483
Сечилмиш ясярляри
lX
birləşmələrinin semantik
informativ məzmundan
çıxış edərək «bənna», «kolxozçu» («pambıqçı»,
«toxucu», «bağban», «sağıcı», «slesar» (çilingər),
peşələrinə dair istiqamət verici söhbətlər aparmaq
olar. Yuxarıda qeyd etdiyimiz kimi,
bu peşələrin
əksəriyyəti barədə aşağı siniflərdə məlumat
xarakterli söhbətlər aparıldığından burada həmin
peşələrin tarixi,
ictimai-iqtisadi və sənaye
əhəmiyyəti, yayıldığı regionlara dair sual-cavab
(müsahibə) üsulu ilə əlaqələrə dair keçmiş bilikləri
canlandırmaq mümkündür. Məsələn:
«Bənnalığa» dair suallar:
1. Kim deyər «bənna» kimlərə deyilir?
2. Bənnalar haqqında nə deyə bilərsiniz?
3. Bənnalıq peşəsinin qədimliyinə dair bir
epizod danışa bilərsinizmi?
4. Valideynləriniz arasında
bənna işləyən
varmı?
5. Sən gələcəkdə bənna olmaq istərdinmi?
6. Əgər bənna olsaydın, özün üçün tikəcəyin
evə nəyi əlavə edərdin? (regiondan asılı olaraq)
Toxucu peşəsinə dair:
1. Toxucu kimlərə deyilir?
2. Qədim toxucularla indikilər arasında fərq
varmı?
3. Toxuculuq fabrikində olmusanmı?
4. Kimin valideyni toxucu işləyir?
5. Parça toxuyanların xalça toxuyanlardan
fərqi barədə nə deyə bilərsiniz?