Maddə I
Hüquqi şəxs
B ö l m ə 1. Birləşmiş Millətlər Təşkilatı hüquqi şəxsdir və:
a) müqavilələr bağlamaq;
b) daşınmaz və daşınan əmlak əldə etmək və onların barəsində
sərəncam vermək;
c) məhkəmədə iş qaldırmaq səlahiyyətlərinə malikdir.
Maddə II
Əmlak, fondlar və aktiv
B ö l m ə 2. Birləşmiş Millətlər Təşkilatı, onun əmlakı və
aktivləri, harada və kimin sərəncamında olmasından asılı olmayaraq,
Təşkilat özü immunitetdən qəti imtina etdiyi hallardan başqa,
•
31 may 1995-ci il üçün Konvensiyanın 135 iştirakçısı vardı.
374
375
istənilən formada məhkəmə müdaxiləsindən immunitet hüququna
malikdir. Lakin nəzərdə tutulur ki, immunitetdən heç bir imtina
məhkəmə-icra tədbirlərinə şamil edilmir.
B ö l m ə 3. Birləşmiş Millətlər Təşkilatının binaları
toxunulmazdır. Birləşmiş Millətlər Təşkilatının əmlakı və aktivi
harada yerləşməsindən və kimin sərəncamında olmasından asılı
olmayaraq, onlara axtarış, rekvizisiya, müsadirə, ekspropriasiya və
hər hansı başqa formada icra, inzibati, məhkəmə, qanunverici və ya
başqa təsirlər yolu ilə müdaxilə edilməməlidir.
B ö l m ə 4. Birləşmiş Millətlər Təşkilatının arxivləri və
Təşkilata mənsub olan və ya onun sərəncamında olan bütün sənədlər
harada yerləşməsindən asılı olmayaraq, toxunulmazdır.
B ö l m ə 5. Birləşmiş Millətlər Təşkilatı hər hansı maliyyə
nəzarəti, qaydalar və ya moratori ilə məhdudlaşmadan...
B ö l m ə 7. Birləşmiş Millətlər Təşkilatı, onun aktivləri,
gəlirləri və digər mülkiyyəti:
a) bütün birbaşa vergilərdən azad edilir...
b) Təşkilat tərəfindən xidməti istifadə üçün əşyalar idxal və
ixrac edilərkən gömrük rüsumlarından, idxal və ixrac qadağalarından
və məhdudiyyətlərindən azad edilir...
c) öz nəşrlərinin idxalı və ixracı zamanı gömrük
rüsumlarından, idxal və ixrac qadağalarından və
məhdudiyyətlərindən azad edilir.
Maddə III
Rabitə vasitələri
B ö l m ə 9. Birləşmiş Millətlər Təşkilatı öz rəsmi rabitə
vasitələri üçün Təşkilatın hər bir Üzvünün ərazisində Təşkilatın bu
Üzvünün hər hansı başqa hökumətə... təqdim etdiyi şərtlərdən az
əlverişli olmayan şərtlərdən istifadə edirlər.
B ö l m ə 10. Birləşmiş Millətlər Təşkilatı şifrədən istifadə et-
mək və korrespondensiyanı diplomatik kuryerlər və valizlərlə eyni
immunitetlərə və imtiyazlara malik olan kuryerlər və ya valizlər
vasitəsilə almaq və göndərmək hüququna malikdir.
Maddə IV
Təşkilatın üzvlərinin nümayəndələri
B ö l m ə 11. Təşkilatın Üzvlərinin Birləşmiş Millətlər
Təşkilatının əsas və köməkçi orqanlarında və Təşkilatın çağırdığı
konfranslarda nümayəndələri öz xidməti vəzifələrini icra edərkən,
iclasın keçiriləcəyi yerə gedərkən və geri qayıdarkən onlara aşağıdakı
imtiyazlar və immunitetlər verilir:
a) şəxsən həbs edilməkdən və ya tutulub saxlanmaqdan və
şəxsi baqaj üzərinə həbs qoyulmasından immunitet, eləcə də onların
nümayəndələr qismində dedikləri, yazdıqları və ya etdiklərinin
hamısına münasibətdə hər hansı məhkəmə-prosessual immunitet;
b) bütün kağızların və sənədlərin toxunulmazlığı;
c)
şifrədən istifadə etmək və kağızları
və ya
korrespondensiyanı kuryerlər və ya valiz vasitəsilə almaq hüququ;
ç) onlar özləri və həyat yoldaşları öz xidməti vəzifələrinin
icrası ilə əlaqədar müvəqqəti olduqları və ya ərazisindən keçib
getdikləri ölkədə immiqrasiya, əcnəbilərin qeydiyyatı və ya dövlət
xidməti mükəlləfiyyəti ilə bağlı məhdudiyyətlərdən istisna olunma;
d) xarici hökumətlərin müvəqqəti xidməti ezamiyyətlərdə olan
nümayəndələrinə təqdim edilən pul və ya valyuta mübadiləsi ilə bağlı
məhdudiyyətlərə münasibətdə eyni güzəştlər;
e) onların
şəxsi baqajına münasibətdə diplomatik
nümayəndələrə təqdim edilən immunitetlər və güzəştlər;
f) yuxarıda deyilənlərə zidd olmamaqla diplomatik
nümayəndələrin istifadə etdikləri sair imtiyazlar, immunitetlər və
güzəştlər, idxal edilən mallar üçün gömrük rüsumlarından və ya aksiz
rüsumlarından və ya satışdan rüsumlardan azadolma tələb etmək
hüququ müstəsna olmaqla.
B ö l m ə 12. Təşkilatın üzvlərinin Birləşmiş Millətlər
Təşkilatının əsas və köməkçi orqanlarında və Birləşmiş Millətlər
Təşkilatı tərəfindən çağırılan konfranslarda nümayəndələrinin öz
xidməti vəzifələrini yerinə yetirərkən tam söz azadlığını və
müstəqilliyini təmin etmək üçün onlara öz xidməti vəzifələrinin icrası
zamanı dedikləri və ya yazdıqlarına, eləcə də bütün hərəkətlərinə
münasibətdə məhkəmə prosessual immuniteti verilməsi davam edir;
bu immunitet hətta onun aid olduğu şəxslər artıq Birləşmiş Millətlər
Təşkilatının nümayəndələri olmadıqdan sonra da təqdim edilməkdə
davam edir.
B ö l m ə 14. İmtiyazlar və immunitetlər Təşkilatın üzvlərinin
nümayəndələrinə ayrı-ayrı insanların şəxsi mənfəəti üçün deyil,
onların Birləşmiş Millətlər Təşkilatında işlə əlaqədar öz funk-
376
377
siyalarını müstəqil şəkildə yerinə yetirmələrini təmin etmək üçün
verilir. Ona görə də Təşkilatın üzvü onun fikrincə immunitet ədalət
mühakiməsinin həyata keçirilməsinə mane olduğu hər bir halda öz
nümayəndəsinin immunitetindən nəinki imtina etmək hüququna
malikdir, həm də bu immunitetdən imtina etməyə borcludur və bu
imtina onun verildiyi məqsədə xələl gətirmədən həyata keçirilməlidir.
Maddə V
Vəzifəli şəxslər
B ö l m ə 18. Birləşmiş Millətlər Təşkilatının vəzifəli şəxsləri:
a) onlar vəzifəli şəxslər qismində dedikləri, yazdıqları və
etdikləri bütün hərəkətlərə görə məhkəmə məsuliyyətinə cəlb
edilməməlidirlər;
b) Birləşmiş Millətlər Təşkilatı tərəfindən onlara ödənilən
məvacib və mükafatlar vergitutmadan azad edilir;
c) onlar dövlət xidməti mükəlləfiyyətlərdən azad edilir;
ç) onlar həyat yoldaşları və onların himayəsində olan
qohumları ilə birlikdə immiqrasiya ilə bağlı məhdudiyyətlərdən və
əcnəbilərin qeydiyyata alınması vəzifəsindən azad edilir;
d) valyuta mübadiləsinə münasibətdə diplomatik missiyaların
heyətinə daxil olan, müvafiq hökumətin yanında akkreditə edilmiş
müvafiq rütbəli vəzifəli şəxslərə təqdim edilənlərlə eyni imtiyazlara
malikdirlər;
e) onlar öz həyat yoldaşları və onların himayəsində olan
qohumları ilə birlikdə beynəlxalq böhranlar zamanı diplomatik
nümayəndələrin istifadə etdikləri repatriasiya güzəştlərinə
malikdirlər;
f) müvafiq ölkədə ilk dəfə vəzifə tutarkən öz mebelini və
əmlakını rüsumsuz gətirmək hüququna malikdirlər.
B ö l m ə 19. Baş Katib və Baş Katibin bütün köməkçiləri 18-ci
bölmədə göstərilən immunitet və imtiyazlardan əlavə onların
özlərinə, həyat yoldaşlarına və yetkinlik yaşına çatmamış uşaqlarına
münasibətdə beynəlxalq hüquqa müvafiq olaraq diplomatik
nümayəndələrə təqdim edilən imtiyazlara və immunitetlərə,
istisnalara və güzəştlərə malikdirlər.
B ö l m ə 20. Baş Katib, onun fikrincə immunitet ədalət mü-
hakiməsinin həyata keçirilməsinə mane olduğu və Birləşmiş Millətlər
Təşkilatının mənafelərinə xələl gətirmədən immunitetdən imtina
etmək mümkün olduğu hallarda istənilən vəzifəli şəxsə təqdim
edilmiş immunitetdən imtina etmək hüququna malikdir və bunu
etməyə borcludur. Baş Katibə münasibətdə immunitetdən imtina
etmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur.
Maddə VII
Birləşmiş Millətlər Təşkilatının buraxılış vərəqləri
B ö l m ə 24. Birləşmiş Millətlər Təşkilatı öz vəzifəli şəxslərinə
Birləşmiş Millətlər Təşkilatının buraxılış vərəqələrini verə bilər.
Birləşmiş Millətlər Təşkilatının bu buraxılış vərəqələri Təşkilatın
üzvlərinin hakimiyyət orqanları tərəfindən səfərlər edilməsi üçün
qanuni sənədlər kimi tanınır və qəbul edilir...
Maddə VIII
Mübahisələrin həlli
B ö l m ə 29. Birləşmiş Millətlər Təşkilatı mübahisələrin
müvafiq həll üsulu qaydalarını müəyyən edir:
a) Birləşmiş Millətlər Təşkilatının tərəf olduğu kontraktlarla
əlaqədar yaranan mübahisələr və ya xüsusi hüquq məsələlərinə dair
başqa mübahisələr;
b) öz rəsmi mövqeyinə görə immunitetdən istifadə edən
Birləşmiş Millətlər Təşkilatının hər hansı vəzifəli şəxsinə aid
mübahisələr, əgər Baş Katib bu immunitetdən imtina etməmişdirsə.
B ö l m ə 30. Bu Konvensiyanın şərhi və ya tətbiqi ilə əlaqədar
yaranan bütün fikir ayrılıqları, tərəflər onları başqa yolla həll etmək
barədə razılığa gəldiyi hallar müstəsna olmaqla Beynəlxalq
Məhkəmənin baxışına verilir. Bir tərəfdən, Birləşmiş Millətlər
Təşkilatı, digər tərəfdən Təşkilatın üzvü arasında fikir ayrılığı
yarandıqda Nizamnamənin 96-cı maddəsinə və Məhkəmənin
Statutunun 65-ci maddəsinə müvafiq olaraq, fikir ayrılığının aid
olduğu hər hansı hüquqi məsələ barədə məsləhət xarakterli rəy sorğu
edilir. Məhkəmənin rəyi tərəflər üçün həlledici sayılır...
Yekun maddəsi
B ö l m ə 31. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının
hər bir üzvünün qoşulması üçün ona təqdim edilir.
B ö l m ə 32. Qoşulma Konvensiyaya qoşulma barədə aktın
saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil
verilməsi yolu ilə həyata keçirilir. Təşkilatın hər bir ayrıca üzvünə
378
379
DİPLOMATİK XİDMƏT HAQQINDA
münasibətdə Konvensiya qoşulma haqqında hər bir ayrıca aktın
saxlanılmaq üçün təhvil verildiyi gün qüvvəyə minir.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
B ö l m ə 35. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatına və
Təşkilatın qoşulma barədə akt təqdim etmiş hər bir üzvünə
münasibətdə Təşkilatın həmin üzvü Birləşmiş Millətlər Təşkilatının
üzvü kimi qaldığı müddətdə və ya baş Assambleya yenidən baxılmış
ümumi Konvensiyanı təqdim edənə və Təşkilatın həmin üzvü
yenidən baxılmış bu Konvensiyaya qoşulana qədər qüvvədə qalır.
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun bir
növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını,
diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini
müəyyən edir.
I Fəsil. Ümumi müddəalar
B ö l m ə 36. Baş Katib Təşkilatın istənilən üzvü və ya istənilən
üzvləri ilə bu Konvensiyanın müddəalarını tənzimləyən, Təşkilatın
həmin üzvünə və ya həmin üzvlərinə aid olan əlavə sazişlər bağlaya
bilər. Bu əlavə sazişlər hər bir halda Baş Assambleya tərəfindən
təsdiq edilməlidir.
Maddə 1. Diplomatik xidmət anlayışı
1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici
siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların
peşəkar fəaliyyətidir.
1.2. Konsul xidməti Azərbaycan Respublikasının Konsul
nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir
növüdür.
Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi
2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
təhsil müəssisələri təşkil edir.
2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının
vahid sisteminə rəhbərlik edir.
Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri
3.1. Diplomatik xidmət orqanlarının
əsas vəzifələri
aşağıdakılardır:
3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası
və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim
edilməsi;
3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata
380
381
keçirilməsinin təmin edilməsi;
4.1.7. Azərbaycan Respublikasının xarici və daxili siyasəti,
ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə
xaricdə yayılmasının təmin edilməsi;
3.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin
həyata keçirilməsinin təmin edilməsi məqsədilə digər müvafiq icra
hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
4.1.8. Azərbaycan Respublikasının dövlət orqanlarının və
Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya
vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və
xarici siyasəti haqqında məlumatlandırılması;
3.1.4. Azərbaycan Respublikasının suverenliyinin,
təhlükəsizliyinin,
ərazi bütövlüyünün və
sərhədlərinin
toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının
diplomatik üsul və vasitələrlə təmin olunması;
4.1.9. Azərbaycan Respublikasının ərazisindəki diplomatik
nümayəndəliklərin və konsulluqların fəaliyyətinə kömək
göstərilməsi, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən
təşkilatların fəaliyyətinə nəzarət edilməsi;
3.1.5. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına
diplomatik üsul və vasitələrlə kömək göstərməsi;
3.1.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi
şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;
4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət
sisteminin fəaliyyətinin təmin edilməsi;
3.1.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata
keçirilməsi.
4.1.11. Azərbaycan Respublikasının bağladığı beynəlxalq
müqavilələrin depozitarisi funksiyalarının həyata keçirilməsi;
3.1.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin
edilməsi.
4.1.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi.
3.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələr də
həyata keçirə bilər.
4.1.13. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyinin
təkmilləşdirilməsində
və bu qanunvericiliyin Azərbaycan
Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə
uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması.
Maddə 4. Diplomatik xidmət orqanları aşağıdakı əsas
funksiyaları həyata keçirir:
4.1.1. Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi;
4.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da
həyata keçirə bilər.
4.1.2. Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa
sahələrdə əməkdaşlığının inkişafına kömək göstərməsi;
Maddə 5. Diplomatik xidmət orqanlarının
rabitə, arxiv və təhlükəsizlik təminatı
4.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq
müqavilənin imzalanmasının təşkili;
5.1. Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil
rabitə sistemi və arxiv vardır.
4.1.4. Yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası
mübadilələrin protokol təminatı;
5.2. Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq
müqavilələrin əsil və təsdiq edilmiş surətləri, habelə həmin
orqanların fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər
materiallar saxlanılır.
4.1.5. Xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək
göstərilməsi;
4.1.6. Diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə
yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi;
5.3. Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən
istifadə edir.
382
383
5.4. Diplomatik xidmət orqanları qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə
öz təhlükəsizlik sistemini təşkil edir.
II Fəsil. Diplomatik xidmət əməkdaşları
Maddə 6. Diplomatik vəzifələr
6.1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan
şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar.
6.2. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyillər.
Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
6.3. Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət
əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:
6.3.1. Fövqəladə
və
səlahiyyətli səfir, Azərbaycan
Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi;
6.3.2. Baş konsul;
6.3.3. müşavir-elçi. Daimi Nümayəndənin müavini;
6.3.4. müşavir;
6.3.5. konsul;
6.3.6. birinci katib;
6.3.7. vitse-konsul;
6.3.8. ikinci katib;
6.3.9. üçüncü katib;
6.3.10. attaşe.
6.4. Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət
orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə
müəyyən edilir.
6.5. Diplomatik xidmət əməkdaşları diplomatik xidmət
orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına
vəzifəyə keçdikdə, onlar müvafiq icra hakimiyyəti orqanının eh-
tiyatına daxil edilirlər. Ehtiyata daxiletmə ilə bağlı qaydalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Diplomatik vəzifələrə təyinedilmə
7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş
vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar
keyfiyyətlər və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan
Respublikasının vətəndaşı təyin edilə bilər.
7.2. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və
vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair
tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və
digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
7.3. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına
qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə
alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin
edilir.
Maddə 8. Diplomatik rütbələr
8.1. Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və
ixtisasları nəzərə alınmaqla, aşağıdakı diplomatik rütbələr verilir:
8.1.1. Fövqəladə və Səlahiyyətli Səfir;
8.1.2. birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;
8.1.3. ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;
8.1.4. birinci dərəcəli müşavir;
8.1.5. ikinci dərəcəli müşavir;
8.1.6. birinci dərəcəli birinci katib;
8.1.7. ikinci dərəcəli birinci katib;
8.1.8. birinci dərəcəli ikinci katib;
8.1.9. ikinci dərəcəli ikinci katib;
8.1.10. üçüncü katib;
8.1.11. attaşe.
8.2. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları
9.1. Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli
Fövqəladə və Səlahiyyətli Elçi diplomatik pütbələri Azərbaycan
Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 24-cü
bəndinə müvafiq olaraq verilir.
9.2. Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
384
385
9.3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi, bir
qayda olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı,
yaxud ondan bir pillə yuxarı və ya aşağı olmalıdır.
9.4. Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasında
(xidmət siyahısında) müvafiq qeyd aparılır. Diplomatik rütbələr
ömürlük verilir.
Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri
10.1. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə
olmanın aşağıdakı müddətləri müəyyən edilir:
10.1.1. attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli katib üçün -
2 il;
10.1.2. ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli
müşavir üçün - 3 il.
10.2. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik
rütbələrdə olma müddəti müəyyən edilmir.
10.3. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə
olan müddətlərinə aşağıdakılar daxildir:
10.3.1. müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı
təşkilatlarında iş;
10.3.2. Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərində və konsulluqlarında iş;
10.3.3. keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər
orqanlarında iş;
10.3.4. beynəlxalq təşkilatlarda iş;
10.3.5. müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elm
müəssisələrində elmi fəaliyyət müddəti;
10.3.6. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında
həyata keçirilən müddəti;
10.3.7. ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil
müddəti.
Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən
kənar veilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa
olunması
11.1. Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində
mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda,
müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya
növbədənkənar artırıla bilər.
11.2. Azərbaycan Respublikasının və olduqları dövlətin
qanunvericiliyinə görə məsulliyyət doğuran əməllər törətməkdə
təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı
salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.
11.3. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi
və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün
müəyyən edilmiş qaydada həyata keçirilir.
11.4. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa
olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş
qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.
Dostları ilə paylaş: |