479
Сечилмиш ясярляри
lX
«Ovçu, insaf eylə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən.
Qoyma ağrı keçə ürəyimizdən,
Qıyma öz qanına boyana ceyran,
Nə gözəl yaraĢır Muğana ceyran.
Ovçuluq peşəsi əsrlərdən
bəri xüsusi məktəb
olmayıb,
böyüklərdən
kiçiklərə,
yaşlılardan
cavanlara,
atalardan
oğullara
nəsil-nəsil
ötürülmüşdür. Lap qədim dövrlərdən bəri əsl ovçu
yüksək mənəvi keyfiyyətləri, alicənablılığı, təbiətə
bağlılığı, yaşadığı torpağın
maddi və mənəvi
sərvətlərinə qayğıkeş münasibəti ilə fərqlənmişdir.
Bu mənada ovçu, özünün yırtıcılardan fərqləndiyini
sübut etməlidir. Ovçu elə olmalıdır ki, heyvan
ondan qorxub, canavara, pələncə pənah aparmasın.
Əksinə, canavardan, pələngdən qorxub ona pənah
gətirsin. Hansı səbəbdənsə qorxub insana sığınan
hər hansı heyvanı ovlamaq,
vurub öldürmək yox,
ona qayğı və mehribanlıq göstərmək lazımdır.
İnsanı yırtıcıdan fərqləndirən də bu mühüm
cəhətdir.»
Dərslikdə peşə məlumatı imkanı verən
çalışmaların məhdudluğunu nəzərə alaraq, «Feilin
formaları» mövzusunun tədrisi zamanı
şagirdləri
müxtəlif formalarda işlədilməsi tələb olunan feillər
üzərində çalışdırarkən imkan vermək lazımdır ki,
onlar müxtəlif peşələrə dair fikirlərini yazsın. Bu