Maddə 10
Nümayəndəliyin başçısının səlahiyyətləri
Nümayəndəliyin başçısının səlahiyyətləri göndərən dövlətin
dövlət başçısının, hökumət başçısının, xarici işlər nazirinin adından,
yaxud, əgər Təşkilatın qaydalarına görə buna yol verilirsə, digər
səlahiyyətli orqan tərəfindən verilir və qoşma məktubla Təşkilata
çatdırılır.
Maddə 11
Təşkilat orqanları yanında akkreditə edilmə
1. Üzv dövlət onun daimi nümayəndəsinə verilmiş
səlahiyyətlərdə göstərə bilər ki, həmin şəxs Təşkilatın bir və ya bir
neçə orqanında nümayəndə qismində fəaliyyət göstərməyə müvəkkil
edilmişdir.
2. Əgər Üzv dövlət başqa halı göstərmirsə, onun daimi
nümayəndəsi Təşkilatın həmin nümayəndəliyə münasibətdə xüsusi
şərtlər müəyyən edilməmiş orqanlarında nümayəndə qismində
fəaliyyət göstərə bilər.
3. Təşkilatın üzvü olmayan dövlət onun daimi müşahidəçisinə
verilmiş səlahiyyətlərdə göstərə bilər ki, Təşkilatın və ya müvafiq
orqanın qaydalarına görə buna yol verilən hallarda həmin şəxs
Təşkilatın bir və ya bir neçə orqanında nümayəndə qismində
fəaliyyət göstərməyə müvəkkil edilmişdir.
Maddə 12
Təşkilatla müqavilələr bağlamaq səlahiyyətləri
1. Nümayəndələyin rəhbəri öz funksiyalarına görə öz dövləti
ilə Təşkilat arasında müqavilə mətninin qəbul edilməsi məqsədilə
səlahiyyətlərini təqdim etmədən öz dövlətini təmsil edən şəxs sayılır.
336
337
Maddə 13
3. Təşkilat bu maddənin 1-ci və 2-ci bəndlərində adları çəkilən
bildirişləri yerləşmə dövlətinə çatdırır.
Nümayəndəliyin tərkibi
Nümayədəliyə nümayəndəliyin rəhbərindən əlavə diplomatik
heyət, inzibati-texniki heyət və xidmət heyəti daxil ola bilər.
Maddə 16
Nümayəndəlik rəhbərinin vəzifələrini icra edən
Maddə 14
Əgər nümayəndəlik rəhbərinin vəzifəsi vakantdırsa və ya
nümayəndəliyin rəhbəri öz funksiyalarını yerinə yetirə bilmirsə,
göndərən dövlət nümayəndəliyin rəhbəri vəzifəsini icra edən şəxs
təyin edə bilər. Bu şəxsin soyadı Təşkilata və sonuncu tərəfindən
yerləşmə dövlətinin nəzərinə çatdırılır.
Nümayəndəliyin işçilərinin sayı
Nümayəndəliyin işçilərinin sayı Təşkilatın funksiyaları, həmin
nümayəndəliyin tələbatı və yerləşmə dövlətində mövcud hallar və
şərait nəzərə alınmaqla ağlabatan və normal hədləri aşmamalıdır.
Maddə 17
Maddə 15
Birincilik
Bildirişlər
1. Daimi nümayəndələrin birinciliyi dövlətlərin adlarının
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir.
1. Göndərən dövlət Təşkilata aşağıdakı bildirişləri çatdırır:
a) nümayəndəliyin əməkdaşlarının təyin edilməsi, onların
vəzifəsi, rütbəsi və üstünlüyü barədə, onların yerləşmə dövlətinə
gəlməsi və oradan tam getməsi və ya onların nümayəndəlikdə
funksiyalarına xitam verilməsi barədə, eləcə də, onların nüma-
yəndəliklə xidmət etdiyi dövrdə baş verə biləcək, onların statusunda
əks olunan hər hansı başqa dəyişikliklər barədə;
2. Daimi müşahidəçilərin birinciliyi dövlətlərin adlarının
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir.
Maddə 18
Nümayəndəliyin olduğu yer
Nümayəndəliklər Təşkilatın mənzil-qərargahının olduğu yerdə
təsis edilir. Lakin əgər Təşkilatın qaydalarına görə buna icazə
verilirsə və yerləşmə dövlətinin ilkin razılığı ilə göndərən dövlət öz
nümayəndəliyi və ya nümayəndəliyin bölməsini Təşkilatın mənzil-
qərargahının yerləşdiyi yerdən fərqli yerdə təsis edə bilər.
b) nümayəndəliyin əməkdaşının ailəsinə mənsub olan və
onunla birgə yaşayan istənilən şəxsin gəlməsi və ya tamam getməsi
barədə və lazımi hallarda bu və ya digər şəxsin nümayəndəlik
əməkdaşının bu cür ailə üzvünə çevrilməsi və ya artıq bu cür ailə
üzvü olmaması barədə;
c) nümayəndəliyin əməkdaşlarına xidmət edən özəl ev
işçilərinin gəlməsi və tamam getməsi barədə və onların bu qisimdə
xidmətinə xitam verilməsi barədə;
Maddə 19
Bayraqdan və emblemdən istifadə edilməsi
1. Nümayəndəlik öz binalarında göndərən dövlətin
bayrağından və emblemindən istifadə etmək hüququna malikdir.
Nümayəndəliyin rəhbəri həmin hüquqdan öz iqamətgahına və
yerdəyişmə vasitələrinə münasibətdə də istifadə edə bilər.
ç) yerləşmə dövlətində yaşayan şəxslərin nümayəndəliyin heyət
üzvləri və ya özəl ev işçiləri qismində xidmətə başlaması və bu cür
xidmətə xitam verilməsi haqqında;
d) 23-cü və 29-cu maddələrə müvafiq olaraq toxunulmazlıq
hüququna malik olan nümayəndəliyin və şəxsi iqamətgahların
binalarının harada yerləşməsi barədə, eləcə də, bu cür binaların
eyniləşdirilməsi üçün zəruri ola biləcək hər hansı başqa məlumatları
Təşkilata bildirir.
2. Bu maddədə nəzərdə tutulan hüquq həyata keçirilərkən
yerləşmə dövlətinin qanunları, qaydaları və adətləri nəzərə alınır.
Maddə 20
Ümumi imkanlar
2. Gəlmə və tamam getmə barədə məlumat mümkün qədər
əvvəlcədən verilir.
1. Yerləşmə dövləti nümayəndəliyin öz funksiyalarını yerinə
338
339
yetirməsi üçün zəruri olan bütün imkanları təqdim edir.
2. Təşkilat nümayəndəliyin bu imkanları əldə etməsinə kömək
edir və ona öz səlahiyyətləri dairəsinə daxil olan imkanlar təqdim
edir.
Maddə 21
Binalar
1. Yerləşmə dövləti və Təşkilat göndərən dövlətin yerləşmə
dövlətinin ərazisində nümayəndəlik üçün zəruri olan binaların
məqbul şəraitinin əldə edilməsinə kömək edir. Zəruri hallarda
yerləşmə dövləti öz qanunlarına müvafiq olaraq bu cür binaların
alınmasına kömək edir.
2. Yerləşmə dövləti və Təşkilat zəruri hallarda nümayəndəliyin
əməkdaşları üçün məqbul şərtlərlə münasib yaşayış binalarının
alınmasına da kömək edir.
Maddə 22
İmtiyazlar və immunitetlər təqdim edilməsinə münasibətdə
Təşkilat tərəfindən göstərilən kömək
1. Zəruri hallarda Təşkilat göndərən dövlətə, onun nüma-
yəndəliyinə və onun nümayəndəliyinin əməkdaşlarına bu
Konvensiyaya müvafiq olaraq nəzərdə tutulan imtiyaz və
immunitetlərin təmin olunmasında kömək edir.
2. Zəruri hallarda Təşkilat göndərən dövlət, onun nüma-
yəndəliyi və onun nümayəndəliyinin əməkdaşları tərəfindən bu
Konvensiyaya müvafiq olaraq nəzərdə tutulmuş imtiyazlara və
immunitetlərə münasibətdə öhdəliklərinin yerinə yetirilməsinin təmin
olunmasında yerləşmə dövlətinə kömək edir.
Maddə 23
Binaların toxunulmazlığı
1. Nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə
dövlətinin hakimiyyət orqanları nümayəndəliyin rəhbərinin razılığı
olmadan bu binalara daxil ola bilməzlər.
2. a) nümayəndəliyin binalarının hər hansı müdaxilədən və ya
onlara zərər vurulmasından qorunması üçün və nümayəndəliyin
asayişinin hər hansı şəkildə pozulmasının və ya onun ləyaqətinin
alçaldılmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər
görməkdən ibarət xüsusi vəzifə yerləşmə dövlətinin üzərinə düşür.
b) nümayəndəliyin binalarına hər hansı şəkildə qəsb edildikdə
yerləşmə dövləti məhkəmə təqibinin başlanması və bu cür qəsbin
törədilməsində təqsirkar olan şəxslərin cəzalandırılması üçün bütün
lazımi tədbirləri görür.
3. Nümayəndəliyin binaları, onların avadanlığı və onlarda olan
başqa əmlak, eləcə də nümayəndəliyin yerdəyişmə vasitələri axtarış,
rekvizisiya, həbs qoyulması və icra hərəkətləri immunitetindən
istifadə edirlər.
Maddə 24
Binaların vergitutmadan azad edilməsi
1. Nümayəndəliyin binalarının sahibi və ya kirayəçisi göndərən
dövlət və ya onun adından çıxış edən hər hansı şəxs olduqda onlar
konkret xidmət növlərinə görə ödəniş sayılan vergilər, yığımlar və
rüsumlardan başqa bütün dövlət, rayon və bələdiyyə vergilərindən,
yığımlarından və rüsumlarından azad edilir.
2. Bu maddədə bəhs edilən vergitutmadan azadetmə yerləşmə
dövlətinin qanunlarına müvafiq olaraq göndərən dövlətlə və ya onun
adından çıxış edən hər hansı şəxslə kontraktlar bağlayan şəxslərdən
tutulan vergilərə, yığımlara və rüsumlara aid deyildir.
Maddə 25
Arxivlərin və sənədlərin toxunulmazlığı
Nümayəndəliyin arxivləri və sənədləri həmişə və onların
harada yerləşməsindən asılı olmayaraq toxunulmazdır.
Maddə 26
Yerdəyişmə azadlığı
Yerləşmə dövləti dövlət təhlükəsizliyi mülahizələrinə əsasən
daxil olmaq qadağan edilən və ya tənzimlənən zonalar haqqında
qanunların və qaydaların müddəalarını
nəzərə almaqla
nümayəndəliyin bütün əməkdaşlarının və onlarla birlikdə yaşayan
ailə üzvlərinin yerləşmə dövlətinin ərazisində yerdəyişməsinin
sərbəstliyini təmin edir.
Maddə 27
Əlaqələrin sərbəstliyi
340
341
1. Yerləşmə dövləti nümayəndəliyin bütün rəsmi məqsədlər
üçün əlaqələrinin sərbəstliyinə icazə verir və bu sərbəstliyi qoruyur.
Nümayəndəlik göndərən dövlətin hökuməti ilə, onun daimi
diplomatik nümayəndəlikləri ilə, konsul müəssisələri ilə, daimi
nümayəndəlikləri ilə, daimi müşahidəçi missiyaları ilə, xüsusi
missiyalar, nümayəndə heyətləri və müşahidəçi nümayəndə heyətləri
ilə əlaqələr zamanı onların harada yerləşməsindən asılı olmayaraq
bütün münasib vasitələrdən, o cümlədən, kuryerlərdən və
kodlaşdırılmış və ya şifrələnmiş depeşalardan istifadə edə bilər.
Lakin nümayəndəlik radioötürücü qurğunu yalnız yerləşmə
dövlətinin razılığı ilə quraşdıra və ondan istifadə edə bilər.
2. Nümayəndəliyin rəsmi korrespondensiyası toxunulmazıdır.
Rəsmi korrespondensiya dedikdə nümayəndəliyə və onun
funksiyalarına aid olan bütün korrespondensiya başa düşülür.
3. Nümayəndəliyin poçtu açıla və tutulub saxlana bilməz.
4. Nümayəndəliyin poçtunun tərkib hissələri olan bütün
yerlərin üzərində onların xarakterini göstərən, aşkar görünən zahiri
nişanları olmalıdır və həmin yerlərdə yalnız nümayəndəliyin rəsmi
istifadəsi üçün nəzərdə tutulan sənədlər və ya əşyalar ola bilər.
5. Nümayəndəliyin kuryeri onun statusunun və poçtu təşkil
edən yerlərin sayının göstərildiyi rəsmi sənədlə təchiz olunmalıdır. O,
öz vəzifələrini icra edərkən yerləşmə dövləti tərəfindən qorunur. O,
şəxsi toxunulmazlıq hüququna malikdir və hər hansı formada həbs
edilməməli və ya tutulub saxlanmamalıdır.
6. Göndərən dövlət və ya nümayəndəlik nümayəndəliyin ad
hoc kuryerlərini təyin edə bilər. Belə hallarda da bu maddənin 5-ci
bəndinin müddəaları tətbiq edilir, həmin maddədə adları çəkilən
immunitetlərin ad hoc kuryer tərəfindən nümayəndəliyin ona
tapşırılmış poçtu təyinatı üzrə çatdırıldığı anda immunitetlərə xitam
verilir.
7. Nümayəndəliyin poçtu gəlməsinə icazə verilmiş limana və
ya hava limanına yola düşən gəminin və ya mülki təyyarənin
komandirinə etibar edilə bilər. Komandir poçtu təşkil edən yerlərin
sayı göstərilməklə rəsmi sənədlə təchiz olunmalıdır, lakin o, nü-
mayəndəliyin kuryeri hesab edilmir. Yerləşmə dövlətinin müvafiq
hakimiyyət orqanları ilə razılaşmaya əsasən nümayəndəlik poçtun
gəmi və ya təyyarə komandirindən bilavasitə və maneəsiz qəbul
edilməsi üçün öz əməkdaşlarından birini göndərə bilər.
342
343
Maddə 28
Şəxsiyyətin toxunulmazlığı
Nümayəndəliyin rəhbərinin və nümayəndəliyin diplomatik
heyət üzvlərinin şəxsiyyəti toxunulmazdır. Onlar hər hansı formada
həbs edilməməli və ya tutulub saxlanmamalıdır. Yerləşmə dövləti
onlara lazımi hörmətlə yanaşmağa və onların şəxsiyyətin, azadlığına
və ya ləyaqətinə hər hansı qəsblərin qarşısının alınması üçün bütün
lazımi tədbirləri görməyə, eləcə də bu cür qəsbləri törətmiş şəxsləri
məhkəmə qaydasında təqib etməyə və cəzalandırmağa borcludur.
Maddə 29
İqamətgahın və əmlakın toxunulmazlığı
1. Nümayəndəliyin başçısının və nümayəndəliyin diplomatik
heyət üzvlərinin şəxsi iqamətgahı da nümayəndəliyin binaları ilə eyni
toxunulmazlıq və müdafiə hüququna malikdir.
2. Nümayəndəliyin başçısının və ya nümayəndəliyin
diplomatik heyət üzvlərinin sənədləri, onların korrespondensiyası və
30-cu maddənin 2-ci bəndində nəzərdə tutulmuş istisnalarla onların
əmlakı da toxunulmazdır.
Maddə 30
Yurisdiksiyadan immunitet
1. Nümayəndəliyin başçısı və nümayəndəliyin diplomatik
heyət üzvləri yerləşmə dövlətinin cinayət yurisdiksiyasından
immunitet hüququna malikdir. Onlar, həmçinin aşağıdakı hallar
müstəsna olmaqla yerləşmə dövlətinin mülki və inzibati
yurisdiksiyasından da immunitet hüququna malikdirlər:
a) yerləşmə dövlətinin ərazisində olan şəxsi daşınılmaz əmlakla
əlaqədar əşya iddiaları, bu şərtlə ki, həmin şəxs bu əşyalara göndərən
dövlətin adından nümayəndəliyin məqsədləri üçün malik olmasın;
b) həmin şəxsin göndərən dövlətin adından deyil, qeyri-rəsmi
şəxs kimi vəsiyyətnamənin icraçısı, mirasın inzibatçısı, qanuni varis
və ya vəsiyyətnamə üzrə varis kimi çıxış etdiyi vərəsəliklə bağlı
iddialar;
c) həmin şəxs tərəfindən yerləşlmə dövlətində onun rəsmi
funksiyalrının hüdudlarından kənarda həyata keçirilən istənilən
peşəkar və ya kommersiya fəaliyyəti ilə bağlı iddialar.
2. Bu maddənin 1-ci bəndinin "a", "b" və "c" bəndlərinə uyğun
hallar müstəsna olmaqla və müvafiq tədbirlər şəxsiyyətin və ya onun
iqamətgahının toxunulmazlığı pozulmadan həyata keçirilə bilməsi
şərti ilə nümayəndəliyin rəhbərinə və nümayəndəliyin diplomatik
heyət üzvlərinə münasibətdə heç bir icra tədbiri tətbiq edilə bilməz.
3. Nümayəndəliyin rəhbəri və nümayəndəliyin diplomatik
heyət üzvləri şahid qismində ifadələr verməyə borclu deyillər.
4. Nümayəndəliyin rəhbərinin və ya nümayəndəliyin
diplotamik heyət üzvlərinin yerləşmə dövlətinin yurisdiuksiyasından
immuniteti onu göndərən dövlətin yursidiksiyasından azad etmir
Maddə 31
İmmunitetdən imtina
1. Göndərən dövlət nümayəndəliyin rəhbərini, nümayəndəliyin
diplomatik heyət üzvlərinin və 36-cı maddəyə müvafiq olaraq
immunitet hüququna malik olan şəxslərin immunitetindən imtina edə
bilər.
2. İmtina həmişə dəqiq ifadə edilmiş olmalıdır.
3. Bu maddəin 1-ci bəndində göstərilmiş istənilən şəxs
tərəfindən iş qaldırılması onu bilavasitə əsas iddia ilə əlaqədar olan
istənilən qarşılıqlı iddiaya münasibətdə yurisdiksiyadan immunitetə
istinad etmək hüququndan məhrum edir.
4. Mülki və ya inzibati mühakimə icraatına münasibətdə
yurisdiksiyadan immunitetdən imtina edilməsi qərarın icrasına
münasibətdə immunitetdən imtina edilməsi demək deyildir, bundan
ötrü ayrıca imtina tələb edilir.
5. Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən
hər hansı şəxsin immunitetindən mülki iddiaya münasibətdə imtina
etməmişdirsə o, işin ədalətli həlli üçün hər cür səy göstərir.
Maddə 32
Sosial təminat sahəsində qanunvericilikdən istisnalar
1. Bu maddənin 3-cü bəndinin müddəaları nəzərə alınmaqla
yerləşmə dövlətində qüvvədə ola biləcək sosial təminat haqqında
müddəalar göndərən dövlətə göstərilən xidmətlərə münasibətdə
nümayəndəliyin başçısına və nümayəndəliyin diplomatik heyət
üzvlərinə şamil edilmir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan istisna yalnız
nümayəndəliyin başçısına və ya nümayəndəliyin diplomatik heyət
344
345
üzvünə xidmət edən şəxsi ev işçilərinə də şamil edilir, bu şərtlə ki:
Maddə 34
a) həmin şəxslər yerləşmə dövlətinin vətəndaşları olmasın və
ya həmin dövlətdə daimi yaşamasın və
Şəxsi mükəlləfiyyətlərdən azadetmə
b) göndərən dövlətdə və ya üçüncü dövlətdə qüvvədə ola
biləcək sosial təminat haqqında müddəalar onlara şamil edilsin.
Yerləşmə dövləti nümayəndəliyin başçısını və nümayəndəliyin
diplomatik heyət üzvlərini bütün şəxsi və dövlət
mükəlləfiyyətlərindən, onların xarakterindən asılı olmayaraq, eləcə
də rekvizisiya, kontribusiya və hərbi yerləşmə kimi hərbi
mükəlləfiyyətlərdən azad edir.
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnanın şamil
edilmədiyi şəxsləri muzdlu işə cəlb edən nümayəndəliyin başçısı və
nümayəndəliyin diplomatik heyətinin üzvləri yerləşmə dövlətində
qüvvədə olan sosial təminat haqqında qaydalara görə işəgötürənlərə
həvalə edilən öhdəlikləri yerinə yetirirlər.
Maddə 35
Gömrük rüsumlarından və gömrük yoxlamasından azadetmə
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan istisna
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü iştirak etməyə
mane olmur, bu şərtlə ki, həmin dövlət bu cür iştiraka icazə versin.
1. Yerləşmə dövləti onun qəbul edə biləcəyi qanunlara və
qaydalara müvafiq olaraq anbar rüsumları, daşımaya görə və oxşar
xidmətlərə görə rüsumlar müstəsna olmaqla aşağıda göstərilən
əşyaların idxal edilməsinə icazə verir və bütün gömrük
rüsumlarından, vergilərdən və bununla əlaqədar yığımlardan azad
edir:
5. Bu maddənin müddəaları sosial təminat haqqında əvvəllər
bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərə aid deyildir və
gələcəkdə bu cür sazişlər bağlanmasına mane olmur.
Maddə 33
a) nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan
əşyalar;
Vergilərdən və rüsumlardan azadetmə
b) nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik
heyət üzvünün şəxsi istifadəsi üçün nəzərdə tutulan, o cümlədən,
nümayəndəliyin yaradılması üçün nəzərdə tutulan əşyalar.
Nümayəndəliyin başçısı və nümayəndəliyin diplomatik heyət
üzvləri, aşağıdakılar müstəsna olmaqla bütün dövlət, rayon və
bələdiyyə vergilərindən, yığımlarından,
şəxsi və
əmlak
rüsumlarından azad edilir:
2. Nümayəndəliyin başçısının və ya nümayəndəliyin
diplomatik heyət üzvünün şəxsi baqajında bu maddənin 1-ci
bəndində göstərilən istisnaların şamil edilmədiyi əşyaların və ya
gətirilməsi və ya aparılması yerləşmə dövlətinin qanunu ilə qadağan
edilmiş və ya yerləşmə dövlətinin karantin qaydaları ilə tənzimlənən
əşyalar olmasını güman etmək üçün ciddi əsaslar olmadıqda
yoxlamadan azad edilir. Belə hallarda yoxlama yalnız azadetmənin
şamil edildiyi şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı
ilə aparılır.
a) adətən, malların və ya xidmətlərin qiymətinə daxil edilən
dolayı vergilər;
b) yerləşmə dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz
əmlaka həmin şəxsi göndərən dövlətin adından nümayəndəliyin
məqsədləri üçün malik deyildirsə, həmin daşınmaz əmlaka görə
yığımlar və vergilər;
c) 38-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş istisnalarla
yerləşmə dövləti tərəfindən tutulan müxtəlif vərəsəlik vergiləri;
ç) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən rüsumlar
və vergilər, həmçinin yerləşmə dövlətindəki kommersiya
müəssisələrinə kapital qoyuluşundan tutulan vergilər;
Maddə 36
Başqa şəxslərin imtiyazları və immunitetləri
1. Nümayəndəliyin başçısının onunla birlikdə yaşayan ailə
üzvləri və nümayəndəliyin diplomatik heyətinin əməkdaşının onunla
birgə yaşayan ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları deyillərsə,
və ya həmin dövlətdə daimi yaşamırlarsa, onlar 28, 29, 30, 32, 34-cü
d) konkret xidmət növlərinə görə tutulan rüsumlar;
e) 24-cü maddədə nəzərdə tutulmuş istisnalarla daşınmaz
əmlaka münasibətdə qeydiyyat, məhkəmə və reyestr rüsumları,
ipoteka rüsumları və gerb rüsumu.
346
347
maddələrdə, 35-ci maddənin 1 "b" və 2-ci bəndlərində göstərilən
imtiyazlara və immunitetlərə malikdirlər.
2. Nümayəndəliyin inzibati-texniki heyət üzvləri və onların
onlarla birgə yaşayan ailə üzvləri, əgər onlar yerləşmə dövlətinin
vətəndaşları deyillərsə və ya həmin dövlətdə daimi yaşamırsa, onlar
28, 29, 30, 32, 33 və 34-cü maddələrdə göstərilmiş imtiyazlardan və
immunitetlərdən istifadə edirlər, bu şərtlə ki, 30-cu maddənin 1-ci
bəndində göstərilən yerləşmə dövlətinin mülki və inzibati
yurisdiksiyasından immunitet hüququ onların öz vəzifələrinin icra
edilmədiyi vaxtda törədilmiş hərəkətlərinə şamil edilmir. Onlar,
həmçinin ilkin məskunlaşma əşyalarına münasibətdə 35-ci maddənin
1 "b" bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər.
3. Nümayəndəliyin xidmət heyətinin yerləşmə dövlətinin
vətəndaşları olmayan və ya həmin dövlətdə daimi yaşamayan üzvləri
öz vəzifələrinin icrası zamanı etdikləri hərəkətlərə münasibətdə
immunitet hüququndan istifadə edir, onların xidmətinə görə aldıqları
qazancdan, vegilərdən, yığımlardan və rüsumlardan azad edilir,
həmçinin 32-ci maddədə adı çəkilən azadetmə hüququndan istifadə
edirlər.
4. Nümayəndəliyin əməkdaşlarının şəxsi ev işçiləri yerləşmə
dövlətinin vətəndaşları deyildirsə və ya həmin dövlətdə daimi
yaşamırsa onlar öz xidmətinə görə aldıqları qazancdan vergilərdən,
yığımlardan və rüsumlardan azad edilir. Başqa məsələlərdə onlar
imtiyaz və immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi
hədlər daxilində istifadə edə bilərlər. Lakin yerləşmə dövləti bu
şəxslər üzərində öz yurisdiksiyasını elə həyata keçirməlidir ki,
nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə lazımsız
müdaxilə edilməsin.
Maddə 37
Yerləşmə dövlətinin vətəndaşları
və həmin dövlətdə daimi yaşayan şəxslər
1. Yerləşmə dövlətinin təqdim edə biləcəyi əlavə imtiyazlar və
immunitetlərlə yanaşı yerləşmə dövlətinin vətəndaşı olan və ya
həmin dövlətdə daimi yaşayan nümayəndəliyin başçısı və ya nü-
mayəndəliyin diplomatik heyətinin istənilən üzvü yalnız öz
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə
münasibətdə yurisdiksiyadan immunitetə və toxunulmazlığa
malikdirlər.
2. Yerləşmə dövlətinin vətəndaşları olan və ya həmin dövlətdə
daimi yaşayan digər nümayəndəlik əməkdaşları yalnız öz
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə
münasibətdə yurisdiksiyadan immunitetə malikdirlər. Bütün başqa
hallarda bu əməkdaşlar, eləcə də yerləşmə dövlətinin vətəndaşları
olan və ya həmin dövlətdə daimi yaşayan şəxsi ev işçiləri imtiyaz və
immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi hədlər
daxilində istifadə edirlər. Lakin, yerləşmə dövləti bu cür əməkdaşlar
və ev işçiləri üzərində öz yurisdiksiyasını elə tərzdə həyata
keçirməlidir ki, nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə
lazımsız müdaxilə edilməsin.
Dostları ilə paylaş: |