimai insanın istehsal orqanlarının 

yaranma tarixi, yaxud hər bir xüsusi ictimai təşkilatın bu maddi bazisinin 

tarixi də belə diqqətə layiq deyilmi?”

7

2

 Q.Y.Smirnova K.Marksın bu fikrini 



antropoloji kontekstdə nəzərdən keçirir və “insan texnikasını” “həyat tex-

nikasının” xətti davamı kimi izah etməyə çalışır.

7

3

 Burada, əlbəttə, F.Meye-



rin belə bir fikrini də xatırlatmaq yerinə düşür: “Hər bir insan texnikası 

müəyyən bioloji funksiyanın davamı kimi nəzərdən keçirilə bilər”.

 

7

4



 Lakin 

bizim məqsədimiz problemin bioloji təkamül və ya antropoloji aspektləri 

ilə əlaqələndirilməsi deyil. Bizcə, müasir dövrdə texnologiya daha çox də-

rəcədə, bir tərəfdən, yeni texnikanın tətbiqi və istismarı, digər tərəfdən də, 

iqtisadi həyat kontekstində öyrənilməlidir. Birinci aspekt texniki elmlərlə 

bağlı olduğu halda, ikinci aspekt ictimai elmlərin tərkib hissəsidir və 

                                                 

1

 Л.Н.Кошкин. Время больших дел. М., 1986, с. 192. 



2

 К.Маркс и Ф.Энгельс, Сочинения, т. 23, с. 383. 

3

 Г.Е.Смирнова. Критика буржуазной философии техники. Лениздат, 1976, с. 147. 



4

 Sitat: Г.Е.Смирнова. Критика буржуазной философии техники, c. 148. 



Elm haqqında elm 

 

 

 

550



getdikcə daha çox aktuallıq kəsb edir. 

Texniki elmlər ayrı-ayrı texniki qurğuları, onların fəaliyyət me-

xanizmini, funksiyalarını öyrənir. Lakin müxtəlif texniki qurğuların vahid 

istehsal prosesinə daxil edilməsi bu yeni, daha böyük sistemin də struktu-

runun öyrənilməsini, məhz texnoloji aspektdə öyrənilməsini tələb edir. Ay-

rı-ayrı texniki qurğuların mexanizmini mükəmməl surətdə bilmək bu qur-

ğuları müvəffəqiyyətlə  əlaqələndirmək, vahid funksional sistemə  uğurla 

daxil etmək üçün heç də kifayət deyil (bəlkə, heç lazım da deyil). Böyük 

istehsal müəssisələrində müxtəlif texniki qurğuların məhsuldarlıq dərəcəsi 

ilə yanaşı, məhsuldar qüvvələrin digər tərkib hissələrinin də uyğunluq də-

rəcəsi müqayisə olunmalıdır. Tsiklik, dövri prosesin bir mərhələsi başqa 

mərhələni ləngitməməli, əksinə, ona təkan verməlidir. Müəssisə daxilində 

sosial, iqtisadi və texnoloji amillər bir-birini tamamlamalıdır; ona görə də, 

texnoloji amillərin nisbi müstəqil surətdə, sonra isə başqa amillərlə vəhdət-

də öyrənilməsi mühüm şərtdir. 

Hər hansı bir texniki qurğunun tətbiqində məqsəd son nəticədə iqti-

sadi və sosial səmərə verməkdir. Lakin bəzən bu son məqsəd unudulur və 

müəyyən texniki qurğuların, elmi-texniki yenidənqurma işi özlüyündə 

məqsədə çevrilir. Prinsipial surətdə yeni; texnikanın tətbiqi tələbinə, elmi-

texniki tərəqqinin müəyyən istiqamətlərinə üstünlük vermək siyasətinə for-

mal surətdə əməl etmək, «hesabat» xatirinə, «yenilikçilik», «dəbçilik» xa-

tirinə işləmək meylləri əsas məqsədi kölgədə qoyur.  

Bir tərəfdən, müəssisələrdən məhsul tələb olunur, o biri tərəfdən isə 

texniki yenidənqurma sahəsində  tədbirlər görülməsi, elmlə  əlaqə yaradıl-

ması bir prestij hesab olunur. Əslində bunlar hər ikisi vəhdətdə  həyata 

keçirilməlidir, başqa sözlə, ikinci tələb birinci tələbin yüksək səviyyədə 

ödənilməsinə xidmət etməlidir. Lakin bəzən bu iki tələb birləşdirilə bilmə-

dikdə onlar heç olmazsa ayrı-ayrılıqda həyata keçirilir. Elmi-texniki yeni-

lik var, lakin o, iqtisadi səmərə vermir və  hətta ziyan gətirir. Sovet döv-

ründə ideologiyanın texnologiyaya da sirayət etdiyi vaxtlarda bu tamamilə 

mümkün idi. İqtisad elmləri doktoru D.Palteroviç belə  səmərəsiz texniki 

yeniliklərə misal gətirərək yazırdı ki, Moskvanın «Krasnıy proletariy» 

zavodunda qiyməti 5,8 min manat olan tokar dəzgahına robot əlavə edil-

mişdir. Robot çox məhdud miqyaslı  əməliyyatlar icra etdiyi halda, onu 

yerləşdirmək üçün iş meydanı genişləndirilməli olmuş və yeni dəzgah 30 


 

Əməli bilik, elm, texnologiya 

 

 

 

551



 

min manata başa gəlmişdir.

7

1

 Göründüyü kimi, bəzən yeni texniki sistemin, 



baxılan halda sənaye robotunun səmərəliliyi mənfi qiymətlə ölçülür; xe-

yirdən çox ziyan verir. Ona görə  də, yenilik xatirinə yenilik edilməsi 

iqtisadi prinsiplərlə bir araya sığa bilməz. Hər bir texnoloji yenilik tətbiq 

olunmazdan qabaq iqtisadi proqnoz süzgəcindən keçirilməlidir. 

Bununla belə, iqtisadi və sosial ekspertlərin sözü son və qəti olsa da, 

ilk söz texnologiyanındır və o öz mülahizəsini müstəqil surətdə söyləyə 

bilməlidir; hər hansı bir elmi-texniki mülahizə ümumi texnoloji mənzərə 

fonunda nəzərdən keçirilmədən, yeni texniki nümunə texnoloji sistemin bir 

elementi kimi qiymətləndirilmədən iqtisadi və ya sosial səmərə haqqında 

danışmaq tezdir. Ən başlıcası, texnoloji meyarı iqtisadi meyarla qarışıq 

salmamaq, eklektizmdən yaxa qurtarmaqdır. Ona görə də, istehsal müəssi-

sələrinin ümumi texnoloji strukturunun öyrənilməsi, müəyyən profilli is-

tehsal sahəsi üçün səciyyəvi olan texnoloji prinsiplərin nəzərə alınması, 

yeni texnikanın tətbiqi üçün zəruri şərtlərdən biridir. 

Beləliklə, elmi və elmi-texniki fəaliyyət mərhələlərindən sonra gələn 

mərhələ diferensiasiya olunur; hər hansı bir elmi-texniki ideya birbaşa 

istehsalata tətbiq oluna bilməz və belə bir tətbiqin yararlı olub-olmaması 

əvvəlcə texnoloji, iqtisadi və sosial ekspertlər tərəfindən müəyyən edilmə-

lidir. Sınaq üçün düzəldilmiş yeni texniki nümunə ekspertlər tərəfindən iki 

baxımdan qiymətləndirilir.  Əvvəla, sınaq nümunəsinin hazırlanma texno-

logiyası həmin yeni qurğunun kütləvi istehsal texnologiyası ilə eyni olmur; 

ona görə də kütləvi istehsal üçün, bu istehsalın optimal yolla təşkili üçün 

mümkün olan texnologiyaya yollar qabaqcadan nəzərdən keçirilir (şübhə-

siz ki, bu mərhələdə də mövcud stereotiplərdən istifadə etmək və məsələyə 

yaradıcı yanaşmaq – yeni texnikanın hazırlanması üçün yeni texnologiyaya 

əsaslanmaq mümkündür) və prinsipial texnoloji çətinliklərin həll yolları ta-

pıldıqdan sonra və ya kütləvi istehsalın ümumi texnoloji mənzərəsi yara-

dıldıqdan sonra iqtisadi hesablamalar aparılır və yeni texniki qurğunun hər 

bir nüsxəsinin maya dəyəri müəyyən edilir. Bununla bərabər, ikinci mərhə-

lə – istismar mərhələsi də texnoloji, iqtisadi və sosial baxımdan nəzərdən 

keçirilir və yeni texnika tətbiq olunarsa, onun verəcəyi iqtisadi və sosial 

səmərə müəyyən təxminiliklə qabaqcadan hesablanır. Və yalnız mümkün 

iqtisadi səmərənin maya dəyərindən yüksək olduğu qənaətinə gəlinərsə ye-

                                                 

1

 Yenə orada, с. 202. 



Elm haqqında elm 

 

 

 

552



ni texnikanın kütləvi istehsalına başlamaq və onu tətbiq etmək müm-

kündür. 


İlk baxışda belə görünə bilər ki, müasir dövrdə bazar iqtisadiyyatına 

keçid ideyadan istismara qədər olan məsafəni qısaltmaq, bu sahədə büro-

kratizmi aradan qaldırmaq, artıqlıq təşkil edən aralıq mərhələləri ixtisar et-

mək tələblərini qoyursa bəzi aralıq mərhələləri diferensiallaşdırmaq, yeni 

mərhələlər əlavə etmək, məqsədəuyğun deyil. Lakin bütün məsələ bunda-

dır ki, məsafəni azaltmaq prinsipi «yüz ölçüb bir biçmək» prinsipini istisna 

etmir, sadəcə olaraq ölçmək işini inzibati orqanların bürokratizmindən 

xilas edib mütəxəssislərin sərəncamına verməyi nəzərdə tutur. 

Texnoloji, iqtisadi və sosial ekspertlər, onların «ölçmə  fəaliyyəti» 

yalnız elmi-texniki ideyanın tətbiq olunub-olunmaması haqqında qərar ve-

rilməsi ilə məhdudlaşmır; bu fəaliyyət yaradıcı xarakter daşıyarsa ideyadan 

istismara gedən bütün mərhələlərin təşkilinə düzəlişlər vermək, əgər müəy-

yən bir yol, metod, üsul səmərəli deyilsə yenisini təklif etmək, ümumi iş 

istiqamətini düzgün müəyyənləşdirmək üçün xüsusi əhəmiyyətə malikdir. 

Beləliklə, ideyadan istismara qədər olan mərhələlər aşağıdakı ardıcıllıqla 

əvəzlənməlidir: 1) elmi ideya (fundamental elmlər və ya daha çox bilavasi-

tə praktik elm sahəsindən götürülmüş yeni ideyalar), 2) elmi-praktik və ya 

elmi-texniki fəaliyyət (hər bir yeni elmi ideyanın praktik tətbiq imkanları-

nın araşdırılması), 3) mühəndis ideyası (yaradıcı konstruktor fəaliyyəti, el-

mi ideyanın mümkün tətbiq variantının reallaşdırılmasına xidmət edən tex-

niki qurğunun konkret obrazının yaradılması – layihə, sxem, çertyoj, şəkil 

və s. konkret hesablamalar toplusu), 4) sınaq nümunəsinin yaradılması (bu, 

əslində maşınqayırma sənayesinin imkanlarından istifadə olunmasını tələb 

etsə də, unikal haldır və kütləvi istehsaldan tamamilə fərqli hadisədir), 5) 

texnoloji tədqiqat – burada yaradıcı mühəndis-konstruktor fəaliyyəti hesa-

bına yeni texnikanın kütləvi istehsalının  ən optimal yolla təşkil olunması 

nəzərdə tutulur; bu mərhələ özü iki pilləyə ayrıla bilər; 5a) real surətdə 

kütləvi istehsala başlamazdan əvvəl bu prosesin modelini yaratmaq və iqti-

sadi və sosial proqnoz üçün zəruri olan əsas parametrləri qabaqcadan 

hesablamaq; 5b) yeni texnikanın kütləvi istehsalı – lakin iqtisadi və sosial 

proqnoz xüsusi mərhələ kimi daxil edildikdə kütləvi istehsal sonraya ke-

çirilməlidir, yəni 6) iqtisadi və sosial ekspertin fəaliyyəti – kütləvi istehsal 

və istismar proseslərinin texnoloji modellərinə əsasən yeni texnikanın verə 

biləcəyi iqtisadi və sosial səmərənin hesablanması və yalnız bundan sonra 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

553



 

7) yeni texnikanın kütləvi istehsalı, 8) istehsal müəssisəsinin texnoloji cə-

hətdən yeni texnika üçün hazırlanması və nəhayət, 9) yeni texnikanın istis-

marı. Göründüyü kimi, baxdığımız halda Elm-İstehsal zəncirinin halqaları 

sayca artırılmışdır. Lakin bu, «sağlam fikrin» əksinə olaraq elm və istehsal 

arasındakı  məsafənin qısaldılmasına və daha doğrusu, işıqlanmasına, ay-

dınlaşmasına xidmət edir. Əgər xüsusi səciyyəyə malik olan mərhələlərdən 

hər hansı biri nəzərə alınmazsa, o biri mərhələlərin həyata keçirilməsi elə 

çətinləşər ki, son məqsədə gedən yol əslində uzanmış olar. 

Sosial-iqtisadi problemlər konkret texniki probemlərə nisbətən daha 

böyük miqyasa malikdir. Ona görə də sosial-iqtisadi amillərin nəzərə alın-

ması  hər bir ayrıca texniki problemin ümumtexnoloji mənzərə fonunda 

nəzərdən keçirilməsini tələb edir. Deməli, ümumi texnikaşünaslıq texniki 

yenidənqurma işinə kompleks münasibətin zəruri şərtlərindən biridir. 

Müasir dövrdə yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiq 

olunması  təkcə ümumi elmi-texniki inkişaf səviyyəsi ilə deyil, həm də 

iqtisadiyyatın infrastrukturu və mülkiyyət münasibətlərinin dəyişilməsi ilə 

bağlı proseslərin tempi ilə sıx surətdə bağlıdır. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində hadisələrin inkişafı vahid iq-

tisadi münasibətlərin, vahid ümumdünya bazarının yaradılması istiqamə-

tində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə istinad 

edərək daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) 

qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün açmır və bu da təbii-

dir. Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallardan söhbət get-

sə də, hələ milli mənafelər saxlanılır və yanlış eyni səviyyəli ölkələrin inte-

qrasiyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üçün əv-

vəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların 

çıxdığı sınaqlardan çıxmaq lazımdır. 

Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha 

çox geri qalmış ölkələr üçün faydalı görünsə də, əslində inkişaf etmiş ölkə-

lərin buna daha böyük ehtiyacı vardır. Daha doğrusu, ictimai, elmi-texniki 

inkişaf prosesinin özünün buna ehtiyacı vardır. Belə ki, külli miqdarda 

investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texno-

loji sistemlərin tez-tez dəyişdirilməsi baha başa gəldiyindən kapital dünya-

sı intensiv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez modernləşdiril-

məsi heç də  ən optimal variant olmur. Nəticədə cari iqtisadi mənafe ilə 

perspektiv texniki tərəqqi arasında ziddiyyət yaranardı ki, bu da ümumən 


Elm haqqında elm 

 

 

 

554



ictimai inkişaf üçün əngəl törədə bilərdi. 

Lakin geri qalmış ölkələrin iqtisadiyyatının texnoloji tətbiq üzün 

açıq olması qabaqcıl ölkələrə nisbətən köhnəlmiş texnikanı həmin bazarla-

ra transformasiya edərək milli sənayedə  ən müasir texnoloji sistemləri 

tətbiq etməyə imkan yaradır. 

Buna görə  də inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin texniki 

inkişaf səviyyələrinin bərabərləşməsi tərəfdarı ola bilməz.  Ən qabaqcıl 

ölkələrin özündən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha 

çox geri qalan ölkələrə ehtiyacı vardır. 

Daha yüksək elm tutumu olan müasir texnika icad olunduqdan sonra 

istifadədən çıxarılan texnika “mənəvi cəhətdən köhnəlmiş” (yəni özü təzə 

olsa da əsasında dayanan ideya köhnəlibdir) texnika sayılır və onlar nisbə-

tən aşağı səviyyəli ölkələrə ixrac olunur. Çox aşağı səviyyəli ölkə qabaqcıl 

ölkənin hətta artıq istifadədən çıxardığı texnika üçün də yetişməmiş olur. 

Bu iyerarxiya, ölkələrin çoxpilləli düzülüşü, hərbi texnika timsalında 

özünü daha qabarıq göstərir. Elmi-texniki potensial getdikcə  məhz hərbi 

sənaye elmi-texniki inkişafın  əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt bey-

nəlxalq siyasət də bu iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin 

(məs., ABŞ  və Rusiya) öz aralarındakı  rəqabət hərbi texnikanın daim 

təkmilləşdirilməsini tələb etdiyindən “mənəvi cəhətdən köhnəlmiş” hərbi 

texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qabaq-

cıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri 

qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin olmasını tələb edir. 

Böyük dövlətlər siyasi arenada aşkar şəkildə sülhün qarantı kimi çı-

xış etsələr də  həmin dövlətlərin maliyyə oliqarxiyası  və  hərbi sənaye sa-

hibkarları bir qayda olaraq başqa istiqamətdə  fəaliyyət göstərirlər. Qərb 

dünyasına yaxşı bəlli olan bu məntiq bizim tərəfimizdən bəzən çətin başa 

düşülür, çünki “sağlam fikrə” ziddir. Məsələn, Dağlıq Qarabağ konfliktinə 

münasibətdə ABŞ dövlətinin rəsmi mövqeyi ilə ABŞ Konqresinin müəy-

yən dairələrinin mövqeyinin köklü surətdə fərqlənməsi və birincinin ikin-

ciyə güzəştə getməsi təəccüblü görünür. Halbuki ABŞ-ın özündə buna çox 

vaxt təbii hal kimi baxılır. 

İnkişaf etmiş ölkələrin iqtisadi cəhətdən nisbətən geri qalan ölkələrə 

ixrac etdikləri məhsullar təkcə mənəvi cəhətdən köhnəlmiş texnologiya və 

hərbi texnikadan ibarət deyil. Həmin ölkələrin əhalisinin tələbatına cavab 

verməyən, yenə də “mənəvi cəhətdən köhnəlmiş” və ya hətta ekoloji stan-



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

555



 

dartlara uyğun gəlməyən istehlak şeylərinin – məişət texnikası  və  ərzaq 

məhsullarının da kütləvi ixracı ölkələrarası iqtisadi əlaqələrdə mühüm yer 

tutur. 


Bütün bunlara, əlbəttə, dözmək olar və dözülməlidir. Çünki, Azər-

baycandakı intellektual potensial onu ən qabaqcıl ölkələrlə müqayisə etmə-

yə imkan versə də, hələ bu potensialın iqtisadiyyatda reallaşdırılması üçün 

xeyli vaxt lazımdır (bir şərtlə ki, xammal satıb istehlak şeylərinin hazır şə-

kildə alınması praktikası dayanaqlı vərdiş halına keçməyə, gələcəyə yönəl-

miş quruculuq planlarını, elm tutumlu istehsalın təşkilini kənarlaşdırmaya). 

Bəli, hazırkı  məqamda Azərbaycanın sosial-iqtisadi durumu elədir 

ki, biz xarici ölkələrdən istehlak texnikası, ərzaq məhsulları da alırıq, hətta 

humanitar yardıma da ehtiyacımız vardır. Lakin daha perspektivli əmək-

daşlıq istiqaməti elmi-texniki əməkdaşlıqdır, Azərbaycanın ən böyük sər-

vəti olan intellektual potensiala istinad edən  əməkdaşlıqdır. Bəşəriyyətin 

keçdiyi tarixi yola nəzər salsaq görərik ki, bütün tarix boyu Şərq və Qərb 

sivilizasiyaları bir-birini müntəzəm surətdə əvəz etmişdir. 

Bilimin, mədəniyyətin, ilk insani dəyərlərin beşiyi olmuş Qoca Şərq 

b.e.ə.  İ minilliyin birinci yarısında öz əvvəlki inkişaf tempini və öncül 

mövqeyini tədricən itirmiş, Qədim Yunanıstan elm və mədəniyyətin inki-

şafı sahəsində irəli çıxmışdır. Lakin antik sivilizasiya boş yerdə yaranma-

mış, Qədim  Şərq sivilizasiyasından bəhrələnmişdir. Roma imperiyasının 

süqutu ilə bəşər tarixində misilsiz rol oynamış antik elm və mədəniyyət də 

süquta uğramışdır. Lakin imperiyalar dağılsa da, onlardan miras qalmış 

elm və mədəniyyət tamamilə silinməmiş və tarixin yaddaşına köçərək ye-

nidən dirçəlmək üçün əlverişli məqam gözləmişdi. 

Antik sivilizasiyadan sonra bəşər tarixində  ən parlaq dövr, yeni el-

mi-mədəni yüksəliş erası VII əsrdən sonra İslamın yaranması ilə başlan-

mışdır. Bilim və  mədəniyyətin inkişaf mərkəzi yenidən  Şərq dünyasına 

köçmüşdür. Bu dövrdə yaranan yeni islam sivilizasiyası özündən  əvvəlki 

elmi nailiyyətlərin, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmiş

onların qoruyub saxlamış, inkişaf etdirmiş  və  Qərb dünyasının intibahı 

üçün şərait yaratmışdır. 

XV-XVİ əsrlərdə əvvəlcə Renessans və daha sonra yeni iqtisadi mü-

nasibətlərə – kapitalizm cəmiyyətinə keçidin əsasının qoyulması ilə 

yenidən dirçələn Qərb sivilizasiyası öncül mövqeyə keçmişdir. 

Lakin Yeni Dövr sivilizasiyası (və onun davamı  olan  müasir  Qərb 


Elm haqqında elm 

 

 

 

556



sivilizasiyası) da boş yerdə yaranmamış, açıq  şəkildə etiraf edilsə  də, 

edilməsə  də orta əsr  Şərq mədəniyyətindən,  İslam sivilizasiyasından çox 

şey götürmüşdür. Müasir Qərb sivilizasiyası  əsasən elm və texnikanın 

tərəqqisinə istinad etmişdir. Lakin indi bir çox tədqiqatçılar artıq Qərb 

sivilizasiyasının da tənəzzülündən, süqutundan danışırlar. 

Tarixin inkişaf məntiqindən çıxış edilərsə indi növbə Şərqindir. La-

kin Şərq sükan arxasına keçməyə tələsmir. Bir tərəfdən Yeni Dövr siviliza-

siyası  hələ davam edir və ona alternativin olması  az  qala  ağlasığmazdır. 

Digər tərəfdən, ayrı-ayrı lokal alternativlər yaranır. Məsələn, kiçik bir Ya-

poniyanın müasir texnologiyanın inkişafı sahəsində Qərbə meydan oxuma-

sı bir daha sübut edir ki, Şərq dünyasının potensialı heç də tükənməmişdir 

və o öz sözünü hələ deyəcəkdir. Lakin sivilizasiyaların dəyişməsi, 

köhnənin estafeti yeniyə ötürməsi ilk baxışda göründüyü kimi sadə və asan 

olmayıb, çox mürəkkəb və ağrılı bir prosesdir. XX əsrin sonu, XXİ əsrin 

əvvəllərində açıq-aşkar ortaya çıxan bu ağrılar yeni doğuşdan xəbər verir. 

 

Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də 



tətbiq etmək üçün mütləq müharibə yolu ilə  həmin  əraziləri işğal etməli 

idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributla-

rından biri də suverenlik, sərhəd və ordu hesab olunur. 

Müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, so-

sial-iqtisadi həyatı müəyyən normalarla tənzim etmək üçün ilk növədə sər-

həd toxunulmazlığı  tələb olunur. Lakin zaman keçdikcə  sərhəd öz məna-

sını dəyişir. 

Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki, 

buradan bir quş da keçə bilməz.  Əksinə, müasir dövrdə gediş-gəliş xeyli 

artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox 

gözə  dəyirlər.  Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq 

normalarına əməl olunsun. 

Əksinə, sərhəddindən quş da keçməyən ölkələr vardır ki, burada hər 

şey xarici investisiya ilə, xarici ölkə  şirkətlərinin sifarişi ilə, yabançı 

mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. 

Əslində dövlətin ərazi bütövlüyü və suverenliyi ilk növbədə həmin 

ərazidə milli maraqların qorunması ilə bağlıdır

7

1



. Lakin milli maraqlar an-

                                                 

1

 И.И.Лукашук. Глобализация, государство, право, XXI век. М., 2000, с. 78. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

557



 

layışı geniş  mənada götürüldükdə, xarici dövlətlərin təcavüzü iqtisadi və 

mədəni müstəvilərdə, habelə informasiya fəzasına məqsədyönlü müdaxilə 

şəklində də ola bilər. 

Elmi-texniki inkişaf səviyyəsinə görə və elm tutumlu sənayenin in-

kişafına görə irəlidə gedən dövlətlər gec-tez dünya iqtisadiyyatında aparıcı 

mövqe tutmaqla digər ölkələrdə iqtisadi inkişafa təsir etmək imkanına ma-

lik olurlar. 

Müasir iqtisadi proseslər siyasi sərhədləri asanlıqla keçə bilir. İq-

tisadiyyatı güclü olan ölkə başqa ölkələrin təkcə iqtisadiyyatına deyil, həm 

də mədəniyyətinə və mənəviyyatına təsir etmək imkanı qazanır. 

Texniki cəhətdən daha yüksək keyfiyyətlə çəkilmiş rəngli bədii film 

geri qalmış texnologiya əsasında çəkilmiş ağ-qara filmə nisbətən daha çox 

tamaşaçı cəlb edə bilir. İnsanların estetik zövqünü oxşamaqla bu gözəlliyin 

arxasında gizlənmiş ideoloji və mənəvi motivlər də tamaşaçıya mənimsə-

dilmiş olur. 



Elm haqqında elm 

 

 

 

558



 

 

 



 

 

Sivilizasiya  



və texniki-iqtisadi inkişaf 

 

 



Tarix  əvvəlki nəsillərin həyatında baş vermiş mühüm hadisələri 

xronoloji ardıcıllıqla təsvir edir. Əsasən  şahların, kralların, sərkərdələrin 

həyat və fəaliyyətini, müharibə səhnələrini, siyasi inqilab və dövlət çevri-

lişlərini və bu kimi böyük ictimai miqyaslı hadisələri, dövlətlərarası müna-

sibətləri əhatə edən təsvirçi tarix ictimai inkişafın hərəkətverici qüvvələrini 

üzə  çıxarmaq iqtidarında deyil. Müharibə meydanlarında ad-san qazanan 

qəhrəman döyüşçülərin və ya hərbi potensialın daha optimal realizasiyası-

na nail olan sərkərdələrin gücü-qüvvəti yeni nəsillərə ötürülmür və bu qə-

bildən olan qələbələr ancaq tarixin səhifələrini bəzəyir. Dövlətlər qəsb edi-

lir, imperiyalar qurulur və sonra qurulanlar dağılır və ancaq tarixdə qalır... 

Bəs bəşəriyyətin və ya ayrı-ayrı millətlərin bugünkü varlığında ehti-

va olunan, müasir ictimai inkişaf səviyyəsini şərtləndirən, keçmişlə bu gün 

arasında davamlı rabitə yaradan və gələcək inkişafın təminatçısı olan amil-

lər nədən ibarətdir? O hansı davamlı inkişaf xəttidir ki, min illər boyu cə-

miyyətin inkişafında üstün istiqaməti müəyyən etmişdir? 

İndi lokal sivilizasiyalardan bəhs edənlər bu sahədəki vəziyyəti də 

az qala qurulub dağılan və tarixdə qalan imperiyaların tarixi kimi təqdim 

edir və keçmiş bütöv bir proses kimi yox, yan-yana düzülmüş ayrı-ayrı 

təpələr kimi görünür.  

Lakin biz minilliklərin sərhədlərini keçərək hələ indi də öz yürüşünü 

davam etdirən kəsilməz, dayanıqlı bir irəliləmə hərəkətindən bəhs ediriksə, 

ortaya belə bir sual çıxır ki, bu irəliləyişin  əsas hərəkətverici qüvvəsi 

nədən ibarətdir? Kimsə buna cavab olaraq vahid ümumbəşəri sivilizasiyanı 

yada sala bilər. Lakin sivilizasiyanın özünün də  kəsilməz irəliləyişini tə-

min edən böyük energetik potensial olmalıdır. Bu enerji bir yerdə və isti-

qamətdə artanda başqa yerdə  və istiqamətdə azalan, cəmi həmişə sabit 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

559



 

qalan, məhdud təbiətli, lokal fiziki enerjidən fərqli olaraq, hüdudları bilin-

məyən, bitməz-tükənməz əqli enerjidir. Və fərdi əqli enerjilərin müəyyən 

bir problemə fokuslanaraq toplana bilmək imkanı daha böyük miqyaslı 

ümumictimai bir prosesin yaranmasına gətirib çıxarır ki, bunun da adı qlo-

bal sivilizasiyadır.  

Müasir dövrdə qlobal sivilizasiyanın enerji mənbəyi isə elmdir.  

Elm təkcə təbiətin daxili potensialının mənimsənilməsinə xidmət et-

məklə kifayətlənməyərək, ictimai təşkilatlanmanın da optimal formalarını 

müəyyənləşdirir ki, nəticədə əqli güclə fiziki-təbii potensialın daha müna-

sib kombinasiyaları üçün meydan açılır, lokal sivilizasiyalar da vahid 

ümumbəşəri sivilizasiyada birləşmiş olur. Yeri gəlmişkən, ümumbəşəri si-

vilizasiyadan danışdıqda müasir dövrdə baş verən başqa bir hadisəni – 

qloballaşmanı xatırlamamaq mümkün deyil. Əslində, qloballaşmanın da tə-

məlində elmi-texniki üstünlük dayanır. Lakin burada elm ümumictimai bir 

proses kimi deyil, bir ölkə tərəfindən mənimsənilmiş qüdrət və hakimiyyət 

simvolu kimi çıxış edir. Belə ki, dünyanın coğrafi-siyasi xəritəsində iki-

qütblü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası müşahidə 

olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə 

edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir. 

Fəlsəfə təbiətdə olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi 

vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrə-

nir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı vaxt-

dan bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasın-

dan başlayaraq, daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti 

ehtiva edən geniş miqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi 

üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna 

kəsb edir. 

Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə dü-

şür. Yəni, hər bir insan özünün həyat uğrunda, özünü və dünyanı dərk et-

mək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamətindəki mü-

cadiləsində gec-tez başqa insanlarla iş birliyi yaratmaq məcburiyyətində 

qalır və bu proses ta bütün bəşəriyyəti  əhatə edənə  qədər genişlənməkdə 

davam edir. Ailə, tayfa, millət, milli dövlət bu inkişaf yolunda pillələrdir. 

Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fərdi insan 

mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətindən irəli gəlir və bir 

tendensiya kimi həmişə mövcud olmuşdur. 


Elm haqqında elm 

 

 

 

560



İndi qloballaşma adı altında baş verən hadisə əslində bir qütblü dün-

yanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya 

düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri, 

bir iqtisadi marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşayiət olu-

nur. Fəlsəfədə izlənən ümumictimai təşkilatlanma prosesi isə belə subyek-

tiv meyllər fövqündədir. 

Kant tərəfindən irəli sürülən vahid planetar dövlət ideyası, Hegelin 

ümumdünya-tarixi təfəkkür ideyası, K.Yaspersin «məhvər zaman» təlimi 

və s. ictimai zəruri inkişaf tendensiyasnı ifadə etməklə  fərddən millətə, 

millətdən bəşəriyyətə gedən yolun qanunauyğunluqlarını, mahiyyətini izah 

edir. Bu yolun bir məntəqəsi olan dövlət bir çox mütəfəkkirlər tərəfindən 

ictimai sazişin nəticəsi kimi izah olunmuşdur. Yəni, insanlar cəmiyyəti da-

ha yaxşı idarə etmək üçün ictimai təşkilatlanmanın optimal variantlarını 

axtarır və müxtəlif ictimai-siyasi inkişaf mərhələlərində həmin inkişaf sə-

viyyəsinə adekvat olan idarəçilik formaları tapılır. Bu məntiqlə bütün bəşə-

riyyət miqyasındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi ol-

malıdır. Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq hüquq normaları  məhz 

bu məntiqdən doğmuşdur. Bu proses, əlbəttə, qloballaşma adlandırıla bilər-

di, lakin belə olmamışdır. İndi qloballaşma adı ilə təqdim olunan tenden-

siya nəzərdən keçirdiyimiz bəşər tarixinin məntiqi davamı kimi ortaya 

çıxmır. Ona görə də bu iki proses fərqləndirilməlidir. 

Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşə-

riləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşə-

riyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tapmışdır. 

– Şübhəsiz ki, ilk növbədə sivilizasiya termini ilə! Hətta sözün etimologi-

yasından da göründüyü kimi, söhbət ictimailəşmədən, fərd müstəvisindən 

ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən gedir. Məhz sivilizasiya 

insanların birləşməsindən, birgə  əməli fəaliyyətdən doğan yeni enerji po-

tensialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cəmin-

dən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı münasibətində bu yeni 

güc potensialından istifadə etməyə başlayır. 

Elmi və texniki nailiyyətlər, onların istehsalata tətbiqi cəmiyyətdə 

iqtisadi tərəqqinin başlıca amilləri sırasına daxildir. Əslində kapitalizm cə-

miyyəti özü texniki tərəqqi sayəsində, istehsal vasitələrinin işçi qüvvəsinə 

nisbətən daha həlledici rol oynaması sayəsində meydana gəlmişdir. Bütün 

sonrakı dövrdə də sahibkarların gəlirinin artmasının mühüm vasitələrindən 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

561



 

biri məhz texniki rekonstruksiya, yeni, daha səmərəli texniki vasitələrdən 

istifadə edilməsi olmuşdur. Nə  qədər ki, yeni texnikanın quraşdırılması 

əsasən praktik biliklər hesabına həyata keçirilirdi və böyük miqyaslı fəaliy-

yət tələb etmirdi, ölkə miqyasında vahid texniki siyasətə  də ehtiyac yox 

idi. Ona görə də texniki tərəqqi ayrı-ayrı sahibkarların imkan və səylərinə 

müvafiq olaraq, pərakəndə surətdə həyata ke÷irilirdi. Belə şəraitdə texniki 

yenidənqurmanın sosial nəticələri də tənzim olunmur və kortəbii xarakter 

daşıyırdı. Texniki tərəqqi sahəsində vahid dövlət siyasətinin olmaması, 

sahibkarların istənilən texniki yeniliyi tətbiq etməkdə azad olması, bir 

tərəfdən texniki yaradıcılığın inkişafına meydan açırdısa, digər tərəfdən, 

onun doğurduğu kütləvi işsizliyin, ekoloji problemlərin və s. qarşısını 

almaq məqsədi ilə hər bir sistemli tədbir görülməsini istisna edirdi. 

Özlüyündə müsbət hadisə olan texniki tərəqqinin sosial tənəzzülə, 

kütlələrin daha çox təbəqələşməsinə, işsizliyə  və  mənəvi deqradasiyaya 

səbəb olması kapitalizm cəmiyyətinin başlıca ziddiyyətlərindən biri idi. 

Məntiqi olaraq belə  çıxır ki, cəmiyyət inkişaf etdikcə bu ziddiyyət də 

kəskinləşməli idi. 

Texniki tərəqqinin böyük vüsət aldığı və klassik kapitalizm cəmiy-

yətinin daxili ziddiyyətlərinin üzə çıxdığı bir dövrdə texniki nailiyyətlərin 

sənayeyə və ümumiyyətlə ictimai-iqtisadi həyata təsiri zəhmətkeşlərin hə-

yat şəraitini daha da pisləşdirir, mənəvi tənəzzül doğururdu. Texniki tərəq-

qinin insanın maddi və mənəvi həyatına bu cür mənfi təsir imkanları çox 

vaxt texnikanın öz təbiətindən irəli gələn zəruri nəticələr kimi qələmə veri-

lir. Texniki tərəqqiyə belə bədbin münasibət elm və texnikanı xoşbəxt gə-

ləcəyin açarı kimi qiymətləndirən sientist və texnisist baxışların  əksinə 

çıxır. Halbuki istər texnoloji determinizm, itərsə  də texnoloji pessimizm 

texniki tərəqqinin doğurduğu nəticələrin əslində onun hansı ictimai-iqtisadi 

şəraitdə həyata keçməsindən asılı olduğunu nəzərə almır. Texniki tərəqqi-

nin insana mənfi təsir imkanlarını aradan qaldırmaq üçün özlüyündə mütə-

rəqqi olan bu hadisənin qarşısını almaq, məhdudlaşdırmaq deyil, onu elə 

istiqamətləndirmək, elə tətbiq etmək lazımdır ki, bütün mənfi təsir imkan-

ları minimuna endirilsin. Bunun üçün isə elmin, texnikanın inkişafı yalnız 

iqtisadi səmərəyə yox, həm də sosial-mənəvi mənafeyə uyğunlaşdırılmalı, 

mümkün ola biləcək demoqrafik, ekoloji, sosial və mənəvi nəticələr nəzərə 

alınmalıdır. Lakin texniki tərəqqinin sosial nəticələrini bu və ya digər 

istiqamətə yönəldə bilmək üçün əvvəlcə bu tərəqqiyə nail olmaq lazımdır. 


Elm haqqında elm 

 

 

 

562



Hansı ictimai-iqtisadi quruluşda texniki tərəqqinin nə kimi nəticələr 

doğurması probleminə toxunmazdan əvvəl, hansı quruluşun texniki tərəqqi 

üçün daha yaxşı imkan açmasına diqqət yetirilməlidir. 

İdeoloji konfrantasiya şəraitində sovet tədqiqatçıları kapitalist dün-

yasında elmi-texniki tərəqqinin ancaq sosial, mənəvi və ekoloji nəticələrin-

dən bəhs etmiş, mövcud siyasi, ictimai-iqtisadi sistemin, dövlət proqramla-

rının elmi-texniki tərəqqinin özü üçün, onun intensivliyinin yüksəldilməsi 

və səmərəli təşkili üçün nə dərəcədə əlverişli olması məsələsi isə kölgədə 

qalmışdır. 

Məsələ burasındadır ki, kapitalizm dünyasında məhz xüsusi müəs-

sisələr arasındakı rəqabət texniki tərəqqinin başlıca hərəkətverici qüvvələ-

rindən biri olmuşdur. Deməli, yeni bir amil neqativ sosial nəticələri  şərt-

ləndirməklə yanaşı texniki tərəqqinin intensivliyini də şərtləndirir. Burada 

həm vahid mərkəzdən planlaşdırılan, həm də daxili rəqabətə və müəssisə-

lərin nisbi müstəqilliyinə  əsaslanan təsərrüfat sistemlərinin üstün və  zəif 

cəhətləri ortaya çıxır. Belə güman etmək olardı ki, planlı iqtisadiyyat eyni 

zamanda texniki tərəqqinin də planlaşdırılmasına imkan açdığından onun 

sosial nəticələrini də qabaqcadan nəzərə almaq mümkündür. Lakin texniki 

tərəqqinin həmin dövrdə proqnozlaşdırıla bilməyən və yalnız tətbiq olun-

duqdan xeyli sonra özünü büruzə verən neqativ nəticələri də vardır ki, bun-

lardan yaxa qurtarmaq planlı təsərrüfat sistemi şəraitində də mümkün de-

yil. Belə neqativ halların qarşısının alınması ancaq elmi və texniki bilik-

lərin daha yüksək inkişaf səviyyəsində həyata keçirilə bilər. Çünki texniki 

tərəqqinin sosial, demoqrafik, ekoloji və mənəvi nəticələrinin proqnozlaş-

dırılması işi yüksək elmi əsaslar üzərində qurulmasa və ən mükəmməl tex-

nologiyaya istinad edilməsə, problem ictimai-iqtisadi sistemin xarakterin-

dən asılı olaraq öz-özünə həll edilə bilməz. 

Klassik kapitalizm cəmiyyəti  şəraitində texniki tərəqqi ilə onun 

müxtəlif ictimai həyat sahələrindəki nəticələri arasındakı qarşılıqlı  əlaqə 

hələ nəzərə alına bilmirdi. Sonrakı mərhələdə istehsalın təmərküzləşməsi, 

iri inhisarların əmələ gəlməsi, bir tərəfdən kapitalizm cəmiyyətinin ziddiy-

yətələrini daha da kəskinləşdirsə də, digər tərəfdən daha böyük texniki ye-

nidənqurma planlarının həyata keçirilməsinə imkan açdı. İri burjuaziyanın 

təzyiqi ilə  xırda istehsal müəssisələrinin inteqrasiyası texniki tərəqqinin 

nailiyyətlərindən daha məqsədyönlü şəkildə istifadə etməyə imkan verirdi. 

Lakin ilk vaxtlarda iri burjuaziya bu imkanlardan yalnız öz mənafeyi 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

563



 

naminə istifadə etməyə çalışırdı. Bu isə zəhmətkeş kütlələrin texniki tərəq-

qini öz mənafelərinə zidd bir hadisə kimi mənimsəməsinə  səbəb olurdu. 

Nəticədə texnikadan bilavasitə istifadə edən və onun əyərəksiyini yaxşı 

bilən ustalar, fəhlələr nəinki texniki tərəqqinin iştirakçısı olmadılar, əksinə, 

yeni texnikaya, maşınlara düşmən kəsildilər.  İmperializm mərhələsində 

kapitalizm cəmiyyəti “olum ya ölüm” dilemması ilə üzləşir. Bir tərəfdən 

texniki tərəqqini məhdudlaşdırmaq olmazdı, çünki bu, bütövlükdə məhsul-

dar qüvvələrin inkişafının qarşısını kəsmək olardı. Digər tərəfdən də texni-

kanın sürətli inkişafı idarə oluna bilinməyən, heç cür qarşısı alınmayan ne-

qativ nəticələr törədərdi.  İmperializm mərhələsində kapitalizm cəmiyyə-

tinin böhranı, çürüməsi, süqutu haqqında mülahizələri şərtləndirən ən ciddi 

ziddiyyətlərdən biri məhz bundan ibarət idi. 

Lakin bundan sonra baş verən hadisələr yaranmış  vəziyyətin xeyli 

dəyişməsinə səbəb oldu. Bu hadisələrdən biri sosialist təliminin və sosialist 

sisteminin yaranması idi. Sosialist ölkələrinin təcrübəsindən istifadə olun-

ması  və daha çox dərəcədə onunla rəqabət zərurəti kapitalist ölkələrində 

daxili rəqabətin arxa plana keçməsinə, bütün ölkənin mənafeyini nəzərə 

alan proqramların həyata keçirilməsinə səbəb oldu. 

Digər hadisə texniki tərəqqidən elmi-texniki tərəqqiyə keçid idi. 

Əgər texniki tərəqqi texnikanın yalnız  əməli biliklər hesabına nisbi müs-

təqil inkişafı ilə məhdudlaşırsa, elmi-texniki tərəqqi həm də elmi biliklərin 

texnikanın yenidən qurulması işinə tətbiqini nəzərdə tutur. Yeni elmi bilik-

lərin əldə edilməsi və tətbiqi isə bir sıra spesifik cəhətlərə malikdir və el-

min iqtisadi həyatda rolu artdıqca, bu cəhətlər özünü daha çox biruzə ver-

məyə başlayır. XX əsrdə nəinki təkcə məhsuldar qüvvələr, həm də istehsal 

münasibətləri, cəmiyyətin sosial strukturu və s. elmin getdikcə artan 

təsirinə məruz qalır. 

Elmin spesifik cəhətlərindən biri də budur ki, ayrıca bir müəssisə, 

şirkət, firma miqyasında onun inkişafını təmin etmək mümkün deyil. Əgər 

müəssisələrin rəqabəti xırda texniki yeniliklərin həyata keçirilməsinə im-

kan versə də, elmin inkişafı üçün, əksinə, buxova çevrilirdi. Texnikanı ye-

ni keyfiyyət mərhələsinə qaldırmağın yeganə çarəsini yeni biliklərin tətbi-

qində görən işgüzar dairələr istər-istəməz elmin inkişafına şərait yaratmağa 

çalışırdılar. Onlar elmin mənafeyi naminə, bütövlükdə ölkənin elmi-texniki 

potensialını inkişaf etdirmək naminə bəzən öz aralarındakı rəqabətdən geri 

çəkilərək birgə tədbirlərdə, ortaq layihələrdə iştirak etməli olurdular. 


Elm haqqında elm 

 

 

 

564



Vahid, bütöv elm sisteminin iqtisadiyyat, təsərrüfat meydanına daxil 

olması vahid iqtisadi siyasət üçün də meydan açdı. Beləliklə, bir tərəfdən 

sosialist dünyası ilə rəqabət, digər tərəfdən də elmin sürətli inkişafı və so-

sial-iqtisadi siyasətə təsiri kapitalizm cəmiyyətinin imperializm mərhələsi 

kimi qiymətləndirilən yeni keyfiyyət halını tədricən dəyişdirdi. XIX əsrin 

axırları və XX əsrin əvvəllərində getdikcə şiddətlənən və labüd olaraq sü-

quta aparmalı olan ziddiyyətlər iki sistemin qarşıdurması və elmin bilava-

sitə məhsuldar qüvvəyə çevrilməsi şəraitində tədricən öz xarakterini dəyiş-

məyə başladı. Elmin məhsuldar qüvvələrin inkişafına təsiri XIX əsrdə nə-

zərə çarpacaq bir hadisə idi. XX əsrdə bu prosesin sürətlənməsi nəinki elm 

ilə istehsalat arasındakı əlaqənin xarakterində və ya məhsuldar qüvvələrin 

inkişafında, həm də bütövlükdə elmi-texniki və sosial-iqtisadi siyasətin xa-

rakterində ciddi keyfiyyət dəyişikliklərinə səbəb oldu. Məhz bu dəyişiklik-

lərin nəticəsidir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində dünya 

imperializmini təmsil edən ölkələr indi inkişaf etmiş kapitalist ölkələri ad-

landırılırlar. 

XX əsrin ortalarında daha yalnız təbiətşünaslıq deyil, həm də bir sıra 

ictimai elmlər tətbiqi funksiya kəsb etməklə inkişaf etmiş kapitalist ölkələ-

rinin sosial-iqtisadi həyatında mühüm rol oynamağa başladılar.  İstehsal 

texnikasının təkmilləşdirilməsi və elmi tutumu böyük olan yeni texnika 

növlərinin yaradılması ilə yanaşı bütövlükdə  təsərrüfatın elmi əsaslarla 

idarə olunması üçün şərait yarandı. Dövlətin yeritdiyi iqtisadi, sosial və 

elmi-texniki siyasətdə elmi idarəetmə prinsipləri getdikcə daha çox nəzərə 

alınmağa başlandı. Sahibkarların sinfi mənafeyi ilə ziddiyyət yaranmadıq-

da işin elmi təşkili rəhbər tutuldu. İstər təsərrüfatın, istərsə də xidmət sahə-

lərinin elmi təşkili cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları ilə da-

ha çox səsləşdiyindən heç də yalnız burjuaziyanın deyil, bütövlükdə əhali-

nin mənafeyinə uyğun gəlirdi. Əməyin elmi təşkili sahəsindəki tədqiqatlar 

və sosial-iqtisadi həyatın elmi təhlili göstərdi ki, izafi qazancın artırılması 

üçün işçi qüvvəsinin özünə başlıca sərvət kimi baxmaq və onu inkişaf 

etdirmək lazımdır. Çünki zəhmətkeşlərin həyat tərzi yaxşılaşdıqca, ümumi 

mədəni səviyyəsi yüksəldikcə, onların peşəkar işçi kimi formalaşması 

asanlaşır. Təsərrüfatın və əməyin elmi zəmində, kompleks proqramlar əsa-

sında təşkil olunması, yüksək texnoloji və iqtisadi təfəkkür mədəniyyətinin 

təmin edilməsi əmək məhsuldarlığının və nəticə etibarilə sahibkarın qazan-

cının da artmasına səbəb olur. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

565



 

Nə qədər ki, istehsalın texniki təchizat səviyyəsi aşağı idi və məhsul-

darlığın artırılması əsasən fəhlənin ağır fiziki əməyi hesabına başa gəlirdi, 

onda bir fəhlənin başqasından heç bir xüsusi fərqi yox idi və lazım gəldik-

də onu başqaları ilə  əvəz etmək çətinlik törətmirdi. Onda sahibkarın öz 

fəhlələrinin sağlamlığı, həyat şəraiti, təhsil və mədəni səviyyəsi ilə maraq-

lanmasına da xüsusi ehtiyac yox idi. Lakin elə ki, sahibkar fəhlənin mütə-

xəssis kimi, texniki avadanlığın xüsusiyyətlərini bilən və peşəkar  əməli 

vərdişlərə malik olan usta kimi yetişməsi üçün xərc çəkir, onda ən qiymətli 

sərvət texnika yox, mütəxəssis-fəhlə olur. Beləliklə elmi-texniki tərəqqinin 

təsiri ilə müasir kapitalizm cəmiyyətində dəyərlər dəyişir. Sinfi mənafelər 

arasında ziddiyyət saxlansa da, elmi-texniki tərəqqi bu ziddiyyətin 

kəskinləşməsini zəiflədir. 

Beləliklə, inkişaf etmiş kapitalizm mərhələsi bir sıra özünəməxsus 

cəhətlər kəsb edir. Bu yeni mərhələnin klassik kapitalizm və imperializm 

mərhələlərindən keyfiyyətcə fərqləndiyini nəzərə çarpdırmaq üçün D.Bell 

onu “sənayedən sonrakı  cəmiyyət” (“postindustrial cəmiyyət”)

7

1



, C.Qel-

breyt isə “yeni sənaye cəmiyyəti” adlandırır. C.Qelbreyt yeni mərhələdə 

elmin xüsusi rolunu vurğulayaraq qeyd edir ki, indi xüsusi kapital böyük 

elmi layihələrin hazırlanması  və  həyata keçirilməsi üçün yetərli deyil və 

ona görə də elm getdikcə daha çox dərəcədə dövlət himayəsinə götürülür. 

O yazır: “Müasir reaktiv aviasiya texnikası əhəmiyyətli dərəcədə müdafiə 

sənayesi sahəsində elmi tədqiqat və təcrübi konstruktor işlərinin məhsulu-

dur. Təbabət sahəsində də əksər kəşflər dövlətin dəstəyi ilə həyata keçiri-

lən tədqiqatların nəticəsidir.”

7

2



 

D.Bell hesab edir ki, cəmiyyətin marksist sxem əsasında ictimai-iq-

tisadi formasiyalara bölünməsi mülkiyyət münasibətlərinin yeganə meyar 

kimi götürülməsinə əsaslanır. Lakin daha bir meyar da var ki, bu da istifa-

də olunan bilik növlərinin dəyişməsi, istehsalın bir texniki səviyyədən yeni 

texniki səviyyəyə keçməsidir. Bu baxımdan, D.Bell cəmiyyətin inkişafını 

üç mərhələyə ayırır: “sənayedən  əvvəlki cəmiyyət”, “sənaye cəmiyyəti”, 

“sənayedən sonrakı cəmiyyət”. O, “sənayedən sonrakı cəmiyyətin” 5 əla-

mətini qeyd edir: 1) xidmət iqtisadiyyatının üstünlük təşkil etməsi; 2) “mü-

                                                 

1

 Д.Белл.  Грядущее  постиндустриальное  общество.  Опыт  социального  прогнози-



рования. М., Асаdemia, 1999, c. 61. 

2

 Дж.К.Гельбрейт.  Справедливое  общество.  Гуманистичекий  взгляд // Новая 



постиндустриальная волна на Западе. Антология, с. 231. 

Elm haqqında elm 

 

 

 

566



təxəssislər və texniklər sinfinin” roulunun getdikcə artması; 3) texnikanın 

yenidən qurulması və siyasətin formalaşmasında nəzəri biliyin həlledici ro-

lu; 4) texnologiyaya nəzarət edilməsi; 5) qərarların yeni “intellektual tex-

nologiya” bazasında qəbul edilməsi.

7

1

 



Göründüyü kimi, bu əlamətlərin  əksəriyyəti məhz elmi biliklərin 

yeni texnika və texnologiya vasitəsilə istehsal və xidmət sahələrinə sirayət 

etməsi ilə bağlıdır. Təsadüfi deyil ki, J.Furastye kapitalizmin bu yeni inki-

şaf mərhələsini “bilik sivilizasiyası” adlandırır.

7

2

 R.Rixta da müasir sivili-



zasiyada elmin aparıcı rolunu xüsusi qeyd edir: “Sənayedən ayrı mövcud 

olub və ancaq hərdən bir ona kənardan təsir edən elm indi istehsalın və bü-

tün sosial həyatın ürəyinə çevrilir”.

7

3



   

Fransız iqtisadçısı J.Elqozi istehsalın avtomatlaşdırılmasının və 

ümumiyyətlə elmi-texniki tərəqqinin doğurduğu nəticələri təhlil edərək 

”inqilabçılarsız inqilab”ın mümkünlüyü qənaətinə gəlir. 

Lakin elmi-texniki inqilabın guya sosial inqilabı  əvəz etməsi haq-

qında fikirlər müəyyən faktiki əsasa malik olsa da, real vəziyyəti heç də 

tam düzgün əks etdirmir. Məsələ burasındadır ki, sinfi ziddiyyətin aradan 

qalxması və həyat səviyyəsinin yüksəlməsi əsasən mühəndis-texniki işçilə-

rə aiddir. Kvalifikasiya dərəcəsi aşağı olan və yalnız əl əməyinə arxalanan 

fəhlə kütləsi yenə də hər cür qayğı və təminatdan məhrum olaraq qalır. Bu, 

xüsusən üçüncü dünya ölkələrindən iş axtarmaq üçün gələn “ucuz işçi 

qüvvəsinə” aiddir. 

Digər tərəfdən də, inkişaf etmiş kapitalist ölkələri imperializm mər-

hələsi üçün səciyyəvi olan bir sıra köklü ziddiyyətlərdən hələ də azad ola 

bilməmişdir. Obyektiv təhlil göstərir ki, müasir dövrdə kapitalist ölkələri-

nin elmi-texniiki tərəqqi sahəsində yeritdiyi siyasət heç də yalnız daxili 

problemlərin həll olunmasına yönəldilməmişdir. Müharibədən sonrakı 

dövrdə imperializm mərhələsinə xas olan militarizm əhval-ruhiyyəsi yeni-

dən üstünlük təşkil etmişdir və bu, daha çox dərəcədə kütləvi qırğın silah-

larının kəşfi ilə əlaqədardır. İnkişaf etmiş böyük ölkələr, ilk növbədə ABŞ 

və SSRİ, öz texnoloji nailiyyətlərindən hərbi texnikanın modernləşdiril-

məsi,  ən yeni elmi-texniki kəşflərin məhz hərbi sahəyə  tətbiq olunması 

                                                 

1

 Yenə orada, c. CLIV-CLVI. 



2

 J.Fourastie. Le grand espoir du XXe siecle. P., 1958 // Д.Белл.  Грядущее 

постиндустриальное общество, c. 145. 

3

 R.Richta. Civilization at the Crossroads. N.Y., 1969, p.27.  


 

Əməli bilik, elm, texnologiya 

 

 

 

567



 

üçün istifadə etmişlər. ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası at-

ması ilə başlanan iki dünya sistemi arasındakı soyuq müharibə əslində el-

mi-texniki rəqabətin ağırlıq mərkəzinin hərbi sənayeyə keçməsi ilə nəticə-

ləndi. SSRİ dağıldıqdan sonra ABŞ dünyanın yeğanə güc mərkəzinə çev-

rilsə də, Rusiyanın, Çinin və s. timsalında hərbi texnika sayəsində rəqabət 

davam etməkdədir. Buna görə də, inkişaf etmiş ölkələr dövlət büdcəsinin 

böyük bir qismini hərbi texnologiyanın təkmilləşdirilməsinə və bu sahədə 

elmi tədqiqatlara sərf edirlər.  

Son illərin təcrübəsi sübut edir ki, hazırlanmış silah istifadəsiz qal-

mır. İnkişaf etmiş ölkələr məhz hərbi texnika üstünlüyünə arxalanaraq öz 

siyasi mövqelərini başqa ölkələrə də qəbul etdirməyə çalışırlar. Ən səciy-

yəvi olan isə budur ki, inkişaf etmiş ölkələr hərbi texnikanı  təkmilləşdir-

dikcə “köhnəlmiş texnikanı” üçüncü dünya ölkələrinə ixrac edir və bunun-

la əslində onları müharibəyə təhrik edirlər. İmperialist ölkələrin “sülhsevər 

siyasətini” nümayiş etdirən müxtəlif beynəlxalq forumların qərarları 

onların hərbi texnika sahəsində yeritdikləri silahlanma siyasəti ilə üzləşir 

və Yeni Dövrün daha bir ziddiyyəti ortaya çıxır. Hərbi texnikanın səviy-

yəsi xarici siyasətə təsir edir və texnokratiya ideyası yaranır. Bəzi ideoloq-

ların müasir kapitalizm cəmiyyətini texnokratik cəmiyyət kimi səciyyələn-

dirmək cəhdləri, əlbəttə, əsassız deyil. Onlar yüksək texniki inkişaf səviy-

yəsinin təkcə iqtisadi amil kimi deyil, həm də siyasi amil kimi çıxış et-

məsinə istinad edirlər. Doğrudan da, texniki səviyyə dövlətin sosial-iqtisa-

di siyasətinin müəyyənləşməsinə xeyli təsir göstərir. Xüsusən xarici siyasət 

hərbi texnikanın inkişafından çox asılıdır. Lakin bununla belə, texnikanın 

siyasəti müəyyən etməsi fikri ilə razılaşmaq olmaz. Texnika siyasətin 

həyata keçirilməsində yalnız vasitədir. 

Bəs texnokratik təlimlərin meydana gəlməsinə  səbəb nədir? Bunu 

yalnız ideoloji baxımdan, keçmiş sovet tədqiqatlarında qəbul edildiyi kimi 

sinfi ziddiyyətlərini ört-bastır etmək cəhdi olaraq izah etmək düzgün ol-

mazdı. Texnokratik təlimlərin ideoloji kökləri ilə yanaşı müəyyən qnoseo-

loji kökləri də vardır. Elm və texnikanın yüksək inkişaf səviyyəsi son onil-

liklərdə kapitalist ölkələrində yeridilən sosial siyasətə getdikcə daha çox 

təsir göstərir. 

İqtisadi və elmi-texniki siyasətdə elmi prinsipləri daha çox nəzərə 

alan bir sıra kapitalist ölkələrində sosial təminat və mədəni səviyyənin art-

ması imkanı getdikcə daha geniş  fəhlə kütlələrini  əhatə edir. Belə ki, is-


Elm haqqında elm 

 

 

 

568



tehsalın genişləndirilməsi, yeni sənaye müəssisələrinin açılması mühəndis-

texniki kadrların və mütəxəssis fəhlələrin lazım gəldikcə asanlıqla  əvəz 

oluna bilməsi üçün ehtiyat qüvvələrin, işsizlər ordusunun da müəyyən ilkin 

hazırlıq səviyyəsinə malik olması lazımdır. Tədqiqat göstərir ki, istehsalata 

cəlb olunan fəhlələrin heç olmasa təhsili varsa, onların müasir texnikanı 

idarə etməsi, müasir ixtisaslara yiyələnməsi daha tez və asan başa gəlir, 

işin keyfiyyəti yüksəlir və əmək məhsuldarlığı artıq olur. 

XX əsrin axırları, XXI əsrin əvvəllərində istehsalın avtomatlaşdırıl-

ması şəraitində mikroelektronika, hesablama texnikası, robototexnika, bio-

texnologiya kimi müasir sənaye sahələrinin yaranması, xüsusən hərbi səna-

yenin sürətli inkişafı ilə əlaqədar olaraq elmin ən yeni nailiyyətlərinə əsas-

lanan mürəkkəb texniki qurğuların, raket texnikasının, nüvə reaktorlarının 

və s. geniş  təşəkkül tapması yüksək kvalifikasiyalı elmi-texniki kadrlara 

olan ehtiyacı daha da artırdı. 

Böyük mütəxəssislər ordusunun hazırlanması  işi yalnız ümumən 

elm və maarifin inkişafı şəraitində, istedadlı adamların üzə çıxarılması və 

onların intellektual potensialından maksimum səmərəli istifadə edilməsi 

sayəsində mümkün ola bilərdi. Yalnız varlıların, sahibkar uşaqlarının təhsil 

alması mütəxəssis kadrlara olan böyük ehtiyacı ödəmək üçün kifayət 

deyildi. Yüksək intellektual potensialı olan adamların üzə çıxarılması üçün 

daha geniş kütlələrin təhsil almasına şərait yaradılmalı idi. XX əsrin ikinci 

yarısında ilk növbədə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində 

bu tələbin ödənilməsi dövlət siyasəti səviyyəsində həll olundu. Bütün ölkə 

vətəndaşlarının intellektual potensialının səfərbər olunması ilə yanaşı, im-

kan daxilində xarici ölkələrin (ilk növbədə üçüncü dünya ölkələrinin) elm 

adamlarını  və yüksək kvalifikasiyalı mütəxəssislərini işə  cəlb etməyin 

müxtəlif üsullarından istifadə edilməsinə başlandı. 

İstehsal sahəsində əl əməyinin texnika ilə sıxışdırılması və bura daha 

çox mühəndis və texniki işçilərin cəlb olunması, təsərrüfatın elmi yolla 

idarə edilməsi,  əməyin elmi təşkili sahəsində mütəxəssislərin – menecer-

lərin rolunun artması  əhalinin sosial tərkibinin də  tədricən dəyişilməsinə, 

öz yaşayış  səviyyəsinə görə iri sahibkarlarla ixtisassız fəhlələr arasında 

orta mövqe tutan xüsusi təbəqənin formalaşmasına gətirib çıxarır. Burjua 

ideoloqlarının fikrincə bu yeni təbəqə dövlət siyasətinin formalaşmasında 

aparıcı rol oynamağa başlayır. Bu, texnokratiya mərhələsinə keçidin əsas 

arqumentlərindən biri kimi qiymətləndirilir. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

569



 

Geniş kütlələrin savadlanması xüsusi ixtisaslaşma tələb etməyən fi-

ziki əməyin icrası üçün ucuz işçi qüvvəsinə ehtiyacı artırır. “Üçüncü dün-

ya” ölkələri ucuz xammalla yanaşı ucuz işçi qüvvəsinin də məskəninə çev-

rilir. 

İndustrial cəmiyyətdə mühəndis-texniki işçilərin bir qismi, kadr ça-



tışmayan yeni sahələrdə yaxşı mütəxəssis olan adamlar onlarla müqayisədə 

daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da 

fəhlə sinfinin daxilində texniki təbəqələşmə ilə paralel surətdə sosial-iqti-

sadi təbəqələşmənin yaranmasına səbəb olur. “Hər şey insan naminə” prin-

sipi əsas tutulmadıqda aşağıdakı mülahizələr hakim kəsilir: xüsusi ixtisas-

laşma tələb etməyən ağır işi görməyə adam çoxdur, yeni texnikanı işə sa-

lan, onun fəaliyyətinə  nəzarət edən adamlara isə ehtiyac vardır. Deməli, 

ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birinciləri isə bacardıq-

ca daha çox və daha ağır vəziyyətdə  işlətmək və onlar gücdən düşdükdə 

yeniləri ilə  əvəz etmək lazımdır. Bu mülahizə xüsusi ixtisaslaşma kursu 

keçməyən, yalnız “qara əməklə” məşğul olan fəhlələrin maddi şəraitini da-

ha da pisləşdirir, onların bir insan kimi inkişafını hər cür məhdudlaşdırmış 

olur. 

XX  əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiy-



yatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şə-

bəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamış 

olur. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yük-

sək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha 

operativ və effektli təsir etmək imkanı qazandılar. 

İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərə-

li və sürətli vasitələrinə çevrilmişdir. Nəinki beynəlxalq iqtisadi əlaqələrin 

gediş-gəlişsiz, qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlə-

rin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanına malik-

dir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə ya-

naşı, ideoloji, mədəni-mənəvi təsir (habelə diversiya) funksiyası qloballaş-

ma prosesində çox önəmli yer tutur. 

Elə hadisələr vardır ki, onlar yalnız böyük miqyas şəraitində həyata 

keçir. Sənət  əsərləri çox vaxt fərdi yaradıcılığın məhsulu olduğu halda, 

elm, K. Marksın dediyi kimi, ümumcəmiyyət hadisəsidir. Elmdən prakti-

kada istifadə edilməsi də ancaq böyük ictimai miqyaslarda həyata keçirilə 

bilər. Sosializm cəmiyyətində və postsosialist ölkələrində elm yalnız döv-


Elm haqqında elm 

 

 

 

570



lət miqyasına yüksəldikdə real qüvvəyə çevrilir. Ona görə də elm adamının 

nisbi müstəqil-liyini və şəxsiyyətin bütövlüyünü təmin etmək də müvafiq 

dövlət siyasəti tələb edir. 

Sənətkarla onun əsərinin “istehlakı” – mənimsənilməsi arasındakı 

sosial məsafə nisbətən qısadır, ona görə  də  sənət adamının sərbəstlik də-

rəcəsi nisbətən yüksəkdir. Elm, texnika və təhsil sahələrində isə bu məsafə 

böyük olduğundan, burada ciddi sosial-mənəvi problemlər ortaya çıxır. 

Bu gün elmi-texniki tərəqqi sahəsindəki nailiyyətləri ilə bütün dün-

yanı heyrətləndirən Yaponiya Şərq və Qərb düşüncə tərzinin üzvi surətdə 

birləşməsinə nail olan əsrlər boyu formalaşmış əxlaq-məişət ənənələrini is-

tehsalatda uğurla tətbiq edə bilən yeganə ölkədir. Dövlətin iqtisadi siyasəti 

ilə xalqın  ənənəvi təfəkkür tərzi arasındakı ziddiyyət minimuma endiril-

mişdir. 

Dövlət iqtisadiyyatı elmi əsaslarla idarə etməyə çalışır. Bu elmi 

əsaslar özü hələ tam formalaşmamışdır. Onu istehsal sahəsində çalışan bü-

tün adamlara, geniş xalq kütlələrinə çatdırmaq isə daha çətin bir vəzifədir. 

Əgər belədirsə, onda ictimai psixologiyanın real vəziyyəti ilə  də hesab-

laşmaq lazım gəlir. 

Elm qlobal hadisədir. Hər yerdə, hamı üçün vahid bir elm var. 

İstehsal müəssisələri isə konkretdir, özünəməxsus xüsusi şəraitə malikdir. 

Burada sosial mühit də, mənəvi iqlim də özünəməxsus ola bilər. Deməli, 

elmin praktik tətbiqi hadisəsi hansı pillədə isə yenidən cəmiyyət miqyasın-

dan fərdi miqyasa enir, fərdin düşüncə tərzi, biliyi, fiziki imkanları, əməli 

iş qabiliyyəti ilə səciyyələnir. 

Elmi-texniki tərəqqi insandan başlanır, insanla da qurtarır. İstər-istə-

məz sual ortaya çıxır ki, bu prosesin başlanğıcında və sonundakı insanlar 

bir-birindən nə ilə və hansı istiqamətdə fərqlənirlər? Bunlardan hansı elmi-

texniki tərəqqinin təsirinə daha çox məruz qalır? Bu prosesdə  iştirak 

edənlər nə qazanır və nə itirirlər? 

Elmi-texniki tərəqqi prosesində insan öz fiziki və əqli qabiliyyətini 

həm bilavasitə, həm də süni vasitələrlə təkmilləşdirmək imkanı əldə edir. 

Əgər təbiət qüvvələrindən istifadə insanın maddi güc və qüdrətini artırırsa, 

müasir kibernetikanın nailiyyətləri insanın intellektual imkanlarını geniş-

ləndirir. Hər iki qabiliyyətin sayəsində insanın əməli iş imkanları da artır 

və obyektiv gerçəkliyi, təbiəti məqsədəuyğun surətdə  dəyişdirmək üçün 

daha böyük perspektivlər açılır. 



 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin