Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır:
← - kursoru 1 simvol sola keçirir
→ - kursoru 1 simvol sağa keçirir
↑ - kursoru 1 sətir yuxarı qaldırır
↓ - kursoru 1 sətir aşağı salır
Home - kursoru sətrin əvvəlinə keçirir
End - kursoru sətrin sonuna keçirir
PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır
PageDn - sənədi 1 ekran boyu aşağı salır
Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, funksiyaları dəyişir:
Ctrl + ← - kursoru 1 söz sola keçirir
Ctrl + → - kursoru 1 söz sağa keçirir
Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır
Ctrl + ↓ - kursoru 1 abzas aşağı salır
Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir
Ctrl + End - kursoru sənədin sonuna keçirir
Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır
Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır
-
Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Adətən klaviaturanın sağ hissəsində yerləşir. Həmçinin bu düymələrdən hərfin kodunu bilərək, onu ALT düyməsini basılı saxlamaqla daxil etmək üçün istifadə etmək olar.
-
Xüsusi düymələr
Bu düymələrin də funksiyaları müxtəlifdir. Xüsusi düymələrə aşağıdakılar aiddir:
Caps Lock – klaviaturanı, əlifbanın böyük hərflərinin daxil edilməsi rejiminə keçirir.
Enter – dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur (adətən bu aktiv düymə OK olur). Mətn yığdıqda isə abzasın bitməsi və yeni abzasın başlanması üçün istifadə edilir.
Ecs (Escape) – bu düymədən adətən hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə yetirilməsini dayandırmaq, cari iş rejimində proqramdan çıxmaq üçün istifadə olunur.
BackSpace (←) – kursordan solda yerləşən simvolu pozur. Bu düymə vasitəsilə həmçinin qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq da mümkündür (Back düyməsinə uyğun olaraq).
Del (Delete) – kursordan sağdakı simvolu pozur.
Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar avtomatik olaraq yeni simvollarla əvəz edilir.
Spacebar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir.
Num Lock – rəqəm klaviaturasını aktivləşdirir.
Pause – proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır.
PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız aktiv pəncərənin təsviri göndərilir.
Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.
Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.
Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.
Ctrl, Shift və Alt düymələri klaviaturanın digər düymələri ilə kombinasiyada işlədilir və bu düymələrin təyinatını dəyişdirmək üçün nəzərdə tutulub.
Dostları ilə paylaş: |