ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

282

 

olar: birinci cümlədə danışanın icra olunmuş iş və hərəkət barədə 



qeyri-şahid kimi çıxış etməsi, ikinci cümlədə isə danışanın icra 

edilmiş  iş  və  hərəkətin  nəticəsi barədə  xəbər verməsi məhz         

“-ıb

4

+-dır



4

” forması ilə reallaşdırılıb. 

“Kitab”ın dilində -ıb

4

 morfemi həm də feli bağlama şəkil-



çisi kimi çıxış edir: -ıb

4

 formasında. “Qara dəηiz kibi yayqanıb gə-



lən kafərin ləşkəridür”; -ıbanı

, -ıban



4

 morfemi daxilində: “Qalqu-



banı yerimdən turam, deirdim”; “Dədəm Qorqud gəlübən  şadlıq 

çaldı”... Türkoloji ədəbiyyatda -ub və -uban feli bağlama formala-

rının -ıb nəqli keçmiş zaman şəkilçisindən törədiyi göstərilir. İ.Və-

liyev bu cür fikirləri  saf-çürük etməklə yanaşı, -ıb  şəkilçili feli 

bağlama və zaman anlayışı  məsələlərinə  də aydınlıq gətirməyə 

çalışıb: “-ıb  şəkilçili feli bağlama konkret olaraq hərəkətin hansı 

zamanda icra olunmasını göstərə bilmir və feli bağlamanın zamanı 

özündən sonra gələn təsriflənən felin zamanı ilə müəy-yənləşir, 

ancaq -ıb  şəkilçili nəqli keçmiş zaman forması konkret olaraq 

hərəkətin icra olunduğu zamanı göstərə bilir”

1



“Kitab”dakı bir sıra sintaktik bütövlərdə “-ıb



4

 + -dır” 

formasının təkrarlanması özünü göstərir: 

             Məgər səniη ağaη yoq olubdır? 

             Yürəgiηə qaynar yağlar qoyulubdır? 

             Qara bağrıη sarsılubdır... 

Göründüyü kimi, mətndəki ahəngdarlıq və melodi-yalılıq 

həm də “-ub + -dır” formasının təkrarlanması ilə yaradılıb. Heç 

şübhəsiz ki, bu cür təkrarlanma poetik mənanı da qüvvətləndirir. 

 

Keçmiş zamanın ikinci dərəcəli 



morfoloji göstəriciləri

 

 

-ar, -ır indiki zaman şəkilçisi keçmiş zaman mənasını  ifa-

də edir: “Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm. 

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.155. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

283

 

Gögdən ildırım ağ-ban evim üzərinə  şaqır gördüm... Quduz 



qurtlar evimi dəlir gördüm. Qara dəvə əηsəmdən qarvar gördüm. 

Qarğu kibi qara saçım uzanır gördüm, uzanıban gözümi örtür gör-

düm...” Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelin-

də olan bu cümlələrdə budaq cümlə  əvvəl, baş cümlə sonra işlə-

nib. Bu cümlələrin tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm-

lə modelində olması mətnin  müasir şəklində daha aydın görünür: 

“Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu  əlimdən 

alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. 

Quduz qurdların evimi  dəldiyini gördüm. Qara dəvənin ənsəmdən 

qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır

uzandıqca gözümü örtür...”

1

. Burada iki cəhət diqqəti cəlb edir: 



tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelinə uy-

ğunlaşdırılmış cümlələrdə indiki zaman forması eynilə saxlanılıb; 

sadə cümlə modelinə uyğunlaşdırılmış cümlələrdə isə indiki 

zaman forması keçmiş zaman məzmunlu feli sifət şəkilçisi ilə əvəz 

edilib:  şaqır-çaxdığını, dəlir-dəldiyini qarvar-qapdığını. Bu cür 

sadələşdirmə (sonuncu nümunələr nəzərdə tutulur) -ar, -ır indiki 

zaman formasının məhz keçmiş zaman mənasında işləndiyini qa-

barıq şəkildə göstərir. Qeyd edək ki, -ar, -ır indiki zaman forması-

nın keçmiş zaman mənasında işlənməsi “Dastan” poetikası, ümu-

mən bədii üslub üçün səciyyəvidir. Burada İ.Tahirovun türkoloji 

ədəbiyyata, xüsusən də A.Axundovun “Dilin estetikası” (1985) ki-

tabına istinadən söylədiyi fikirləri eynilə təqdim etməklə kifayət-

lənmək olar: “...bədii üslubda, canlı danışıq dilində, şifahi xalq ya-

radıcılığının müxtəlif janrlarında keçmiş zaman mənasında işlən-

miş indiki zaman forması keçmişdə icra edilmiş iş və ya hərəkəti, 

mövcud olmuş halı daha canlı  şəkildə verərək, oxucunu və ya 

dinləyəni həmin hərəkətlərin bilavasitə  iştirakçısına çevirmək 

məqsədini güdür, bu yolla onun təsir gücünü artırır...”

2

.  


                                                            

1

 Kitabi-Dədə Qorqud. 1988, səh.142. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.168-169. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

284

 

Keçmiş zamanın ikinci dərəcəli morfoloji göstəriciləri sıra-



sında idi (-dı

4

), imiş (-mış



4

) formaları daha aktiv görünür. F.Cəli-

lov bu formaları modallıq bildirmə kontekstində  təhlil süzgəcin-

dən keçirib: “modallılıq bildirən  şəkilçilərin müxtəlif qovuşması  

(kombinasiyası) zaman münasibətlərini dəyişə bilir. Məsələn, gə-

ləcək zamana aid modallıq idi, imiş formaları ilə qovuşduqda keç-

mişə bağlanır: alardı (al-ar-idi), alacaqmış (al-acaq-imiş)...”

1

. Tür-



koloji  ədəbiyyatda da “idi”, “imiş” hissəcikləri keçmiş zamanın 

mürəkkəb formaları müstəvisində, daha dəqiqi, uzaq keçmiş, qəti 

gələcəkli keçmiş, qeyri-qəti gələcəkli keçmiş, bitməmiş keçmiş və 

davamlı keçmiş formaları başlığı altında təqdim olunur

2

. “Kitab”-



da idi, imiş formasının keçmiş zaman mənasında işlənməsindən 

bəhs edən Ə.Dəmirçizadə yazır: “...müasir Azərbaycan dilində ol-

duğu kimi, “Kitabi-Dədə Qorqud” dastanları dilində  də keçmiş 

zamanda icra edilmiş  işi müxtəlif tərzdə ifadə etrmək üçün əsas   

“-dı...”, “-mış...”, “-ub...” keçmiş zaman şəkilçilərindən başqa,    

“-di”, “idi” və “-mış//-imiş” köməkçi feillərinin müxtəlif zaman 

şəkilçilərindən  sonra felə bitişdirilməsindən və qoşulmasından da 

istifadə edilmişdir...”

3

. Bu qeydlərə, eyni zamanda türkologiyadakı 



digər nəzəri müddəalara istinad etməklə “Kitab”ın dilindəki idi(-

4



), -imiş(-mış

4

) formalarının qrammatik semantikası barədə 



aşağıdakıları söyləmək olar: 

“-mış

4

 + -dı



forması uzaq keçmişdə icra edilmiş iş və hə-

rəkəti ifadə edir. Bu, “Kitab”ın birinci boyunun birinci cümləsin-

dən görünür: ”Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən tur-

mışdı”. “-mış

4

 + -dı



4

 



forması sonrakı cümlələrdə  eynilə təkrarla-

nır ki, bu da birbaşa uzaq keçmiş mənasını qüvvətləndirməyə, eyni 

zamanda ahəngdarlığın yaradılmasına xidmət edir: “Şami günligi  

yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə  aşanmışdı. Biη 

yerdə ipəg  xalicəsi döşənmişdi”.  Bir məqami da qeyd edək ki, bu 

                                                            

1

 F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.252. 



2

 Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.331-336. 

3

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.88. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

285

 

cümlələrdə, daha doğrusu, “Kitab”ın birinci boyunun  birinci ab-



zasında temporallığın həm morfoloji (-mış

4

 + -dı



4

), həm də sintak-

tik vasitələri (bir gün) keçmiş zaman mənasını ifadə edir. Bu isə o 

deməkdir ki, uzaq keçmiş mənası temporallığın morfoloji və sin-

taktik vasitələrinin zəncirvari bağlılığı, sintezi kontekstində yara-

dılıb. Qarşılaşdırmalar göstərir ki, “-mış

4

+-dı


4

 



forması “Kitab”da 

üstün mövqedə  görünür. Hətta I boyun 1-ci abzası boyların əksə-

riyyətində, demək olar ki, eynilə təkrarlanır. Burada IV boyun ilk 

abzasından bir neçə cümləni təqdim etməklə kifayətlənirik: “Bir 

gün Ulaş  oğlı Qazan bəg yerindən turmışdı. Qara yeriη üzərinə 

otaxların tikdirmişdi. Biη yerdə ipək xalicəsi döstərmiş idi...”. Bu 

cümlələrdəki turmışdı, tikdirmişdi, döşətmişdi sözlərindəki  “-mış

4

 



+ -dı

4



 

forması sonrakı cümlələrin xəbərlərində  də  təkrarlanır: 

aşanmışdı, dərilmişdi, salınmış idi, qurulmışdı, düzilmişdi, otur-

mışdı

“-ar+-dı” forması iş və hərəkətin  keçmişdə bəlli olmayan 

bir vaxtda yerinə yetirildiyini bildirir. Dilçiliyimizdə “-ar+ -dı” 

morfemlərinin qeyri-qəti gələcəkli keçmiş zaman forması kimi 

təqdimi də  təsadüfi deyil. Qeyd edək ki, “-mış

4

 + -dı


4

 



forması 

kimi, “-ar+ -dı” forması da “Kitab”ın dili üçün səciyyəvidir: “Bəg-

ləri basub, Qazan ögində oturardı.  Kimsəyə iltifat eyləməzdi”, 

“Kitab”ın dilindəki “-ar+ -dı”  formasının mətnin müasir şəklində 

bəzən “-ır+-dı”  formasında verilməsinə rast gəlinir: “Oğuzıη, ol 

kişi təmam bilcisiydi – nə diyərsə, olurdı.  Ğaibdən dürlü xəbər 

söylərdi. Həq təala anıη köηlinə ilham edərdi...” – “O kişi oğuzla-

rın kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə 

xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi”. Fikrimcə, 

mətnin qədim  şəklindəki “-ar+ -dı” (yuxarıdakı nümunə  nəzərdə 

tutulur) bitməmiş keçmişin yox, qeyri-qəti gələcəkli keçmişin for-

masıdır. Çünki qeyri-qəti gələcəkli keçmiş zamanda “ifadə olun-

muş iş və hərəkət bitməmiş keçmiş zamana nisbətən daha uzağa, 

həm də qeyri-müəyyən vaxta aid olur, digər tərəfdən, qeyri-qəti 

gələcəkli keçmiş zamanda daha çox təkrarlı iş, hal və ya hərəkət 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

286

 

ifadə edilir”



1

. Təqdim etdiyimiz nümunələrdəki xəbər söylərdi, 

ilham edərdi vahid-lərində  də  məhz qeyri-qəti gələcəkli keçmiş 

zamana aid xüsusiyyətlər müşahidə olunur. Qeyri-qəti gələcəkli 

keçmiş zaman formasının (-ar+-dı) felin inkar şəkli ilə işlənməsinə 

“Kitab”da az təsadüf olunur:“-mə+-z+-lər+-di” (-mə+-z+-di). “iş-

ləməzlərdi” (işləməzdilər): “Hər nə iş olsa, Qorqut ataya tanışınca 

işləməzlərdi”.  

“Kitab”ın dilində qeyri-qəti gələcəkli keçmiş zaman forma-

sının (-ar

2

+ -dı



4

) ardıcıl verilmiş cümlələrin sonunda işlənməsi 

müşahidə olunur ki, bu da, bir tərəfdən, ahəngdarlıq yaratmağa, 

digər tərəfdən, isə poetik mənanı qüvvətləndirməyə xidmət edir: 

Qaraqucda Qazlıq atuma binərdim

      Əgin bərk dəmür tonım geyərdim

      Qara polad uz qılıcım belümə bağlardım! 

Alın-başa qunt işığım urardım! 

Qarğu talı altmış tutam sügümi əlümə alurdım. 

Ala gözlü bəgləri yanıma salardım! 

Qavat, mən bu işi tuysam, saηa böylə gəlürmiydim?!... 

Bu parçadakı alurdım (alırdım) və gəlürmiydim (gələrdim-

mi) feillərində “-ar

2

 + -dı



4

” əvəzinə, “-ur+ -dı” forması işlənib ki, 

bu da normal hesab oluna bilər. Çünki tarixən həmin formalar si-

nonim morfemlər kimi işlənib. Təqdim etdiyimiz parçanın ümumi  

semantik  yükü “ - ar

2  


+ -dı

4

” ilə yanaşı, “-ır



4

+ -dı


4

” formasının da 

qeyri-qəti gələcəkli keçmiş zaman mənasında işləndiyini göstərir. 

Həmin sözlərin mətnin müasir  şəklində (Bakı, 1988-ci il nəşri 

nəzərdə tutulur) “alurdım=götürərdim”, “gəlürmiydim= gələr-

dim?!” şəklində sadələşdirilməsi də dediklərimizi sübut edir. Bü-

tün bunlar bir həqiqəti də söyləməyə imkan verir: təhkiyəçi “döyü-

şə hazır vəziyyətdə olmamaq” semantikasını qeyri-qəti gələcəkli 

keçmiş zaman formasının (-ar

2  


+ -dı

4

) təkrarlanması kontekstində 



ustalıqla canlandıra bilib. 

                                                            

1

 Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.335. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

287

 

“Kitab”ın dilində “-ar



 

+ -dı” formasının bitməmiş keçmiş 

zaman mənasını bildirməsi də qabarıqlığı ilə seçilir: “...kafər qız-

ları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə  gəzdirirlərdi... 

Çırğab-çırğab çadır otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlar-

. Oğlı Uruz qarşusında yay söykənib turardı...”. Buradakı “gəz-

dirirlərdi”  (gəzdirirdilər) sözündəki “-ır+-lər+-di” (-ır+-di...) bit-

məmiş keçmiş zaman mənasını ifadə etdiyi kimi, “bağışlardı” və 

“turardı” sözlərindəki “-r (-ar)+dı” forması da həmin qrammatik 

mənanı yerinə yetirir. 

 Müşahidələr göstərir ki, “Kitab”ın dilində bitməmiş keç-

miş zaman mənası təkcə “ -ar

2

 + -dı



4

” yox,   həm də “ -ır





 + -dı

4

 

forması ilə ifadə olunub: olurdı. “Oğuzıη, ol kişi təmam bilicisiydi 

– nə diyərsə, olurdı”; otururlardı (otururdular). “Yeyüb-içüb otu-

rurlardı”. 



“-ır

4

 + -mış

4

” 

 

forması bitməmiş keçmiş zaman mənasını  

bildirir. “Kitab”ın dilində  “-mış + -dı”, yaxud  “-ar + -dı” forma-

ları ilə müqayisədə bitməmiş keçmiş zaman mənasını ifadə edən 

“-ır


4

 + -mış


4

” formasına az təsadüf olunur: istəyirmişsən. “...bir cı-

lasun bahadır istəyirmişsən, anuη arqasında yeyəsən-içəsən, xoş 

keçəsən!...” 



“-mə + -z + -miş” forması qeyri-qəti gələcəkli keçmiş za-

man mənasını ifadə edir: “Oğul, sən qız istəməzmişsən...”. 



“-maqda

2

 + idi” forması iş və hərəkətin keçmişdə davamlı 

şəkildə icra edildiyini bildirir. “Kitab”ın dilində bu formaya az 

rast gəlinir: yeməkdə-içməkdə idi. “Məgər ol günlər kafərləriη 

ağır günləriydi. Hər biri yeməkdə-içməkdə idi”.  

“Kitab”ın dilində felin vacib şəklinin “-maq

2

 + gərək” 



formasının “idi” hissəciyi ilə işlənməsinə təsadüf olunur ki, bu da 

gələcək deyil, keçmiş zamana aid iş, hal və  hərəkəti bildirir: 

“Baba, bu sözi sən maηa diməmək gərək idiη”. Bu tip nümunələr 

“Kitab”ın dilində üstün mövqedə görünmür. 



“-sa

2

  (şərt  şəklinin  şəkilçisi) + -dı (idi)” forması keçmiş 

zamana aid iş, hal və hərəkəti ifadə edir: bilsəydim. “Aruz maηa 

bu işi edəcəgiη bilsəydim, Qaraqucda Qazluq atuma binərdim!” 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

288

 

“-a



2

 (arzu şəklinin  forması) + -dı

2

 (idi) → aydı

2

 forması 

situasiyadan asılı olaraq keçmiş zamana aid şərt mənasını reallaş-

dırır: qurtaraydım. “Altun–aqça gücinə salubanı səni qurtaraydım, 

oğul!” 


“-ası

2

 (lazım şəklinin şəkilçisi) + -dı (idi)” forması keçmiş 

zamana aid iş, hal və hərəkəti ifadə edir: xərab olasıydı. “Ölməgə-

yitməgə getməmişdim, yatacaq yerim genə bu xərab olasıydı”. Bu 

cümlədəki “genə” (yenə) zərfi  hadisə  və  hərəkətin təkrarlılığını, 

davam etməsini, “getməmişdim” feli uzaq keçmişi ifadə edir. 

“Yatacaq” sözü isə  gələcək zaman məzmunlu feli sifətdir. Bu da 

temporallığın bir neçə vasitəsinin bir cümlə daxilində  təzahürü 

kimi dəyərləndirilə bilər. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın 

dilində “-ası

2

 + -dı (idi)” formasına az təsadüf olunur. 



Məlumdur ki,  idi, imiş morfemləri isim və isimləşə bilən 

sözlərə qoşulduqda keçmiş zaman mənasını bildirir. Bu cəhət “Ki-

tab”ın dilində  də özünü  göstərir: “Oğuzıη, ol kişi təmam  bilici-

siydi”;  “Ulu oğlınıη adı Əgrək idi”;  “Qazana düşmən imişsən

bildim! – dedi”. 



-dıq

4

  və -mış

4

 feli sifət  şəkilçiləri keçmiş zamanın ikinci 

dərəcəli morfoloji göstəriciləri sırasında hesab olunur. Felin keç-

miş zaman şəkilçiləri əsasında yaranmış bu şəkilçilərin hər birinin 

qrammatik semantikasına “Kitab”ın dili kontekstində diqqət 

yetirək: 



-dıq

4

 feli sifət şəkilçisi. -dı

4

 şühudi keçmiş zaman şəkilçisi-



nin etimoloji əsaslarından bəhs edərkən  belə bir ehtimalı qeyd  et-

mişik (əvvəlki səhifələrdə geniş şəkildə izah olunur): dönq (Günə-

şin dönməsini ifadə edən “dön” felinin allomorflarından biri) → 

dünq → -duq//-düq (keçmiş zamanın ilkin forması) → -duq//-dük 

(feli sifət şəkilçisinin ilkin forması) →+mənsubiyyət şəkilçiləri =-

dığım


4

,  -dığın

4

,  -dığı


4

, -dığımız

4

, -dığınız



4

, -dığı (müasir Azər-

baycan ədəbi dilində sabitləşmiş feli sifət şəkilçisi). 

Türkoloji  ədəbiyyatda -duk, -dük feli sifət  şəkilçisinin bir 

sıra qədim türk mənbələrində  işləndiyi göstərilir. Məsələn, Göy-

türk dilində:  barduk yirdə (getdiyin yerdə),  eşitmədük  bo-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

289

 

dun...;“Oğuznamə”də: “Toğmadıq oğlana ad qoma”; “Yenmədik 



aşa dua qılınmaz”; “Taş qopduq yerdə  ağır olur”,.. “Kitab”ın 

dilində isə -duk, -dük forması müstəqil şəkildə yox, mənsubiyyət 

şəkilçiləri ilə birlikdə işlənmişdir: -digim . “Toquz ay tar qarnımda 

götürdigim  oğul!”; “İmdi qanı dedigim  bəg  ərənlər?”;  -dügi. 

“Ağam Beyrək gedəli bizə ozan gəldügi  yoq”...  Bu nümunələr-

dəki -digim, -dügi feli sifət  şəkilçilərinin keçmiş zamanı ifadə 

etməsi aydın şəkildə görünür. 

“Kitab”ın dilində -dıq

feli sifət  şəkilçisinin mənsubiyyət 



və yerlik hal şəkilçiləri ilə qovuşuq vəziyyətdə işlənməsi də özünü 

göstərir: duğımda. “Solım  ələ baqduğımda”;  digində. “Beyrək 

yayı gördigində yoldaşların andı...”; dügində. “Yelisi qara Qazlıq 

atın bindügində...”. Ə.Dəmirçizadənin fikrincə, bu tip  nümunələr-

dəki  -duğumda,  -duğunda, -dügümdə, -dügündə morfemləri  feli 

bağlamalardır

1

. Türkologiyada isə bu şəkilçilər daha çox keçmiş 



zaman məzmunlu feli sifət formaları kimi təqdim olunur. Burada 

problemə tarixi-linqvistik müstəvidə aydınlıq gətirmiş S.Əlizadə-

nin fikirlərini eynilə təqdim etmək lazım gəlir: “digimdə formasın-

dakı -im əlamətini  şəxs sonluğu hesab etmək olmaz; çünki həmin 

əlamət “mübtəda ilə xəbərin şəxsə görə uzlaşması” təzahürü  de-

yildir. Feli bağlama forması  təşəkkül tapana qədərki mərhələnin

hələlik -də  şəkilçisini qəbul etməmiş feli sifətin (-digim) “qalı-

ğı”dır. Beləliklə, -digimdə formasındakı -im ünsürü yenə də mən-

subiyyət  əlaqəsini ifadə edir. Başqa sözlə, “gəldiyimdə” söz for-

ması “gəldiyim vaxt”, “mən gələndə” kimi anlaşılır...”

2

.  


“Kitab”ın dilində zaman məzmunlu -dıqda, -dikdə feli bağla-

ma şəkilçisinin müstəqil şəkildə işlənməsi də müəllifin dediklərini 

qüvvətləndirir: “Saqallu boz ac turğay sayradıqda”; “Hər kişi sö-

zin söylədikdə”. “Kitab”ın poetik strukturunda rəngarəngliyi və 

zənginliyi qabarıq şəkildə görünən epiforalar daxilində keçmiş za-

man məzmunlu -duğı feli sifət şəkilçisinə rast gəlinir: 

 

                                                            



1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.110. 

2

 S.Əlizadə. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, 1985, səh.73-74 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

290

 

“...Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq. 



Əgnimizdən qaftanımuz alduğu yoq. 

Başımızdan gecəligümiz alduğı yoq. 

Buynızı burma qoçlarımız alduğı yoq” (D-107) 

Bu parçada eyni söz daxilində üç dəfə  təkrarlanmış -duğı 

morfemi həm ahəngdarlığı  təmin edən, həm də poetik mənanı 

gücləndirən vasitələrdən biri kimi çıxış edir. 



-mış

4

 feli sifət  şəkilçisi.  ”Kitab”ın dilində keçmiş zaman 

məzmunlu –mış

4

 feli sifət  şəkilçisi üstün mövqedə görünmür.  



Burada bir neçə nümunəyə mətn daxilində diqqət yetirək: 

qurumuşca köks. “Qurumuşca köksimdə südim oynar” 

tikilmiş otax. “Qıraq yerdə tikilmiş otaxlarıη o zalım yıqdırdı 

ola, qardaş”. 

qoyun görməmiş qoç. “Biη  dəxi qoyun görməmiş qoç 

gətiriη”...  

Birinci növ təyini söz birləşməsinin asılı tərəfi kimi işlənmiş 

yuxarıdakı feli sifətlər müasir dilimiz üçün də səciyyəvidir. 



Feli bağlama  şəkilçiləri. “Kitab”ın dilində  işlənmiş bir sıra 

feli bağlama  şəkilçiləri cümlənin ümumi məzmununu keçmiş 

zamanla bağlayır. Heç şübhəsiz ki, bu cür bağlılığın nüvəsində 

keçmiş zamanın əsas morfoloji göstəriciləri dayanır. Feli bağlama 

şəkilçiləri də ikinci dərəcəli morfoloji göstəricilər kimi keçmiş 

zamanın  əsas morfoloji göstəricilərinin qrammatik semantikasını 

konkretləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Bu, aşağıdakı 

nümunələrdə açıq-aydın şəkildə görünür: 

-ıb

4

: çəkdirüb-çəkdirib. “Qazlıq qoca atın çəkdirüb bütün 



bindi”. Bu cümlədəki “çəkdirüb” feli bağlamasında tərz mənası ilə  

yanaşı, zaman mənası da qabarıq  şəkildə görünür. Hətta  şühudi 

keçmiş zamanda işlənmiş “bindi” (mindi) xəbərinin semantik 

yükü elədir ki, “çəkdirüb” feli bağlaması “çəkdirdi”  şəklində 

işləndikdə belə cümlənin semantik yükündə ciddi bir dəyişmə baş 

vermir: “Qazlıq qoca atın çəkdirdi, bütün bindi”; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin