E) Mikrohematuriya
Kəskin nefrit zamanı sidik sindromuna sadalananların hamısı aiddir.Proteinuriya sidikdə zülalın ,
silindruriya
silindrlərin, hematuriya isə qanın olması deməkdir.Sidikdə bu dəyişikliklərin olması
yumaqcıq kapilyarlarının divarının zədələnməsi ilə izah olunur.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461.
Bakı. “ Təbib “ 1998
331) Kəskin qlomerulonefritin profilaktikasında sadalananlardan hansı mühüm əhəmiyyət
daşımır?
A) Virus infeksiyası zamanı vaksin və zərdabların
yeridilməsinə qəti qadağa
B) Kəskin soyuqdan qorunma
C) Qidada xörək duzunun məhdudlaşdırılması
D) Kəskin infeksion xəstəliklərin qarşısının alınması
E) Orqanizmdəki infeksiya ocaqlarının sanasiyası
Kəskin qlomerulonefrit zamanı yumaqcıqların kapilyarları üzərinə anticism- antigen
kompleksi
çöküb , böyrəklərin süzmə funksiyası pozulur. Qidada xörək duzunun məhdudlaşdırılması isə
kəskin qlomerulonefritin profilaktikasında əhəmiyyət daşımır.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.
459.Bakı. “Təbib“1998
Dostları ilə paylaş: