591
Сечилмиш ясярляри
lX
III. Klassik yazılı materialların lüğət
fondundan götürülən söz və ifadələr. Bunları da
iki yerə bölmək olar:
a) Tarixən dilin fəal sözləri sırasında olub,
sonradan arxaikləşən ərəb və fars mənşəli sözlər.
b)
Tarixən dilimizdə işlək olub, sonradan
arxaik plana keçən qədim türk sözləri.
IV. Bədii dilin estetik ifadə tərzini
fərdiləĢdirən söz və ifadə yaradıcılığı.
I. Avropa dillərindən keçən termin və
terminvari söz və ifadələr.
Avropa
dillərindən keçən termin və
terminvari ifadələrin hamısı müasir texnoloji
proseslər və texnoloji
vasitələrin məişətimizə,
sosial-ictimai həyatımıza daxil olması ilə bağlıdır.
Bu məsələlər barəsində «Azərbaycan ədəbi dili
(1990-2010-cu illər)» adlı kitabımızda ətraflı bəhs
etmişik. Bu proses arasıkəsilməz axın olaraq, az-
çox intensivliklə yazılı
nitqimizdə öz ifadəsini
tapmaqdadır. Belə ki, «Ədəbiyyat» qəzetinin 2016-
cı il nəşrlərində gənc müəlliflərin yazılarında belə
sözlərin işlədilməsinə əvvəlki illərə nisbətən daha
tez-tez rast gəlirik. Məsələn:
Libido
(ilkinlik, özək)
heteroklit məqam
(vərdiş olunmamış),
postulat, kostymer, notr,
disiplin
(bu söz – «disiplinlərarası»
kimi işlə-
dilmişdir)
dekadans, kanon
və s.
Bu sözlərin işləndiyi cümlələri izləmək də
maraqlıdır: