Maddə 59
Konsulluq binalarının müdafiəsi
Yerləşmə dövləti fəxri konsul vəzifəli şəxslərinin rəhbərlik
etdikləri konsulluqların konsul binalarına hər cür zorla daxilolma və
ya zərər yetirə biləcək hərəkətlərdən müdafiə etmək, konsulluğun
narahatlığına səbəb olan, ləyaqətinə xələl gətirən hər cür halların
qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.
Maddə 60
Konsulluq binalarının vergidən azad olunması
1. Sahibi və kirayəçisi göndərən dövlət olan, fəxri konsul
vəzifəli şəxslərinin rəhbərlik etdikləri konsulluq binaları konkret
xidmət növlərinə görə ödəniş istisna edilməklə bütün dövlət, rayon və
ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlarından azad
edilir.
2. Bu maddənin 1-ci bəndində göstərilən vergi istisnaları
yerləşmə dövlətinin qanun və qaydalarına əsasən göndərən dövlətlə
və ya onun adından çıxış edən şəxslə müqavilə bağlamış şəxslərdən
tutulan yığımlara, rüsumlara və vergilərə tətbiq edilmir.
Maddə 61
Konsulluq arxivinin və sənədlərinin toxunulmazlığı
Fəxri konsul vəzifəli şəxslərinin rəhbərlik etdikləri
konsulluqların konsulluq arxiv və sənədləri yerindən asılı olmayaraq
300
301
hər vaxt toxunulmazdır, bir şərtlə ki, onlar digər kağız və
sənədlərdən, o cümlədən, konsulluq başçısı və onunla işləyən
istənilən şəxsin şəxsi korrespondensiyasından, həmçinin onların
peşələrinə və ya məşğuliyyətinə aid olan material, kitab və
sənədlərdən ayrı saxlanılsın.
Maddə 62
Gömrük rüsumlarından azad edilmə
Yerləşmə dövləti özünün qəbul olunmuş qayda-qanunlarına
uyğun olaraq, aşağıda göstərilən əşyaların bu ölkəyə gətirilməsinə və
saxlamaya görə yığıma, miniklə daşınma yığımı və buna oxşar
xidmətlər üçün ayrılan yığımlar istisna olmaqla, onalırın bütün göm-
rük rüsumlarından, vergilərindən və bununla bağlı bütün yığımlardan
azad edilməsinə belə bir şərtlə icazə verir ki, onlar fəxri konsul
vəzifəli şəxslərinin rəhbərlik etdikləri konsulluqların rəsmi istifadəsi
üçün nəzərdə tutulmuş olsun:dövlət gerbləri, bayraqları, lövhələri,
möhür və ştampları, kitablar, rəsmi çap materialı, dəftərxana mebeli,
dəftərxana avadanlığı və konsulluğun göndərən dövlətdən aldığı və
ya sonuncunun ehtiyacı olan digər buna bənzər əşyalar.
Maddə 63
Cinayət işləri
Əgər fəxri konsul vəzifəli şəxsi haqqında cinayət işi qaldırılırsa
bu şəxs səlahiyyətli orqanlara gəlməlidir. Buna baxmayaraq, işin
icraatı zamanı onun tutduğu rəsmi mövqeyə görə ona hörmət
olunmalı və onun həbs olunduğu və ya saxlanıldığı hallar istisna
olmaqla onun konsul funksiyarının yerinə yetirilməsinə mümkün
qədər az əngəl yaradılmalıdır. Fəxri konsul vəzifəli şəxsinin
saxlanılması zərurəti yarandıqda onun haqqında məhkəmə təhqiqatı
mümkün qədər qısa müddət ərzində başladılmalıdır.
Maddə 64
Konsul vəzifəli şəxslərinin müdafiəsi
Yerləşmə dövləti konsul vəzifəli şəxsinə onun tutduğu rəsmi
mövqe ilə bağlı tələb oluna bilən müdafiəni verməlidir.
Maddə 65
Xarici vətəndaş sifətində qeydiyyata düşməkdən və yaşayış
icazəsi almaqdan azadedilmə
Yerləşmə dövlətində şəxsi gəlir əldə etmək məqsədilə istənilən
peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul olanlar istisna
olmaqla, digər fəxri konsul vəzifəli şəxsləri yerləşmə dövlətinin
xarici vətəndaşların qeydiyyatına aid qanun və qaydalarında nəzərdə
tutulan bütün öhdəliklərdən və yaşayış icazəsi almaqdan azad
edilirlər.
Maddə 66
Vergi imtiyazları
Fəxri konsul vəzifəli şəxsləri konsul funksiyalarının yerinə
yetirilməsinə görə göndərən dövlətdən aldıqları təltiflərdən və əmək
haqqından tutulan bütün vergi, yığım və rüsümlardan azad olunurlar.
Maddə 67
Şəxsi mükəlləfiyyətlərdən azadedilmə
Yerləşmə dövləti, fəxri konsul vəzifəli
şəxslərini
xüsusiyyətindən asılı olmayaraq əmək və dövlət
mükəlləfiyyətlərindən, habelə rekvizisiya, kontribusiya və hərbi
düşərgələr salmaq kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.
Maddə 68
Fəxri konsul vəzifəli şəxsləri institutunun fakültativ xarakteri
Hər bir dövlət fəxri konsul vəzifəli şəxslərini təyin və ya qəbul
edib etməmək məsələsinin həllində azaddır.
IV Fəsil. Ümumi qərarlar
Maddə 69
Konsulluğun başçısı olmayan konsul agentləri
1.
Hər bir dövlət göndərən dövlət tərəfindən konsulluqların
başçıları kimi təyin olunmayan konsul agentlərinin rəhbərlik etdikləri
konsul agentliyini təsis edib etməyəcəyi və ya təsis olunmasına icarə
verib verməyəcəyi məsələsinin həllində azaddır.
2.
Hazırkı maddənin 1-ci bəndində adıçəkilən konsul
agentliklərinin öz funksiyalarının yerinə yetirə biləcəyi şərtlər və onlara
rəhbərlik edən konsul agentlərinin istifadə edə biləcəkləri imtiyaz və
immunitetlər göndərən dövlət və yerləşmə dövləti arasında
302
303
razılaşmaya əsasən müəyyən olunur.
2. Konsulluğun yerləşmə dövlətinin vətəndaşı olan və ya
burada daimi yaşayan digər işçiləri, onların ailə üzvləri, həmçinin bu
maddənin 1- ci bəndində sözügedən konsul vəzifəli şəxslərinin ailə
üzvləri yalnız yerləşmə dövlətinin onlara verdiyi üstünlük, imtiyaz və
immunitetlərdən istifadə edirlər. Yerləşmə dövlətinin vətəndaşları
olan və ya burada daimi yaşayan konsulluq işçilərinin ailə üzvləri və
xüsusi ev xidmətçiləri də həmçinin yalnız yerləşmə dövlətinin onlara
verdiyi üstünlük, imtiyaz və immunitetlərdən istifadə edir. Lakin
yerləşmə dövləti bu şəxslər üzərində öz yurisdiksiyasını elə həyata
keçirməlidir ki, konsulluğun funksiyalarının yerinə yetirilməsinə
lazımsız maneələr yaratmasın.
Maddə 70
Diplomatik nümayəndəlik tərəfindən konsulluq
funksiyalarının yerinə yetirilməsi
1. Hazırkı Konvensiyanın müddəaları, konteksdən irəli gələn
dərəcədə konsulluq funksiyalarının diplomatik nümayəndəlik
tərəfindən yerinə yetirildiyi hallarda da tətbiq edilir.
2. Diplomatik nümayəndəliyin konsul şöbələrinə təyin olunan
və ya digər formada nümayəndəliyin konsul funksiyalarını yerinə
yetirmək həvalə olunan əməkdaşlarının soyadları yerləşmə dövlətinin
xarici işlər nazirliyinə və ya bu nazirlik tərəfindən göstərilən orqana
bildirilir.
Maddə 72
Ayrı-seçkiliyin yolverilməzliyi
3. Konsul funksiyalarını icra edərkən diplomatik nümayəndəlik
a) konsulluq dairəsinin yerli hakimiyyətinə;
1. Bu Konvensiyanın maddələrini tətbiq edərkən yerləşmə
dövləti dövlətlər arasında ayrı- seçkilik qoymamalıdır.
b) əgər yerləşmə dövlətinin qanun-qaydaları və adətləri və ya
uyğun beynəlxalq razılaşmalar buna icazə verərsə yerləşmə
dövlətinin mərkəzi hakimiyyətinə müraciət edə bilər.
2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir:
a) əgər yerləşmə dövləti bu Konvensiyanın hər hansı müddəasını
onun göndərən dövlətdəki konsulluğuna qarşı məhdud şəkildə tətbiq
olunması ilə əlaqədar bu maddəni məhdud şəkildə tətbiq edirsə;
4. Bu maddənin 2- ci bəndində göstərilən şəxslərin imtiyazları
və immunitetləri beynəlxalq hüququn diplomatik münasibətlərə aid
olan normaları ilə tənzimlənməkdə davam edir.
b) əgər adətə və ya razılaşmaya görə dövlətlər bir-birinə
Konvensiyanın müddəaları ilə tələb ediləndən daha əlverişli rejim
yaradırlarsa.
Maddə 71
Yerləşmə dövlətinin vətəndaşları
və bu bu dövlətdə daimi yaşayanlar
Maddə 73
Hazırkı Konvensiyanın digər beynəlxalq razılaşmalara
münasibəti
1. Yerləşmə dövlətinin vətəndaşları olan və ya burada daimi
yaşayan konsul vəzifəli şəxsləri üçün yerləşmə dövləti hər hansı
əlavə üstünlük, imtiyaz və immunitet müəyyən etmirsə, onlar yalnız
öz funksiyalarını yerinə yetirərkən həyata keçirdikləri rəsmi
əməllərinə münasibətdə yurisdiksiya immunitetindən və şəxsi
toxunulmazlıqdan və 44-cü maddənin 3-cü bəndində nəzərdə tutulan
imtiyazdan istifadə edirlər. Bu vəzifəli şəxslərə münasibətdə
yerləşmə dövləti, həmçinin 42-ci maddədə göstərilən şərtlərə əməl
etməlidir. Əgər belə konsul vəzifəli şəxsləri barəsində cinayət işi
açılıbsa, bu şəxsin həbs olunduğu və ya saxlanıldığı hallar istisna
olmaqla məhkəmə təhqiqatı elə aparılmalıdır ki, konsul
funksiyalarının yerinə yetirilməsinə mümkün qədər az maneə
yaradılsın.
1. Bu Konvensiyanın müddəaları onlarda iştirak edən dövlətlər
arasında qüvvədə olan digər beynəlxalq sənədlərə təsir göstərmir.
2. Hazırkı Konvensiyanın müddəalarından heç biri dövlətlərə
bu müddəaları təsdiq edən, əlavə edən, yayan və ya genişləndirən
beynəlxalq müqavilələr bağlamağa maneə deyildir.
V Fəsil. Yekun müddəalar
Maddə 74
İmzalama
304
305
Hazırkı Konvensiya bütün dövlətlər – Birləşmiş Millətlər
Təşkilatı və ya ixtisaslaşdırılmış qurumların üzvləri və ya Beynəlxalq
Məhkəmənin Statutunun iştirakçısı olan dövlətlər, həmçinin
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Kon-
vensiyanın iştirakçısı olmaq üçün dəvət olunan istənilən digər
dövlətlər tərəfindən 1963-cü il oktyabrın 31-nə qədər – Avstriya
Respublikasının Federal xarici işlər nazirliyində, daha sonra 1964-cü
il martın 31-nə qədər – Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının
Mərkəzi müəssisələrində imzalanmağa açıqdır.
Maddə 75
Ratifikasiya
Hazırkı Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sə-
nəddləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təhvil verilir.
Maddə 76
Qoşulma
Hazırkı Konvensiya 74-cü maddədə göstərilən dörd
kateqoriyadan birinə mənsub olan istənilən dövlətin qoşulması üçün
açıqdır. Qoşulma haqqında aktlar saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 77
Qüvvəyəminmə
1. Bu Konvensiya sayca iyirmi ikinci ratifikasiya sənədinin və
ya qoşulma haqqında aktın saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə
minəcək.
2. İyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında
aktın təhvilindən sonra Konvensiyanı ratifikasiya edən və ya ona
qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət öz
ratifikasiya sənədini və ya qoşulma haqqında aktını təhvil verdikdən
otuz gün sonra qüvvəyə minir.
Maddə 78
Baş katib tərəfindən göndərilən bildirişlər
Birləşmiş Millətlər Təşkilatının Baş katibi 74- cü maddədə
göstərilən dörd kateqoriyadan birinə mənsub olan bütün dövlətlərə
aşağıdakılar haqqında məlumat verir:
a) bu Konvensiyanın imzalanması və 74, 75, 76- cı maddələrə
müvafiq olaraq ratifikasiya sənədlərinin və ya qoşulma haqqında
aktların saxlanmaq üçün təhvil verilməsi haqqında;
b) 77- ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə
minməsi tarixi haqqında.
Maddə 79
Autentik mətnlər
Rus, ingilis, ispan, çin və fransız dillərində olan mətnləri eyni
autentik olan hazırkı Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə veriləcəkdir ki, o da bu mətnin təsdiq
edilmiş surətlərini 74- cü maddədə sadalanan dörd kateqoriyadan birinə
mənsub olan bütün dövlətlərə göndərəcəkdir.
Öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilən
aşağıdakı imza atanlar bunları təsdiqləmək üçün bu Konvensiyanı
imzaladılar.
Min doqquz yüz altmış üçüncü il aprelin iyirmi dördündə
Vyanada İCRA EDİLDİ.
XÜSUSI MISSIYALAR HAQQINDA
KONVENSİYA
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,
xüsusi missiyalara həmişə xüsusi rejim təqdim olunmasını
qeyd edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin
suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanılması və dövlətlər arasındakı dostluq münasibətlərinin və
əməkdaşlığın inkişaf etdirilməsi haqqında məqsəd və prinsiplərini
diqqətə alaraq,
xüsusi missiyalar haqqında məsələnin mühümlüyünün dip-
lomatik münasibətlər və immunitetlər üzrə Birləşmiş Millətlər
Təşkilatının Konfransının işində və həmçinin 10 aprel 1961-ci il
Konfransında qəbul edilmiş İ qətnamədə qəbul olunmasını qeyd
edərək,
diplomatik əlaqələr və immunitetlər haqqında Birləşmiş
Millətlər Təşkilatı Konfransının 18 aprel 1961- ci ildə imzalanmaq
306
307
üçün açılan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını
qəbul etdiyini nəzərə alaraq,
konsul münasibətləri haqqında Birləşmiş Millətlər Təşkilatı
Konfransının 24 aprel 1963- cü ildə konsul münasibətləri haqqında
Vyana Konvensiyasını qəbul etdiyini nəzərə alaraq,
xüsusi missiyalar haqqında beynəlxalq Konvensiyanın bu hər
iki konvensiyanı tamamlaya biləcəyini və dövlət və ictimai
quruluşundan asılı olmayaraq dövlətlər arasında dostluq əlaqələrinin
inkişafına imkan yarada biləcəyini hesab edərək,
xüsusi missiyalara aid olan imtiyaz və immunitetlərin, ayrı-
ayrı şəxslərin mənfəəti üçün deyil, öz xarakterinə görə dövləti təmsil
edən xüsusi missiyaların funksiyalarının effektiv yerinə
yetirilməsinin təmin edilməsi üçün verilməsini dərk edərək;
hazırkı Konvensiyanın müddəaları ilə nəzərdə tutulmayan
məsələləri beynəlxalq adi hüquq normaları tənzim etməyə davam
etdiyini təsdiq edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
İstifadə olunan terminlər
Bu Konvensiyada
a) «xüsusi missiya» - öz xarakterinə görə dövləti təmsil edən,
müəyyən məsələlərin birgə baxılması və ya onunla əlaqədar müəyyən
məsələlərin yerinə yetirilməsi üçün bir dövlət tərəfindən digərinə
sonuncunun razılığı ilə göndərilən müvəqqəti missiyadır;
b) «daimi diplomatik nümayəndəlik» - diplomatik
münəsibətlər haqqında Vyana Konvensiyasının məzmununa görə
diplomatik nümayəndəlikdir;
c) «konsulluq» - istənilən baş konsulluq, konsulluq, vitse-
konsulluq və ya konsul agentliyidir;
ç) «xüsusi missiyanın başçısı», göndərən dövlət tərəfindən bu
sifətdə fəaliyyət göstərmək vəzifəsi həvalə olunmuş şəxsdir;
d) «xüsusi missiyada göndərən dövlətin nümayəndəsi»-
göndərən dövlətin bu keyfiyyətdə müəyyən etdiyi istənilən şəxsdir;
e) «xüsusi missiyanın üzvləri» - xüsusi missiyanın başçısı,
xüsusi missiyada göndərən dövlətin nümayəndələri və xüsusi
missiyanın heyətinin üzvləridir;
f) «xüsusi missiya heyətinin üzvləri» - xüsusi missiyanın dip-
lomatik heyətinin, inzibati-texniki heyətinin və xidmətçi heyətinin
üzvləridir;
g) «diplomatik heyətin üzvləri» - xüsusi missiyanın məqsədləri
üçün diplomat statusu olan xüsusi missiyanın heyətinin üzvləridir.
h) «inzibati-texniki heyətin üzvləri» - xüsusi missiyanın
inzibati-texniki xidmətini həyata keçirən xüsusi missiya heyətinin
üzvləridir.
i) «xidməti heyətin üzvləri»- missiya tərəfindən ev işçisi kimi
və ya analoji işlərin yerinə yetirilməsi üçün istifadə olunan xüsusi
missiyanın heyətinin üzvləridir.
j) «özəl xidmət heyəti» - xüsusi missiyanın üzvlərinin müs-
təsna olaraq özəl xidmətində olan şəxslərdir.
Maddə 2
Xüsusi missiyanın göndərilməsi
Bir dövlət digər dövlətə, sonuncunun diplomatik və ya digər
razılaşdırılmış və ya qarşılıqlı qəbul olunan kanallarla əvvəlcədən
alınmış razılığı ilə xüsusi missiya göndərə bilər.
Maddə 3
Xüsusi missiyanın funksiyaları
Xüsusi missiyanın funksiyaları göndərən və qəbul edən
dövlətin arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur.
Maddə 4
Xüsusi missiyanın iki və ya bir neçə dövlətə göndərilməsi
Eyni xüsusi missiyanı iki və ya bir neçə dövlətə göndərmək
istəyən dövlət bu haqda hər bir qəbul edən dövləti, həmin dövlətə
razılıq almaq üçün müraciət etdikdə xəbərdar edir.
Maddə 5
İki və ya bir neçə dövlət tərəfindən
ümumi xüsusi missiyanın göndərilməsi
Ümumi xüsusi missiyanı digər dövlətə göndərmək istəyən iki
və ya bir neçə dövlət bu haqda qəbul edən dövləti həmin dövlətə
razılıq almaq üçün müraciət etdikdə xəbərdar edir.
Maddə 6
308
309
İki və ya bir neçə dövlət tərəfindən xüsusi missiyanın, onlar üçün
ümumi maraq kəsb edən məsələlərin baxılması üçün
göndərilməsi
Maddə 10
Xüsusi missiya üzvlərinin vətəndaşlığı
1. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və
onun diplomatik heyətinin üzvləri prinsip etibarı ilə göndərən
dövlətin vətəndaşları olmalıdırlar.
İki və ya bir neçə dövlət eyni zamanda digər dövlətə bu
dövlətin 2-ci maddəyə uyğun olaraq alınmış razılığı əsasında, bütün
bü dövlətlərin razılaşması ilə onlar üçün ümumi maraq kəsb edən
məsələlərin birgə baxılması üçün xüsusi missiya göndərə bilər.
2. Qəbul edən dövlətin vətəndaşları bu dövlətin razılığı
olmadan xüsusi missiyanın tərkibinə təyin oluna bilməzlər və bu
razılıq istənilən vaxt ləğv oluna bilər.
Maddə 7
3. Qəbul edən dövlət eyni zamanda göndərən dövlətin
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu
maddənin 2-ci bəndində nəzərdə tutulan hüquqları saxlayır.
Diplomatik və ya konsulluq əlaqələrinin olmaması
Diplomatik və ya konsulluq əlaqələrinin olması xüsusi
missiyanın qəbulu və ya göndərilməsi üçün vacib deyildir.
Maddə 11
Maddə 8
Xəbərdar edilmə
Xüsusi missiyanın üzvlərinin təyin olunması
1. Xarici işlər nazirliyi və ya qəbul edən dövlətnin bununla
əlaqədar saziş bağlanmış digər orqanı aşağıdakılar barədə xəbərdar
edilir:
10, 11, 12-ci maddələrdə nəzərdə tutulan istisnalarla, göndərən
dövlət, xüsusi missiyanın üzvlərini, qəbul edən dövlətə, xüsusi
missiyanın tərkibi və sayı haqqında bütün lazımi informasiyaları və
xüsusən də təyin olunacaq şəxslərin adlarını və vəzifələrini
əvvəlcədən məlumat verməklə öz qərarı əsasında təyin edə bilər.
Qəbul edən dövlət bu ölkədəki şərait və şərtlərə görə və həmin
missiyanın tələbatına görə sayını münasib hesab etmədiyi xüsusi
missiyanın göndərilməsinə razılıq verməyə də bilər. O həmçinin, öz
imtinasının səbəblərini açıqlamadan istənilən şəxsin xüsusi
missiyanın üzvü kimi təyin olunmasına razılıq verməyə də bilər.
a) xüsusi missiyanın tərkibi və onun sonrakı istənilən
dəyişiklikləri haqqında;
b) missiya üzvlərinin gəlməsi və tamamilə qayıtması və
onların missiyada vəzifələrinin dayandırılması haqqında;
c) missiya üzvünü müşayiət edən istənilən şəxsin gəlməsi və
tamamilə qayıtması haqqında;
ç) qəbul edən dövlətdə missiya üzvləri və ya özəl xidmət
heyəti sifətində yaşayan şəxslərin işə götürülməsi və işdən azad
edilməsi haqqında;
Maddə 9
d) xüsusi missiyanın başçısının və ya əgər o təyin
olunmayıbsa, 14-cü maddənin 1-ci bəndində qeyd olunan
nümayəndənin və onların müavinlərinin təyin olunması haqqında;
Xüsusi missiyanın tərkibi
1. Xüsusi missiya göndərən dövlətin bir və ya bir neçə
nümayəndəsindən ibarət olur ki, onların arasından bu dövlət
missiyanın başçısını təyin edə bilər. Xüsusi missiyaya həmçinin, dip-
lomatik, inzibati-texniki və xidməti heyət daxil ola bilər.
e) xüsusi missiya tərəfindən tutulmuş binaların və 30, 36 və
39-cu maddələrə əsasən toxunulmazlığa malik olan şəxsi binaların
olduğu yer və həmçinin bu evlərin eyniləşdirilməsi üçün zəruri olan
bütün məlumatlar haqqında;
2. Qəbul edən dövlətdə olan daimi diplomatik nümayəndəliyin
və ya konsulluğun üzvləri xüsusi missiyanın tərkibinə daxil
olunduqda, onlar hazırkı Konvensiya ilə verilən imtiyaz və
immunitetlərdən əlavə diplomatik nümayəndəlik və ya konsulluq
üzvləri kimi öz imtiyaz və immunitetlərini də saxlayırlar.
2. Əgər bu qeyri-mümkün deyilsə, gəlmə və tamamilə qayıtma
haqqında xəbərdarlıq əvvəlcədən olunmalıdır.
Maddə 12
Non qrata və qəbulolunmaz elan olunan şəxslər
310
311
1. Qəbul edən dövlət istənilən vaxt öz qərarının səbəbini gös-
tərməyə borclu olmadan göndərən dövləti xəbərdar edə bilər ki,
xüsusi missiyada döndərən dövlətin hər-hansı üzvü və ya onun
diplomatik heyətinin hər-hansı üzvü persona non qrata və ya
missiyanın heyətinin istənilən digər bir üzvü qəbul olunmaz şəxsdir.
Bu halda göndərən dövlət müvafiq olaraq həmin şəxsi geri çağırmalı
və ya missiyada onun fəaliyyətini dayandırmalıdır.
Maddə 15
Rəsmi işlərin aparıldığı qəbul edən dövlətin orqanı
Xüsusi missiyaya göndərən dövlət tərəfindən həvalə olunan
qəbul edən dövlətlə bütün rəsmi işlər xarici işlər nazirliyi ilə və ya bu
nazirlik vasitəsilə, və yaxudda ona münasibətdə razılaşma olan qəbul
edən hökumətin digər orqanı ilə aparılır.
2. Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində nəzərdə
tutulan vəzifələrini yerinə yetirməkdən imtina etsə və ya ağlabatan
müddət ərzində yerinə yetirməsə qəbul edən dövlət həmin şəxsi
nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər.
Maddə 16
Birinciliyə aid olan qaydalar
1. İki və ya bir neçə xüsusi missiya qəbul edən dövlətin və ya
üçüncü dövlətin ərazisində görüşən zaman missiyanın birinciliyi,
əgər xüsusi razılaşma yoxdursa ərazisində missiyanın yerləşdiyi
dövlətin protokolu ilə müəyyən olunan dövlətlərin adlarının əlifba
sırasına uyğun olaraq müəyyən olunur.
Maddə 13
Xüsusi missiyanın funksiyalarının başlanması
1. Xüsusi missiyanın funksiyaları missiyanın, qəbul edən
dövlətin xarici işlər nazirliyi və ya ona münasibətdə razılaşma olan
digər orqanı ilə rəsmi əlaqəsinin qurulması anından başlanır.
2. Mərasim və ya təntənəli hadisələr səbəbilə görüşən iki və ya
bir neçə xüsusi missiyaların birinciliyi qəbul edən dövlətin protokolu
ilə müəyyən olunur.
2. Xüsusi missiyanın funksiyalarının həyata keçirilməsinin
başlanması göndərən dövlətin daimi diplomatik nümayəndəliyi
tərəfindən onun təqdim olunmasından, etimadnamə və ya
səlahiyyətlərin təqdim edilməsindən asılı deyil.
3. Həmin xüsusi missiyanın üzvlərinin birinciliyi ərazisində iki
və ya bir neçə missiyanın görüşdüyü qəbul edən dövlətə və ya
üçüncü dövlətə məlumat verildiyi kimi olmalıdır.
Dostları ilə paylaş: |