Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə307/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   303   304   305   306   307   308   309   310   ...   321
Фирузя Мяммядли 
«müasirimiz» əvəzinə «çağın insanı», «gö-
zəgəlimli, məlahətli» əvəzinə «xoşgörülü», «incə» 
əvəzinə «zərifanə», «qabaqdangəlmişlik» əvəzinə 
«önyarğı», «elm adamı» əvəzinə «bilim adamı», 
«ayrı» əvəzinə «dəyişim» və s. Kimi söz və 
ifadələri süni surətdə, zorla müasir dilimizin lüğət 
tərkibinə pərçim etmək cəhdləri heç də dil 
daşıyıcıları tərəfindən həmişə razılıqla qarşılanmır. 
Ən mənfi cəhət də budur ki, bu ifadələrin əksər 
qismi xalis Azərbaycan sözlərinin sinonimi kimi, 
həm də öz sözlərimizi dilin fəal fondundan 
çıxarmaq məqsədi ilə işlədilir. Belə sözlərin sayı 
olduqca çoxdur. Bu mənada həmin sözləri həm 
kontekst daxilində izləmək, həm də mətndənkənar, 
lüğətini müşahidə etmək maraqlıdır. Aşağıdakı 
nümunələrə diqqət yetirək: 
1. «Ucuz ədəbiyyatın 
vücudnaməsini
üç əsr 
sonra tarixi sənəd kimi oxuyacaq bir 
düşünər
(ziyalı, fikir sahibi) bizim haqqımızda nə 
düşünəcək? 
Orxan Fikrətoğlu. 
«Ədəbiyyat» qəzeti 
 
Cümlədə «ziyalı» sözünün «düşünər»lə əvəz 
edilməsi «düşün(mək)» sözünün təkrarına səbəb 
olmuş və üslubu ağırlaşdırmışdır. 
2. Atılan zirzibili 
həssasiyyətlə
seçib-ayıran 
bir adam – süpürgəçi. 


595 
Сечилмиш ясярляри 
lX 
Narsis. «Ədəbiyyat» 
qəzeti. 
«Həssasiyyətlə» - «həssaslıqla» sözündə 
Narsis (Nərgiz) tərəfindən aparılan əməliyyatın 
nəticəsidir. Müəllif sözlərdə bu qəbildən olan 
«yeniliklərə» o dərəcədə aludədir ki, öz «Nərgiz» 
adını da «Narsis» kimi əcnəbi tələffüzünə qurban 
vermişdir. 
3. Sol tərəfinə 
təmizlikçi
bir qrup adam 
yığmışdı. 
 
Narsis. Yenə 
orada. 
«Təmizlikçi» «süpürgəçi» peşə adının Narsis 
tərəfindən icad edilən şəklidir. Bu cümlə üslubi 
baxımdan da nöqsanlıdır. Müəllif görünür öz 
«yenilikçiliyinə» o qədər valeh olub ki, «Sol 
tərəfinə bir qrup təmizlikçi adam yığmışdı» kimi 
ifadə olunmalı cümlədə cümlə üzvlərinin sıralan-
masını da nəzərdən qaçırmışdır. 
4. Bu səslərin 
gizəminin
ustalıqla
yansıması
da bir yandan. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin