Endometriozun sosial əhəmiyyətli ağırlaşması sonsuzluqdur. Onun müalicəsi üçün ekstrakorporal mayalanma geniş tətbiq olunur (EKM). EKM endometrioz zamanı yalnız 10-20% hallarda effektivdir. O ən çox 35 yaşdan yuxarı qadınlarda, xəstəliyin ağır keçən yayılmış formaları üçün, uşaqlıq borularının ağır zədələnmələrində göstərişdir.
abortların və uşaqlıqdaxili digər manipulyasiyaların azaldılması;
endometriozun cərrahi müalicəsi zamanı sağlam və zədələnmiş toxumaların kontaktına yol verilməməsi.
Endometrioz residivləşməyə meyllidir. Müalicədən keçən ilk 5 il ərzində bu xəstəlik 40 % qadında, sonrakı 5 il ərzində isə artıq 75%-də təkrar əmələ gəlir. Menopauza başladıqda xəstəliyin residivləşmə ehtimalı azalır. Xəstəliklə zədələnmiş orqanın radikal çıxarılması zamanı proses proqressivləşmir.